Məhkəmə qərarları › İş №2(006)-3793/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-3793/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3793/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Xüsusi şərtlərlə təyinat idarəsinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Xüsusi şərtlərlə təyinat idarəsiməhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mənimsənilmiş 229.57 manat dövlət vəsaitinin, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Xüsusi şərtlərlə təyinat idarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Xüsusi şərtlərlə təyinat İdarəsindən mərhum anası X2 əmək pensiyasının ölümündən sonra da aldığı faktı aşkarlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X7 Quliyev xx.xx.2017-ci il tarixdə (daxil olma 0-2361) İdarəyə ərizə ilə müraciət edərək, anası X2 xx.xx.2015 vəfat etməsini bildirərək, dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. X7 Quliyev anası (X2) ölümü haqqında məlumatı və ölüm haqqında şəhadətnaməni İdarəyə vaxında təqdim etmədiyindən, 2015-ci ilin avqust, sentyabr aylarının pensiyası mərhumun plastik kartına tam məbləğdə köçürülmüdür. Nəticədə 801,24 (səkkiz yüz bir manat iyirmi dörd) artıq pensiya alınmışdır. Yaranmış borcun 571.67 (beş yüz yetmiş bir altmış manat altmış yeddi qəpik) Kapital Bank tərəfindən İdarənin hesabına qaytarılmış, lakin 229.57 (iki yüz iyirmi doqquz manat əlli yeddi) məbləğ vətəndaş tərəfindən ödənilməmişdir. X1 Quliyevə yaranmış 229.57 manat borcu, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Xüsusi şərtlərlə təyinat İdarəsinin hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra xx.xx.2017-ci il tarixdə tərəflərindən məktub göndərilərək, xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tərəflərindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, mənimsənilmiş dövlət vəsaitinin qaytarılması, vətəndaş tərəfindən həyata keçirilməmiş və nəticədə 229.57 manat dövlət borcu İdarənin hesabına ödənilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq mənimsənilmiş 229.57 manat dövlət vəsaitinin, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Xüsusi şərtlərlə təyinat idarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Xüsusi şərtlərlə təyinat idarəsininnümayəndəsi X9 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianı müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 765416 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 858 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ağciyər ödemi olmuşdur. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Xüsusi şərtlərlə təyinat idarəsi tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, X8 xx xxxx 2015-ci il tarixdə vəfat etməsinə baxmayaraq, tərəfindən vaxtında məlumat verilmədiyi üçün 2015-cı ilin avqust, sentyabr aylarının pensiyası mərhumun plastik kartına tam məbləğdə köçürülmüşdür. Artıq ödənilmiş 229,57 (iki yüz iyirmi doqquz) manat borcu qalmışdır. Borcunu 2017-ci il noyabr ayının sonunadək DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin hesabına ödəməsi tələb edilmiş, əks halda haqqında məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasına əlavənin məbləğinin dəyişdirilməsi və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Həmin Qanunun 39.4-cü maddəsinə əsasən isə artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: Borclu əmlak əldə etsin; Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, pensiyaçı X3xx.xx.2015-ci il tarixdə vəfat etməsinə və bununla da pensiya üzrə ödənişlərin həyata keçirilməsinin dayandırılmasına səbəb olan halların yaranmasına baxmayaraq pensiyanın hesablanması davam etmiş, cavabdeh də bu pula sahiblənməklə iddiaçının hesabına iddia ərizəsində qeyd edilən məbləğdə əsassız varlanmışdır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, artıq ödənilmiş 229,57 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Xüsusi şərtlərlə təyinat idarəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun və tərəflərin tələblərini müəyyən edən faktalarla və hallarla əlaqədar olmalıdır (MPM-nin 80-ci maddəsi). Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Xüsusi şərtlərlə təyinat idarəsinin iddia tələbitəmin edilməli, artıq ödənilmiş 229,57 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Xüsusi şərtlərlə təyinat idarəsinə ödənilməlidir.Həmçinin məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olduğunu nəzərə alaraq hesab edir ki, qeyd edilən tələb üzrə ödənilməli olan dövlət rüsumu kimi 20 manat məbləğində pul Cavabdehtutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələrdövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 229,57 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Xüsusi şərtlərlə təyinat idarəsinə ödənilsin. Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə alınsın. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar