Məhkəmə qərarları › İş №2(006)-4076/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4076/2025

10.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4076/2025 10.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi 2 saylı Bakı "Asan Xidmət" X1rşı "doğumun qeyd edilmə faktının müəyyən edilməsi" barədə üzrə mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi 2 Saylı Bakı «Asan Xidmət» X2rşı ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni Ərizəçi xx xxxxxx 1976-cı il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi xx xxxxxx 1976-cı il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnasinə Xankəndi şəhərində alınmışdır. Məlum hadisələrlə, yəni Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi ilə əlaqədar 1988-ci ildə Xankəndi şəhərində yaşayan azərbaycanlılar, o cümlədən o, onun anası və qohumların erməni millətçiləri tərəfindən Xankəndi şəhərindən qovulmuşlar. Həmin vaxtdan anası X1* ilə Bakı şəhərində yaşayırlar. Hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Orta təhsilini ünvan 2mtəhsil məktəbində almışdır. Daha sonra isə ali təhsil müəssisəsində təhsil almışdır. İlk dəfə şəxsiyyət vəsiqəsini aldıqdan sonra 199*-cı illərin ortalarında doğum haqqında şəhadətnasini naməlum şəraitdə itirmişdir. Onun doğum haqqında şəhadətnaməninin dublikatını başqa yolla almaq mümkün olmamışdır. Belə ki, doğulduğu Xankəndi şəhəri və doğum haqqında şəhadətnaməni aldığı dövlət orqanı, yəni qeydiyyat idarəsi, eləcə də dövlət arxiv Xankəndi şəhərində yerləşirdi. Bildirir ki, Xankəndi şəhəri 26 dekabr 1991-ci il tarixdən 2* sentyabr 2*23-cü il tarixədək erməni qəsbkarlarının işğalı altında olmuşdur. 2*.*9.2*23-cü il tarixdən Qarabağ ərazisi, o cümlədən Xankəndi işğaldan azad edilmişdir. Xankəndi şəhəri işğal altında olduğuna görə qeyd edilən sənədin surəti mövcud olan qeydiyyat şöbəsi və Xankəndi şəhərində yerləşən arxiv (azərbaycanlılara aid hissədə) ermənilər tərəfindən yandırılmışdır. Beləliklə, onun doğum haqqında şəhadətnaməsini başqa yolla almağın qeyri-mümkün olması müəyyən edilmişdir. Doğum haqqında şəhadətnamə hər hansı bir hüquqmüəyyənedici sənədin alınması üçün əsas sənəddir. Gələcəkdə doğum haqqında şəhadətnamə onun üçün vacib olduğunu (bağışlama, vərəsəlikdə və s. hallarda) nəzərə alıb həmin doğum haqqında şəhadətnamənin alınması üçün 2 saylı Bakı “Asan xidmət" X6 müraciət etmişdir. Ancaq 2 saylı Bakı “Asan xidmət" Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ona 3-16-5/8-114-68/2*25 saylı *5.*6.2*25-ci il tarixli məktubla doğum haqqında şəhadətnamənin verilməsindən imtina cavabı verilmişdir. Bununla əlaqədar və qanunvericiliyin tələblərinə uyğun olaraq ona doğum haqqında şəhadətnamənin verilməsi məhkəmə qaydasında həll edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 2 Saylı Bakı «Asan Xidmət» X3 nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X1* ifadəsində bildirdi ki, o, Ərizəçi anasıdır. Ərizəçi xx xxxxxx 1976-cı ildə Xankəndi şəhərində anadan olmuşdur. 1988-ci ildə Xankəndi şəhərindən Bakı şəhərinə gəlmişlər. Bu zaman doğum haqqında şəhadətnaməsini itirmişdir. X8 ifadəsində bildirdi ki, o, Ərizəçi xalasıdır. Hamısı Xankəndi şəhərində doğulmuşlar. Yeganə də xx.xx.1976-cı il tarixdə Xankəndi şəhərində doğulub. 1988-ci ildə Xankəndi şəhərindən Bakı şəhərinə köçüblər. X12 ifadəsində bildirdi ki, o, Ərizəçi dayısıdır. Yeganə 1976-cı il 11 yanvarda Xankəndidə doğum evində dünyaya gəlib. 1988-ci ildə doğum haqqında şəhadətnaməsi itmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: «Nəsimi-12» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin *1.*7.2*25-ci il tarixli 25/*7-*1 saylı arayışına Həmin Arayış Ərizəçi (şəxsiyyət vəsiqəsi AA*******, FİN xxxxxxx) ondan ötrü verilir ki, o, həqiqətən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən 235 A saylı binanın 26-cı mənzilində qeydiyyatdadır və həmin ünvanda yaşayır. 2 saylı Bakı «Asan xidmət» X4 *5.*6.2*25-ci il tarixli arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin *1.*3.2**1 -ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən 14.bəndə uyğun olaraq VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Qaçqınlar və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 331115 saylı məcburi Köckün Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1976-cı ildə Xankəndi şəhərində doğulmuşdur, 1988-ci ildən Xankəndi şəhərindən məcburi köçkündür. Nərimanov Rayon 66 saylı orta məktəbin şəhadətnaməsinin surətindən görünür ki, 1976-cı ildə doğulmuş Ərizəçi 199*-cı ildə orta məktəbi bitirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 1*.*9.2*25-ci il tarixli 18/2-251*7 saylı məktubuna əsasən xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi 21.*2.2**2-ci il, 25.*9.2**8-ci il, 28.*1.2*11-ci il, *1.*3.2*17-ci il və 29.12.2*2*-ci il tarixlərdə şəxsiyyət vəsiqələri ilə sənədləşdirilmişdir. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti 5 il bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 1*.*9.2*25-ci il tarixli 18/2-251*7 saylı məktubuna əlavə olunmuş arayışa əsasən Ərizəçi xx.xx.1976-cı il tarixdə “Stepanakert" şəhərində anadan olmuşdur. X5, anası X1* qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 3*7.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 31*.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2*19-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür; 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında ərizəçinin və nümayəndəsinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1976-cı il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində doğulmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün maraqlı şəxs 2 saylı Bakı "Asan Xidmət" X6 müraciət etmişdir. X15 tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası mümkün olmadığından, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi da məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1976-cı il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin faktı təsdiq edən sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlər üçün lazımdır. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin bərpasını tələb etdiyi halı, yəni Ərizəçi xx xxxxxx 1976-cı il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində doğulmasını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Bu halı təsdiq edən sənəd- yəni şəxsə məxsus doğum haqqında şəhadətnamə hazırda mövcud olmadığından, bu hal yalnız aparılmış icraat çərçivəsində toplanmış sübutlarla təsbit olunmalıdır. Beləliklə, ərizə təmin edilməli, Ərizəçinun xx xxxxxx 1976-cı il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində doğulmasına dair doğum akt qeydi bərpa edilməli və doğum akt qeydində ata qrafasında “X13”, atanın milliyyəti “azərbaycanlı”, ana qrafasında “X1*”, ananın milliyəti “azərbaycanlı” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*7-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xx xxxxxx 1976-cı il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Məmmədova”, adı “Yeganə”, ata adı “Yaşar”, doğum tarixi “xx.xx.1976-cı il”, doğum yeri “Azərbaycan Respublikasının Xankəndi şəhəri”, ata adı qrafasında “X13”, atanın milliyyəti “azərbaycanlı”, ana adı qrafasında “X1*”, ananın milliyəti “azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi 2 Saylı Bakı «Asan Xidmət» X7 həvalə edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar