Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-41/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4 Əli oğluna və qeyrilərinə qarşı «müqavilələrin etibarsız hesab edilməsi və s. tələbi»nə dair ilk, iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Aydın qızı və Cavabdeh4 və qeyrilərinə qarşı ərizə və sonradan iddia tələbinin dəqiqləşməsi ilə bağlı yeni ərizə ilə müraciət edərək, “xxxx” MMC ilə cavabdehlər Cavabdeh1 ilə bağlanmış xx.xx.2010-cu il tarixli, Cavabdeh4 Əli oğlu ilə bağlanmış xx.xx.2016-cı il tarixli, Cavabdeh2 ilə bağlanmış xx.xx.2014-cü il tarixli Cavabdeh3 Aydın qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə İddiaçı iddia tələbinin dəqiqləşməsi ilə bağlı növbəti ərizə ilə müraciət edərək, iddianın təmin edilməsi, “xxxx” MMC ilə Cavabdeh2 Bayraməli qızı arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 140,6 kv.m olan, 31 №-li mənzilə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 130 №-li müqavilənin və onun əsasında xx.xx.2014-cü il tarixdə verilmiş 163 №-li kassa mədaxil orderinin etibarsız hesab edilməsi, Cavabdeh2 Bayraməli qızının həmin mənzildən çıxarılması, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 140,6 kv.m olan, 31 №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin naturada ona təhvil verilməsi və həmin mənzilə köçürülməsini, “xxxx” MMC ilə Cavabdeh4 arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 142 №-li müqavilənin və onun əsasında verilmiş kassa mədaxil orderinin etibarsız hesab edilməsini, Cavabdeh4 ilə Maraqlı şəxs arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə dair xx.xx.2018-ci il tarixdə bağlanmış və həmin tarixdə 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunda qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə dair Maraqlı şəxs adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarışın ləğv edilməsini və cavabdeh Maraqlı şəxs həmin mənzildən çıxarılması, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin naturada ona təhvil verilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən verilmiş ilkin iddia tələbinin “Cavabdeh4 ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi”nə dair hissədə rədd edilməsi, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixdə bağlandığı iddia edilən çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh4 Əli oğluna və qeyrilərinə qarşı «müqavilələrin etibarsız hesab edilməsi tələbi»nə dair ilk, Cavabdeh4 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı 2(006)-95/2020 saylı mülki iş üzrə “Cavabdeh2 Bayraməli qızı ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin (3 otaqlı mənzil üzrə) ləğv edilməsi” tələbinin ayrılaraq ayrıca icraatda baxılması qərara alınmışdır. İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh4 Əli oğluna və qeyrilərinə qarşı «müqavilələrin etibarsız hesab edilməsi və s. tələbi»nə dair tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m olan 30 saylı mənzil «xxxx» MMC ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə ilə 169.050 manata ona satıldığını bildikləri halda, göstərilən mənzil yenidən Cavabdeh4 xx.xx.2016-cı il tarixdə satılmışdır. Bununla da, ilk iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin maraqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmuşdur. Vəzifə səlahiyyətlərindən sui istifadəyə görə MMC-nin vəzifəli şəxsləri X27 və X7 Azərbaycan Respublikasının CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham verilmiş, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Cavabdeh Azərbaycan Respublikası Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində istintaq edilən cinayət işi üzrə verdiyi ifadəsində qeyd edilən mənzilin ondan əvvəl iddiaçıya satılmasının ona məlum olmasını göstərmişdir. Lakin Cavabdeh4 qeyd edilən mənzillərin “xxxx” MMC-nin vəzifəli şəxsləri tərəfindən təkrar satılmaları ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqının davam etməsinə baxmayaraq mübahisəli mənzili satmış və mənzili alan cavabdeh Maraqlı şəxs orada təmir işi aparmaqla mənzildən istifadə etməkdə davam edir. İlk iddia üzrə Cavabdeh4 qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı tərəfindən verilmiş ilkin iddia tələbinin Cavabdeh4 ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2016-vı il tarixli müqavilənin ləğv edilməsinə dair hissədə rədd edilməsi və İddiaçı ilə “xxxx” MMC arasında xx xxxxx 2010-cu il tarixdə bağlandığı iddia edilən çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh4 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli 142 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbələrində yerləşən 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 Nömrəli mənzil “xxxx” MMC tərəfindən ona satılmış və mənzilin dəyəri tərəfindən tam olaraq ödənilmişdir. Mənzil alınan zaman mənzilə dair üçüncü şəxslərin hər hansı hüquqlarının olub-olmamasından xəbərdar olmamışdır. Mənzilə dair ƏMDK yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verilməsi üçün müraciət olunmuş, lakin sonuncu müraciətə münasibət bildirmədiyindən tərəfindən sonuncuya qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmış və məhkəmənin xx.xx.2017-ci il tarixli 2-1(81)-4637/2017 saylı qərarı ilə iddia tələbi təmin olunmuş, mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi cavabdeh ƏMDK yanında DƏDRX-ın Bakı şəhər İdarəsinə həvalə edilmişdir. Mənzilə dair qeydiyyat sənədləri əldə olunduqdan bir müddət sonra mənzil tərəfindən Maraqlı şəxs satılmış və mənzilə dair digər şəxslərin məhkəməyə etdikləri müraciətlərdən heç bir məlumatı olmamışdır. Bu barədə məlumatı xx.xx.2018-ci ildə Maraqlı şəxs almışdır. Bu səbəbdən qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmək imkanı olmamışdır. Bildirir ki, İddiaçı müqavilənin ilkinliyi ilə bağlı məhkəməyə təqdim etdiyi iddia tələbi tamamilə əsassızdır və tələbinin əsasını təşkil edən xx xxxxx 2010-cu il tarixli müqavilə etibarsız sayılmalıdır. Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilərkən İddiaçı ünvan 1 ünvanında inşa olunmuş 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbələrində yerləşən 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 nömrəli mənzilin “xxxx” MMC tərəfindən xx.xx.2010-cu il tarixdə ona satıldığını və mənzilin dəyəri olaraq 252.000 manat pul ödədiyini, pul ödənildikdən sonra “xxxx” MMC-nin direktoru Çingiz Məmmədovun onun adına xx.xx.2010-cu il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və tam ödəniş barədə həmin tarixli mədaxil qəbzi təqdim etdiyini bildirmişdir. Lakin, iş materiallarından aydın olur ki, İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2010-cu il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilədə müqavilənin qiyməti 169050 manat, o cümlədən həmin tarixli tam ödəniş barədə kassa mədaxil orderinin qəbzində həmin məbləğ – 169050 manat qeyd olunmuşdur. Eləcə də, “xxxx” MMC tərəfindən müqavilələrin və mədaxil qəbzlərinin qeydiyyat kitabı tərtib olunmadığından sonuncu ilə İddiaçı arasında mənzilin alqı-satqı müqaviləsinin xx xxxxx 2010-cu il tarixli bağlanmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Göstərilən səbəblər müqavilənin etibarsız hesab edilməsi üçün əsasdır. Əlavə olaraq, bildirir ki, mənzil tərəfindən alınan zaman o, X6 və “xxxx” MMC-nin rəhbərliyini tanımamış və mənzil üzərində hər hansı yüklülük olmamışdır. Yuxarıda qeyd etdiyi kimi mənzil tərəfindən əldə edilmiş, ona dair istifadə və sahiblik hüquqları tərəfindən həyata keçirilmiş və məhkəmənin mübahisələndirilən qərarı əsasında mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ərizəsi təmin edilərək Cavabdeh4 Əli oğlunun xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsi nəzərə alınaraq İddiaçı cavabdehlər Cavabdeh4 Əli oğluna və qeyrilərinə qarşı «müqavilələrin etibarsız hesab edilməsi tələbi»nə dair ilk, Cavabdeh4 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinə əsasən mülki iş üzrə mərhum Cavabdeh4 Əli oğlunun prosessual hüquqi varisləri kimi X11, X10, X18 və X19 ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə İddiaçı iddia tələblərinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələblərinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Maraqlı şəxs mənzil almaq niyyəti ilə 2018-ci ilin yanvar ayında makler vasitəsilə Cavabdeh4 Əli oğluna çıxarış əsasında məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 717-ci məhəllədə yerləşən, “xxxx” MMC tərəfindən inşa edilən, İ bloklu yaşayış binasının 10cu mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m olan 4 otaqlı 30 saylı mənzilə baxış keçirmişdir. Mənzili bəyənmiş və mənzilin sahibi olan Cavabdeh4la aralarında alqı-satqı barədə razılıq əldə edilmişdir. Mənzilin dəyərini 262.000 manat məbləğində razılaşmışlar. Bunun üçün 2 saylı Asan Xidmət Mərkəzinə getmişlər, orada alqı-satqı müqaviləsi bağlanmış və mənzilin dəyəri notariusun depozit hesabına qoyulmuşdur. Mənzil təmirsiz vəziyyətdə olmuşdur. Cavabdeh həmin mənzilə dair xx xxxxxx 2018-ci il tarixdə öz adına DƏDRX-dən çıxarış almışdır. Bir müddət keçdikdən sonra mənzilin təmirinə başlamışdır. Həmin mənzilin alınması üçün 5000 manat maklerə, 3000 manat isə binanın komendantına əlavə ödəniş edilmişdir. Mənzilin təmirinə isə 40.000 manat xərc çəkilmişdir. Hazırda mənzilə həbs qoyulduğundan təmir işləri başa çatdırılmamışdır. Hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, Maraqlı şəxs vicdanlı əldə edən olduğundan, həmçinin iddia tələbi əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı olan Cavabdeh4 Əli oğlunun hüquqi varisləri olan X11, X10, X18 və X19 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının hüquqi varisləri olan X11, X10, X18 və X12 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbləri aşağıda göstərilənlərə əsasən təmin olunmalı, qarşılıqlı iddia tələbləri isə rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2016-cı il tarixli razılaşma protokolundan görünür ki, “xxxx-İ İnşaat” MMC-nin və “xxxx” MMC-nin təsisçisi X27 vətəndaş Cavabdeh4 ilə öz aralarında razılığa gəldilər ki, Zeynalov X16 İsa Əli oğluna 400.000 ABŞ dolları borc verir. Borcun geri qaytarılması xx.xx.2017-ci il tarixinə qədərdir. - xx.xx.2016-cı il tarixli razılaşma protokolundan görünür ki, “xxxx-İ İnşaat” MMC-nin və “xxxx” MMC-nin təsisçisi X27 vətəndaş Cavabdeh4 ilə öz aralarında razılığa gəldilər ki, Zeynalov X16 İsa Əli oğluna 530.000 ABŞ dolları borc verir. Borcun geri qaytarılması xx.xx.2017-ci il tarixinə qədərdir. - Hər iki protokoldan görünür ki, Cavabdeh4 adına yazılmış olan digər yaşayış və qeyri-yaşayış sahələri kimi, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 girişli çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı, 30 nömrəli mənzil 210 kv.m sahəli xx.xx.2016-cı il tarixli 142 saylı mənzil üzrə müqavilə də Cavabdeh4 tərəfindən X22 borc verilmiş 400000 və 530.000 ABŞ dollar məbləğlərinin təminatıdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli1(101)-150/2018 saylı hökmündən görünür ki, X14 Azərbaycan Respublikasının CM-nin 178.3.2, 313-cü maddələri ilə təqsirli bilinərək ümümilikdə 10 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Məmmədov İsa Əli oğlu Azərbaycan Respublikasının CM-nin 308.2, 313-cü maddələri ilə təqsirli bilinərək ümumilikdə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs Cavabdeh2 Bayraməli qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-150/2018 saylı hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç. ev 717-ci məh. Mənzil 30 tam mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdən Maraqlı şəxs adına qeydə alınmışdır. -İş materiallarında olan AN-1№ ******* saylı, xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki,Cavabdeh4 ünvan 2 ünvanda yerləşən mənzili Maraqlı şəxs 260 000 manata satmışdır. - İş materiallarında qiymətləndirmə şirkəti olan “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, MB 14/-130 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə “xxxx” MMC tərəfindən inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 210 kv.m (çıxarışa əsasən 194 kv.m) olan 30 saylı mənzilin və onun satış bazar qiymətinin ətrafında olan oxşar təmirsiz (pod moyak) digər mənzillərin 2018-ci ilin yanvar ayına mənzil 1 kv.m satış bazar qiyməti 2000 manat, mənzilin ümumi satış qiyməti isə 420 000 manat təşkil edir. - İş materiallarında qiymətləndirmə şirkəti olan “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli 38/E-02-21/AR-02 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə “xxxx” MMC tərəfindən inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 210 kv.m (çıxarışa əsasən 194 kv.m) olan 30 saylı mənzilin və onun satış bazar qiymətinin ətrafında olan oxşar təmirsiz (pod moyak) digər mənzillərin 2018-ci ilin yanvar ayına mənzil 1 kv.m satış bazar qiyməti 2030 manat, mənzilin ümumi satış qiyməti isə 426 300 manat təşkil edir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2010-cu il tarixdə cavabdeh «xxxx» MMC-dən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 210 kv.m olan 4 otaqlı 30 №li mənzili almışdır. Müqavilənin şərtlərinə uyğun olaraq «Sifarişçinin» Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən «Podratçı» Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 210 kv.m olan 4 otaqlı 30 №li mənzili tikib «Sifarişçi»yə təhvil verməsini və «Sifarişçi» öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı müqavilələrin şərtlərinə əməl edərək mənzilə dair pulunu birdəfəlik tam ödəyərək 30 №li mənzilə görə (4 otaqlı) 169050 manat ödəniş etmiş, buna dair ona kassa mədaxil orderinin qəbzi verilmişdir. Lakin 2010-cu ildə dəyərini tam ödəyərək «xxxx» MMC-dən aldığı mənzil həmin MMC tərəfindən təkrarən xx.xx.2016-cı il tarixdə Cavabdeh4 Əli oğluna satmışdır. Cavabdeh4 Əli oğlu da öz növbəsində 2018-ci ilin yanvar ayında sözügedən mənzili Maraqlı şəxs satmış və sonuncuya DƏDRX tərəfindən ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» verilmişdir. «xxxx» MMC-nin vəzifəli şəxslərinin binada olan mənzillərin təkrar satılması ilə bağlı aparılmış cinayət işinin materiallarında olan xx.xx.2016-cı il tarixli razılaşma protokolundan görünür ki, “xxxx-İ İnşaat” MMC-nin və “xxxx” MMC-nin təsisçisi X27 vətəndaş Cavabdeh4 ilə öz aralarında razılığa gəldilər ki, Zeynalov X16 İsa Əli oğluna 530.000 ABŞ dolları borc verir. Borcun geri qaytarılması xx.xx.2017-ci il tarixinə qədərdir. Protokoldan daha sonra görünür ki, Cavabdeh4 adına yazılmış olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 girişli çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı, 30 nömrəli mənzil 210 kv.m sahəli xx.xx.2016-cı il tarixli 142 saylı, 7ci mərtəbəsində 4 otaqlı 18 nömrəli mənzil 210 kv.m sahəli xx.xx.2016-cı il tarixli 141 saylı və digər mənzillər üzrə müqavilələr Cavabdeh4 tərəfindən X22 borc verilmiş 530.000 ABŞ dollar məbləğinin təminatıdır. Məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixdə cavabdeh “xxxx” MMC ilə Cavabdeh4 Zeynal oğlu arasında bağlanmış müqavilə tərəflərin iradə ifadəsinə görə həqiqi alqı-satqı müqaviləsi olmamışdır. Belə ki, müqavilə tərəflərinin «xxxx» MMC-nin vəzifəli şəxslərinin binada olan mənzillərin təkrar satılması ilə bağlı aparılmış cinayət işinin istintaqı zamanı verdikləri ifadələrindən və qeyd edilən razılaşma protokollarından göründüyü kimi, Cavabdeh4 İsa Məmmədova borc verib və həmin pulun əvəzinə əvvəl 400000, daha sonra isə 530000 ABŞ dolları məbləğində pulun təxminən 5 ay müddətinə geri qaytarılmasını rəsmiləşdirmişlər. Məhkəməyə təqdim edilmiş «xxxx» MMC ilə Cavabdeh4 Əli oğlu arasında razılaşma protokolunda olan təminat olaraq yazılmış digər Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 7-ci mərtəbə, 4 otaqlı, 18 №-li, 210 kv.m mənzilə dair xx.xx.2016-cı il tarixli 141 saylı müqavilə ilə bağlı təqdim edilmiş məhkəmə aktlarından məlum olur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 741/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddianın təmin olunması, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 saylı, 210 kv.m mənzilə dair xx xxxxxx 2016-cı il tarixdə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh4 ilə X21 qızı arasında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllə mənzil 18-ə dair xx xxxxxx 2018-ci il tarixdə bağlanmış və həmin tarixdə 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X15 tərəfindən 4Ə- 220 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinin əsasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 saylı mənzilə dair Elbəniz Hacıyevanın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 №-li, 210 kv.m mənzil iddiaçı X17 qızına qaytarılması və cavabdeh X3 həmin mənzildən çıxarılması, xx xxxxxx 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 200.000 manat pulun Cavabdeh4 alınaraq X5 ödənilməsi barədə yeni qətnamə çıxarılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-8032/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-150/2018 saylı hökmü ilə «xxxx» MMC-nin direktoru X9 Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrinə əsasən 11 il müddətinə, təsisçisi X23 həmin Məcəllənin 178.3.2, 308.2 və 313-cü maddələrinə əsasən 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cəmiyyətlə Cavabdeh4 arasında xx xxxxxx 2016-cı il tarixli müqavilə bağlanılan zaman həmin müqavilənin predmeti olan mübahisəli mənzil Cəmiyyətə məxsus olmamış və onun həmin müqaviləni bağlamaq səlahiyyəti olmamışdır. Çünki iddiaçı ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə və maliyyə arayışına əsasən həmin mənzil iddiaçıya məxsusdur. Mübahisəli mənzilin daha əvvəl iddiaçıya satılması yuxarıda istinad olunan cinayət işinin istintaqı zamanı da müəyyən edilmiş, bu hal Cavabdeh4 tərəfindən heç vaxt mübahisələndirilməmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx xxx 2018-ci il tarixli qətnaməsi ilə mənzilin üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınmış, mənzilin sonuncuya təhvil verilməsi vəzifəsi Cəmiyyətin üzərinə qoyulmuşdur. Eyni zamanda cinayət işinin istintaqı zamanı həm Cəmiyyətin rəhbərlərinin, həm də Cavabdeh4 ifadələrində Cəmiyyətlə Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilənin real podrat müqaviləsi olmadığı, tərəflər arasında bağlanmış borc müqaviləsinin təminatını pərdələdiyi etiraf edilmiş, Cavabdeh4 Cəmiyyətdən mənzil tələbinin olmadığını və yalnız borcunun qaytarılmasını tələb etdiyini bildirmişdir. Bu baxımdan Cavabdeh4 ilə Cəmiyyət arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilə Mülki Məcəllənin tələblərinə ziddir, həmin Məcəllənin 337.1 və 340.2-ci maddələrinə əsasən bağlandığı andan etibarsızdır (əhəmiyyətsizdir). Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı X1 iddiası üzrə qəbul edilmiş məhkəmə aktları hazırki işlə oxşar məzmunlu, bağlı iş olmaqla həmin işdə də Cavabdeh4la Cəmiyyət arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilə Mülki Məcəllənin tələblərinə zidd olmasına hüquqi qiymət verildiyindən bu aktlar əsasında müəyyən edilmiş halların hazırki işin araşdırılmasında nəzərə alınması məqsədəmüvafiqdir. İşin araşdırılmış halları ilə tam təsdiq edilmişdir ki, Cavabdeh4 bilə-bilə ki, həm Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 7-ci mərtəbə, 4 otaqlı, 18 №-li, 210 kv.m mənzili (X4), həm də Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 7-ci mərtəbə, 4 otaqlı, 30 №-li, 210 kv.m mənzilə (hazırki iş üzrə İddiaçı) verdiyi pulun təminatı kimi qoyulduduğu halda o, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək mənzillərə çıxarışın verilməsi vəzifəsini DƏDRX-nin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh4 iddiası təmin edilsə də, işin materiallarından görünür ki, İddiaçı şikayəti əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(81)-4637/2017 saylı qərardadı ilə Məhkəmə özünün xx.xx.2017-ci il tarixli qərarını ləğv etmiş və iş üzrə qəbul edilmiş xx xxxxx 2018-ci il tarixli qərarla iddiaçı Cavabdeh4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mübahisəli mənzilə və həmin binanın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m olan 30 saylı mənzilə dair Cavabdeh4 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin həmin orqana həvalə edilməsi barədə iddiası rədd edilmiş, həmin mənzillərə dair Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və həmin qeydiyyatlar əsasında verilmiş reyestrdən çıxarışların etibarsız hesab edilməsi qət edilmişdir. Qərar yuxarı məhkəmələr tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. İşin bu halı iş materiallarında olan cinayət işinin istintaqı zamanı Cavabdeh4 xx.xx.2017-ci il tarixli şahid qismində verdiyi ifadəsinin məzmunu ilə də təsdiq edilir. Belə ki, “şahidi dindirmə protokolu”nun məzmunundan görünür ki, Cavabdeh4 mənzillərin problemli olmasını bilmiş, başqa şəxslərə satıldığından məlumatlı olmuşdur. O, borc verdiyi pulun qaytarıldığı təqdirdə onunla bağlanmış müqavilələri geri verəcəkdir. Lakin onun pulu ona ödənilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh4 çıxarış verilməsi barədə qanunsuz məhkəmə aktı və həmin məhkəmə aktı əsasında verilmiş çıxarış da ləğv edildiyindən Maraqlı şəxs da mübahisəli mənzilə dair vicdanlı alıcı kimi qiymətləndirilə bilməz. Belə ki, o, mübahisəli alqısatqı müqaviləsini bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməmişdir. Bağlanmış müqavilədə mübahisəli mənzilin qiyməti 260 000 manat müəyyən edilmişdir. Lakin mübahisəli mənzilin yerləşdiyi ərazidə yeni tikilmiş binaların bir kvadrat metrinin alqı-satqı müqaviləsində göstərilən qiymətdən daha artıq olduğu hamıya bəlli olan haldır. Hazırki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilən, qiymətləndirmə şirkətləri olan “xxxx” MMC və “xxxx” MMC tərəfindən tərtib edilmiş arayışlardan görünür ki, 2018-ci ilin yanvar ayında mübahisəli mənzilin qiyməti təxminən 420 000 manat təşkil etmişdir. Əgər həqiqətən də, Maraqlı şəxs real dəyərindən təxminən yarı qiymətinə mənzili əldə edərkən xoş niyyətli olsaydı, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirərək bunun səbəblərini aydınlaşdıra, mənzili yeni tikilidən aldığı üçün onu hansı şirkət tərəfindən inşa edildiyini, həmin şirkətin inşa etdiyi binalarda bir mənzilin birdən artıq şəxsə satıldığı barədə halın mövcud olub-olmadığını sayıqlıqla müəyyən edə bilərdi. Bütün bunlara baxmayaraq Maraqlı şəxs mübahisəli mənzili real dəyərindən xeyli ucuz qiymətə əldə etmiş, əldə etdiyi mülkiyyətlə bağlı riskləri qiymətləndirmək üçün heç bir addım atmamışdır. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə baxışı dövründə Maraqlı şəxs Cavabdeh4 qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» iddia ilə müraciət etməsini və sonradan aralarında olan mübahisənin öz həllini tapdığı üçün bu ərizəsini də geri götürməsini nəzərə alır və hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tətbiq edilməsini zəruri saymır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi mənzilin sahibi (mülkiyyətçisi) olması sübuta yetir və tələb edilən anda mənzil cavabdehin sahibliyində olmuşdur. Nəhayət, cavabdehin əşyaya sahiblik hüququnun qanunsuz olması da işin araşdırılmış sübutları ilə öz təsdiqini tapmışdır. Məhkəmə hazırki işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını, həmçinin qanuni qüvvəsini almış məhkəmə aktlarının olmasını nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, “xxxx” MMC ilə Cavabdeh4 arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 142 №-li müqavilə və onun əsasında verilmiş kassa mədaxil orderi etibarsız hesab edilməli, Cavabdeh4 ilə Maraqlı şəxs arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə dair xx.xx.2018-ci il tarixdə bağlanmış və həmin tarixdə 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunda qeydə alınmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə dair Maraqlı şəxs adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarış ləğv edilməli, cavabdeh Maraqlı şəxs həmin mənzildən çıxarılmalı, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə sahiblik, istifadə hüquqları bərpa edilməli, mənzil naturada ona təhvil verilməli və o, həmin mənzilə köçürülməlidir. Məhkəmə həmçinin iş üzrə tərəf olan Maraqlı şəxs izah edir ki, bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən göstərilən məbləğlə bağlı ayrıca iddia icraatı qaydasında iddia qaldırmaq hüququ vardır. Məhkəmə ilk iddia tələblərinin təmin edilməsini və bu qənaətə gəlməsi üçün istinad etdiyi dəlillərin qarşılıqlı iddianın dəlillərini təkzib etməsini nəzərə alaraq qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gələrkən həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələbləri baxımından əqdin etibarsızlığına dair müddətin (kəsici müddətin) keçməsini də nəzərə almışdır. Məhkəmə Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətdiq edilməsinə dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, ərizədə göstərilən iddia müddətinin axımı xx xxxxx 2011-ci il tarixdən başlanmış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyi üçün qanunla müəyyən olunmuş 1 illik iddia müddətini üzürsüz səbəbdən ötürülmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə 2018-ci ildə məhkəməyə müraciət etdiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iddia tələbində “xxxx” MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsızlığını tələb edir. Yuxarıda qeyd edildiyi kimi Cavabdeh4la Cəmiyyət arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilə Mülki Məcəllənin tələblərinə ziddir, həmin Məcəllənin 337.1 və 340.2-ci maddələrinə əsasən bağlandığı andan etibarsızdır (əhəmiyyətsizdir). Qeyd olunan əqd əhəmiyyətsiz əqd olduğundan həmin əqdin etibarsızlığı barədə iddiaçının tələbinə MM-nin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlərin şamil olunması mümkün deyil. Çünki istinad olunan maddənin mənasına görə həmin müddətlər yalnız mübahisələndirilən əqdlərə tətbiq edilir. Həmçinin Cavabdeh4la Cəmiyyət arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilələrə müddətlə bağlı Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(103)-7468/2019 saylı qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İlkin iddia tələbi təmin edilsin. “xxxx” MMC ilə Cavabdeh4 arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 142 №-li müqavilə və onun əsasında verilmiş kassa mədaxil orderi etibarsız hesab edilsin. Cavabdeh4 ilə Maraqlı şəxs arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə dair xx.xx.2018-ci il tarixdə bağlanmış və həmin tarixdə 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunda qeydə alınmış (4Ə-154 reyestr nömrəli) alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə dair Maraqlı şəxs adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» ləğv edilsin. Maraqlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilndən çıxarılsın. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə sahiblik, istifadə hüquqları bərpa edilsin, mənzil naturada ona təhvil verilsin və o, həmin mənzilə köçürülsün. Qarşılıqlı idda rədd edilsin. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən 1 ay müddətində Nəsimi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-41/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-41/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver