Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-387/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh4, Cavabdeh5 İbo oğluna, Cavabdeh1, X11, Cavabdeh3 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC cavabdehlər X9, Cavabdeh5, Cavabdeh1, X11, Cavabdeh3 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nəsimi rayonunun «28 May» metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.1-ci bəndində göstərilmişdir ki, mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digəə təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması Nəsimi rayon İcra Hakimiyyəti həyata keçirilsin. Buna görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 02/05-1754 №-li 12.10.2017-ci il tarixdə razılaşdırılmış tikinti planlaşdırma eskizi və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 02.02.2018-ci il tarixli, 34 nömrəli, «Yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsi» haqqında Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələri ilə əhatə olunan məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektldərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdeh "xxxx" MMC-nin istifadəsinə verilmiş. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 18 ünvanında yerləşən bina (evlər) köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin binalarda istifadə olunan kommunikassiya xətləri də təmirə yararsızdırlar, o, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi «Azərdövləttikintilayihə» DLİ 20.07.2017-ci il tarixli, «ünvan 1 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin və yaşayış binasının texniki vəziyyəti haqqında» aktdan görünür ki, yaşayış evlərində təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir, yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonularının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı Qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2. mənzil fondunu yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyytində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. 15.02.2018-ci il tarixdə iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə cavabdeh "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayış sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqqlarının verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Buna və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. İddiaçı MMC 06.05.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir. İddiaçı MMC-nin rəhbərliyi tərəfindən X12 ilə dəfələrlə danışıqlar aparmış, binanın qəzalı vəziyyətdə olması halını nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilmişdir. Lakin ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 36 kv.m. olan 2 otaqlı yaşayış sahəsinin mülkiyyətçisi X12 əmlakını söküntüyə təhvil verməmişdir. Bunun nəticəsində 15.02.2018-ci il tarixdə iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilənin 2.3 və 2.4-cü bənləri ondan asılı olmayan səbəblərdən cavabdeh "xxxx" MMC tərəfindən icra edilməsinə məhdudiyyətlər yaradılır. Bakı şəhəri Nəsimi rayonunda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MMC arasında müqavilə bağlanaraq xüsusi mülkiyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. X18 yararsız vəziyyətdə olan əmlakından istifadə etmir, faydalanmır, eyni zamanda sökülərək yerində çoxmənzilli binanın inşasına maneələr yaradır. Bu səbəbdən tikinti işləri dafanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda İddiaçı MMC köçürülmüş sakinlərə kirayə haqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanırö b udə mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olaraq. Bu da haqlı narazılıqlar yaradacaqdır. ünvan 3 ünvandakı ümumi sahəsi 36 kv.m. olan mənzilin əvəzinə mülkiyyətçi X12 İddiaçı MMC həmin ünvanda inşa edəcək binada 24 ay müddətində 44 kv.m.sahəsi olan təmirli yeni mənzil verir, mənzilindən köçən cavabdehlərə digər yaşayış yeri ilə təmin etmək üçün iddiaçı hər ay 400 manat kirayə haqqı ödəyəcəkdir. Həmin mənzilə mülkiyyətçi X12, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və X16 yaşayırlar. Cavabdeh qeyd olunan mənzildən müvəqqəti çıxarılmalı, yeni yaşayış binasının inşa edilməsi üçün cavabdehin mənzili sökülməlidir. Göstərilənlərə əsasən ünvan 3-in sökülməsi, X6 mülkiyyətində olan ünvan 3 əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 18 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 44 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin X6 xüsusi mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MMC tərəfindən X9 hər ay 400 manat kirayə haqqının ödənilməsi, cavabdehlər X12, Cavabdeh5, X16, Cavabdeh1 və Cavabdeh3 ünvan 3-dən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mülki iş üzrə ekspertin 18.03.2022-ci il tarixli, 10/6089 nömrəli rəyinə görə X9 ünvan 3-in faktiki sahəsi 66,1 kv.m., zirzəmi 10,5 kv.m. müəyyən edilmişdir. ünvan 3 ünvandakı ümumi sahəsi 66,1 kv.m. olan mənzilin və 10,5 kv.m. olan zirzəminin əvəzinə mülkiyyətçi X12 İddiaçı MMC həmin ünvanda inşa edəcək binada 24 ay müddətində 80 kv.m. sahəsi olan təmirli yeni mənzil, 10,5 kv.m. zirzəmi verir, mənzilindən köçən cavabdehlərə digər yaşayış yeri ilə təmin etmək üçün iddiaçı hər ay 400 manat kirayə haqqı ödəyəcəkdir. Həmin mənzildə mülkiyyətçi X12, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və X16 yaşayırlar. Cavabdeh qeyd olunan mənzildən müvəqqəti çıxarılmalı, yeni yaşayış binasının inşa edilməsi üçün cavabdehin mənzili sökülməlidir. Göstərilənlərə əsasən ünvan 3-in sökülməsi, X6 mülkiyyətində olan ünvan 3 əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 18 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 80 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin və 10,5 kv.m. zirzəminin X6 xüsusi mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MMC tərəfindən X9 hər ay 400 manat kirayə haqqının ödənilməsi, cavabdehlər X12, Cavabdeh5, X16, Cavabdeh1 və Cavabdeh3 ünvan 3-dən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlərin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 24.12.2021-ci il tarixli çıxarışa əsasən ünvan 4 ünvanda olan 57 kv.m. mənzilin (yaşayış sahəsinin) 1 otaq 15,6 kv.m. Cavabdeh3 ********** qeydiyyat nömrəsi il əvə 41,4 kv.m. Cavabdeh4 ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi **********67-05101-093003). Mülki ş üzrə ekspertin 18.03.2022-ci il tarixli 10/6089 nömrəli rəyinə görə Cavabdeh4 və Cavabdeh3 ünvan 5, mənzil 5-in faktiki sahəsi 66.1 kv.m., zirzəmi 10,5 kv.m. müəyyən edilmişdir. ünvan 4 ünvandakı ümumi sahəsi 66,1 kv.m. olan mənzilin və 10,5 kv.m. olan zirzəminin əvəzinə mülkiyyətçi Cavabdeh3 21,84 kv.m. və Cavabdeh4 58,16 kv.m. payı olmaqla ümumilikdə 80 kv.m. sahəsi olan təmirli yeni mənzil, 10,5 kv.m.zirzəmi İddiaçı MMC həmin ünvanda inşa ediləcək binada verir, mənzilindən köçən cavabdehlərə digər yaşayış yeri ilə təmin etmək üçün iddiaçı hər ay 400 manat kirayə haqqı ödəyəcəkdir. Həmin mənzildə mülkiyyətçi Cavabdeh4, cavabdehlər Cavabdeh5, Cavabdeh3 və X16 yaşayırlar. Cavabdeh qeyd olunan mənzildən müvəqqəti çıxarılmalı, yeni yaşayış binasının inşa edilməsi üçün cavabdehin mənzili sökülməlidir. Göstərilənlərə əsasən ünvan 5, mənzil 5-in sökülməsi, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətində olan ünvan 5, mənzil 5 əvəzinə ünvan 5 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 80 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin (Cavabdeh4 payına mütənasib 58,16 kv.m. və Cavabdeh3 payına mütənasib 21,84 kv.m.mənzil) və 10,5 kv.m. zirzəminin Cavabdeh4 xüsusi mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh4 və Cavabdeh3 hər ay 400 manat kirayə haqqının ödənilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh5, X16, Cavabdeh1 və Cavabdeh3 ünvan 5, mənzil 5-dən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək dəqiqləşdirilmiş iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, 20.04.2022-ci il tarixdə İddiaçı MMC İddiaçı Mənzil Tikinti Kooperativinə çevrilmişdir. İddiaçı MTK İddiaçı MMC-nin hüquqi varisidir.
6. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ekspert rəyi ilə razı deyil. Ekspertiza keçirilərkən zirzəmi ölçülməmiş, yalnız otaqlar ölçülmüşdür. Halbuki zirzəmidə də yaşayış olmuşdur. Həmçinin ekspert rəyində evin qəzalı və istifadəyə yararsız vəziyyətdə olması qəbul olunmuşdur. Bu da həqiqətə uyğun deyildir. O, özü bütövlükdə evi ölçmüşdür, bu 98 kv.m. təşkil edir, ekspert isə daha az ölçü müəyyən etmişdir. İddiaçı tərəfin təklif etdiyi ölçüdə olan ibir ev onlar üçün çox azdır. Cavabdeh4 ilə nikahları pozulmuşdur və bir evdə yaşamaqları mümkün deyildir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ekspert rəyi ilə razı deyil. Ekspert rəyində evin qəzalı və istifadəyə yararsız vəziyyətdə olması qeyd olunmuşdur. Bu həqiqətə uyğun deyildir. Həmçinin evin ümumi ölçüsü də az müəyynə edilmişdir. İddiaçı tərəf onlara bir ev təklif edir. Lakin onlar orada yaşaya bilmərlər. İki mənzil versinlər ki, birində o, anası ilə, digərində isə atası qardaşı ilə yaşaya bilsin. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, X11 lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Odur ki, məhkəmə işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir.
10. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 02.02.2018-ci il tarixli, 33 saylı sərəncamının təsdiq olunmuş surətinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı Qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2015-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiqlənmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi halda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və/və ya ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1754 saylı, 12.10.2017-ci il tarixli məktubu ilə razılaşdırılmış, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən, qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində "xxxx" MMC tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mİrəli Qaşqay küçədərinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazinin ərazi-planlaşdırma sənədləri təsdiq olunmuşdur.
12. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 02.02.2018-ci il tarixli, 34 saylı sərəncamının təsdiq olunmuş surətinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 25.02.2916-cı il tarixli 86 saylı Qərarını rəhbər tutaraq və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1754 saylı, 12.10.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün həmin torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir.
13. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti ilə «Şirkət» qismində "xxxx" MMC arasında bağlanmış 15.02.2018-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün Nazirlər Kabinetinin Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyriyaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması hazırki müqavilənin predmetini təşkil edir. Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişmələrində tikiləcək binanın (yaşayış binalarının və qeyriyaşayış obyektlərinin) İcra Hakimiyyəti tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi həmin ərazidəki sakinlərlə Şirkət arasında razılaşmalar əldə olunduqdan və müqavilələr imzalandıqdan sonra veriləcək.
14. Həmin müqavilənin 2-ci bəndinə əsasən şirkətin öhdəlikləri: - 2.1.Binaların tikintisi üçün zəruri ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilənin imzalandığı tarixdən 2 ay müddətinə tam razılıq əldə edərək zəruri müqavilələr imzalamaq; - 2.2. Sakinlərin köçürülməsinə onlarla müəyyən edilmiş həddə nəqliyyat və əşyalarının daşınması üçün hər mənzil üçün birdəfəlik 300 manat pul vəsaiti ödəmək; - 2.3. Yeni binanın tikintisi başa çatanadək (sakinlər binaya köçənədək) sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəmək: - 1 otaqlı mənzillər üçün ayda 350 manat; - 2 otaqlı mənzillər üçün ayda 450 manat; - 3 otaqlı mənzillər üçün ayda 550 manat və s; - 2.4. Binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq sahəsi olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etmək. Bu zaman həmin mənzilləri (qeyri-yaşayış) su, qaz və elektrik enerjisi sayğacları ilə təmin etmək; - 2.5. Bu müqavilə imzalandıqdan sonra 15 gün müddətində tikiləcək binaların qanunveririciliyə müvafiq olaraq hazırlanmış layihələrini razılaşdırmaq üçün İcra Hakimiyyətinə təqdim etmək; - 2.6. Tikiləcək binaların (yaşayış binaların və qeyri-yaşayış obyektlərinin) yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə götürməsi üçün İcra Hakimiyyətinin tələbi ilə zəruri hərəkətləri etmək, sənədlər, ərizələr vermək və müqavilələr bağlamaq; - 2.7. Hazırki müqavilə üzrə tikiləcək sahənin layihə sənədləri müvafiq qaydada təsdiq edildikdən və tikintinin başlanması üçün tələb olunan icazələr alındıqdan sonra tikintinin 1-ci mərhələsini 18 ay, 2-ci mərhələsini 36 ayy müddətinə tam başa çatdırıb istismara qəbul üçün təqdim etmək; - 2.8. Əgər binaların tikintisi üçün zəruri ərazidə yerləşən mənzillərin sakinləri qarşılıqlı razılıq əsasında yeni mənzillərlə təmin edilərsə bu halda 2.7. bəndində nəzərdə tutulanlar onlara şamil edilmir.
15. İşin materiallarında olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 24.09.2018-ci il tarixli, 290 saylı sərəncamın təsdiq olunmuş surətinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı Qərarını rəhbər tutaraq "xxxx" MMC-nin müraciətini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1754 saylı, 12.10.2017-ci il tarixli razılaşma məktubunu (təqdim olunmuş layihəyə əsasən), Nəsimi rayon İcra Hakimyyəti Başçısının 33 və 34 saylı 02.02.2018-ci il tarixli sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin 25983 saylı, 06.09.2018-ci il tarixli Ekspertiza rəyini nəzərə alaraq Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir.
16. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin «Azərdövləttikintilayihə» DLİ tərəfindən verilmiş ünvan 6 ünvanlarda yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında 05.07.2017-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, baxış keçirilən yaşayış evləri XİX əsrin sonlarında inşa edilmişdir. Yaşayış evləri əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. Qeyd olunan ərazi 26 mənzildən ibarətdir. But daşından olan divarlarda kəsici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatınır dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma vvə qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir.
17. İş materiallarında olan 06.05.2019-cu il tarixli Kommersiya qurumunun Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətinə əsasən İddiaçı MMC 07.04.2008-ci il tarixdə qeydiyyata alınmışdır, İddiaçı MMC 06.05.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və onun hüquqi varisidir, nizamnamə kapitalının miqdarı (ödənilmiş əvvəlki) 20 manat, nizamnamə kapitalının miqdarı (ödənilmiş hazırki) 30 manat təşkil etmişdir.
18. İş materiallarında olan 16 saylı MKİS tərəfindən verilmiş 28.09.2020-ci il tarixli Forma-2 arayışından görünür ki, Bakı şəhəri, R.Axundov küçəsində yerləşən 18 saylı evin 2 otaqlı 5 nömrəli mənzili X6 mülkiyyətindədir. Həmin mənzildə X12, həyat yoldaşı Cavabdeh5, oğlu Cavabdeh1, qıızı X16, oğlu Cavabdeh3 qeydiyyatdadırlar.
19. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.08.2019-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsində yerləşən 18 saylı evin ümumi sahəsi 57 kv.m. olan 5 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh4 mülkiyyətində olmuşdur.
20. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.08.2019-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsində yerləşən 18 saylı evin ümumi sahəsi 57 kv.m. olan 5 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh4 mülkiyyətində olmuşdur.
21. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsində yerləşən 18 saylı evin ümumi sahəsi 57 kv.m. olan 5 saylı mənzili paylı mülkiyyət hüququ üzrə 24.12.2021-ci il tarixdən Cavabdeh3 (1 otaq - 15,5 kv.m.), 27.12.2021-ci il tarixdən Cavabdeh4 (51,4 kv.m.) mülkiyyətindədir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6089 saylı, 18.03.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59,2,59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları»nın tələbləri nəzərə alınmaqla Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsində yerləşən 18 saylı evin 5 saylı mənzilin ümumi sahəsinin 66,1 kv.m., zirzəmi tikilisinin sahəsi isə 10,5 kv.m. olduğu müəyyən edilmişdir.
23. İş materiallarında olan 20.04.2022-ci il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin dövlət reyestrindən çıxarışların surətlərinə əsasən İddiaçı MMC (qurumun əvvəlki adı) Mənzil-Tikinti Kooperativi (qurumun hazırki adı) 07.04.2008-ci il tarixdə qeydiyyata alınmışdır, İddiaçı MTK 07.04.2008-ci il tarixdə VÖEN ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin hüquqi varisidir, nizamnamə kapitalının miqdarı (ödənilmiş əvvəlki) 30 manat, nizamnamə kapitalının miqdarı (ödənilmiş hazırki) 150 manat təşkil etmişdir, X17 (əvvəlki təsisçisi) - 100 % pay hüququ ilə, X5 - 20% pay, X2 - 20% pay, X13 - 20% pay, X10 - 20% pay və X17 - 20% pay hüququ ilə İddiaçı MTK-nın təsisiçiləridir (hazırki), X14 qanuni təmsilçisi (əvvəlki) olmuş, X5 hazırki qanuni təmçilçisidir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
24. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov (indiki Abbas Zamanov) küçəsində yerləşən 18 saylı evin 5 saylı mənzili paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 (1 otaq - 15,5 kv.m.) və Cavabdeh4 (51,4 kv.m.) mülkiyyətindədir. Həmçinin cavabdehlərin istifadəsində olan zirzəmi 10,5 kv.m. təşkil edir. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 24.09.2018-ci il tarixli, 290 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı Qərarını rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1754 saylı, 12.10.2017-ci il tarixli razılaşma məktubunu, Nəsimi rayon İcra Hakimyyəti Başçısının 33 və 34 saylı 02.02.2018-ci il tarixli sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin 25983 saylı, 06.09.2018-ci il tarixli Ekspertiza rəyini nəzərə alaraq Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə "xxxx" (hazırki "xxxx" MTK) MMC-yə icazə verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" (hazırki "xxxx" MTK) MMC arasında bağlanılmış 15.02.2018-ci il tarixli müqaviləyə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayış sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqqlarının verilməsi "xxxx" (hazırki "xxxx" MTK) MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin «Azərdövləttikintilayihə» DLİ-nun əməkdaşları tərəfindən tərtib edilmiş 05.07.2017-ci il tarixli akta əsasən ünvan 6 ünvanlarda yerləşən yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması müəyyən edilmişdir.AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş yaşayış binalarının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Lakin cavabdehlər əmlakını söküntüyə təhvil verməmişlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
26. AR Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
27. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 №-li qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, onlar dövlət, ictimai və fərdi mənzil fondlarının evlərində kirayədarla kirayəçi, kirayəçilərlə onların ailə üzvləri arasında yaranan mənzil mübahisələrini, vətəndaşlarla mənzil-tikinti kooperativləri arasında mənzil hüquq münasibətləri ilə əlaqədar yaranan mübahisələri və digər mənzil mübahisələrini, o cümlədən mənzil-tikinti kooperativlərinin evlərinin və ya vətəndaşlara mülkiyyət hüququ əsasında məxsus olan evlərin yaşayış sahəsini, həmçinin qeyri-yaşayış sahəsini və binasını özbaşına tutmuş şəxslərin çıxarılması ilə əlaqədar yaranan mübahisələri; həmin evlərin uçmaq təhlükəsi vardırsa, onlardan çıxarmaya; rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarlarına əsasən, sökülməli olan özbaşına tikilmiş evlərdən çıxarmaya; mülki-hüquqi öhdəliklərə əsaslanan (evin sökülməsi, əsaslı təmiri, evin qeyri-yaşayış binasına çevrilməsi və sairlə əlaqədar) tələblər üzrə yaşayış sahəsinin verilməsinə; yaşayış sahəsi verilməsi üçün məlumat verilməklə müdiriyyətin və ya müvafiq ictimai təşkilatın orqanının həmkarlar ittifaqının birgə qərarı ilə verilmiş yaşayış sahəsinə rayon (şəhər) icra hakimiyyəti orqanı order verməkdən imtina etdikdə, order verilməsinə dair mübahisələri həll edir.
28. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 mülkiyyətində olan mənzilin istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin mənzilin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğunu, həmçinin söküntü işlərinin və daha sonradan tikinti işlərinin həyata keçirilməsi məqsədilə digər sakinlərin buna razılıq verməsini, hazırda isə cavabdehlərin bu tikintiyə razılıq verməməsi nəticəsində digər sakinlərin mənzillə təmin edilməsinin gecikəcəyini nəzərə alaraq iddia tələbi həmin mənzilin sökülməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
29. Məhkəmə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 mülkiyyətində olan, istismara yararsız və qəzalı vəziyyətdə olan mənzilin sökülərək əvəzində ünvan 5 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 80 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin (Cavabdeh4 payına mütənasib 58,16 kv.m. və Cavabdeh3 payına mütənasib 21,84 kv.m.) və 10,5 kv.m. zirzəminin verilməsi tələbi üzrə qeyd edir ki, həmin tələb də əsaslıdır və təmin edilməlidir.
30. Belə ki, İddiaçı MTK-nın cavabdehlərə (Cavabdeh4 və Cavabdeh3) öz əvvəlki mənzilin yerinə yeni, təmirli, əlavə sahə ölçülərinin əlavə edilməklə (66 kv + 20%) mənzillə təmin edilməsi hazırki cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması deyildir.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin «Lyudmila Yuryevna SİQUNOVA və Marina Yuryevna SİQUNOVA Rusiyaya qarşı» 12 fevral 2019-cu il tarixli qərarında belə bir hüquqi mövqe ortalığa qoyulmuşdur ki, « müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. Heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (yuxarıda sitat verilən Volçkova və Mironov işi ilə müqayisə edin, §§ 125-126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (yuxarıdakı 36-cı paraqraf), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilər həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə faktorundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb, çünki ilk dəfə 01 avqust 2017-ci ildə qaldırılıb (yuxarıdakı 27-ci paraqraf), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyildir. Yekun olaraq məhkəmə təsdiq etmişdir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə hesab edir ki, tədbir mütənasib və uyğundur. »
32. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər məhkəmə iclası zamanı onlara iddiaçı şirkət tərəfindən ayrı-ayrılıqda əlavə mənzillərin verilməsi iddiaçıya məxsus olan vəzifə deyil, sadəcə hüquqdur. Hazırki halda isə cavabdehlər həmin mənzildə bir yerdə yaşayır və birgə təsərrüfat apardığından onlara əlavə olaraq ayrı-ayrılıqda mənzillərin verilməsi əsassızdır.
33. Məhkəmə cavabdehə zirməzi hissəsində əlavə artırmanın verilməməsi hissəsi ilə bağlı qeyd edir ki, qeyd olunan qeyri-yaşayış sahəsi (zirzəmi) dövlət reyestrindən qeydiyyatdan keçməmiş, həmçinin iddiaçı tərəf Nazirlər Kabinetinin 86 saylı qərarı ilə və Nəsimi Rayon İcra Hakimiyyəti ilə bağlanmış 15.02.2018-ci il tarixli müqaviləyə əsasən əlavə olaraq 20% miqdarında artırmanın qeyri-yaşayış sahəsinə deyil, yalnız yaşayış sahələrinə aid olunması müəyyən edilmişdir.
34. Məhkəmə cavabdehlərə (Cavabdeh4 və Cavabdeh3) yeni sahə verilənədək aylıq 400 manat əmlak kirayə haqqı verilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təklif olunan aylıq əmlak kirayə haqqısı ağlabatandır və hazırki bazar qiymətlərinin tələblərinə cavab verir.
35. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 mülkiyyətindəki mənzilin və zirzəminin sökülərək əvəzinə yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə eyni ölçüdə mənzilin və zirzəminin verilməsi qərara alındığından, cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları barədə tələb də prosessual qənaət prinsipini nəzərə almaqla əsaslıdır və təmin edilməlidir.
36. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər hazırki hərəkətləri mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir.
37. AR Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
38. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
39. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
40. Göstərilən Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur.
41. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı MTK-nin inşa etdiyi binanın tikintisinin dayandırılması və tikinti gedən ərazidə MTK-nın fəaliyyətinə qadağa qoyulması həmin binada məskunlaşdırılmalarını gözləyən çoxsaylı insanların hüquqlarının bərpaolunmaz şəkildə xələl görməsinə səbəb ola bilər.
42. Belə ki, işin hallarından aydın olur ki, İddiaçı MTK səlahiyyətli dövlət hakimiyyəti orqanının sifarişi əsasında tikinti işlərini həyata keçirir.
43. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov (hazırda Abbas Zamanov) küçəsi, ev 18, mənzil 5 ünvanı İddiaçı MTK-nın hesabına sökülməli, Cavabdeh4 Aktf qızının və Cavabdeh3 mülkiyyətində olan ünvan 5, mənzil 5 ünvanın əvəzinə ünvan 5 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 80 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzil (Cavabdeh4 payına mütənasib 58,16 kv.m. və Cavabdeh3 payına mütənasib 21,84 kv.m.) və 10,5 kv.m. zirzəmi iddiaçı "xxxx" MTK tərəfindən mülkiyyətlərinə verilməli, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən Cavabdeh4 və Cavabdeh3 ümumilikdə hər ay 400 (dörd yüz) manat kirayə haqqı ödənilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh5, X16, Cavabdeh1 və Cavabdeh3 ünvan 5, mənzil 5-dən çıxarılmalıdırlar.
44. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh4, Cavabdeh5, X7, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi əmin edilsin. ünvan 5, mənzil 5 ünvanı İddiaçı MTK-nın hesabına sökülsün. Cavabdeh4 Akif qızının və Cavabdeh3 mülkiyyətində olan ünvan 5, mənzil 5 ünvanın əvəzinə ünvan 5 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 80 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzil (Cavabdeh4 payına mütənasib 58,16 kv.m. və Cavabdeh3 payına mütənasib 21,84 kv.m.) və 10,5 kv.m. zirzəmi iddiaçı "xxxx" MTK tərəfindən mülkiyyətlərinə verilsin. Yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən Cavabdeh4 və Cavabdeh3 ümumilikdə hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, X16, Cavabdeh1 və Cavabdeh3 ünvan 5, mənzil 5-dən çıxarılsınlar. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh4, Cavabdeh5, X7, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov