Məhkəmə qərarları › İş №2(006)-4028/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4028/2020

29.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4028/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmaması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 179. mənzil 3-də yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən mənzili alqı-satqı yolu ilə xx xxxxxxxx 2020-ci il tarixdə almışdır. Mənzili aldıqdan sonra ona ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda həmin ünvandakı mənzil onun xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehin günahı üzündən mənzil üzərindəki sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirə bilmir. Belə ki cavabdeh alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasa da formal olaraq orda qeydiyyatda qalmışdır. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Onun mənzildə heç bir əmlakı yoxdur. Artıq hesab edir ki, onun istifadə hüququ itirilmiş hesab olunmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh X6 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 179, mənzil 3-də yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh Talıbova (Babayeva) Nəzakət Yuryevna Bakı şəhəri. Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 179. mənzil 3-də yerləşən yaşayış sahəsinə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X7 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilinin sözlərini təsdiq etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 19b, 52 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X9 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19b ünvanında yerləşən ü/s 56,17 kv.m. olan 52 nömrəli mənzilini 52 saylı alıcı İddiaçı 80.000 manata satmışdır. X9 ilə İddiaçı arasında Bakı şəhəri 14 saylı dövlət notariat kontorunda bağlanmış (reyestr № 4Ə-51) Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 19b, 52 saylı mənzilə dair AN-İ ******* saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə əlaqədar notariat işinin materiallarında olan X5 ərizəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 19b, 52 saylı mənzilə dair “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışda adı çıxan X1 ailə üzvü deyil və heç bir qohumluq əlaqələri yoxdur. “Notariat hərəkətinin aparılması” haqqında təlimatın 49-cu bəndini nəzərə alaraq alqı-satqı müqaviləsini onun razılığı olmadan rəsmilləşdirilməsini xahiş etmişdir. Gələcəkdə bununla bağlı hər-hansı bir iddia qalxarsa, bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 19b, 52 saylı mənzildə İddiaçı başqa, xx.xx.1960-cı il təvəllüdlü X6 qeydiyyatdadır. Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanladığı müraciətinə baxılmış və müəyyən edilmişdir ki, müraciətində qeyd etdiyi X6 xx.xx.2004-cü il tarixdə qeydiyyatda olduğu ünvan 2 ünvanı üzrə sənədləşdirilərək şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Lakin onun şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən müvafiq araşdırmanın aparılması mümkün olmamışdır. Əlavə olaraq bildirirlər ki, yaşayış yeri üzrə qeydiyyat haqqında məlumat ünvan üzrə deyil, həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan şəxlərdən birinin müraciəti əsasında "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən regional qruplar tərəfindən verilir. Müraciətdə göstərilən digər məsələ ilə bağlı onun aidiyyəti üzrə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən 18 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19b, 52 saylı mənzilə dair məlumatların verilməsi barədə xx xxxx 2020-ci il tarixli 30 saylı sorğuya baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19b, 52 saylı mənzil xx.xx.1990-ci il tarixdə S.Tamara Avetisovnanın adına ilkin qeydiyyatdan keçmişdir. 22 saylı DNK-nın xx.xx.1990-cı il tarixli D-1068 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil xx.xx.1990-cı il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-119 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil xx.xx.2006-cı il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 2V-764, 2V-766, 2V-762, 2V-768 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə və 3M-572 reyestr nömrəli miras payının bağışlanılması müqaviləsinə əsasən sözügedən mənzil xx.xx.2016-cı il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. 14 saylı NK-nun xx.xx.2020-ci il tarixli 4Ə-51 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. AZE seriyalı ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdehxx.xx.1960-cı il tarixdə doğulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19b, 52 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Talıbova (Babayeva) Nəzakət Yuryevna həmin mənzilə daimi qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi ilə onların arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamışdır. Hazırda cavabdeh həmin ünvanda yaşamır, ona aid əşyaların mübahisəli mənzildə mövcudluğu və həmin mənzildə yaşamış olduğu faktı öz təsdiqini tapmamışdır. Beləliklə, cavabdehin yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun evdə yaşamasına əsas verən, iddiaçı ilə yaxın qohumluq (müvafiq yazılı razılaşma olmadan iddiaçıya məxsus evdə yaşama hüququ yaradan) münasibətləri olmadığından, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığından, məhkəmə belə qənaətə gəlir ki, Talıbova (Babayeva) Nəzakət Yuryevnanın iddiaçıya məxsus olan evdən istifadə hüququnun olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Belə ki, şəxsin yaşayış sahəsində yaşamadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun, habelə qanuni əsaslarla əmlaka sahiblik edən şəxsin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Şəxsin qeydiyyatda olduğu ünvan üzrə yaşayış sahəsindən istifadə hüququnun olduğu prezumpsiyası qüvvədə olduğundan, bu hal mülkiyyətçinin və ya titul sahibini öz hüquqlarının həyata keçirilməsinə mane yaradır. Məhkəmə eyni zamanda qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. X8 Məcəlləsinin 563.1-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Talıbova (Babayeva) Nəzakət YuryevnanınBakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19b, 52 saylı mənzildən istifadə hüququnun olmaması müəyyən edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 19b saylı evin 52 saylı mənzilindən Talıbova (Babayeva) Nəzakət Yuryevnanın istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar