Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4073/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Masallı Regional «Asan Xidmət» mərkəzi Qeydiyyat şöbəsini cəlb etdiyi «doğum haqqında akt qeydinin bərpa edilməsi»nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Masallı Regional «Asan Xidmət» mərkəzi Qeydiyyat şöbəsini cəlb etdiyi «doğum haqqında akt qeydinin bərpa edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 12.*4.1947-ci ildə Masallı rayonu, Dəlləkoba kəndində anadan olması faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə verilərkən doğum yerinin Masallı rayonu, Dəlləkoba kəndi, doğum tarixinin 12.*4.1947-ci il, ata qrafası X4, ana qrafası X9, adının, soyadının və ata adının X2 qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X1 12.*4.1947-ci ildə Masallı rayonu, Dəlləkoba kəndində anadan olmuşdur. Anası ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşlar. Onların bu nikahlarından iki övladları dolğumuşdur. Atası Masallı rayonu, Qızılavar kəndində yaşamış, boyabaşa çatmışdır, orta təhsilini Qızılavar kəndində almışdır. Daha sonra X11 daxil olmuş, oranı bitirmiş və uzun illər həkim işləmişdir. X1 12 fevral 2**3-cü ildə kəskin ürək və tənəffüs çatışmamazlığından Bakı şəhərində ölmüşdür. Atası həkim olmuşdur. 1965-1971-ci illərdə Qırmızı Bayraqlı Azərbaycan Tibb İnstitutunda ali təhsil almışdır. 1971-1973-cü illərdə Rusiya Federasiyası (keçmiş SSRİ) Kaluqa vilayəti Yuxnov rayonu N saylı Hərbi bölməsində tibbi xidmət üzrə leytenant rütbəsi almışdır. 1973-cü ildən Bakı şəhərində yerləşən xəstəxanalarda ordinator, şöbə müdiri vəzifələrində fəaliyyət göstərmişdir. 1-ci Qarabağ müharibəsi başlayandan qurtaranadək Mərkəzi Hərbi Hospitalda əvvəl sıravi həkim, sonradan anesteziya və reanimasiya şöbəsinin müdiri vəzifəsində işləmiş və tibb xidməti mayoru kimi 2**3-cü ildə vəfat etmişdir, müharibə zamanı dəfələrlə ön cəbhədə fəaliyyət göstərmiş və X6 adına layiq görülmüşdür. Eləcə də, atası SSRİ zamanında yaşadığı üçün həmin vaxtı hərbi xidmətdə olmuşdur. Həmçinin, Qeydiyyat şöbəsində atasının doğum akt qeydi tapılmasa da, təsərrüfatbaşına kitabda mütləq onun doğumu ilə bağlı məlumatlar olacaqdır. Atası vəfat etdiyi günə kimi ərizəçi ilə birgə yaşamışdır. Atası öldükdən sonra ondan miras qalmış əmlakı vərəsəlik yolu ilə əldə etmək məqdəsi ilə notariat kontoruna müraciət etmiş, bu zaman atası Tahirin doğum haqqında şəhadətnaməsi tələb olunmuş və bununla bağlı Qeydiyyat şöbəsinə müraciət etdiyi zaman isə atasına aid doğum akt qeydlərinin aşkarlanmadığı barədə ona rəsmi qaydada imtina məktubu verilmişdir. Həmçinin, doğum haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı və doğum faktının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: Əvvəlki məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək və ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: *2.*4.2**3-cü il tarixdə verilən, AZ-İ seriyalı, *51228 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 12.*2.2**3-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 354 nömrə il qeyd edilmişdir. Masallı rayon İcra Hakimiyyəti Masallı rayon Dövlət Arxivi tərəfindən verilən 13.*6.2*25-ci il tarixli arayışa əsasən Masallı rayonunda fəaliyyət göstərən "Qeydiyyat Şöbəsi”-nin ümumilikdə 1925-ci ildən 1948-ci ilə kimi olan bəzi sənədləri Masallı Rayon Dövlət Arxivinə verilib. Arxivə verilən sənədlərin içində "Qızılavar” kəndinə aid doğum haqqında aktlar, 1935-1945-ci illəri əhatə edir. Əvvəlki və sonrakı illərin doğum qeydi aktları isə Masallı Rayon Dövlət Arxivinə təhvil verilməyib. Arxivə verilən sənədlərin içərisində bir Sovetliyə aid olması ehtimal olunan "Bədəlan" kəndinə aid doğum qeydləri aktlarının 1941-1948-ci illəri əhatə edən sənədlər tərəflərindən araşdırılmışdır. Həmin sənədlərin içərisində 12.*4.1947-ci ildə Masallı rayonu Dəlləkoba kəndində doğulmuş X3 doğum qeydinin aktına rast gəlinməmişdir. Bu səbəbdən də X3 12.*4.1947-ci ildə Masallı rayonu Dəlləkoba kəndində doğulması ilə bağlı doğum qeydinin aktı barədə arxiv arayışının və ya arxiv çıxarışının verilməsi imkan xaricindədir. Masallı Regional «Asan Xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilən rəyə əsasən Ərizəçi 12.*4.1947-ci ildə doğulmuş X1nun doğumunun qeydə alınmasından imtina edilmişdir. 29.*3.1971-ci il tarixdə verilən АЗ seriyalı, *9615* nömrəli evlənmək haqqında şəhadətnamənin surətinə əsasən 12.*4.1947-ci il tarixdə doğulmuş X8 ilə X5 arasında 29.*3.1971ci il tarixdə nikah bağlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 13.1*.2*25-ci il tarixli cavab məktubuna əsasən sorğu edilən 12.*4.1947-ci il təvəllüdlü X3 ölkə ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat aşkar edilməmişdir.Əlavə olaraq isə 12.*4.1947-ci il təvəllüdlü X7 25.*8.1998-ci il tarixdə verilmiş AZ463*86 nömrəli 9 saylı arayışın 1 nömrəli ərizə forması təqdim edilmişdir.25.*8.1998-ci il tarixli, AZ 463*86 nömrəli, 9 saylı Arayışın 1 nömrəli ərizə formasından X3 12.*4.1947-ci il tarixdə Masallı rayonu, Dəlləkoba kəndində doğulduğu, milliyətinin azərbaycanlı, ailəli olması, ata adının X4, ana adının X9 olduğu və ünvanının Cəlil Məmmədquluzadə küçəsi ev 188 olması görünür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 3*7.1 və 3*7.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 31*.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2**1-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə işin araşdırılan hallarından göründüyü kimi ərizəçinin X1 12.*4.1947-ci il tarixdə Masallı rayonu, Dəlləkoba kəndində anadan olmuş, 2**3-cü il tarixdə vəfat etmişdir. Ərizəçi, vərəsəlik işi ilə bağlı atasına məxsus doğum qeydlərinin əldə edilməsi üçün müvafiq arxiv və qeydiyyat şöbələrinə müraciət etsə də, 1947-ci ilə dair sənədlər mövcud olmadığı üçün müraciətinin nəticəsi olmamışdır. Hazırda ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt 25.*8.1998-ci il tarixli, AZ 463*86 nömrəli, 9 saylı Arayışın 1 nömrəli ərizə formasında göstərilən məlumatlara əsasən təsdiq edilir, ona görə də ərizə təmin edilməli, ərizəçinin X1nun 12.*4.1947-ci il tarixdə Masallı rayonunun, Dəlləkoba kəndində anadan olmasının qeyd edilməsi faktı müəyyən edilməklə onun doğum haqqında akt qeydi bərpa edilməli, X7 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Qurbanov”, adı “Tahir”, ata adı “Xalıq”, doğum tarixi “12.*4.1947-ci il”, doğum yeri “Masallı rayonu, Dəlləkoba kəndi”, ata qrafasında “atası X4, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X9, milliyyəti azərbaycanlı” kimi yazılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 12.*4.1947-ci il tarixdə Masallı rayonunun, Dəlləkoba kəndində anadan olmasının qeyd edilməsi faktı müəyyən edilməklə onun doğum haqqında akt qeydi bərpa edilsin. X7 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Qurbanov”, adı “Tahir”, ata adı “Xalıq”, doğum tarixi “12.*4.1947-ci il”, doğum yeri “Masallı rayonu, Dəlləkoba kəndi”, ata qrafasında “atası X4, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X9, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4073/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4073/2025
26.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver