Məhkəmə qərarları › İş №2(006)-3839/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3839/2022

19.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3839/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi - X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 olmaqla «vərəsəliyin qəbulu müddətinin uzadılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 olmaqla «vərəsəliyin qəbulu müddətinin uzadılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəliyin qəbulu müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X8 xx.xx.2013-cü ildə vəfat etmişdir. Həmin vaxtadək pasport qeydiyyatında olduğu ünvan 1 ünvanında yaşamışdır. Anası 2013-cü ilin mart ayında vəfat edən zaman atası X7 hərəkət məhdudiyyətli, yataq xəstəsi idi. Ona görə də anasının vəfatından sonra onun mülkiyyətində olan ünvan 2 ünvanına ailəlikcə köçmüş, atasına baxmışdır. Atasına baxdığına görə, vərəsəliklə bağlı məsələlərin arxasınca düşməmişdir. 24 avqust 2013-cü il tarixdə atası X7 vəfat etmişdir. Onun yas mərasiminə və sair məsələlərə başı qarışdığı üçün yenə də vərəsəliklə bağlı heç bir addım ata bilməmişdir. Sonradan məlum olmuşdur ki, xx.xx.2013-cü il tarixdə X2 vərəsəliyin qəbulu üçün ərizə ilə notariat kontoruna müraciət etmişdir. Digər vərəsələr Maraqlı şəxs3, Maraqlı şəxs4 da vərəsəlikdən imtina barədə, Maraqlı şəxs2 isə Akim İsmayılovun xeyrinə miras paydan imtina barədə ərizə ilə notariat kontoruna müraciət ediblər. Vərəsələrdən heç biri onun barəsində hər hansı bilgi verməmiş, yəni başqa vərəsənin olmasını bildirməmişlər. xx.xx.2013-cü ildə Akim İsmayılova qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan xəbər tutduqdan sonra xx.xx.2014-cü ildə notariat kontoruna müraciət etdikdə “Notariat haqqında” Qanunun 40-cı maddəsinə, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verilməsinin qanunazidd olduğundan, Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən, ona qanunla ötürülmüş müddətin məhkəmə yolu ilə bərpa etdikdən və vərəsəlik şəhadətnaməsinin ləğvindən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsi ala biləcəyi bildirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il tarixli 2-V-295 nömrəİi qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ləğv edilmiş və xx.xx.2015-ci il tarixdə notariat kontoruna daxil olmuş xx.xx.2015-ci il tarixli 2930-13 nömrəli Nərimanov rayon icra məmururıun qərarı ilə notariat hərəkətinin aparılması reyestrində ləğv qeydiyyatı aparılmış və həmin tarixdə ləğvin icrası haqqında Nərimanov Rayon Məhkəməsinin icra məmuruna bildiriş göndərilmişdir. Həmin vaxt notariata vərəsəlik üçün müraciət etsə də, qardaşı Akim İsmayılov ağ ciyər-vərəm xəstəliyinə tutulduğundan, pasport qeydiyyatında olduğu ünvan 1 ünvanında tək-tənha, baxımsız qaldığından onu ünvan 3 ünvanına gətirmiş, ağır xəstəliyinə görə ona qulluq etməyə başlamışdır. Başı qarışdığı, həm də qardaşının həyati təhlükəli xəstəliyi ilə mübarizə apardığı bir vaxtda mənəvi cəhətdən düzgün hesab etmədiyi üçün mirasın qəbulu ilə bağlı sənədləşmə işlərinin arxasınca düşməmişdir. X2 22 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Ancaq bundan sonra da ailəvi problemlərə görə, mirasın qəbulu ilə bağlı notariata müraciət edə bilməmişdir. xx.xx.2022-ci il tarixində Bakı 1 Saylı ASAN Xidmət Mərkəzinə müraciətinə cavab olaraq 05 iyul 2022-ci il tarixdə cavab verilmişdir ki, vərəsəliyin qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Həmçinin miras qoyanın (X3) digər vərəsələri Maraqlı şəxs2 xx.xx.2013-cü il tarixdə X9 xeyrinə imtina etməsi X10 xx.xx.2013-cü il tarixdə imtina etməsini və Musayeva (İsmayılova) Həqiqət Əli qızının xx.xx.2013-cü il tarixdə imtina etməsini və hal-hazırda onun xeyrinə imtina etmək istədiklərini nəzərə alaraq, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Anasının vəfatından sonra ünvan 3 ünvanında ailəlikcə yaşamış və faktiki istifadəsindədir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X11 ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 müddətin uzadılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Maraqlı şəxs4 müddətin uzadılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Maraqlı şəxs3 müddətin uzadılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin nümayəndəsinin, maraqlı şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: MH seriyalı 126956 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X4 adına qeydə alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında X9 adına qeydiyyata alınmışdır. AZ-İ seriyalı 605476 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə ölmüşdür. AZ-İ seriyalı 638387 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. AZ-İ seriyalı 928468 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X15 xx.xx.2018-ci il tarixdə ölmüşdür. AZ-İİ seriyalı 235383 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X13 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Maraqlı şəxs1 ofisinin xx.xx.2015-ci il tarixli “Notariat hərəkətini aparmaqdan imtina haqqında” qərardan görünür ki, Ərizəçi, X12, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4 anaları X1 qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 1 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli 893 saylı məktubundan görünür ki, ərizəçi tərəfindən vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Həmçinin miras qoyanın digər vərəsələri Maraqlı şəxs2 xx.xx.2013-cü il tarixdə X9 xeyrinə imtina etməsini, Maraqlı şəxs3 xx.xx.2013-cü il tarixdə imtina etməsini və Musayeva (İsmayılova) Həqiqət Əli qızının xx.xx.2013-cü il tarixdə imtina etməsini və hal hazırda həmin vərəsələrin Ərizəçi xeyrinə imtina etmək istədiklərini nəzərə alaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin qanunun tələblərinə zidd olması və ərizəçi tərəfindən müddət ötürülməsi səbəbindən məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(005)-1182/2015 saylı qətnaməsindən görünür ki, cavabdeh Maraqlı şəxs1 94/2013 saylı vərəsəlik işi üzrə (reyestrdə 2 ”V"-295 nömrə ilə qeyd edilmiş) X12 verilmiş 16 sentyabr 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv olunması qət edilmişdir. 16 ədəd qəbzlərdən görünür ki, 2022-ci il üzrə X4 adına hesablanmış kommunal ödənişlər ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdərilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, qanunverici mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını yalnız gecikmənin səbəbi üzrlü olduğu halda mümkün hesab etmişdir. Lakin, qanunverici mirasın qəbul edilməsi müddətinin uzadılması üçün hansı səbəbin üzrlü hesab olunmasını konkret göstərməyərək, həmin səbəblərin müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Odur ki, məhkəmə hazırkı məqamda ərizəçi tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəb(lər)dən ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı vacib hesab edir və bu xüsusatın hüquqi həlli ilə bağlı Konstitusiya Məhkəməsinin təcrübəsinə istinadı zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, .... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Hazırkı işin hallarından görünür ki, ərizəçinin anası X8 xx.xx.2013-cü ildə vəfat etdikdən sonra anasının mülkiyyətində olan ünvan 2 ünvanına ailəsi ilə birlikdə köçmüş, atasına baxmışdır. Sonra atası X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Bundan sonra o, Maraqlı şəxs1na qarşı “X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(005)-1182/2015 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Daha sonra ərizəçi xx.xx.2015-ci il tarixdə Maraqlı şəxs1na müraciət etmiş, xx.xx.2015-ci il tarixdə qeyd olunan kontor tərəfindən vərəsəlik hüququ haqqında ona şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar verilmişdir. Göründüyü kimi, ərizəçi vərəsəlik işinin açılmalı olduğu vaxtdan sonra məhkəməyə müraciət etmiş, mirasın qəbulu istiqamətində aktiv hərəkətlərə başlamış, daha sonra yuxarıda qeyd edilən məhkəmə aktı qəbul olunmuş, yəni ərizəçi mirası qəbul etmək arzusunda olduğunu artıq həmin vaxtdan başlayaraq bəyan etmişdir. Eyni zamanda hazırki iş üzrə maraqlı şəxs qismində çıxış edən digər vərəsələr müddətin uzadılmasına etiraz etməmişlər. Buna görə də məhkəmə ərizəçinin mərhum X4 qanunvericiliklə nəzərdə tutulmuş miras əmlak üzərində qanuni payının olmasını və miras əmlaka fakitiki sahibliyi həyata keçirməsini nəzərə alaraq mirаs əmlаkın qəbul еdilməsi müddətinin ötürülməsinin üzürlü sаyılaraq həmin müddətin uzаdılmаsını qanuni və ədalətli hesab edir. Həmçinin işin hallarından görünür ki, ərizəçi miras əmlakı faktiki olaraq da qəbul etmişdir. Belə ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Hazırki halda da qeyd edilənlənlərin edilməklə miras əmlakın faktiki olaraq qəbul edilməsi təsdiqini tapır (kommunal ödənişlərə dair qəbzlər). Beləliklə, ərizəçi tərəfindən miras qoyanın vəfatından sonra miras əmlakı faktiki qəbul edildiyi sübut edilir. Belə ki, mirasın qəbuluna dair hərəkətlər isə özündə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamağı və bununla da mirasın qəbul edildiyinin şəksiz nümayiş etdirilməsini ehtiva edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixdə vəfаt еtmiş аnаsı X5аn mirаs qаlmış ünvan 2 ünvаnındа yеrləşən mənzildən ibаrət mirаs əmlаkın qəbul еdilməsi müddətinin ərizəçi tərəfindən ötürülməsi üzürlü hesab edilməli və uzadılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixdə vəfаt еtmiş Ərizəçi аnаsı - X5аn mirаs qаlmış ünvan 3 ünvаnındа yеrləşən mənzildən ibаrət mirаs əmlаkın qəbul еdilməsi müddətinin Ərizəçi tərəfindən ötürülməsi üzürlü hesab edilsin və mirasın qəbulu müddəti uzadılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar