Məhkəmə qərarları › İş №2(006)-3882/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3882/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3882/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “hesablanmış borcun” tələbinədair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC tərəfindən xx xxxx 2020-ci il tarixli akt R-148230 saylı aktına əsasən hesablanmış 438.12 manat borc əsassız hesab edilməsi **********01993 nömrəli abunə hesabından silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1981-ci il tarixdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Ağdərə rayonunda anadan olmuşdur. Erməni milləti quldur dəstələrinin apardığı müharibənin nəticəsində 1993-cü ildə yaşadığı Kəlbəcər rayonu məcburi tərk etmiş Astara rayonuna gəlmişdir. Dövlət qaçqınkomun xx.xx.2013-cü il tarixli qərarına əsasən ona məcburi köçkün vəsiqəsi verilmişdir. 2004-cü ildə Astara rayonun Ərçivan kənd sakini X3 ilə faktiki olaraq ailə həyatı qurmuşlar. Nikahları isə xx.xx.2005-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2005-ci il tarixdə Sülharə, xx.xx.2006-cı il tarixdə Məhəmməd və xx.xx.2009-cu il tarixdə Zeynəb adlı uşaqları doğulmuşdur. Ailə üzvləri Ərçivan qəsəbəsində fərdi yaşayış evində yaşayır. Kommunal xərcləri, işıq, su və qaz pullarını bildirişlərə əsasən vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq Astara Elektrik şəbəkəsinin əməkdaşları xx xxxx 2020-ci il tarixdə onlar və şahidlərin iştirakı olmadan küçədə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş guya sayğaca gələn giriş xəttini zədələnmişdi deyə 148230 saylı akt R seriyalı akt tərtib edilmişdir. Bu akta görə ona 438.12 manat cərimə hesablamışdı. Hesab edir ki, tərəfindən elektrik sayğacına müdaxilə olunmadığından akt qanunsuz tərtib edilmiş və əsassız cərimə olunmuşdu. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdi. Cavabdehin nümayəndəsi X6 işə mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçınıniştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən X1 iddiasıqismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abonentin Abunə haqqında vərəqindən görünür ki, Astara rayonu, Ərçivan kəndi, ev 0220 2001-ci ilədək olan dövr ərzində enerji təchizatına görə hesablanmış 438.12 qəpik məbləğində elektrikdən istifadəyə görə borcu yaranmışdır. İş materiallarında olan “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş №148230 saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, EEİQ-na uyğun olaraq abonenti fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirtdiyimiz zaman məlum oldu ki, abonent sayğaca gələn giriş xəttini zədələyərək birbaşa kənar xətdən istifadə edir. Kənar xəttin materialı 2,5 mm2 alminiumdur. İş materiallarında olan Astara Rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə X4 aralarında nikah bağlanmışdır. Nikahı haqqında xx.xx.2005-ci il tarixdə 97 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rzayev, arvada Rzayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Abonentin Abunə haqqında vərəqindən görünür ki, Astara rayonu, Ərçivan kəndi, ev 0220 2001-ci ilədək olan dövr ərzində enerji təchizatına görə hesablanmış 438.12 manat məbləğində elektrikdən istifadəyə görə borcu yaranmışdır. Cavabdeh “xxxxxxxx” ASC tərəfindən xx xxxx 2020-ci il tarixli akt R-148230 saylı aktına əsasən hesablanmış 438.12 manat borc əsassız hesab edilməsi **********01993 nömrəli abunə hesabından silinməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh “xxxxxxxx” ASC tərəfindən xx xxxx 2020-ci il tarixli akt R-148230 saylı aktına əsasən hesablanmış 438.12 manat borc əsassız hesab edilməsi **********01993 nömrəli abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isitnad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, “xxxxxxxx” ASC tərəfindən 2019-cu il 20 aprel tarixinədək iddiaçı X7 məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 2A, 34 saylı mənzilə 2001-ci ilədək olan dövr ərzində enerji təchizatına görə hesablanmış 83 (səksən üç) manat 29 (iyirmi doqquz) qəpik borc məbləği silinməlidir. ŞərhedilənlərəəsasənvəAzərbaycan Respublikası MPM-nin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxxxxxx” ASC tərəfindən xx xxxx 2020-ci il tarixli akt R-148230 saylı aktına əsasən hesablanmış 438.12 manat borc əsassız hesab edilməsi **********01993 nömrəli abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar