Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3861/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh X3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması barədə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 cavabdeh X3 qarşı “mülkiyyətində olan mənzildən hüququnun itirilmiş hesab edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 22, 65 saylı mənzil yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbil edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh onun gəlini olmuşdur. Cavabdeh onun oğlu ilə təxminən 6 ay ər-arvad kimi rəsmi nikahla oğluna məxsus evə gəlin gələrək birgə yaşamışlar. Həmin cavavbdehlə qeyd etdiyi gəlini olduğuna görə onun qeydiyyat ünvanı Şəki şəhəri, Orovan kəndi olduğundan, oğlunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AFFFpark-23 küçəsi, ev 7, mənzildə yaşamaqla yeni tikilmiş binada mülkiyyət hüququ ilə öz adına qeydə alınmadığından 16 dekabr 2019-cu il tarixdə aralarında şifahi razılaşaraq mənzilində yaşamamaq şərtilə ona məxsus ünvan 2 ünvanına qeydiyyatına alınması üçün razılıq ərizəsi yazmışdır. Cavabdeh oğlu ilə 7-8 aydır ki, oğlu ilə yaşamır, onun verdiyi boşanma ərizəsinə əsasən 20 oktyabr 2020-ci il tarixdə oğlu ilə boşanaraq cehizlərini də götürərək atası evinə yuxarıda göstərilən ünvana gedərkən ona söz vermişdir ki, bir ay ərzində onun mülkiyyətində olan mənzilindən qeydiyyatdan çıxacaqdır. Cavabdeh onun mənzilin də bir gün də olsun yaşamamışdır, oğluna aid yeni tikilmiş kooperativ binadakı mənzilinə gəlin gələrək yaşamış, 2020-ci ilin sentyabr ayından isə yuxarıda göstərilən ünvanda atasının evində yaşamışdır. Cavabdeh onunla birgə təsərrüfat aparmamış, oğlu ilə nikah müqaviləsi bağlamamış, onunla bir ailədə ailə üzvü kimi olmamışdı. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 22, 65 saylı mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 239 saylı reyestr kitabında 23738 səhifə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin ******* saylı arayışından görünür ki, X7 qızı, X5, X6, X8 Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 22, 65 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 22, 65 saylı mənzil X1 xüsusi mülkiyyətindədir. Cavabdeh X8 iddiaçının gəlini olmuş, o, iddiaçının xüsusi mülkiyyətində olan mənzilə gəlin gəlmiş və 6 ay onun oğlu ilə ər-arvad kimi yaşamış və həmin mənzilə qeydiyyata düşmüşdür. Cavavbdehin qeydiyyat ünvanı Şəki şəhəri, Orovan kəndi olduğundan, oğlunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AFFFpark-23 küçəsi, ev 7, mənzildə yaşamaqla yeni tikilmiş binada mülkiyyət hüququ ilə öz adına qeydə alınmadığından 16 dekabr 2019-cu il tarixdə aralarında şifahi razılaşaraq mənzilində yaşamamaq şərtilə iddiaçıya məxsus ünvan 2 ünvanına qeydiyyatına alınması üçün razılıq ərizəsi yazmışdır. Cavabdeh ilə mülkiyyətçi arasında mənzilə istifadə hüququnun əmələ gəlməsi barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Hazırda faktiki olaraq cavabdeh həmin ünvanda yaşamır. Cavabdeh həmin mənzilə daimi qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi ilə onun arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamışdır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinin tərkib hissəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ əmələ gətirmir. Mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalıdır. Lakin hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında belə razılaşma bağlanmamışdır, ona görə də cavabdehin iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququ əmələ gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı X1 cavabdeh X3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 22, 65 saylı mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilsin. İstifadə hüququnun itirilmiş hesab edilməsi X2 Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 22, 65 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3861/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3861/2021
13.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver