Məhkəmə qərarları › İş №2(006)-402/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-402/2025

31.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-402/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 (yekun məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, X1 Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı Şəhəri Lokal Gəlirləri Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X2 Qeydiyyatı İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı əmrin və təsisçi qərarının və onun yaratdığı hüquqi nəticələrin ləğvi, əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi tələbinə dair mülki işə baxaraq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirləri Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X2 Qeydiyyatı İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə əsasən xitam verilməsinə dair əmrin və bunun əsasında şirkətin təsisçisinin qəbul etdiyi qərarın və onlara dair aparılmış qeydlərin qanunsuz hesab edilərək ləğv edilməsi, - müvafiq əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi faktının təsdiq edilməsi, bu barədə təsisçinin qərarının qəbul edilməsi və buna müvafiq əmrin verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin və təsisçisi Cavabdeh2 üzərinə qoyulması, - İddiaçı ilə “ Safenerji “ MMC arasında bağlanmış müvafiq “əmək müqaviləsi”nə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi qeydlərin aparılmasının aidiyyatı vergi orqanına həvalə edilməsi barədə qətnamə, - Cavabdeh1 MMC-nin təsisçisi barəsində araşdırma aparılması və qanuna müvafiq cəzalandırılması məqsədilə “xüsusi qərardad” elan edilərək aidiyyatı üzrə orqana ünvanlandırılması və nəticəsi barədə məhkəməyə cavab verilməsi tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələr verərək, - Cavabdeh1 MMC- nin təsisçisi Cavabdeh2 tərəfindən qəbul edilmiş xx.xx.2023- cü il tarixli qərarının (direktor vəzifəsinə AR ƏM- nin 72- ci maddəsinin “e“ bəndi əsasda xitam verilməsi) və xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə əsasən Safenerji” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair № 2 saylı əmrin (şirkətin hazırki direktoru Cavabdeh3 tərəfindən imzalanmış) və onun yaratdığı hüquqi nəticələrin qanunsuz hesab edilməsi, əmrin və qərarın ləğv edilməsi, - müvafiq əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi faktının təsdiq edilməsinə, bu barədə təsisçi qərarının və əmrin rəsmiləşdirilməsinin icra edilməsi və yeni əmrə dair qeydlərin İddiaçı məxsus (xx.xx.1986- cı il təvəllüdlü) əmək kitabçasında qeydiyyatının aparılması öhdəliyinin Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 üzərinə qoyulması, - bu əmrin (İddiaçı ilə “Safenerji“ MMC arasında bağlanmış müvafiq “əmək müqaviləsi”nə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi qeydləri üzrə) onun əsasında veriləcək “təsisçi qərarı” nin yaratdığı yeni hüquqi nəticələrin aiddiyyəti orqanlar tərəfindən nəzərə alınması, -“Safenerji“ MMC-nin təsisçisi Cavabdeh2 və əmri saxtalaşdıran, şirkətin hazırki direktoru olan Cavabdeh3 barəsində araşdırma aparılması və qanuna müvafiq cəzalandırılması məqsədilə xüsusi qərardan elan edilərək aidiyyəti üzrəorqana ünvanlandırılması və nəticəsi barədə məhkəməyə cavab verilməsi tələbinin təmin edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh1 MMC-nin direktoru vəzifəsində işləmişdir. Lakin sonradan cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədən iddiaçı müvafiq cəmiyyətdə tutduğu vəzifənin icrasına buraxılmamış, təsisçi tərəfindən şirkətin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən ofisə qanunsuz şəkildə buraxılmamışdır. Bununla bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş və onun artıq Cavabdeh1 MMC-nin direktoru olmaması, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş olması faktının təsdiq edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin (hakim: N.Tağıyeva) 2(006)- 3171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 MMC (təsisçi Cavabdeh2) arasında bağlanmış Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktı təsdiq edilmiş, həmin qətnamə cavabdeh tərəfindən icra edilərək müvafiq əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilməlidir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi faktı iş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən müvafiq məhkəmə işinin icraatında etiraf edilmişdir. Lakin, hal-hazırda iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72- ci maddənin tələbləri üzrə xitam verilmişdir. İddiaçı tərəfindən müvafiq maddənin tələblərini pozacaq hər hansı hərəkət edilməmiş, əksinə, iddiaçı öz vəzifəsinin icrasına və şirkətə cavabdehin təqsirli hərəkətlərinə görə buraxılmamışdır. Eyni zamanda Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti nəticəsində müvafiq qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-1002/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv edilmiş və iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Lakin qeyd edilməlidir ki, müvafiq qətnamə ləğv edilmiş olsa da, iddiaçı tərəfindən müvafiq qətnamə yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirilmişdir və həmin qətnamə ilə iddianın təmin edilmiş hissəsi olan “əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi” hissəsi qüvvədə olmaqla artıq icra edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən müvafiq qətnamə icra edildikdən sonra iddiaçı ilə əvvəllər bağlanmış əmək müqaviləsinə əsassız şəkildə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin e bəndinə uyğun olaraq xitam verilməsinin göstərilməsi tamamilə qanunsuz və əsassızdır və qərəzli xarakter daşıyır. Qeyd edilməlidir ki, cavabdehin törətdiyi təqsirli və qərəzli hərəkətlər nəticəsində, əmək müqaviləsinə xitam verilmədən, İddiaçı həmin şirkətin direktorluq vəzifəsindən uzaqlaşdırılması nəticəsində iddiaçı tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi faktının təsdiqlənməsinə dair iddia ilə məhkəməyə müraciət etməsi özlüyündə iddiaçının öz istəyinə əsasən müvafiq əmək müqaviləsinə xitam verilməsi kimi dəyərləndirilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi müvafiq maddənin 2-ci bəndinin “a” yarımbəndinə uyğun gəlir. Ona görə də hesab edir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “72” ci maddəyə əsasən xitam verilməsinə dair şirkətin təsisçisinin qəul etdiyi qərarın və buna müvafiq əmrin ləğv edilməsi və müvafiq əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi faktının məhkəmə tərəfindən təsdiq edilməsi və bu barədə təsisçinin qərarının qəbul edilməsi və buna müvafiq əmrin verilməsi öhdəliyinin cavabdeh şirkətin üzərinə qoyulması mütləq və zəruridir. Qeyd edilməlidir ki, mübahisənin qanunvericiliyə uyğun şəkildə mediasiya prosesi ilə həll olunması nəticəsiz qalmışdır. Cavabdehin etirazı: Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, iddiaçı işdən çıxmaq istəməsinə dair heç bir ərizə ilə müraciət etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 69-cu Maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Ona görə də iddiaçı uzun müddət işə heç bir üzürlü səbəb olmadan gəlmədiyindən və işdən çıxması barədə ərizə təqdim etmədiyindən Əmək Məcəlləsinin 70 ç bəndinə və 72-ci maddənin e bəndinə əsasən işdən çıxarılmışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iİddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddianı qəbul etmirik. İddiaçı işdən çıxarılması ilə bağlı hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında iş vardır. İttiham aktı olduqdan sonra əmək müqaviləsinə xitam verilib. Cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmələsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 001/2017 saylı əmək müqaviləsinin surətindən və əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Cavabdeh1 MMC-nin direktor müavini vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli təsisçi qərarına əsasən, Safenerji” MMC-nin yeni qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 MMC-nin xx.xx.2018-ci il tarixindən 15.11,2021-ci il tarixədək olan dövrdə apardığı mal-material və pul vəsaitlərinin dövriyyəsinin düzgünlüyünü müəyyən etmək üçün audit yoxlaması aparılmış və xx.xx.2021-ci il tarixli rəy qəbul edilmişdir. Həmin rəylə müəyyən olunmuşdur ki, cəmiyyətin fəaliyyəti zamanı yaranan 362.459,54 manat pul vasaitİ direktor İddiaçı tərəfindən mənimsənilmişdir, ona görə də onun barəsində hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Bundan başqa, İddiaçı xx.xx.2021-ci il tarixdən hal-hazıradək heç bir üzürlü səbəb olmadan işə gəlməmiş və gələ bilməməsi barədə Cavabdeh1 MMC-yə heç bir yazılı məlumat verməmiş, üzürlü səbəbə görə işə çıxmaması barədə hər hansı bir sənəd təqdim etməmişdir. "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli təsisçi qərarına əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsindən xx.xx.2023-cü il tarixindən ƏM-nin 72 maddəsinin “e” bəndinə əsasən işdən azad edilməsi, Cavabdeh3 (ŞV AZE ********, xx.xx.2016-cı il tarixində ASAN 5 tərəfindən verilib) xx.xx.2023-cü il tarixindən Məhdud Məsuliyyətli Cəmiyyətində Direktor vəzifəsinə təyin edilməsi qərara alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə 02 saylı xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, "Ofis" bölməsində "Direktor" vəzifəsində işləyən İddiaçı Rafiq oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən xx.xx.2023 tarixindən xitam verilməsi və işçinin xx.xx.2017 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən Cavabdeh1 MMC tərəfindən əmək müqaviləsinin bağlanmasına dair bildirişin tarixi xx.xx.2017-ci il qeyd edilməklə xx.xx.2017-il tarixində qeydiyyata alındığı və həmin bildirişin xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək fujnksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) qeyd edilərək qüvvədən düşdüyü müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxli 2(006)-3171/2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 və Ar Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyat İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə cavabdeh "Safenerji” MMC (təsisçi Cavabdeh2) arasında bağlanmış "Safenerji” MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1002/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 və Dövlət Vergi Xidməti yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyat İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi və s.” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2190/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(009)- 272/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(009)- 272/2024 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması İddiaçı "Avandsis Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməsi, 78000 manat məbləğində pul vəsaiti "Avandsis Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş vəsaitin əvəzi qismində 335 manat məbləğində pul vəsaitinin "Avandsis Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon prokurorlğunun xx.xx.2022-ci il tarixli ittham aktının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 179.4-cü müddəsi ilə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 02 (iki) il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının - 28 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X2 Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-2-1/2- 31862/2024 saylı məktubundan görünür ki, Hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən bildirilir ki, İddiaçı xx.xx.2017-ci il tarixli təsisçi qərarı ilə "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli qərarla direktor vəzifəsindən azad edilmişdir. Eyni zamanda bildirilir ki, dövlət reyestr məlumatlarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nin qanuni təmsilçisi olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-305735/2024 saylı məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən qeyd edilmiş məlumatlar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirləri Baş İdarəsinin Hüquq şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı xx.xx.2017- ci il tarixli təsisçi qərarı ilə "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli qərarla direktor vəzifəsindən azad edilmişdir. Eyni zamanda bildirilir ki, dövlət reyestr məlumatlarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nin qanuni təmsilçisi olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirləri Baş İdarəsinin Hüquq şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.2014-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyys Cəmiyyətinin (VÖEN **********) rəhbəri qeydiyyata alındığı tarixdən xx.xx.2017ci il tarixəd Cavabdeh2, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı Ra oğlu. xx.xx.2023-cü il tarixdən hazıradək Cavabdeh3dur. "Safenerji” MMC-nin ürnumi yığıncağının İddiaçı rəhbər təyin edilməsi dair xx.xx.2017-ci il tarixli qərarının və dövlət reyestrindən çıxarışlarının surətini Hüquqi şəxslə dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.7, 15.8 maddələrinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən sənədlərin surətinin verilməsi üçün 12 manat (hər səhifəyə görə 2 manat) məbləğində döv rüsumunun ödənilməsi barədə qəbz təqdim etdikdən sonra götürülə bilər. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022-021 saylı xx.xx.2022-ci il tarixli qətnamənin icrasının təmini məqsədilə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasının təmini məqsədilə bildiriş "xxxx" MMC-yə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubun surətindən görnür ki, "xxxx" MMC-yə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022-021 saylı xx.xx.2022-ci il tarixli qətnamənin icrasının təmini məqsədilə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, "xxxx" MMC əmrin və qərarın ləğvi mübahisəsi ilə bağlı 26 iyul 2024-cü ildə, saat 14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 isə ilkin mediasiya sessiyasında iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 84. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunu

1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.”

Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2017-ci il tarixli təsisçi qərarına əsasən, Cavabdeh1 MMC-nin yeni qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı MMC-də direktor vəzifəsindən xx.xx.2023-cü il tarixindən ƏM-nin 72 maddəsinin “e” bəndinə əsasən azad edilmiş, Cavabdeh3 həmin tarixdən "xxxx" MMC-də direktor vəzifəsinə təyin edilmişdir. Direktor Cavabdeh3 tərəfindən imzalanmış 02 saylı xx.xx.2023-cü il tarixli əmrlə direktor vəzifəsində işləyən İddiaçı Rafiq oğlu ilə bağlanılmış əmək müqaviləsinə, AR ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli ittiham aktına əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə ittiham olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 02 (iki) il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli təsisçi qərarının və əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, müvafiq əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi faktının təsdiq edilməsi, yeni əmrə dair qeydlərin İddiaçı əmək kitabçasında qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, bu əmrin əsasında veriləcək təsisçi qərarının yaratdığı yeni hüquqi nəticələrin aiddiyyatı orqanlar tərəfindən nəzərə alınmasını xahiş edir və iddiasını onunla əsaslandırır ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi faktı iş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən başqa məhkəmə işinin icraatında etiraf edilmişdir, lakin iddiaçıya yeni məlum olmuşdur ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddənin tələbləri üzrə xitam verilmişdir. İddiaçı tərəfindən müvafiq maddənin tələblərini pozacaq hər hansı hərəkət edilməmiş, əksinə, iddiaçı öz vəzifəsinin icrasına və şirkətə cavabdehin təqsirli hərəkətlərinə görə buraxılmamışdır. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək İddiaçı işdən çıxmaq istəməsinə dair heç bir ərizə ilə müraciət etmədiyini, iddiaçı uzun müddət işə heç bir üzürlü səbəb olmadan gəlmədiyindən və işdən çıxması barədə ərizə təqdim etmədiyindən Əmək Məcəlləsinin 70 ç bəndinə və 72-ci maddənin e bəndinə əsasən işdən çıxarıldığı bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsinin müəyyən olunmasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməsinin müəyyən edilməsi üçün, ilk olaraq işəgötürənin həmin intizam tənbeh tədbirini tətbiq edərkən özünün Əmək Məcəlləsinin tələblərinə riayət edib-etməməsi araşdırılmalıdır. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd edir ki, həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Məhkəmə iddiaçının işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün əsaslar mövcud olmamışdır. İşəgötürən əmək qanunvericiliyinə riayət etməməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi əmək qanunvericiliyində Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin şərtləri müəyyən olunmuşdur. Cavabdeh tərəf etirazında hazırkı intizam tənbeh tədbirinin tətbiqini İddiaçı uzun müddət - xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməməsi və bu barədə işəgötürənə məlumat verməməsi ilə əlaqələndirmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi iki hissədən (1. işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və 2. bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) ibarət olmaqla bir birindən "xxxx" bağlayıcısı ilə ayrılır. Cavabdeh MMC-nin iddiaçının yol verdiyi pozuntu nəticəsində əmək vəzifələrinin kobud şəkildə pozulması ilə bağlı dəlili bunun üçün kifayət qədər əsaslar olduğu və tətbiqinə əmək qanunvericiliyinin imperativ tələbləri baxımından yol verildiyi təqdirdə 70-ci maddənin “ç” bəndinin ikinci hissəsi ilə, yəni, bu Məcəllənin 72-ci maddəsində sadalanan (a bəndi - özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə həmin maddənin tətbiqi üçün əsas ola bilərdi. İşdən isə görünür ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli təsisçi qərarının 1-ci bəndində İddiaçı ƏM-nin 72-ci maddəsinin e bəndinə istinadla işdən azad olması göstərilmişdir ki, bu da əmək qanunvericiliyinin tələbləri ilə uzlaşmır. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar (a və e bəndləri də daxil olmaqla) 70-ci maddənin ç bəndinin tərkib hissəsinə daxil olduğundan əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi çıxış edə bilməz. Hazırkı halda əmək qanunvericiliyinin aşağıda göstərilən tələblərinin işəgötürən tərəfindən pozulması 70-ci maddənin “ç” bəndinin ikinci hissəsinin də iddiaçıya münasibətdə tətbiqini istisna edir: İlk növbədə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşdən görünür ki, təsisçi Cavabdeh2 xx.xx.2023-cü il tarixli aktı əsas götürüb Əmək Məcəlləsinin (yuxarıda göstərilənlərə əsasən) düzgün olmayan (72-ci maddəsinin e) bəndinə istinad etməklə, o cümlədən müvafiq sənədin əsaslandırılmasının imperativ xarakter daşımasına baxmayaraq, heç bir əsaslandırma aparmadan, yalnız müvafiq maddənin məzmununu əmrə daxil etməklə İddiaçı işdən azad etmişdir. Halbuki Əmək Məcəlləsinin müvafiq maddəsinin məzmununun əmrə köçürülməsi, həmin əmrin əsaslandırılması demək deyildir. Təsisçi eyni vaxtda Cavabdeh3 MMC-nin direktoru təyin etmişdir. Şirkət rəhbərinin işdən azad olunması ilə bağlı təsisçinin səlahiyyətli olduğu halda, müvafiq qərarın olmasına baxmayaraq, buna dair əlavə əmrin verilməsinə ehtiyac qalmadığı təqdirdə, bundan sonra yeni rəhbər - direktor Cavabdeh3 ondan əvvəl direktor olmuş İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən yenidən xitam verməsinə nə dərəcədə zərurət olması işdən məlum deyil. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsində müvafiq əsaslarla işçinin işdən çıxarılmasının əmr, sərəncam və ya qərarla rəsmiləşdirilməsinin mümkünlüyü təsbit edilmişdir. Məhkəmə İddiaçı işdən çıxarılması üçün əsas götürülmüş xx.xx.2023-cü il tarixli aktın mötəbərliyinə də tənqidi yanaşaraq qeyd edir ki, aktda xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixinədək İddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməməsi göstərilsə də, bunun 2 ilə yaxın müddət keçdikdən sonra rəsmiləşdirilməsi real və ağlabatan deyildir. Hətta həmin vaxt İddiaçı ilə cavabdeh "Safenerji” MMC (təsisçi Cavabdeh2) arasında bağlanmış "Safenerji” MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi barədə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarxli 2(006)-3171/2022-ci il tarixli qətnaməsi də mövcud idi. Bundan başqa iddiaçı barəsində xx.xx.2022-ci ildə həbs qətimkan tədbiri seçilmişdir və işəgötürən bunlar barədə məlumatlı idi. Bundan başqa, o da qeyd olunmalıdır ki, əmək müqaviləsinə xitam verilməsinə dair qərar və əmrdə, onların məzmununda göstərilməli olan - verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edən əmrlə, o cümlədən 72-ci maddəsinin e bəndinə istinadən qərarla xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əmrin və təsisçi qərarının ləğv edilməsi hissəsində təmin edilməli, Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarının (direktor vəzifəsinə AR ƏM-nin 72- ci maddəsinin “e“ bəndi əsasda xitam verilməsi) 1-ci bəndi və xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə əsasən Safenerji” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair 2 saylı əmr ləğv edilməlidir. İddianın “müvafiq əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi faktının təsdiq edilməsi və yeni əmrə dair qeydlərin İddiaçı əmək kitabçasında qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxli 2(006)-3171/2022-ci il tarixli qətnaməsindən görünür ki, hazırkı işdə Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 həmin iş üzrə də cavabdehin nümayəndəsi qismində iştirak etmiş və yazılı ərizə təqdim edərək hazırkı iş üzrə cavabdehin nümayəndəsi İddiaçı xx.xx.2022-ci il tarixdə MMC-nin təsisçisinə işdən çıxma ilə bağlı xəbərdarlıq məktubunun göndərilməsi barədə dəlilə əsaslanan iddiasını qəbul edərək, onun əmək müqaviləsinə xitam verilməsi faktının təsdiqlənməsinə dair hissədə iddianı etiraf etmiş və onun etirafı əsasında İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi barədə iddiası təmin edilmişdir (Cavabdehin nümayəndəsinin müvafiq ərizəsi iş materiallarına əlavə edilmişdir). Sözügedən qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə ləğv olunsa da, mübahisələndirilən qərar və əmr çıxarılan vaxt (xx.xx.2023-cü ildə) qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Belə ki, tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü icra şöbəsindən müvafiq icra işinin materialları məhkəmə sorğusu əsasında tələb edilib öyrənilərkən, müəyyən olundu ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022-021 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasının təmini məqsədilə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş "xxxx" MMC-yə göndərilmişdir. Hətta Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə "xxxx" MMC-yə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022-021 saylı xx.xx.2022-ci il tarixli qətnamənin icrası ilə bağlı xəbərdarlıq da edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 ziddiyyətli izahatlar verərək, əvvəlcə İddiaçı işdən çıxma ilə bağlı ərizə ilə işəgötürənə müraciət etmədiyini bildisə də, məhkəmənin sualına cavab olaraq “əmək müqaviləsinə iddiaçının öz ərizəsi ilə xitam verilməsi faktının təsdiq edilməsi”nə dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar iddaçının işdən çıxarıldığını bildirmiş, lakin belə olduğu təqdirdə nəyə görə işdən azad edilmə barədə qərar və əmrdə ƏM-nin 70-ci maddəsinin ç bəndinin və 72-ci maddəsinin e bəndinin tətbiq edilməsinə ağlabatan cavab verə bilməmişdir. Məhkəmə cavabdeh MMC-nin iddiaçının işdən çıxma barədə ərizəsinin olmaması ilə bağlı etirazının dəlilinə münasibətdə qeyd edir ki, hazırda məhkəmənin icraatında cinayət işinin nəticəsi ilə bağlı cavabdehin müəyyən maraqlarının olması, habelə işçi ilə müqayisədə güclü tərəf olması baxımından müvafiq ərizənin mövcudluğunu inkar etməsi anlaşılandır. Amma cavabdehin bu dəlili əmr verilən vaxt qüvvədə olan məhkəmə qətnaməsində müvafiq ərizəyə istinadla verilmiş iddianın etiraf edilməsi və bu barədə işəgötürənin nümayəndəsinin ərizəsi ilə təkzib edilir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə iddianın “əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsinin müəyyən edilməsi və bu barədə qeydlərin İddiaçı məxsus əmək kitabçasında qeydiyyatının aparılması öhdəliyinin Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 üzərinə qoyulması” hissəsində iddia təmin edilməsini məqsədəmüvafiq hesab edir. İddia tələbinin “yeni əmrin (İddiaçı ilə “Safenerji“ MMC arasında bağlanmış müvafiq əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi qeydləri üzrə) əsasında veriləcək “təsisçi qərarı”nın yaratdığı yeni hüquqi nəticələrin aidiyyəti orqanlar tərəfindən nəzərə alınması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının aidyyəti orqanlar kimi nəzərdə tutduğu AR Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi və Vergi Xidmətinin Hüquqi Şəxslərin Qeydiyyat Baş İdarəsi hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir. Məhkəmə qeyd edir ki, hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir. İstinad olunan prosessual normaların tələblərindən göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir. Məhkəmə A.Əliyevin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2019-cu il tarixli qərarında qeyd edilmiş mövqedən çıxış edərək bildirir ki, Mülki Prosessual Məcəllənin 57-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. İstinad olunan prosessual normaların tələblərindən göründüyü kimi, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin üzərinə hər hansı bir vəzifə qoyulması və ya üçüncü şəxsin digərlərindən tələb etmək hüququ qanunla nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər prosesin tərəfi olmadığından Azərbaycan Respublikası Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi və Vergi Xidmətinin Hüquqi Şəxslərin Qeydiyyat Baş İdarəsinin üzərinə iddiadan irəli gələn vəzifələr qoyula bilməz. Məhkəmə iddia tələbinin “Safenerji“ MMC-nin təsisçisi Cavabdeh2 və əmri saxtalaşdıran, şirkətin hazırki direktoru olan Cavabdeh3 barəsində araşdırma aparılması və qanuna müvafiq cəzalandırılması məqsədilə xüsusi qərardadın çıxarılması” hissəsi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarının 1-ci bəndi (direktor vəzifəsinə AR ƏM-nin 72-ci maddəsinin “e“ bəndi əsası ilə xitam verilməsi) və Cavabdeh3 tərəfindən verilmiş, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 02 nömrəli əmr ləğv edilsin. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi müəyyən edilsin və buna dair İddiaçı məxsus əmək kitabçasında qeydiyyatın aparılması öhdəliyi Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 üzərinə qoyulsun. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar