Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4082/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə və "xxxx" QSC-yə qarşı mənzilin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə və "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icraatında olan 2(032)-149/2019 saylı icra sənədinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 10 saylı evin 24 saylı mənzilin yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, işdən görünür ki, iddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icraatında olan 2(032)-149/2019 nömrəli icra sənədi üzrə tələb yönəldilən ipoteka predmetinin (mənzilin) yenidən qiymətləndirilməsini tələb etmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, bu, iddia icraatı qaydasında (2 indekslə) deyil, icra icraatı çərçivəsində (8 indekslə) həll edilməli olan məsələ olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina üçün əsas kimi çıxış edir. Belə olan halda məhkəmə, iddiaçıya icra sənədinin icrası ilə əlaqədar məsələlərin icra icraatı qaydasında həll edilməli olmasını izah etməklə, qeyd edir ki, bu növ tələblərə iddia icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ("xxxx" ASC, GPP qəbz nömrəsi **********, tarix: 07.07.25, saat: 16:24) ödənilmiş 100,00 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə və "xxxx" QSC-yə qarşı mənzilin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun. İddiaçıya, icra sənədinin icrası ilə əlaqədar məsələlərin icra icraatı qaydasında həll edilməli olması izah edilsin. İddiaçı tərəfindən ("xxxx" ASC, GPP qəbz nömrəsi **********, tarix: 07.07.25, saat: 16:24) ödənilmiş 100,00 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4082/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4082/2025
09.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver