Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3996/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X54 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, X7, X24, X10, X13 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X15 miras qalmış ünvan 1nə cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən miras əmlak üzrə İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 İddiaçı mərhum atası Məmmədmuradov X15 vərəsələrinə miras qalmışdır. Müraciət əsasında miras əmlak üzrə Bakı şəhəri 54 saylı Notariat Ofisində vərəsəlik işi açılaraq vərəsələrin dairəsi müəyyən olunmuş, miras əmlak üzrə hüququ olan 5 varisin - X9, X1, X5, X6, X2 imtina ərizələri ilə və varis olan X14 1 (bir) bağışlama müqaviləsi ilə İddiaçı xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəhbərliyinə yazılı şəkildə ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixli, **********08 nömrəli cavab məktubunda bildirilmişdir ki, bağ sahəsi ilə bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün notarial qaydada təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim ediləcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. xx.xx.2023-cü il tarixdə cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi yazılı formada müraciət edilərək tələb edilmiş, lakin cavabdeh tərəfindən həmin şəhadətnamənin verilməsindən imtina edilərək yazılı ərizəyə cavab verilməmiş, edilən şifahi müraciətlərin də nəticəsi olmamışdır. Cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 miras əmlak üzrə İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini təmin etməməsi səbəbindən o, faktiki sahibliyində olan miras əmlak üzrə hüquqları qeydə aldıra bilmir, miras əmlaka dair cavabdeh tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyindən məhkəmə qaydasında həmin sənədi almaq qərarına gəlmişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən (reyestr nömrəsi: **********27) 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 631 nömrəli reyestr kitabının 59723 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə X18 adına qeydiyyata alınmışdır.
7. X7, X10, X13, X11 və X12 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, onlar xx.xx.1993-cü ildə ölmüş ataları X15 irs qalmış mirası qəbul etməmiş, etmir, etməyəcək, özlərinə çatası hissəsindən imtina edir, gələcəkdə bununla bağlı hər hansı bir iddia ortaya çıxarsa, məsuliyyəti öz üzərlərinə götürdüyünü qeyd etmişlər (imzaların həqiqiliyi Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmişdir).
8. Bakı şəhəri 32 saylı Notariat Ofisinin xüsusi notariusu X51 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli, 2V-62 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1993-cü ildə vəfat etmiş X18 vərəsəsi X16r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir.
9. Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 3M-355 reyestr nömrəli vərəsəlik payının bağışlanma müqaviləsindən görünür ki, X24 Bakı şəhəri 32 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-62 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X15 miras qalmış əmlakdan ona çatası tam hissədə payını İddiaçı bağışlamışdır. İddiaçı Bakı şəhəri 32 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-62 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X17 çatası tam hissədə payını qəbul etmişdir. Bağışlamanın predmeti xx.xx.1993-cü il tarixdə vəfat etmiş X15 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair vərəsəlik hüququ üzrə vərəsəsi X17 çatmış tam hissədə paydan ibarətdir (müqaviləni X24 əvəzinə X29 imzalamışdır).
10. X24 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2021-ci il tarixli, 3M/355 reyestr nömrəli vərəsəlik payının bağışlanma müqaviləsindən xəbərdardır, müqaviləni imza edən nümayəndə X29 onun tapşırığını icra etmişdir və o, müqavilə ilə razıdır. Bununla əlaqədar, heç bir iddia, şikayət və tələbi yoxdur (imzanın həqiqiliyi Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmişdir).
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ massivindəki 992 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim ediləcəyi təqdirdə, məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
12. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X11 xx.xx.2024-cü il tarixdə ölmüşdür.
13. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ massivində yerləşən 0.17 hektar torpaq sahəsi olan 992 saylı bağ sahəsi xx.xx.1982-ci il tarixli, 5360 saylı icarə müqaviləsi əsasında X19 (sənəddə olduğu kimi) istifadəsinə verilmişdir. Daha sonra 0.17 hektar torpaq sahəsinin bir hissəsi üzərində inşa edilmiş tikili ilə birlikdə icarədarın xx.xx.1989-cu il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında X3 (sənəddə olduğu kimi) adına keçirilmiş və 992A saylı (0.09 ha) bağ sahəsi kimi xx.xx.1989-cu il tarixli, 24026 nömrəli müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqavilə əsasında xx.xx.2015-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 0.09 hektar torpaq sahəsi və ümumi sahəsi 53.4 kv.m olan bağ evi onun adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-393 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli bağışlanma müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Vişnovka-2 bağ massivi, 992 saylı bağ sahəsinin yerdə qalan 0.08 ha hissəsinə dair X25 ilə xx.xx.1989-cu il tarixli, 5360 nömrəli müqavilə bağlanılmışdır. Daha sonra vərəsələr dairəsinin müəyyən edilməsi barədə 54 saylı Notariat Kontorunun xx.xx.2016-cı il tarixli, x/n-143 nömrəli məktubu və xx.xx.1982-ci il tarixli, 5360 saylı icarə müqaviləsi əsasında xx.xx.2016-cı il tarixdə Vişnovka-2 bağ massivi, 992 saylı bağ sahəsi (0.08 ha) X18 adına ilkin qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Məktuba bağ sahəsinə dair 27 vərəqdən ibarət qoşma əlavə edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi notariat idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılan araşdırma nəticəsində X4 adına xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisində vərəsəlik işinin açıldığı, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi, X18 adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində X17 miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verildiyi müəyyən edilmişdir.
16. İş materiallarına, həmçinin, vərəsəlik üzrə notariat işinin təsdiq edilmiş surəti və s. əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 5 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı atası X18 mülkiyyətində olmuş, X26 xx.xx.1993cü ildə vəfat etmişdir.
18. İddiaçının bacı-qardaşları olan Məmmədmuradov Məmməd, Məmmədmuradov Cavid, Məmmədmuradova Təranə, Məmmədmuradov Nazim (xx.xx.2024-cü il tarixdə ölmüşdür) və Məmmədmuradov Namik xx.xx.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizə verərək, mərhum atalarından irs qalmış miras əmlakı qəbul etmədiklərini və gələcəkdə də etməyəcəklərini bəyan etmişlər.
19. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 32 saylı Notariat Ofisinin xüsusi notariusu X51 ünvan 5 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni X14 adına vermiş, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə Sadıqova Flora arasında Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilməklə vərəsəlik payının bağışlanma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Sadıqova Flora Bakı şəhəri 32 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-62 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atalarından miras qalmış həmin torpaq sahəsindən ona çatası tam hissədə payını iddiaçıya bağışlamış, iddiaçı da qəbul etmişdir. Sadıqova Floranın adından bu müqaviləni etibarnamə üzrə səlahiyyətli nümayəndəsi imzaladığından, o, xx.xx.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizə verərək, müqavilənin onun tapşırığı ilə bağlandığını və həmin müqaviləni bəyəndiyini bəyan etmişdir.
20. Hazırda iddiaçı həmin bağ sahəsinə dair özünün adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 cəlb etmişdir. Cavabdeh tərəf isə vərəsəlik işinin başqa notariat ofisində açıldığını, onlar tərəfindən təsdiq edilmiş müqavilə əsasında iddiaçıya qanun üzrə şəhadətnamə yox, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməli olduğunu bildirir.
c) Məhkəmənin mövqeyi:
21. Məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Sadıqova Floraya məxsus olan, onun və iddiaçının mərhum atalarından miras qalmış bağ sahəsinin tam payda iddiaçıya bağışlanması və iddiaçının həmin payı qəbul etməsi barədə iddiaçı ilə Sadıqova Flora arasında müvafiq müqavilənin bağlanması ilə tərəflər miras əmlak barəsində həmin vaxtadək həyata keçirilmiş notariat əməliyyatlarını bəyənmiş, yəni iddiaçı miras əmlaka dair tam pay üzrə şəhadətnamənin Sadıqova Floraya verilməsini mübahisələndirməmişdir. Bununla da, mərhum atalarından qalmış miras əmlak üzrə tam pay əvvəlcə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Sadıqova Floraya, sonra isə onunla iddiaçı arasında bağlanmış müqavilə əsasında yekunda iddiaçıya məxsus olmuşdur. Miras əmlak barəsində verilmiş şəhadətnamədən sonra, məhz elə həmin şəhadətnamə əsasında şəhadətnamədə nəzərdə tutulmuş pay hüququnun iddiaçıya bağışlanması və iddiaçının bunu qəbul etməsi barədə bağlanmış müqaviləni məhkəmə Mülki Məcəllənin 139-1.1.3-cü maddəsində nəzərdə tutulmuş “daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr” kateqoriyasına uyğun gələn müqavilə kimi qiymətləndirərək hesab edir ki, bu müqavilə iddiaçının mübahisə predmeti olan bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır və yetərlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası yoxdur.
22. Bundan başqa qeyd edilməlidir ki, iş materialları əsasında müəyyən edilir ki, bağ sahəsi barədə vərəsəlik işi cavabdeh qismində cəlb edilmiş notariat ofisində deyil, başqa notariat ofisində açılmışdır. Cavabdeh qismində cəlb edilmiş notariat ofisi isə vərəsəlik payının bağışlanması haqqında müqavilənin rəsmiləşdirildiyi ofisdir. Deməli, iddiaçı hazırkı iddiasını iddiaya cavab verməli olmayan şəxsə qarşı vermişdir.
23. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan və cavabdeh qismində cəlb edilmiş notariat ofisi əsl cavabdeh olmadığından, iddia ərizəsi təmin edilməməlidir.
24. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139-1.1, 139-1.1.3. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1, 668.1.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: - daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
28. Məhkəmə xərləri ilə bağlı məsələyə qiymət verilməsi prosessual qanunvericiliklə tənzimləndiyindən və bu məsələ ilə bağlı qərar qəbul edən zaman məhkəmə tərəflərin tələblərindən asılı olmadığından məhkəmə hesab edir ki, hazırkı iş üzrə ödənilmiş məhkəmə xərcləri iddia təmin edilmədiyinə görə, iddiaçının özünə aid edilməlidir.
Nəticə:
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova