Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3912/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı cavabdeh Farman Mekhdievə qarşı əmlakın bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 cavabdeh Farman Mekhdievə qarşı əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh X4 (Mekhdiyev Farman) ilə birgə nikah dövründə əldə etdikləri X1 (Mekhdiyev Farman) adına Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 47, 38 saylı mənzilə, həmçinin "xxxx" ASC-də cavabdeh X2 (Mekhdiyev Farman) məxsus hesaba qoyulmuş 30.000 manat məbləğində pul vəsaitinin aralarında bərabər bölünməklə, onun həmin əmlaklara ½ hissə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Farman Mekhdievə qarşı əmlakın bölünməsi tələbinə dair mülki işin məhkəmənin icraatında olan Farman Mekhdievin İddiaçı qarşı əmlak bölgüsü tələbinə dair mülki işlə birləşidirlməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə mülki işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdirş. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, İddiaçı cavabdeh Farman Mekhdievə qarşı əmlakın bölünməsi tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan iddiaçı Farman Mekhdievin İddiaçı qarşı əmlak bölgüsü tələbinə dair iddiası əsasında olan digər mülki işin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Farman Mekhdievə qarşı əmlakın bölünməsi tələbinə dair 2(006)-3912/2025 saylı mülki iş, iddiaçı Farman Mekhdievin İddiaçı qarşı əmlak bölgüsü tələbinə dair 2(006)-3088/2025 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Farman Mekhdievə qarşı əmlakın bölünməsi tələbinə dair e-2(006)- 3784/2024 saylı mülki iş, iddiaçı Farman Mekhdievin İddiaçı qarşı əmlak bölgüsü tələbinə dair e-2(006)-2588/2024 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3912/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3912/2025
22.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver