Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4071/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi - X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (maraqlı şəxslər qismində "xxxx" MMC, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi və Maraqlı şəxs3 olmaqla) qarşı «əmlakın qiymətləndirilməsinin nəticələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (maraqlı şəxslər qismində "xxxx" MMC, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi və Maraqlı şəxs3 olmaqla) qarşı «əmlakın qiymətləndirilməsinin nəticələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 36 ünvanında yerləşən ümumi sahəsi 136.4 kv.m sahədən ibarət 3 otaqlı, 46 saylı mənzilin qiymətləndirilməsinə dair cavabdeh “Property'’ Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli rəyinin (hesabatının) ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(113)-435/2021 saylı qərardadından və xx.xx.2022-ci il tarixli e-2-2(113)-63/2022 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 36 ünvanında yerləşən 136,4 m2 umumi, 76.4 m2 yaşayış, 60.0 m2 yardımçı sahədən ibarət 3 otaqlı 46 nömrəli mənzilin likvid və bazar dəyərlərinin nə qədər təşkil etməsi barədə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "Property” MMC-nin əmlakın qiymətləndirilməsi barədə PR/KM-09-3-2021 saylı 27 may 2021-ci il tarixli hesabatı ilə İddiaçı məxsus olan mənzilin xx.xx.2021-ci İ tarixə olan bazar dəyəri 280000 manat, likvid dəyəri 252000 təşkil etməsi müəyyən edilmiş, "xxxx" MMC tərəfindən aparılan tədqiqatların dəyəri 1200 manat olmuş və bu haqq Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Məhkəmə qətnamənin nəticəvi hissəsində mənzilin ilkin satış qiymətində "xxxx" MMC tərəfindən müəyyən edilmiş 252000 manat əsas götürmüşdür. İddia ərizəsinin məzmunundan göründüyü kimi hazırda iddiaçı məhkəməyə müraciət etməklə ona məxsus mənzilin mübahisələndirilən 27 may 2021-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabat ilə müəyyən edilmiş qiymətinin real bazar qiymətindən az olduğuna əsaslanmış, bu səbəbdən həmin hesabatın ləğv edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, sözügedən məhkəmə mübahisəsi üzrə iddia tələbinin əsasını təşkil edən cavabdeh “Property'’ Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 may 2021-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarlılığı sözügedən məhkəmə qətnaməsi ilə yoxlanılmış, hesabat etibarlı hesab edilmiş və məhz elə buna görə mənzilin ilkin satış qiyməti həmin hesabatla müəyyən edilən ilkin satış qiyməti götürülmüşdür. Qeyd olunanlardan göründüyü kimi iddiaçı hazırki iddiasında artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmiş 27 may 2021-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv olunmasını mübahisələndirdiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (maraqlı şəxslər qismində "xxxx" MMC, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi və Maraqlı şəxs3 olmaqla) qarşı «əmlakın qiymətləndirilməsinin nəticələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ("Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4071/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4071/2022
15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver