Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4061/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5109/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4636/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5109/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı Cavabdeh1 münasibətdə ləğv edilmiş, iş materialları mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilmiş, Cavabdeh2 münasibətdə isə dəyişdirilmədən saxlanılmışdır. Sonradan – xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən məhkəmə ərizə göndərilmiş, iddia tələbinin tam təmin edildiyi və bu səbəbdən iddia ərizəsinin geri qaytarılmasına dair qərardad çıxarılması xahiş edilmişdir. Eyni zamanda - 12 sentyabr 2022-ci il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində, İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək bildirmişdir ki, icraatınızda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(006)-4061/2022 saylı mülki iş vardır. Hazırki iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılaraq 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 9618/2021 №-li qərarla təmin edilərək Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. İddia tələbinə mahiyyəti üzrə baxılaraq, yekun məhkəmə qətnaməsinin çıxarılmasını tələb etmir. Yuxarıda qeyd etdiyi kimi mübahisəyə mahiyyəti üzrə baxılaraq öz həllini tapmışdır. Buna görə də, iddia tələbi baxılmamış saxlanılaraq ödənilmiş dövlət rüsumu və iddia ərizəsinə əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı və onun nümayəndəsi (vəkili) tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4061/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4061/2022
13.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver