Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3900/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının və onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı X1 cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı müavinətin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh LPO Cavabdeh ASC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin, xx.xx.2022-ci il tarixindəm xx.xx.2023-cü il tarixinə qədər boşdayanmaya görə pul vəsaitinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildən "xxxx" ASC-də əmək fəaliyyətinə başlamışdır. "xxxx" ASC-də sonuncu iş yeri "Elmlər" filialı, sonuncu vəzifəsi isə fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssis vəzifəsi olmuşdur. 2018-ci ilin aprel ayından analıq məzuniyyətinə çıxmışdır. İkinci övladının dünyaya gəlməsi ilə əlaqədar birinci analıq məzuniyyəti bitdikdən sonra ikinci dəfə analıq məzuniyyətinə çıxmışdır. 31 oktyabr 2022-ci il tarixindən sonra analıq məzuniyyətinin uzadılması üçün ərizə ilə müraciət etməmişdir. Ləğv Prosesində olan ''AGBank" ASC-nin baş ofisindən ona belə məlumat verilmişdir ki, hal-hazırda "Elmlər" filialı bağlanmış, fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssis vəzifəsinə isə vakansiya mövcud deyildir. xx.xx.2023-cü il tarixində **********179 saylı məktub axşam saat 20:00 radələrində yaşadığı mənzilə çatdırılmışdır. Həmin məktubda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixində ləğv prosesində olan "xxxx" ASC-nin Ümumi şöbəsinin kargüzarı vəzifəsinə vergilər və digər məcburi ödəmələr daxil olmaqla aylıq 500 manat əmək haqqı ilə işə başlaması barədə xəbərdar olunur. Göründüyü kimi göndərdiyi məktubda qeyd olunan onun iradəsindən kənar baş vermiş vəzifə dəyişikliyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə qanunsuzdur. Belə ki, Ümumi Şöbənin "kargüzar" vəzifəsi həm vəzifə, həm də əmək haqqı baxımından daha pis şərtləri ehtiva edir. Bu isə əmək qanunvericiliyində "əmək şəraitinin dəyişdirilməsi" adlanır və belə hallarda azı 1 ay öncədən işçi xəbərdar edilməlidir. Yazaraq cavabdeh Ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nəzərinə çatdırmışdır ki, o, kargüzar vəzifəsində işləmək istəmir, bu vəzifə ona maraqsızdır və sonuncu vəzifəsindən aşağıdır. Bundan əlavə onun vergilər və digər məcburi ödənclər xaric olmaqla sonuncu dəfə aldığı əmək haqqının dərəcəsi 550 manat olmuşdur. Deməli, cavabdeh əmək şəraitinin şərtlərini onu fikri nəzərə alınmadan pisləşdirmək, ARƏM-nin 56-cı maddəsini pozmaq istəmişdir. Buna görə də əmək şəraitinin dəyişməsi barədə təklifi qəbul etməməsi sifarişli poçt vasitəsilə bildirilmişdir. Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun direktoru Tural Piriyevin xx.xx.2023-cü il tarixli 54k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "C" bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı X2 və onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı etiraf eməyərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2021-ci il tarixdə “sosial məzuniyyətə çıxılmasına dair” əmr №21-113k-dan görünür ki, həmin əmr LPO Cavabdeh ASC-nin Elmlər filialının fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək hamiləlik dövründə və doğuşdan sonra 56 təqvim günü cəmi 126 təqvim günü müddətində ödənişli sosial məzuniyyətin verilməsi, işçinin xx.xx.2021-ci il tarixindən vəzifəsinin icrasına başlanması haqqında verilmişdir. İş materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2021-ci il tarixdə “sosial məzuniyyət”-ə dair əmr №331 k-dan görünür ki, həmin əmr LPO Cavabdeh ASC-nin Elmlər filialının fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək uşağa qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətin verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən vəzifəsinin icrasına başlanması haqqında verilmişdir. İş materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2022-ci il tarixli əmr №333 k-dan görünür ki, həmin əmr LPO Cavabdeh ASC-nin Elmlər filialının fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək uşağa qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətin verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən vəzifəsinin icrasına başlanması haqqında verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2022-ci il tarixində təqdim edilmiş ərizədə göstərilmişdir ki, boşdayanmanın başlanması haqqında xəbərdarlığını nəzərə almaları və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-ci maddəsinin 1-ci bəndinə nəzərdə tutulmuş ödənişlərin icrasını təmin etmələri xahiş edilmişdir. Əks halda pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququ bankın nəzərinə çatdırılmışdır. İş materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisinin ləğvetmə üzrə müşaviri Şəhla Abdurəhmanovanın ƏMSF-ın icraçı direktoru Tural Piriyevə ünvanladığı xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-yə müraciət etməklə, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutlmuş əsaslarla (70-ci maddənin “a” və ya “b” bəndləri) xitam verilməsi, yaxud 56-cı və ya 169-cu maddəsinin 1-ci bəndində göstərilən müddəaların tətbiq edilməsi xahiş etmişdir. İş materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasıya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 3(103)-1327/2020 nömrəli qərarı ilə “AGBank“ ASC müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisı təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56.1-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin Məcəllənin 56.2-cı maddəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-cı maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Övladına qulluq etməkdən ötru verilən qismən ödənişli sosial məzuniyyətin müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq işə başlamamış və bununla bağlı hər hansı iradə ifadəsi göstərməmişdir. Bu səbəblə ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən himayəsində üç yaşına çatmayan övladının olmasını nəzərə alaraq xx.xx.2023-cü il tarixində ləğv prosesində olan "xxxx" ASC-nin Ümumi şöbəsinin kargüzarı vəzifəsinə vergilər və digər məcburi ödəmələr daxil olmaqla aylıq 500 manat əmək haqqı ilə işə başlaması ilə bağlı xəbərdar edilmişdir. Sözügedən Bankın ləğv prosesində olması faktı bir sıra işçilərin əmək şəraiti şərtlərinin dəyişdirilməsi zərurətini, habelə həmin Bankda həyata keçirilmiş struktur dəyişiklikləri nəzərə alınmaqla ona təklif edilmiş işə başlama tarixinin müəyyənləşdirilməsinə baxmayaraq heç bir üzrlu səbəb olmadan əmək funksiyalarının icrasına başlamamış, bununla yanaşı başqa vəzifəyə keçirilmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş təklifə etirazını rəsmi qaydada bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirilmişdir ki, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 56.2ci maddəsində göstərilən prosessual müddət bitdikdən sonra yəni xx.xx.2023-cü il tarixində həmin Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndinə əsasən xitam veriləcəyinə dair xəbərdar olunmuşdur. İş materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasıya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisı təyin edilmişdir. Övladına qulluq etməkdən ötru verilən qismən ödənişli sosial məzuniyyətin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Himayəsində 3 yaşına çatmayan övladının olmasını nəzərə alaraq xx.xx.2023-cü il tarixində LPO Cavabdeh ASC-nin Ümumi şöbəsinin kargüzarı vəzifəsinə vergilər və digər məcburi ödəmələr daxil olmaqla aylıq 500 manat əmək haqqı ilə işə başlaması barədə xəbərdar edilir. İş materiallarında olan iddiaçı tərəfindən LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla əlaqədar ərizədə göstərilmişdir ki, əmək şəraitinin dəyişdirilməsi (xx.xx.2023-cü il tarixində ləğv prosesində olan Cavabdeh ASC-nin Ümumi şöbəsinin kargüzarı vəzifəsinə vergilər və digər məcburi ödəmələr daxil olmaqla aylıq 500 manat əmək haqqı ilə işə başlama) barədə təklifi qəbul etmir. İş materiallarında olan iddiaçı tərəfindən LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2023-cü il tarixində təqdim edilmiş şikayətdə əmək şəraitinin dəyişdirilməsi (xx.xx.2023-cü il tarixində ləğv prosesində olan Cavabdeh ASC-nin Ümumi şöbəsinin kargüzarı vəzifəsinə vergilər və digər məcburi ödəmələr daxil olmaqla aylıq 500 manat əmək haqqı ilə işə başlama) barədə təklif əvəzinə tapşırıq məzmununda göndərilməsinin, xx.xx.2022-ci il tarixində ARƏM-nin 169-cu maddəsinə əsasən hesablanmalı olan boşdayanmaya görə ödənişin bu günə qədər aparılmadığının, xx.xx.2022-ci il tarixinə qədər sosial məzuniyyətə görə qanunvericilikdə nəzərdə tutulmuş ödənişlər tam edilmədiyinin nəzərə alınması xahiş olunmuşdur. İş materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisinin ləğvetmə üzrə müşaviri Abdurəhmanova Ş.İ, LPO Cavabdeh ASC-nin Korporativ hüquq və insan resursları şöbəsinin müdiri İsmayılova X.C və LPO Cavabdeh ASC-nin “City Point” şöbəsinin müdiri Nəsirov N.H tərərindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, LPO Cavabdeh ASC-nin Elmlər filialının fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi İddiaçı xx.xx.2023-cü il tarixli **********179 nömrəli xəbərdarlıq məktubunu xx.xx.2023-cü il tarixdə qəbul etmiş, lakin xx.xx.2023-cü il tarixində heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. İş materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisinin ləğvetmə üzrə müşaviri Abdurəhmanova Ş.İ, LPO Cavabdeh ASC-nin Korporativ hüquq və insan resursları şöbəsinin müdiri İsmayılova X.C və LPO Cavabdeh ASC-nin “City Point” şöbəsinin müdiri Nəsirov N.H tərərindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə tərtib edilmiş aktların surətindən görünür ki, LPO Cavabdeh ASC-nin Elmlər filialının fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi İddiaçı həmin tarixlərdə heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. İş materiallarında olan iddiaçı tərəfindən LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2023-cü il tarixdə ünvanlanmış ərizənin surətindən görünür ki, həmin ərizədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinin 2-ci hissəsini rəhbər tutaraq uşağa qulluq etməsi ilə əlaqədar götürdüyü qismən ödənişli sosial məzuniyyətin xx.xx.2022-ci il tarixinə qədər uzadılması xahiş edilmişdir. İş materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli əmrində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixi sonuncu iş günü olmaqla ləğv prosesində olan “AGBank" ASC-nin Elmlər filialının fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c" bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) tutduğu vəzifədən azad edilsin və əmək müqaviləsinə xitam verilsin. Məhkəmə araşdırması zamanı müəyən edildi ki, iddiaçı hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün cəmi 126 təvim günü müddətində ödənişli sosial məzuniyyətdən sonra xx.xx.2021-ci il tarixdə işin icrasına başlamalı olduğu halda, cavabdeh quruma müraciət etməklə xx.xx.2022-ci il tarixinədək müddətə ona qismən ödənişli sosial məzuniyyətin verilməsini xahiş etmiş, xahişi təmin edilməklə, xx.xx.2022-ci il tarixindən vəzifəsinin icrasına başlaması əmri verilmişdir. Daha sonra iddiaçının xx.xx.2022-cii l tarixli müraciəti əsasında qismən ödənişli sosial məzuniyyətinin xx.xx.2022-ci il tarixinə qədər uzadılmasını xahiş etmiş, xahişi təmin edilməklə, işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixindən vəzifəsinin icrasına başlaması əmri verilmişdir. Sonuncu əmrdə göstərilən tarixdə iddiaçı öz vəzifəsinin icrasına başlamalı olduğu halda bunu etməmiş, işəgötürən isə həmin tarixdə heç bir tədbir görməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı məktubla cavabdehə müraciət edərək onun barəsində əmək müqaviləsinə münasibət bildirilməsi xahiş etmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə işəgötürən tərəfindən iddiaçıya Bakı Apellyasıya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-3(103)-1327/2020 nömrəli qərarı ilə “AGBank“ ASC müflis elan edilməsi barəsində iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun Bankın ləğvedicisı təyin edilməsi, xx.xx.2023-cü il tarixində LPO Cavabdeh ASC-nin Ümumi şöbəsinin kargüzarı vəzifəsinə vergilər və digər məcburi ödəmələr daxil olmaqla aylıq 500 manat əmək haqqı ilə işə başlaması barədə xəbərdarlıq məktubu göndərilmiş, iddiaçı təklif edilən vəzifə ilə razı olmaması barədə ərizəni işəgötürənə təqdim etmişdir. Həmin tarixdən xx.xx.2023-cü il tarixinədək iddiaçı ona təklif olunan vəzifə üzrə səlahiyyətlərinin icrasına başlamamış (cavabdeh tərəfindən təqdim edilən aktlar), xx.xx.2023-cü il tarixdə cavabdeh qurum tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c" bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) tutduğu vəzifədən azad edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin, eləcə də xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək boşdayanmaya görə pul vəsaitinin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan münasibətlərə aşağıdakı qanunvericilik normaları tətbiq edilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən, “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən, “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən, “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” Həmin Məcəllənin 68.2-ci maddəsinin “c” bəndinə əsasən, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Həmin Məcəllənin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Göründüyü kimi qanunverici Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c" bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəməsini müəyyən etmişdir. Odur ki, iddianın “orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin ödənilməsi” hissəsində iddia qismən təmin edilməklə, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı orta aylıq əmək haqqının iki misli miqdarında müavinət ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2022-ci il tarixli əmrlə LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçının xx.xx.2022-ci il tarixindən vəzifəsinin icrasına başlamalı olduğunu nəzərdə tutsa da, iddiaçı öz vəzifəsinin icrasına başlamamış, işəgötürən isə əmək müqaviləsinə xitam verməmişdir. Əmək müqaviləsinə xitam barədə əmr yalnız xx.xx.2023-cü il tarixində verilmişdir. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək işçinin işdən azad edilməməsi səbəbini cavabdeh qurum heç bir sənədlə əsaslandıra bilməmiş, həmin dövr üçün işçinin öz vəzifə səlahiyyətlərinin icrasına başlamaması barədə aktlar təqdim etməklə kifayətlənmişdir. Halbuki, işəgötürən olan cavabdeh qurum iddiaçının ona təklif edilən vəzifədə çalışmaq istəyinin olmaması barədə xx.xx.2023-cü il tarixli ərizəsindən xəbərdar olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı orta aylıq əmək haqqının iki misli miqdarında müavinət, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı orta aylıq əmək haqqının iki misli miqdarında müavinət ödənilsin. LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3900/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3900/2023
14.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver