Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3858/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi və kompensasiya tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh "Onima Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə “Əmək və məşğulluq" altsisteminə (ƏMAS) İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi məlumatının daxil edilməsi vəzifəsinin qoyulması, “Onima Group" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6 aylıq müddət üçün işsizlikdən sığorta haqqının qanunvericilikdə müəyyən edilmiş qaydada hesablanmış məbləğin kompensasiya kimi tutularaq İddiaçı ödənilməsi, “Onima Group" Məhdud Məsuliyyətli Cəmiyyətindən 50 manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 avqust 2022-ci il tarixindən “X7" də qeydiyyatçı kimi əmək fəaliyyətinə başlamışdır. O, həmin müəssisədə daim öz vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. 2023-cü ilin mart ayının əvvəlindən cavabdeh hüquqi şəxs kirayə haqqını ödəyə bilmədiyinə görə işçilərin ixtisarına başlamışdır. 19 mart 2023-cü il tarixdə onun əmək müqaviləsinə cavabdeh təşkilat tərəfindən xitam verilmişdir. Cavabdeh təşkilat tərəfindən onun əmək kitabçasında onunla bağlanan əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ləğv edildiyi qeyd edilsə də, "Əmək və məşğulluq" altsisteminə (ƏMAS) əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verildiyi qeyd edilmişdir. Cavabdeh təşkilata bu məsələ ilə bağlı dəfələrlə müraciət etsə də, əsassız olaraq onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. "Əmək və məşğulluq” altsisteminə (ƏMAS) əmək müqaviləsinin ləğv edilməsi əsası düzgün qeyd edilməməsi səbəbindən, o, işdən çıxarıldığı dövrdə işsizlikdən sığorta haqqı almaqdan məhrum olmuşdur. Eyni zamanda o, ailəlidir həmin dövrdə həyat yoldaşı da işləməmişdir. Həmin dövrdə evin yeganə gəlir gətirən üzvü olaraq, işsizlikdən sığorta ödənişindən məhrum edilməməsi nəticəsində, 6 aylıq körpəsinin və həyat yoldaşının maddi tələbatlarını təmin edə bilməmişdir. Onun işdən çıxarılması ilə bağlı heç bir əsas və ərizəsi olmadan cavabdeh hüquqi şəxs onu işdən çıxarmışdır. Bu qanunsuz hallarla bağlı X5 Xidmətinə müraciət etmiş və bunun nəticəsində cavabdeh hüquqi şəxs 700 manat məbləğində cərimə edilmişdir. Mediasiyaya müraciət etsə də, cavabdehlə heç bir razılaşma əldə olunmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında bildirdi ki, cavabdeh təşkilatın qanunazidd hərəkətləri nəticəsində o, həm işsizlikdən sığorta haqqını almaqdan məhrum olmuş, eyni zamanda əlavə mediasiya xərci ödəmişdir. Hesab etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyan kompensasiyası məhz cavabdeh tərəfindən qarşılanmalı, həmçinin “Əmək və məşğulluq” altsistemində (ƏMAS) yanlış qeyd edilmiş məlumatlara düzəliş edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs ƏƏSMN yanında DƏMX-ın nümayəndəsi X3 izahatında bildirmişdir ki, Cavabdeh MMC-nin 06 sentyabr 2023-cü il tarixli 06SENT/2023 nömrəli məktubu əsasında İddiaçı adına "Əmək və məşğulluq" altsisteminə daxil edilmiş xxxxxxx0010X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş Xidmət tərəfindən ləğv edilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yeni bildirişin "Əmək və məşğulluq" altsisteminə daxil edilməsi barədə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli 3-17-5/2-38775/2023 nömrəli məktub göndərilmişdir. İddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsini buraxdığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZ/09 №li əmrin surətindən görünür ki, həmin əmr Cavabdeh bölməsində “Resepşn” vəsifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx001000 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2023-cü il tarixində xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 14 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyə şöbəsinə həvalə edilməsi haqqında verilmişdir. İş materiallarında olan İddiaçı adına xx.xx.2022-ci il tarixdə açılmış ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə əmək müqaviləsinə əsasən qeydiyyatçı-resepşn vəzifəsinə işə qəbul olmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ixtisar) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin məktubunda göstərilmişdir ki, İddiaçı Nizami oğlunun Cavabdeh MMC-də əmək hüquqlarının pozulması haqqında xx.xx.2023-cü il tarixli müraciəti əsasında Xidmət tərəfindən müvafiq araşdırılma aparılmış və MMC-nin direktoru X1 tərəfindən Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Nəticədə “Onima Group" MMC-nin direktoru X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 26 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı X4 tərəfidnən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, işsizlikdən sığorta ödənişi almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyata alınmış sığorta olunanlar malikdirlər. Yuxarıda qeyd olunanlara uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verilmədiyindən işsizlikdən sığorta ödənişi almaq hüququ yaranmamışdır. Əlavə bildirilmişdir ki, digər məşğulluq tədbirlərinə cəlb olunmasına köməklik göstərilməsi məqsədilə Filiala və ya Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 3 saylı Bakı “DOST" Mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə işçi barəsində əmrin ləğvinin əsasının dəyişdirilməsi deyil, əmrin ləğv edilməklə işə bərpa məsələlərinə baxır. Odur ki, iddia əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin b) bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İş materiallarından göründüyü kimi, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş əmrdə iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi göstərilsə də, əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi qeyd edilmişdir. Bu uyğunsuzluq müvafiq qurum (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti) tərəfindən araşdırılmaqla ona hüquqi qiymət verilmişdir. Odur ki, iddia həmçinin bu əsasla da təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdeh “Onima Group" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6 aylıq müddət üçün işsizlikdən sığorta haqqının qanunvericilikdə müəyyən edilmiş qaydada hesablanmış məbləğin kompensasiya kimi tutularaq ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “İşsizlikdən Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1.1-ci maddəsinə əsasən sığorta ödənişini almaq hüququna dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Məhkəmə iddiaçının cavabdehin səhvi nəticəsində ona ziyan dəyməsini, kompensasiyanın məhz cavabdeh qurumdan tutulmalı olması dəlillərinə münasibətdə qeyd edir ki, qanunverici bu tip ödənişlərin həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum vasitəsi ilə həyata keçirilir. Bütün bunları nəzərə alaraq hesab edir ki, bu hissədə də iddia əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 50 manat mediasiya xərcinin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, digər hissədə iddia təmin edilmədiyindən bu hissədə də iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi və kompensasiya tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi və kompensasiya tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3858/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3858/2023
12.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver