Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4094/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi İslamzadəİlqar Dadaş oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı“əmək haqqının hesablanması və ona ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i : İddiaçı Cavabdeh MMC-yə qarşı“əmək haqqının hesablanması və ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəməyə «işin aidiyyəti üzrə göndərilməsi» barədə vəsatət təqdim edərək, Cavabdeh MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Əhməd Cavad, ev 77, mənzil 134 ünvanıdır və bu da dövlət reyestrindən çıxarışda öz əksini tapmışdır. Beləliklə, iddiaçı tərəfindən iddia ərizəsi məhkəmə aidiyyat qaydalarına uyğun düzgün verilməmişdir. Ona görə də sözügedən mülki işin aidiyyatı üzrə baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı mülki işin aidiyyatı üzrə baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Cavabdeh MMC-nin nümayəndəsi X1 vəsatəti təmin edilməli, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan vergi ödəyicilərinin məlumatlarından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1 Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 45.4-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Qeyd olulanlara əsasən məhkəmə hesab edir ki, 2(006)-4094/2020 saylı mülki işərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 45, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının hesablanması və ona ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakışəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakışəhəri Nəsimi Rayon Məhkəməsinəşikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4094/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4094/2020
27.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver