Məhkəmə qərarları › İş №2(006)-4047/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4047/2022

26.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4047/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrinin ləğv edilməklə iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05 sentyabr 2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış Ə/M AO/80/1 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı cavabdeh MMC-də “texniki istismar xidmətləri üzrə mühəndis” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 12 oktyabr 2018-ci il tarixdə Ə248/18-1-k nömrəli əmrlə həmin müəssisədə “elektron avadanlıqları üzrə mühəndis” vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixədək həmin vəzifədə çalışmışdır. xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Əmrdə qeyd olunmuşdur ki, Cavabdeh MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən X14 və elektron avadanlıqlar üzrə mühəndis vəzifəsində işləyən İddiaçı arasında 11 may 2022-ci il tarixində iş otağında mübahisə halı baş vermişdir. Mübahisə sonradan aqressiv hal almış və İddiaçı X5 boğaz nahiyyəsindən boğmağa çalışmışdır (təsdiqedici şəkil əlavə edilir). Bununla yanaşı, İddiaçı Ə.Kazımovun ünvanına əxlaq normalarına sığmayan söyüşlər ifadə etmişdir. İddiaçı öz hərəkəti ilə iş yerində işin normal ahəngini pozmuşdur. Belə ki, əmək kollektivi bu insidentin geniş vüsət almaması üçün səfərbər olunmuş və mübahisə edənləri sakitləşdirməklə məşğul olmuşlar. Baş verənlər İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək üçün əsas yaratmışdır. Hər iki işçidən izahat alınmışdır. Əslində isə aralarında mübahisə olsa da, iddiaçı Ə.Kazımova heç bir güc tətbiq etməmişdir. Belə ki, 10 may 2022-ci il tarixdə X14 ilə aralarında kiçik anlaşılmazlıq olmuşdur. Anlaşılmazlığı həll etmək üçün menecerlər Mehin Bağırova və Rasif Hatamxanov iddiaçı və Əvəz Kazımov ilə görüş keçirmişlər. Görüş zamanı Ə.Kazımovun müəssisədə insanlarla davranış qaydasına fikir verməyi və diqqətli olması ona bildirilmişdir. Nəzərə alaraq ki, işçilərlə və sərgidə iştirak edən şirkət və dövlət qurumlarının nümayəndələri ilə kobud danışıq nəticəsində hər hansı bir konflikt baş verə bilər, Rasif Hətəmxanova təklif olunmuşdur ki, layihədə Əvəz Kazımovu digər işçi ilə əvəz etsin. Sonradan Mehin xanım bildirmişdir ki, Ə.Kazımova başqa bir otaq ayrılsın. Növbəti gün, yəni 11 may 2022-ci il tarixdə səhər Ə.Kazımov işə gələndə iddiaçı ona ayrılmış otağa keçməsini təklif etmiş, Ə.Kazımov cavab olaraq kobud şəkildə otağı tərk etməyəcəyini bildirmiş və “mən burda oturacam” demişdir. İddiaçı isə əsəbiləşərək ondan otağı tərk etməyini tələb etmişdir. Bu zaman Ə.Kazımova qarşı heç bir güc tətbiq edilməsindən söhbət belə gedə bilməz. Həmin vaxt otaqda olan və hadisənin şahidi olmuş T.Quliyev də onların bir-birinə qarşı heç bir güc tətbiq etmədiklərini izahatında təsdiq etmişdir. T.Quliyev izahatında göstərmişdir ki, 11 may tarixində səhər saatlarında iş otağında İddiaçı və Əvəz Kazımov (SƏTƏM işçisi) arasında mübahisə olmuşdur. Kazımov Əvəz otağa girən kimi İddiaçı Əvəzdən hər gün gəlib-gəlməyəcəyini soruşduqda sonuncu hər gün gələcəyini bildirmişdir. İddiaçı rahat işləmək üçün Əvəzə otaq ayrıldığını, orada şərait yaradıldığını bildirmiş, ondan isə həmin otağı Əvəzə göstərməyi xahiş etmişdir. Əvəz isə buna qətiyyən etiraz etmiş və neçə gündür bu otaqda oturduğunu, buradan başqa yerə getməyəcəyini bildirmişdir. Teymur bu otaqda yerin müvəqqəti olduğunu, ona daim istifadə edəcəyi iş yeri, otaq ayrıldığını bildirib T.X17 üçün ayrılmış otağı göstərməsini demişdir. Əvəz də başqa otağa getməyəcəyini və əvvəldən burda oturduğunu və bu otaqda da oturacağını bildirmişdir. Aralarında münaqişə başlamış, hər ikisi bir-birinin üstünə gələrək mübahisə etməyə başlamışlar. Mübahisənin böyüdüyünü görüb T.Quliyev ikisinin arasına girib sakitləşmələrini bildirmişdir. Heç biri digərinə güc tətbiq etməmişdir. İşəgötürən tərəfindən iddiaçı barəsində intizam tənbehi tətbiq edilərək sonuncu ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bu zaman Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsinin tələbləri pozulmuşdur. Belə ki, hazırki situasiyada iddiaçı ilə X14 arasında mübahisə 11 may 2022-ci il tarixdə olmuş, elə həmin vaxt da baş vermiş hadisə işəgötürənə məlum olmuşdur. Laki bundan 1 ay 6 gün sonra, xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla da AR Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsinin tələbləri pozulmuşdur. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrdə xitam əsası kimi 2-ci hal (işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) göstərilmişdir. Lakin iddiaçının əməlinin Əmək Məcəlləsinin 72-ci maddəsinin hansı bəndi ilə əhatə olunduğuna dair əmrdə heç bir şey göstərilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilən halların dairəsi dəqiq göstərilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrdə kobud pozuntunun 72-ci maddənin konkret hansı bəndi ilə əsaslandırılması göstərilməmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrdə heç bir əsaslandırma yoxdur. Əmrdə qeyd edilir ki, İddiaçı öz hərəkəti ilə iş yerində işin normal ahəngini pozmuşdur. Belə ki, əmək kollektivi bu insidentin geniş vüsət almaması üçün səfərbər olunmuş və mübahisə edənləri sakitləşdirməklə məşğul olmuşlar. Əvvəla qeyd edilmişdir ki, iddiaçının hərəkəti nəticəsində həmin gün Cavabdeh MMC-nin fəaliyyəti dayandırılmamış, işçilər müəssisənin fəaliyyəti dayandığına görə evə göndərilməmiş, iş normal axarı ilə davam etmişdir. İkincisi, həmin gün sadəcə otaqda olan Teymur Quliyev baş vermiş mübahisəyə şahid olmuşdur. Bir nəfər isə əmək kollektivi hesab edilmir və işəgötürənin “əmək kollektivi bu insidentin geniş vüsət almaması üçün səfərbər olunmuş” kimi ifadələrdən istifadə etməsi mübaliğədən başqa bir şey deyil. Aralarındakı mübahisə xuliqanlıq xarakterli olmamış, digər işçilərin əmək fəaliyyətini dayandırmasına səbəb olmamışdır. Göründüyü kimi, işəgötürən əsassız mühakimə yürüdərək iddiaçını hüquq pozuntusu törətməkdə ittiham etmiş, həmin əsassız mühakimələrini əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə əsaslandırmağa çalışmış və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərini pozaraq xitam vermişdir. Qeyd edilmişdir ki, cavabdehə mübahisənin mediasiya vasitəsilə həll edilməsi ilə bağlı müraciət edilsə də, keçirilmiş mediasiya prosesində aralarında barışıq əldə olunmamışdır. Göstərilənlərə əsasən, iddia tələblərinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh MMC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində Cavabdeh MMC-də elektron avadanlıqları üzrə mühəndis vəzifəsində çalışmış İddiaçı bildirir ki, “əslində isə Ə.Kazımovla aramızda mübahisə olsa da, mən iş yoldaşı kimi Ə.Kazımova heç bir güc tətbiq etməmişəm. Belə ki, 10 may 2022-ci il tarixdə Ə.Kazımovla aramızda kiçik anlaşılmazlıq olmuşdur”. İddiaçının iş prosesində mübahisəsi Cavabdeh MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən X14 ilə olmuşdur. İddiaçı bilməli idi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 223-cü maddəsinin 3-5-ci hissələrinə əsasən “Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında qanunverciliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə işəgötürənə təqdimatlar vermək hüququna malikdirlər. Əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İşəgötürən əməyin mühafizəsi xidmətini yalnız əmək qanunverciliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın razılığı ilə yenidən təşkil və ya ləğv edə bilər”. İddia ərizəsində iddiaçının qeyd etdiklərindən, eləcə də iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 188/22-k nömrəli əmrinə əsas verən izahatlardan görünür ki, iddiaçı SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən Ə.Kazımovun iş prosesində əməyin mühafizəsi ilə bağlı iradlarını ciddi qəbul etməmiş, məsələ mübahisəli xarakter almış, məsələnin həlli məqsədilə iddaçı İddiaçı Ə.Kazımovun onlarla bir otaqda oturmaması məsələsini həll etməyə çalışmış, iş yerinin dəyişdirilməsi məsələsini buna kifayət qədər səlahiyyəti olan şəxslərlə müzakirə etməmiş və səlahiyyəti olmadığı halda bu barədə Ə.Kazımova göstəriş vermişdir. Əmək Məcəlləsinin 209-cu maddəsinin üçüncü abzasına əsasən “işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması” əməyin mühafizəsinin əsas prinsiplərindən biridir ki, iddiaçı iş prosesində Ə.Kazımovla arasında mübahisə yaranarkən bu prinsipləri rəhbər tuta bilməmişdir. İddiaçı Ə.Kazımovun “iş yeri”nin digər otaqda olması məsələsini qaldırsa da, qanunamüvafiq formada həll edə bilməmişdir. Öz hərəkətlərində hüquqi baxımdan haqlı olmadığı halda, İddiaçı Ə.Kazımova iş prosesində fiziki güc tətbiq etməklə onu hər gün olduğu iş yerindən çıxarmağa çalışmış, nalayiq söyüşlərə yol vermiş və bununla da ən azı iş yoldaşlarını əmək funksiyalarının icrasından ayırmış, işin ahəngini pozmuşdur ki, bununla Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində və 72-ci maddəsinin e) yarımbəndində göstərilən pozuntular baş vermişdir. İddia ərizəsində qeyd edilən “mübahisədən 1 ay 6 gün sonra, xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir” ifadəsinə gəldikdə Ə.Kazımovun 3 iyun və 6 iyun ərizələrinə görə ona 6 iyun 2022-ci il tarixindən 8 iş günü əvəzgün verilmişdir. İşə çıxma tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Görünüdüyü kimi, işəgötürən xitam əmrini verərkən müddət baxımından əmək qanunverciliyinin tələblərini pozmamışdır. Qeyd edilənlərə əsasən, iddiaçının işəgötürənin xx.xx.2022-ci il tarixli 188/22-k nömrəli əmrinin müddət baxımından düzgün olmaması barədə iddiası tam əsassızdır. İddia ərizəsində “işəgötürən xitam əmrində Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əməl etməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əmrdə əsaslandırmamışdır” fikri ilə bağlı qeyd edilmişdir ki, işəgötürən xitam əmrini verərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri ilə yanaşı, bu Məcəllənin 84-cü maddəsinin tələblərini də nəzərə almış, əmrdə olan məlumatlar sadə, həmçinin, normativ hüquqi aktlara uyğun formada – təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilməklə verilmişdir. Əmrin təsviri hissəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə, 10-cu maddəsinə istinad edilmiş və əmrə əsas verən izah və digər sənədlər 15 vərəq təşkil etmişdir. Mediasiya prosesində ilkin mərhələdə iddiaçı ilə barışıq əldə edilməsi üçün əmrə xitam verilməsinin əsasının dəyişdirilməsi, yəni onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə deyil, işçinin xahişi ilə xitam verilməsi razılığı əldə olunmuş, lakin iddiaçı sonrakı mərhələdə bununla razılaşmadığını və ona işdənçıxarma müavinəti formasında ödənişin verilməsi məsələsini qaldırmışdır ki, buna işəgötürən etiraz etmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı işə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarındakı çıxışlarına uyğun çıxış edərək, iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa və əvvəlki məhkəmə iclaslarındakı izahatlarına uyğun izahat verərək, iddianın əsasız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını, vəkilin çıxışını dinləyib, iddia ərizəsini iş materialları və şahid ifadələri ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı onun keçmiş iş yoldaşıdır. O, hazırda Cavabdeh MMC-də işləyir. Hadisə baş verən gün səhər saatları idi. Mübahisə olan otağa əvvəlcə Əvəz Kazımov, sonra iddiaçı gəlmişdi. İddiaçı Əvəzə bildirmişdir ki, o, yeddinci otaqda olmalıdır. Əvəz getmədiyinə görə iddiaçı söz-söhbət salmışdır. Əvəz bu məsələnin müdiriyyətə deyilməsini təklif etsə də, iddiaçı buna razı olmamışdır. Əvəz Kazımov otağı tərk edə bilməyəcəyini, iddiaçı isə israrla otağı tərk etməli olduğunu bildirmişdir. Əvəz Kazımov iddiaçı tərəfindən təhqir edilmiş, həmçinin, iddiaçı Əvəzə qarşı nalayiq ifadələr işlətsə də, Əvəz buna qarşılıq verməmişdir. Güc tətbiq edilməmiş, belə ki, bunun baş verməməsi üçün iddiaçı hər ikisinin arasına girmiş, onlara mübahisəni bitirməli olduqlarını bildirmişdir. O, iddiaçının Kazımov Əvəzə “səni göt-baş edərəm” dediyini eşitmişdir. İşə gələrkən isə Əvəzin boynunda hər hansı iz görməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı ilə normal iş münasibətləri olmuşdur. Əvəz Kazımov ilə iddiaçı arasında mübahisə iş əsnasında yaranmış, lakin sonradan şəxsiləşmişdir. Dəfələrlə iş əsnasında iddiaçı ilə Əvəz Kazımov arasında mübahisə olsa da, tərəflər yoluna qoymuşlar. Cavabdeh MMC-də vaxtaşırı sərgilər keçirilirdi. Yenidən olacaq sərgi ilə əlaqədar bildirilmişdir ki, iş prosesinsdə təhlükəsizlik qaydalarına əməl edilməlidir. Əvəz Kazımov onun şöbəsində işləyir və işin təhlükəsiz təşkil olunmasına nəzarət edir. Əvəz Kazımov iddiaçıya təhlükəsizlik kəmərinin standartlara cavab vermədiyini və dəyişdirilməli olduğunu bildirmişdir. Əvəz ona bununla bağlı məlumat vermiş və kəmərin harada olduğunu o, Əvəzə bildirmişdir. Kəməri gətirmək onların vəzifəsi deyildir. Bunu iddiaçı özü təmin etməli idi. Əvəz ona işə ara verilsə də, yenidən davam etdirildiyini bildirmişdir. O, iddiaçıya zəng vursa da, sonuncu telefonu açmamış, Əvəzlə danışanda telefonu iddiaçıya verməsini demiş, lakin iddiaçı yenə də telefona cavab verməmişdir. Daha sonra o, Əvəz, Teymur və Mehin xanım görüşən zaman bildirmişlər ki, belə hadisələr işdə olmamalıdır və bu məsələni yoluna qoymuşlar. Mübahisə olan gün Əvəz saat 9 radələrində şahid Rasif Hətəmxanova zəng vuraraq iddiaçı ilə aralarında mübahisə olduğunu və iddiaçının onun boğazından tutduğunu, şahid Rasif Hətəmxanovun isə Əvəzə bununla bağlı şəkil göndərməsini bildirmişdir. Əvəz ona şəkil göndərdikdən sonra o, kompüteri götürüb baş ofisə gəlməsini bildirdikdə, otağa gedəcəyi təqdirdə yenidən mübahisə yaranacağını, o isə Əvəzə kompüteri götürmədən birbaşa baş ofisə gəlməsini demişdir. Daha sonra o, bu barədə Kadrlar şöbəsinə bildirmişdir. İddiaçı aqressiv insandır. Müəyyən məsələləri cavablandırarkən də bu, özünü göstərmişdir. Suallara cavab olaraq bildirmişdir ki, iddiaçı uzun müddətdir ki, bu sahədə işləyir və öz işini texniki cəhətdən bilməlidir. Amma iddiaçı öz işini təhlükəli şəkildə görmüşdür. İşçinin təhükəsizliyinə cavabdeh birbaşa rəhbərdir. Əvəzə otağın ayrılması və iddiaçının Əvəzi təhqir etməsi ilə bağlı məlumatı olmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, hər il pandemiyaya qədər və ondan sonra sərgilər keçirilirdi və bununla bağlı sahə mütəxəssisi tərəfindən ora baxış keçirilməlidir. May ayının 9-u işə nəzarət üçün o, Teymur iddiaçının işlədiyi həmin yerə göndərilmişdir. İşçilərdən Cavanşir adlı şəxsi təhlükəsizlik kəməri olmadan hündürlüyə çıxartdığına görə bu barədə iddiaçıya bildirilmiş və kəmərin harada olması soruşulmuşdur. İddiaçı təhlükəsizlik kəmərini onların təmin edəcəyini zənn etmişdir. Lakin kəmər kimə lazım olursa, o, özü götürməlidir. İddiaçı bir müddətdən sonra yenidən işi davam etdirdiyinə görə, ona xəbərdarlıq edilmişdir. Rasif Hətəmxanov zəng vurub iddiaçı ilə danışmaq istəsə də, sonuncu cavab verməmiş və onu itələyərək “sən məni bezdirmisən” ifadəsini işlətmişdir. Onun yerinin dəyişdirilməsi ilə bağlı iclas keçirilməsinə baxmayaraq, yeri dəyişdirilməmişdir. Daha sonra mübahisə olunan gün səhər o, barışmaq düşüncəsi ilə işə gəlmişdir. İddiaçının ona “Sən otaqda qalası oldun?” sualına o, “Bəli” cavabını vermiş, sonra iddiaçı ondan otağı tərk edib başqa otaqda işləməsini tələb etmişdir. O, bu barədə Rasif müəllimə bildirəcəyini desə də, iddiaçı buna razılıq verməmişdir. Onlar arasında münaqişə ümumi olaraq təxmini 2 dəqiqə yarım davam etmişdir. O, otağı tərk etməyəcəyini dedikdə bir-birlərinə “sənin başın çatır?” ifadəsini işlətmişlər. Daha sonra iddiaçı onu təhqir etmiş və onun boğazından tutmuşdur. O, bu barədə Rasif Hətəmxanova danışmış və bayırda olanda şəkil göndərmişdir. Onun iş üzrə iddiaçıya hər hansı tabeçiliyi olmamışdır. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli A0180/1 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də “istismar xidmətləri üzrə qrup rəhbəri” işinə qəbul edilmişdir. Mülki işin materiallarında olan xxxxxxx000200 saylı xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə “texniki istismar xidmətləri üzrə qrup rəhbəri” vəzifəsinə qəbul edilmişdir. Mülki işin materiallarında olan ******* nömrəli əmək kitabçasında edilmiş 6-8 nömrəli qeydlərdən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə “ƏM A0180/1”-ə əsasən, Cavabdeh MMC-yə “texniki istismar xidmətləri üzrə qrup rəhbəri” vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə 248/18-1-k nömrəli əmrə əsasən “elektron avadanlıqlar üzrə mühəndis” vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə 188/22-k nömrəli əmrlə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli 64/h nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-nin direktoru Randolph Decker xx.xx.2021-ci il tarixdən başlayaraq, İnsan resursları üzrə X1na işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bununla əlaqədar əmr, müqavilə, əmək müqavilələrinə dəyişiklik və ya əlavə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə dair işçilərə verilən yazılı məlumatlar və ya əmrlər (sərəncamlar), xəbərdarlıqlar, istehsalatda baş vermiş bədbəxt hadisələrə dair sənədləşmələr, əmək münasibətlərinə dair müvafiq icra orqanlarına ünvanlanan məktublar, habelə aktlar və digər aidiyyəti sənədləri imzalamaq, əmək haqqı kartlarının təhvil verilib-alınması ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyəti həvalə edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 74/h nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-nin direktoru Randolph Decker xx.xx.2022-ci il tarixdən başlayaraq, İnsan resursları üzrə rəhbəri X6 cəmiyyətin adından əmək kitabçalarını, iş yerindən arayışlarını, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqələrini, məzuniyyətlərin verilməsinə dair əmrlərini, əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə dair işçilərə verilən yazılı məlumatlar və ya xəbərdarlıqlar, istehsalatda baş vermiş bədbəxt hadisələrə dair sənədləşmələr, habelə aktlar, statistik hesabatlar və DSMF-yə təqdim edilən protokolları imzalamaq səlahiyyəti həvalə edilmişdir. Mülki işin materiallarında olan Əvəz Kazımov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə “Expo Center”də müşahidə apararkən əmək təhlükəsizliyinin pozulmasına dair rastlaşdığı hallarla əlaqədar İddiaçı məlumat vermişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, İddiaçı əvvəlki məktubda qeyd edilmiş məsələlər ilə əlaqədar Əvəz Kazımova cavablar və problemin aradan qaldırılması məqsədilə suallar vermişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, X25 Qasımovdan mobil qaldırı iş platformasında işləyən işçilərin ad və soyadlarını istəmiş və onları MQİP idarə etmək üçün kurslara cəlb edəcəklərini bildirmişdir. Mülki işin materiallarında olan Əvəz Kazımov tərəfindən İddiaçı və digərlərinə ünvanlanmış xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, xx.xx.2022-ci il tarixindəki iclasda öncədən bütün montaj işi görən podratçı şirkətlərə məlumat verilmişdir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi zallara daxil olan bütün işçilər FMV-dən istifadə etsinlər. Lakin halhazırda zallarda heç kim FMD-dən istifadə etmir. Bununla bağlı tədbir görülməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 121-1/22-K nömrəli “istirahət günləri işə cəlb etmə haqqında” əmrdən görünür ki, Cavabdeh MMC-nin “Baku Expo” lahiyəsində təşkil olunacaq sərgidə işlərin axarının düzgün tənzimlənməsi ilə əlaqədar işçilərin iştirahət və iş günü hesab edilməyən bayram günü (qeyri-iş günü) işə cəlb edilməsini nəzərə alaraq, elektron avadanlıqlar üzrə mühəndis İddiaçı xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində qanunvericiliyin tələbinə uyğun olaraq əlavə istirahət günü (əvəzgün) verilməklə işə cəlb edilmişdir. Mülki işin materiallarında olan “X11” MMC-nin SƏTƏM rəhbəri Rasif Hətəmxanova yazdığı xx.xx.2022-ci il tarixli izahatında SƏTƏM üzrə mütəxəssis Əvəz Kazımov qeyd etmişdir ki, o, 2019cu ilin iyun ayının 3-də qeyd edilən vəzifəyə işə qəbul edilmişdir. Keçmiş SƏTƏM üzrə supervisor Şadkamal Bağırov həmişə onu və iş yoldaşı Amir Əliyevi X22 sərgi başlamamışdan öncə sərgiyə hazırlıq vaxtı (montaj işləri gedən zaman) oraya işlərin təhlükəsiz şəkildə getməsi üçün göndərərdi. Onlar orada olduqları zaman həmişə uyğunsuzluqlarla rastlaşırdılar. Sahədə (zallarda) işləyən podratçı şirkətin işçiləri FMV-siz hündürlükdə işləyərkən təhlükəli ayaqaltılar, nərdivanlar istifadə edirdilər. Həmçinin, təhlükəsizlik kəmərindən istifadə etmirdilər. O, bu cür problemləri X21 texniki heyət meneceri İddiaçı bildirdikdə sonuncu ona demişdir ki, “imkan ver camaat işləsin, bezdirmisiniz” kimi sözlərdən istifadə edirdi. O isə əvəzində İddiaçı demişdir ki, burada insan amilindən söz gedir, bu, onun işidir: onların təhlükəsizliyini qorumaq. İddiaçı zəng edib hər dəfəsində ondan şikayət etmişdir. Şadkamal Bağırov onu X22 sərgi olmayanda belə inspeksiyaya göndərirdi. Orada yanğın balonlarını inspeksiya etdiyi vaxt içərilərində hər hansının vaxtı bitəndə və ya boşalanda İddiaçı demişdir ki, bunlar servisə getməlidir. İddiaçı isə həmişə gecikdirirdi və ya işi ilə əlaqədar lağa qoyurdu. Hal-hazırda orada binanın daxilində, mətbəxin içində otaq ayrılıb, siqaret çəkirlər. O, dəfələrlə həm şifahi, həm də mail ilə bildirmişdir ki, “xahiş edirəm, o ərazini siqaret çəkmə məntəqəsi kimi istifadə etməyin, binanın özünün siqaret çəkmə məntəqəsi var”. İddiaçı isə buna məhəl qoymayaraq, heç bir tədbir görməmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ona zəng edib demişdir ki, X22 sərgi öncəsi iclas olacaq və o, öz rəhbəri “X11” MMC-nin SƏTƏM rəhbəri Rasif Hətəmxanova bunu bildirmişdir. Onlar iclasa getmiş və Rasif müəllim orada təhlükəsizlik tədbirlərini gücləndirmək və heç bir hadisə baş verməməsi üçün öz tələblərini irəli sürmüşdür. Hamı bu tələblərlə razılaşdı. xx.xx.2022-ci il tarixd o X26 getmiş və əraziyə çıxarkən (montaj işi görən) podratçı şirkətin əməkdaşları ilə görüşmüş, onlara binanın giriş təlimatı jurnalına qol çəkdirmiş, işlərin təhlükəsiz getməsi üçün təlimatlandırmışdır və hər birindən ərazidə olarkən FMV-dən istifadə etməsini xahiş etmişdir. O, həmçinin, özünün də istifadə edəcəyini bildirmişdir. Bu zaman 1-ci zalda İddiaçı texniki heyətin işçisi Cavanşir Əliyevi mobil qaldırıcı platformasına qaldıraraq heç bir təhlükəsizlik tədbirlərini həyata keçirməmişdir. O, eyni zamanda, hündürlüyü 4-5 metr olan MQİP-yə 2 nəfər də qaldırıb təhlükəsizlik kəməri tələb etməmişdir. Onların belə təhlükəli vəziyyətdə işlədiyini gördükdən sonra Əvəz Kazımov rəhbəri Rasif müəllimə bildirmişdir. Rəhbəri isə ona bildirmişdir ki, İddiaçı xahiş et ki, işi dayandırsınlar, təhlükəsizlik kəməri digər layihələrdən gəldikdən sonra davam etsinlər. Çünki bu qaydada işləmək çox təhlükəlidir. O, bunu İddiaçı dedikdə sonuncu ona məhəl qoymamış, demişdir ki, “mən cavabdehəm” və işinə davam etmişdir. X21 direktoru Mein Bağırovaya dedikdən sonra onlar işi saxladılar və 1 saat sonra eyni şəkildə işə davam etdilər. Saat 15:40 radələrində X19 Expo Mərkəzinə getmiş, onlar dördü də ətraflı işlərin təhlükəsiz getməyi barədə danışaraq, məsələni həll etmişlər. O, xx.xx.2022-ci il tarixində yenidən (montaj işlərinin təhlükəsiz şəkildə getməsi üçün) rəhbərliyin tapşırığı ilə X26 getmişdir. Otağa daxil olarkən orada İddiaçı və Teymur Quliyev var idi. Onlarla salamlaşmış və stulunda əyləşmişdir. Teymur İddiaçı Quliyevə demişdir ki, Əvəzin otağını göstər getsin orada otursun. Halbuki onların oturduğu otaqdan əlavə 2 stol var və otaq çox böyükdür. O isə əvəzində ona demişdir ki, zəhmət olmasa, Rasif müəllimlə əlaqə saxlasın, bu məsələnin səbəbini ona desin. Məsləhət olarsa, o necə desə, elə edər. İddiaçı ona “sənin başın çatmır” dedi və üzərinə hücum çəkdi, onun boğazından tutub sıxdı və onu söydü. O isə ona heç nə deməmiş, birbaşa rəhbərinə yığaraq oranı tərk etmişdir. O, həmin şəxs barəsində şikayətçidir, onunla bağlı tədbir görülməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Sərgi Mərkəzinin meneceri Mein Bağırovaya yazdığı xx.xx.2022-ci il tarixli ərizəsində İddiaçı qeyd etmişdir ki, onunla sətəm işçisi Əvəz Kazımov arasında Expoda 11 may tarixində münaqişə baş vermişdir. Anlaşılmazlıq 1 gün əvvəldən baş vermişdir və bunun həll yolunu tapmaq üçün üçün Exponun meneceri Mein Bağırova, HTC menecer Rasif Hətəmxanov, Əvəz Kazımov və onun iştirakı ilə görüş keçirilmişdir. Görüş zamanı Əvəzin Expoda insanlarla davranış qaydasına fikir verməyi bildirilmişdir. Nəzərə alaraq ki, işçilərlə və sərgidə iştirak edən şirkət və dövlət qurumlarının nümayəndələri ilə kobud danışıq nəticəsində hər hansı konflikt baş verməsin deyə, Rasif bəyə təklif olundu ki, onların proyektində Əvəzi digər işçi ilə əvəz eləsin. Sonradan Mein xanımla məsləhət olundu ki, Əvəzə başqa bir otaq ayrılsın. Səhər işə gələndə o, Əvəzə ayrılmış otağa keçməsini təklif etmiş və cavab olaraq kobud şəkildə otağı tərk etməyəcəyini və həmin otaqda oturacağını demişdir. O da əsəbiləşmiş və əlbəttə ki, otağı tərk etməyi tələb etmişdir. O, heç bir güc tətbiq eləməmiş, bunu işçiləri Quliyev Teymur (İT assistent) təsdiqləyə bilər. Onlar bu təzə sətəm qaydalarını dəstəkləyir və buna görə öz tərəflərindən lazım olan bütün köməkliyi göstərirlər. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin SƏTƏM üzrə menecer vəzifəsində çalışan Rasif Hətəmxanov tərəfindən Cavabdeh MMC-nin İnsan resursları üzrə direktoru Fəxri Qurbanova ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, 11 may 2022-ci il tarixdə saat 09-10 radələrində Cavabdeh şirkətində SƏTƏM üzrə mütəxəssis vəzifəsində çalışan Kazımov Əvəzlə EXPO mərkəzdə elektron avadanlıqlar üzrə mühəndis vəzifəsində çalışan İddiaçı arasında mübahisə yaranmışdır. Öncəki günlər iş əsnasında yaranan münahisə daha sonra sərt mübahisəyə səbəb olmuşdur. Mübahisə zamanı İddiaçı Kazımov Əvəzə fiziki güc tətbiq edərək ona nalayiq ifadələr etmişdir. Bununla bağlı Kazımov Əvəz şikayətçi qismində ona müraciət etmişdir. Məsələnin tam araşdırılmasında və müvafiq intizam tədbirlərinin görülməsində yardımçı olması Fəxri Qurbanovdan xahiş edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin SƏTƏM üzrə menecer vəzifəsində çalışan Rasif Hətəmxanovun Cavabdeh MMC-nin İnsan resursları üzrə direktoru Fəxri Qurbanova yazdığı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, 11 may 2022-ci il tarixdə səhər saatlarında SƏTƏM üzrə mütəxəssis vəzifəsində çalışan Əvəz Kazımov ona zəng edərək EXPO Mərkəzdə elektron avadanlıqlar üzrə mühəndis vəzifəsində çalışan İddiaçıla mübahisə etdiyini və qarşı tərəfin ona fiziki güc tətbiq etdiyini, həmçinin, nalayiq sözlər ifadə etdiyini bildirmişdir. Münaqişəni sakitləşdirmək məqsədilə o, dərhal Əvəz Kazımovdan həmin yerdən ayrılmasını və birbaşa baş ofisə gəlməsini tələb etmişdir. Hadisə günündən bir gün öncə Əvəz Kazımov sərgiyə hazırlıq işlərinin təhlükəli şəraitdə icra olunması barədə ona məlumat vermiş, işin təhlükəsiz icra olunması məqsədilə işi dayandırmaq cəhdlərinə baxmayaraq, İddiaçı onların tələblərinə kobud şəkildə heç bir əhəmiyyət verməyərək (“bezdirmisiniz” sözünü ifadə edərək) işi davam etdirmişdir. Daha sonra o, EXPO Mərkəzin meneceri Mein Bağırovadan həmin işlərin təcili olaraq dayandırılmasını və müvafiq tədbirlər görüldükdən sonra davam etdirilməsini tələb etmişdir. Həmçinin, EXPO Mərkəzə gedərək gərginliyi aradan qaldırmaq məqsədilə EXPO Mərkəzin meneceri Mein Bağırova, SƏTƏM üzrə mütəxəssis Əvəz Kazımov və elektron avadanlıqlar üzrə mühəndis İddiaçıla birgə iclas keçirmişlər. İclasda o, təhlükəsizlik qaydalarının vacibliyini digərlərinə izah etmiş və qaydalara daha ciddi riayət olunacağı barədə ümumi razılığa gəlmişlər. Növbəti gün həmin hadisə baş vermiş, daha ətraflı Əvəz Kazımovun izahatında qeyd olunub. Rasif Hətəmxanov öz növbəsində təsdiq etmişdir ki, fəaliyyətdə olduğu 3 ay ərzində EXPO Mərkəzdə riskli işlərin təhlükəli şəraitdə icra olunması müşahidələr əsasında (məktublar qoşmada) öz təsdiqini tapmışdır. Həmçinin, digər SƏTƏM əməkdaşının da şifahi izahatına görə əvvəlki illərdə də İddiaçı bir çox hallarda SƏTƏM qaydalarına laqeyd münasibət göstərib. Məsələnin tam araşdırılmasında və müvafiq intizam tədbirlərinin görülməsində onlara yardımçı olmasını xahiş etmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin EKSPO menecer vəzifəsində çalışan Mein Bağırova tərəfindən Cavabdeh MMC-nin İnsan resursları üzrə direktoru Fəxri Qurbanova ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı və Əvəz Qasımov arasında baş vermiş münaqişənin səbəbi Əvəzin əməkdaşların və müştərilərin (inşaatla bağlı) yanında Teymurla kobud şəkildə danışmış olmasıdır. Müəyyən edilən təhlükəsizlik qaydalarına riayət etmək onların maraqları çərçivəsindədir və bu, üstünlük təşkil edir. Sadəcə sərginin açılışı üçün ayrılmış qısa vaxt zamanını nəzərə alaraq, qışqırmaq və montaj prosesini tamamilə dayandırmaq çıxış yolu deyil, həmkarlarla və müştərilərlə dil taparaq cari çağırışları həll etmək lazımdır. Münaqişəli vəziyyətin yaranmasını hiss etdiyindən, bir gün əvvəl Teymur, Əvəz, Rasif və onun iştirakı ilə görüş keçirilmişdir. Onlar həmkarlar arasında qarşılıqlı hörməti, anlaşmanı müzakirə etmiş və gələcəkdə münaqişənin baş verməməsi üçün görüş zamanı Əvəzin səlahiyyətinin başqa işçiyə tapşırılması təklif edilmişdir. Növbəti gün, toqquşmanın qarşısının alınması məqsədi ilə o, Rasifə zəng vurmuş və Əvəzin məhz olun üçün hazırlanmış və təchiz edilmiş digər kabinetdə yerləşməsini təklif etmişdir. Danışığı bitirən kimi öyrənmişdir ki, Teymur və Əvəz yenidən dalaşıblar. Teymur Əvəzə başqa kabinetdə oturmağı təklif etmiş, Əvəz isə kobud formada imtina edərək onu münaqişəyə təhrik etmişdir. Bu halda Teymur “çıx otaqdan” deyərək yerindən qalxmış, həmin an otaqda olan İT Assistant onların arasını kəsmiş və əlbəyaxa davanın (İT X12 şahiddir) qarşısı alınmışdır. Mein Bağırova baş vermiş münaqişənin bilavasitə şahidi olmamış və təqdimatında qeyd edilənlər işçilərin dediklərinə əsasəndir. Mein Bağırova istənilən halda İddiaçı bu hərəkətini cidd şəkildə qınayır və onu dəstəkləmir, amma məhz Əvəzin ünsiyyət tərzi və hərəkətlərinin bu münaqişəyə gətirib çıxardığını qeyd edir. Mein Bağırova 12 il İddiaçıla birlikdə çalışmış, İddiaçı kifayət qədər yüksək peşəkar səriştəsi olan bir işçidir, EKSPO Mərkəzin bütün texniki məsələləri İddiaçı üzərindədir və hər zaman onları layiqincə həll etmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Mülki işin materiallarında Sərgi Mərkəzinin meneceri Mein Bağırovaya yazdığı xx.xx.2022-ci il tarixli izahatında Teymur Quliyev qeyd etmişdir ki, 11 may tarixində səhər saatlarında iş otağında İddiaçı və Əvəz Kazımov (SƏTƏM işçisi) arasında mübahisə olmuşdur. Kazımov Əvəz otağa gələn kimi İddiaçı Əvəzdən hər gün gəlib-gəlməyəcəyini soruşdu. O da hər gün gələcəyini bildirdi. İddiaçı rahat işləmək üçün Əvəzə otaq ayrıldığını, orada rahat şərait yaradıldığını bildirib, ondan həmin otağı Əvəzə göstərməyi xahiş etdi. Əvəz buna qətiyyən etiraz edib, neçə gündür bu otaqda oturduğunu, burdan başqa yerə keçməyəcəyini bildirdi. Teymur isə bu otaqdakı yerin müvəqqəti olduğunu, ona daim istifadə edəcəyi iş yeri, otaq ayrıldığını dedi və aralarında münqaişə başladı. Hər ikisi bir-birinin üstünə gələrək mübahisə eləməyə başladılar. O, mübahisənin böyüməsini görüb hər iksinin arasına girib sakitləşləşmələrini bildirmişdir. Heç birinin bir-birilərinə güc tətbiq etmələri olmadı. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin EKSPO menecer vəzifəsində çalışan Mein Bağırova tərəfindən Cavabdeh MMC-nin İnsan resursları üzrə direktoru Fəxri Qurbanova ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, 11 may 2022-ci il tarixində İddiaçı və Əvəz Kazımov arasında baş vermiş münaqişə ilə əlaqədar 26 may 2022-ci il tarixində o, Jalə Mürsəlova və Sevda Məmmədova iclas keçirmiş və bir daha münaqişənin baş vermə səbəbi və nəticələri müzakirə olunmuşdur. Baş vermiş münaqişədə günahkar tərəflərin hərəkətlərinin ümumi davranış qaydalarına uyğun olmadığı və yekdilliklə günahkarların cəzalandırılmasının vacib olduğu qeyd edilmişdir. Mein Bağırova da öz növbəsində baş vermiş münaqişənin iştirakçılarını qınamış və günahkarların müəyyən edilmiş qanun və qayda çərçivəsində cəzalandırılmasını istəmişdir. “Bakı EKSPO Mərkəzi” hər zaman yüksək beynəlxalq standartlara cavab verən mötəbər tədbirlərə ev sahibliyi etmiş və fəaliyyəti dövründə Mərkəzin işi bir çox rəsmi qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir, təbii ki, bu, Mərkəzin bütün işçi heyətinin əməyinin nəticəsidir. Mein Bağırova əmindir ki, baş vermiş insident münaqişə tərəflərinin ani anlaşılmazlığı nəticəsində baş vermişdir və hər iki tərəf özü üçün lazımi nəticəni çıxardacaq. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin İnsan resursları üzrə direktoru Fəxri Qurbanova yazdığı xx.xx.2022-ci il tarixli izahatında Teymur Quliyev qeyd etmişdir ki, İddiaçı və Əvəz Kazımov arasında olan münaqişə ilə bağlı 23 may tarixində kadrlar şöbəsində görüşdə iştirak etmiş, hadisənin necə baş verməsi haqqında açıqlama vermişdir. Aralarında güc tətbiq olunmayıb. Görüşdə keçən izahatda qeyd etmədiyi təhqirlə bağlı məlumat vermişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 165-1/22-K nömrəli “istirahət günləri işə cəlb etmə haqqında” əmrdən görünür ki, Cavabdeh MMC-nin “Baku Expo” lahiyəsində təşkil olunacaq sərgidə işlərin axarının düzgün tənzimlənməsi ilə əlaqədar işçilərin istirahət və iş günü hesab edilməyən bayram günü (qeyri-iş günü) işə cəlb edilməsini nəzərə alaraq elektron avadanlıqlar üzrə mühəndis İddiaçı xx.xx.2022-ci il tarixində qanunvericiliyin tələbinə uyğun olaraq əlavə istirahət günü (əvəzgün) verilməklə işə cəlb edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 169-1/22-k nömrəli “işçiyə əvəzgünün verilməsi haqqında” əmrdən görünür ki, Cavabdeh MMC-də elektron avadanlıqlar üzrə mühəndis vəzifəsində işləyən İddiaçı arzusu nəzərə alınaraq ona 06.06-xx.xx.2022-ci il dövrü əhatə edən tarixlərdə əmək haqqı saxlanılmaqla 7 iş günü olmaqla istirahət günü verilmiş, işçinin əvəzgündən sonra işə çıxma tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 184-1/22-k nömrəli “işçiyə əvəzgünün verilməsi haqqında” əmrdən görünür ki, Cavabdeh MMC-də elektron avadanlıqlar üzrə mühəndis vəzifəsində işləyən İddiaçı arzusu nəzərə alınaraq ona xx.xx.2022-ci il tarixində əmək haqqı saxlanılmaqla 1 iş günü olmaqla istirahət günü verilmiş, işçinin əvəzgündən sonra işə çıxma tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 188/22-k nömrəli əmrdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona bu maddənin nəzərdə tutduğu intizam tənbehlərindən birini verə bilər: Cavabdehndə SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən X14 və elektron avadanlıqlar üzrə mühəndis vəzifəsində işləyən İddiaçı arasında 11 may 2022-ci il tarixində iş otağında mübahisə halı baş vermişdir. Mübahisə sonradan aqressiv xarakter almış və İddiaçı X9 boğaz nahiyəsindən boğmağa çalışmışdır (təsdiqedici şəkil əlavə edilir). Bununla yanaşı, İddiaçı Ə.Kazımovun ünvanına əxlaq normalarına sığmayan söyüşlər ifadə etmişdir. İddiaçı öz hərəkəti ilə iş yerində işin normal ahəngini pozmuşdur. Belə ki, əmək kollektivi bu insidentin geniş vüsət almaması üçün səfərbər olunmuş və mübahisə edənləri sakitləşdirməklə məşğul olmuşlar. Baş verənlər İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə ləğv etmək üçün əsas yaratmışdır. Hər iki işçidən izahat alınmışdır. Yuxarıda qeyd edilənləri və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsini rəhbər tutaraq, Cavabdehndə elektron avadanlıqlar üzrə mühəndis vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Əmr Cavabdeh MMC-nin İnsan Resursları üzrə X1 tərəfindən imzalanmışdır. Mülki işin materiallarında olan xxxxxxx0002X0 saylı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə 188/22-k nömrəli xx.xx.2022-ci il tarixli əmr əsasında “70.ç, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə xitam verilmişdir. Mülki işin materiallarında olan Bakı 5 saylı Mediasiya Təşkilatının 1 avqust 2022-ci il tarixli MŞB/5-02285 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı və X2 arasında işə bərpa və maddənin ləğvi ilə bağlı əmək mübahisəsi barədə iş üzrə tərəflər ilkin mediasiya sessiyasından prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Beləliklə, mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC ilə A0180/1 saylı əmək müqaviləsi bağlayaraq, “texniki istismar xidmətləri üzrə qrup rəhbəri” vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə “elektron avadanlıqlar üzrə mühəndis” vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə iş yoldaşı SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən Əvəz Kazımov arasında işlə əlaqədar mübahisə yaranmış, xx.xx.2022-ci il tarixdə isə mübahisənin xarakteri aqressivləşmişdir. Belə ki, iş materiallarında olan izahatlardan və məhkəmədə şahid qismində dindirilən şəxslərin verdiyi ifadələrdən aydın olmuşdur ki, iddiaçı ilə Əvəz Kazımov arasında olan mübahisə xx.xx.2022-ci il tarixdə iddiaçının sonuncunu təhqir etməsi ilə başa çatmış, onları otaqda olan digər işçi Teymur Quliyev sakitləşdirmişdir. İddiaçının Əvəz Kazımova qarşı güc tətbiq etməsi isə təsdiqini tapmamışdır. Mübahisə tərəflərinin, onların rəhbərlərinin, hadisənin bilavasitə şahidi olmuş Teymur Quliyevin izahatları alınmış və cavabdeh müəssisədə “insan resursları üzrə direktor” vəzifəsində işləyən X15 tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış 188/22-k nömrəli əmrlə iddiaçı barəsində intizam tənbehi tətbiq edilərək, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verilmişdir. İddiaçı ilə cavabdehin nümayəndəsi arasında mediasiya prosesi nəticəsində razılıq əldə edilmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə tərəfindən, həmçinin, müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin direktoru Randolph Decker xx.xx.2021-ci il tarixli 64/h nömrəli əmrlə İnsan resursları üzrə X1na işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bununla əlaqədar əmr, müqavilə, əmək müqavilələrinə dəyişiklik və ya əlavə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə dair işçilərə verilən yazılı məlumatlar və ya əmrlər (sərəncamlar), xəbərdarlıqlar, istehsalatda baş vermiş bədbəxt hadisələrə dair sənədləşmələr, əmək münasibətlərinə dair müvafiq icra orqanlarına ünvanlanan məktublar, habelə aktlar və digər aidiyyəti sənədləri imzalamaq, əmək haqqı kartlarının təhvil verilib-alınması ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyəti həvalə edilmişdir. Məhkəmə «Cavabdeh MMC-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrinin ləğv edilməklə iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsi» barədə iddia tələbinə aşağıdakı hüquq normalarını tətbiq edərək qiymət verməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-3-cü hissələrinə görə, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Sözügedən Məcəllənin 9-cu maddəsinin “q” bəndinə görə, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə əsasən, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarındandır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” və “c” bəndlərinə görə, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Sözügedən Məcəllənin 72-ci maddəsində qeyd edilmişdir ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə müvafiq olaraq, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Əmək Məcəlləsinin 188-ci maddəsinə görə, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Əmək qanunvericiliyinin istinad olunan normalarının məzmunundan aydın olur ki, hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmış və bu münasibətlərə əsasən, iddiaçı işçi, cavabdeh isə işəgötürən hesab olunmuşdur. Tərəflər arasındakı əmək münasibətləri həmin əmək müqaviləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq tənzimlənməlidir. Əmək qanunvericiliyinə görə, işəgötürənin əsas hüquqlarından biri odur ki, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etsin. Bununla yanaşı, işəgötürənin əsas vəzifələrindəndir ki, Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından sui-istifadə edilməsinə mane olur. Hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə - bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilmiş, lakin bu zaman işəgötürən, yəni cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydasının pozulması müəyyən edilmişdir. Belə ki, iddiaçıya intizam tənbehinin tətbiq edilməsi məqsədilə cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmr Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə müvafiq olaraq «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» məzmununda olmuşdur. Cavabdeh əmri verərkən Əmək Məcəlləsinin 188-ci maddəsinin tələblərinə riayət etməmiş, belə ki, sözügedən əmr buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Həmin maddənin məzmunundan görünür ki, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Lakin işdə olan materiallardan da göründüyü kimi, əmri imzalayan şəxs “insan resursları üzrə direktor” X8 işəgötürən tərəfindən intizam tənbehi vermək səlahiyyəti həvalə edilməmişdir. Həvalə edilsəydi belə, o, müavin və ya müəssisədən kənarda yerləşən struktur bölmənin rəhbəri olmadığından, yenə də məhkəmə tərəfindən intizam tənbehi vermək səlahiyyəti olmayan şəxs hesab ediləcəkdi. Bundan əlavə, normanın tələbinə görə, həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. İstinad edilən maddədən, həmçinin, görünür ki, göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Beləliklə, yuxarıda şərh edilənlərə əsasən, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022ci il tarixli əmrin işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilməsi nəzərə alınaraq, məhkəmə həmin əmrin hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilməsi qənaətinə gəlir. Cavabdeh MMC-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan əmək müqaviləsinə xitam verilməsi və intizam tənbehinin verilməsi qaydalarının pozulması ilə verildiyi müəyyən edildiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 188/22-k nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdehndə “elektron avadanlıqları üzrə mühəndis” vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə müəyyən etdi ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin yuxarıda qeyd edilən normaları təşkil edir və iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 188/22-k nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdehndə “elektron avadanlıqları üzrə mühəndis” vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar