Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4114/2022 12.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “razılaşma üzrə götürülən öhdəliklərin tam yerinə yetirilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Bakı şəhəri 26 saylı Notariat Kontoruna qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “razılaşma üzrə götürülən öhdəliklərin tam yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh direktoru X6 imzası və MMC-nin möhürü ilə təsdiqlənmiş Razılaşma adlanan sənədin 1.2-ci bəndi üzrə cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirərək xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün razılaşdırılmış kompensasiya məbləğinin və ödənilmiş dövlət rüsumunun da cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdehin arasında 26 avqust 2016-cı il tarixdə cavabdeh MMC-nin direktoru X6 imzası və MMC-nin möhürü ilə təsdiqlənmiş Razılaşma adlanan sənəd imzalanmışdır. Razılaşma sənədində iddiaçı İ tərəf, cavabdeh isə İİ tərəf adlandırılmışdır. Razılaşmanın predmetini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı qərarı və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2016-cı il tarixli Aktının icrası məqsədi ilə birinci tərəf Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən birinci tərəfin mərhum həyat yoldaşı X5 verilmiş qeydiyyat nömrəsi 003184,xx.xx.2014-cü Mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 203 ünvanında, ümumi sahəsi 278,65 kv.m olan qeyri-yaşayış sahəsini ikinci tərəfə 16 mərtəbəli binanın tikintisi üçün təhvil verir, ikinci tərəf isə həmin qeyri-yaşayış sahəsinin müqabilində mərhum X3 varisi kimi birinci tərəfin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında, ümumi sahəsi 278,65 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq hüquq təsdiqedici sənədləri təqdim etdiyi təqdirdə qeyd edilən ünvanda yeni tikəcəyi 16 mərtəbəli binanın 3-cü girişində, ümumi sahəsi 278,65 kv.m olan qeyri-yaşayış sahəsini (12 saylı təsərrüfat hesablı mağazaya aid 002580 nömrəli xx.xx.2001-ci il tarixli Texniki Pasport əsasında Azadlıq prospektinə düşən hissə nəzərə alınmaqla 1-ci mərtəbə-hündürlüyü 4,50 m, 2-ci mərtəbə hündürlüyü 3,20 m olan 278,65 kv.m olan sahənin içində inşa edilmiş 150 kv.m olan hissəni birinci tərəfin istəyinə uyğun bölgüyə uyğun tikili aparmaq şərti ilə ona verəcəkdir) qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə dair öhdəlik müqaviləsi bağlanmasını öz öhdəsinə götürməsi təşkil edir. Razılaşmanın bağlanmasına səbəb olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı “Bakı şəhəri, Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarının 1.3-cü bəndinə əsasən, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qanunvericiliyin tələblərinə uyğun olaraq, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 18 saylı qəbul etdiyi Sərəncamı ilə Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarının icrası ilə bağlı müvafiq işlərin görülməsi Cavabdehnə həvalə edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2016-cı il tarixli Aktı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5 nömrəli yaşayış binası qəzalı və istismar üçün təhlükəli hesab edilmişdir. Razılaşmanın 1.2 bəndinə əsasən, qeyri-yaşayış sahəsində fəaliyyət göstərən ticarət obyektinə dair kompensasiyanın həcmi (2016-cı il aprel ayının 1-dən başlayaraq 2000 (iki min) manat olmaqla qeyri-yaşayış sahəsi təhvil verilənədək veriləcək) Öhdəlik müqaviləsi ilə tənzimlənəcəkdir. İddiaçı Razılaşma üzrə üzərinə düşən vəzifələrini yerinə yetirsə də, cavabdeh razılaşma üzrə 1.2 bəndinə əsasən yalnız xx.xx.2019-cu il tarixə kimi üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Lakin, həmin vaxtdan aralarında bağlanmış digər razılaşmanın (barışıq sazişinin) təsdiq edilməsi barədə Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-193/2021 saylı qərardadının qəbul edilməsinə qədər olan dövr üzrə 26 ay üzrə cavabdeh razılaşma ilə üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirməyərək iddiaçıya 52000 (əlli iki min) manat kompensasiya məbləğini ödəməmişdir. Əlavə olaraq bildirilmişdir ki, razılaşmanın 1.2 bəndində nəzərdə tutulan 2016-cı il aprel ayının 1dən başlayaraq 2000 manat qeyri-yaşayış sahəsinin təhvil verilənədək verilməsi nəzərdə tutulsa da, həmin sahə indiyə kimi təhvil verilməmişdir. Həmçinin də, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-193/2021 saylı qərardadı ilə aralarında təsdiq edilmiş barışıq sazişinin müddəalarının 2016-cı il razılaşması ilə əlaqəsi yoxdur və həmin qərardadla təsdiq edilmiş barışıq sazişinin icrası ilə bağlı cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirilməməsi ayrı icraatda mübahisələndiriləcəkdir. Qeyd edilən məhkəmə qərardadı ilə aralarında təsdiq edilmiş barışıq sazişinin müddəalarının 2016-cı il razılaşması ilə əlaqəsi olmasa da, həmin qərardada əsasən cavabdehlə qeyri-yaşayış sahəsinə münasibətdə aralarında yeni, digər hüquqi münasibətlər yaranmışdır. Buna görə də hesab edilir ki, cavabdeh məhz razılaşmanın 1.2 bəndinin tələblərini aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair sözügedən məhkəmə qərardadının tarixinə kimi yerinə yetirməli idi. Göründüyü kimi, cavabdeh aralarında bağlanmış 26 avqust 2016-cı il tarixli razılaşmanın 1.2 bəndi üzrə öhdəliklərini tam icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək bildirmişdir ki, razılaşmanın 1.2-ci bəndinə əsasən, qeyri-yaşayış sahəsində fəaliyyət göstərən ticarət obyektinə dair kompensasiyanın həcmi (2016-cı il aprel ayının 1-dən başlayaraq 2000 manat olmaqla qeyriyaşayış sahəsi təhvil verilənədək veriləcək) öhdəlik müqaviləsi ilə tənzimlənəcəkdir. O, razılaşma üzrə üzərinə düşən vəzifələrini yerinə yetirsə də, cavabdeh razılaşma üzrə 1.2-ci bəndinə əsasən, yalnız xx.xx.2019-cu il tarixə kimi üzərinə düşən öhdəliyi yerinə yetirilməsini səhvən iddia ərizəsində göstərilmişdir. Lakin, əslində cavabdeh Razılaşma üzrə üzərinə düşən vəzifələrini yerinə yetirsə də, cavabdeh razılaşma üzrə 1.2-ci bəndinə əsasən yalnız xx.xx.2019-cu il tarixə kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilə qədər cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan başqa, Cavabdeh direktoru X6 imzası və MMC-nin möhürü ilə təsdiqlənmiş razılaşma adlanan sənədin 1.2-ci bəndi üzrə cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirərək xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il əvəzinə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər qeyd olunmalı idi. Məhkəmə baxış iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsin məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə iddiaçının tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək, cavabdeh “Relt House" MMC-nin direktoru X6 imzası və MMC-nin möhürü ilə təsdiqlənmiş Razılaşma adlanan sənədin 1.2 bəndi üzrə cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirərək xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün razılaşdırılmış kompensasiya məbləğinin ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2016-cı il tarixli Razılaşmada: (1.1) sökülən mağazanın əvəzi olaraq mərhum X3 varisi-arvadı İddiaçı yeni tikiləcək 16 mərtəbəli binada 278 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi, habelə (1.2) həmin qeyri-yaşayış sahəsi ona təhvil verilənədək ayda 2000 manat kompensasiyanın verilməsi nəzərdə tutulmuşdur. Daha sonra hər iki tərəf bir-birinə qarşı iddia və qarşılıqlı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. Mülki işə məhkəmədə baxılan zaman tərəflər arasında eyni predmet üzrə yeni şərtlərlə barışıq əldə edilmiş və həmin barışıq sazişi məhkəmənin qərardadı ilə təsdiq edilmişdir. Binədəqi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-193/2021 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişində sökülən qeyri-yaşayış sahəsinin əvəzində veriləcək qeyri-yaşayış sahəsi ətraflı təsvir edilmiş və ödəniləcək kompensasiya məbləği barədə konkret qeydlər aparılmışdır. Həmin qərardada əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı veriləcək qeyriyaşayış sahələri iki hissəyə ayrılmışdır. Belə ki, barışıq sazişinin 1-ci hissəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında əvvəllər mövcud olmuş sahəsi 557,30 kv.m olan 12 saylı mağazanın sahəsi 278,65 kv.m olan qeyri-yaşayış sahəsi əvəzinə ümumilikdə veriləcək 365,59 kv.m qeyri-yaşayış sahəsi, yəni 295,59 kv.m təmirli, 70 kv.m təmirsiz verilməli olan qeyri-yaşayış sahəsi tam təmir edilmişdir. Barışıq sazişində 70 kv.m sahənin təmirsiz verilməsi nəzərdə tutulmasına baxmayaraq, şirkət həmin sahəni də təmir etmişdir. Bundan əlavə, 2-ci hissədə 395,48 kv.m təmirsiz verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin 40 kv.m-də şirkət tərəfində təmir edilmişdir. Beləliklə, ümumilikdə barışıq sazişi ilə təmiri nəzərdə tutulmayan 110 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən əlavə olaraq tam təmir edilmişdir. Barışıq sazişinin 2-ci hissəsinə əsasən, əvvəllər mövcud olmuş sahəsi 557,30 kv.m olan 12 saylı mağazanın yerdə qalan 278.65 kv.m olan sahəsi ilə bağlı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair sənəd təqdim edildikdən 10 gün müddətində ümumi sahəsi 395.48 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Lakin, əvvəllər mövcud olmuş sahəsi 557.30 kv.m olan 12 saylı mağazanın 2-ci hissəsi olan 278.65 kv.m sahəsinin sənədini Gülbənzi Kərimova hazırkı tarixədək təqdim edə bilməmişdir. Buna baxmayaraq şirkət həmin 395.48 kv.m olan sahəni İddiaçı təhvil vermək üçün ayırmış, hətta yuxarıda qeyd edilən kimi təmir edilməsi nəzərdə tutulmayan 40 kv.m sahəsini də əlavə olaraq təmir etmişdir. Buna baxmayaraq, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək sözügedən qərardadın icra olunmadığını bildirmiş və məcburi icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, Cavabdeh MMC İddiaçı qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK arasında 26 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş 31,03.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi və xx.xx.2016-cı il tarixli razılaşma sazişinin şərtlərinə qaytarılması, yəni İddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən sonuncunun mərhum həyat yoldaşı X5 verilmiş qeydiyyat nömrəsi 003184, xx.xx.2004-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında, ümumi sahəsi 278.65 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh MTK-ya 16 mərtəbəli binanın tikintisi üçün təhvil verməsi, Cavabdeh MTK isə həmin qeyri-yaşayış sahəsinin müqabilində mərhum X3 varisi kimi İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında, ümumi sahəsi 278.65 . m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq təsdiqedici sənədləri təqdim etdiyi təqdirdə qeyd edilən ünvanda yeni tikiləcək 16 mərtəbəli binanın 3-cü girişində, ümumi sahəsi 278.65 kv.m olan qeyri-yaşayış sahəsini 12 saylı təsərrüfat hesablı mağazaya aid 002580 nömrəli xx.xx.2001-ci il tarixli Texniki Pasport əsasında Azadlıq prospektinə düşən hissə nəzərə alınmaqla 1-ci mərtəbə hündürlüyü 4,50 m, 2-ci mərtəbə hündürlüyü 3,20 m olan 278,65 kv.m olan sahənin içində inşa edilmiş 150 kv.m olan hissəni İddiaçı istəyinə uyğun bölgüyə müvafiq tikili aparmaq şərti ilə ona verilməsi, habelə ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli Razılaşmada: (1.1.) sökülən mağazanın əvəzi olaraq mərhum X3 varisi - arvadı İddiaçı yeni tikiləcək 16 mərtəbəli binada 278 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi, habelə (1.2.) həmin qeyri-yaşayış sahəsi ona təhvil verilənədək ayda 2000 manat kompensasiyanın verilməsi nəzərdə tutulmuşdur. Daha sonra hər iki tərəf bir-birinə qarşı iddia və qarşılıqlı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. Mülki işə məhkəmədə baxılan zaman tərəflər arasında eyni predmet üzrə yeni şərtlərlə barışıq əldə edilmiş və həmin barışıq sazişi məhkəmənin qərardadı ilə təsdiq edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001 )-193/2021 saylı qərardadı təsdiq edilmiş barışıq sazişində sökülən qeyri-yaşayış sahəsinin (mağazanın) əvəzində həmin yerdə tikiləcək 16 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində veriləcək qeyri-yaşayış sahəsi ətraflı təsvir edilmiş (kv.m sahəsi, cizgiləri, təmirli və ya təmirsiz olması və s.) və ödəniləcək kompensasiya məbləği barədə konkret qeydlər aparılmışdır. Belə ki, həmin qərardada əsasən, Cavabdeh MTK tərəfindən İddiaçı veriləcək qeyri-yaşayış sahələri iki hissəyə ayrılmışdır: • Barışıq sazişinin 1-ci hissəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında əvvəllər mövcud olmuş sahəsi 557,30 kv.m olan 12 saylı mağazanın tam yarısı 278,65 kv.m olan hissəsi (sənədi mövcud olan hissəsi) əvəzinə ümumilikdə veriləcək 365,59 kv.m qeyri-yaşayış sahəsinin 295,59 kv.m təmirli, 70 kv.m təmirsiz verilməlidir. • Barışıq sazişinin 2-ci hissəsinə əsasən, əvvəllər mövcud olmuş sahəsi 557,30 kv.m olan 12 saylı mağazanın yerdə qalan 278,65 kv.m olan (sənədi olmayan) hissəsi ilə bağlı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair sənəd mərhum ərinin və ya özünün adına) təqdim edildikdən 10 gün müddətində ümumi sahəsi 395,48 kv.m qeyri-yaşayış sahəsi təmirsiz verilməlidir. Barışıq sazişinin 1-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışlarına əsasən ümumilikdə sahəsi 365,59 kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, təmir edilməsi nəzərdə tutulmayan sahəsi 70 kv.m olan qeyri-yaşayış sahəsi Şirkət tərəfindən təmir edilmişdir. Yəni, 365,59 kv.m qeyri-yaşayış sahəsinin 295,59 kv.m təmirli, 70 kv.m sahənin təmirsiz verilməsi nəzərdə tutulmasına baxmayaraq, Şirkət 365,59 kv.m qeyri-yaşayış sahəsini tam təmir etmişdir. Barışıq sazişinin 2-ci hissəsinə uyğun olaraq, 395,48 kv.m təmirsiz (sənədlər təqdim edildikdən sonra 10 gün ərzində) verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin 40 kv.m də İddiaçı xahişi ilə Şirkət tərəfindən təmir edilmişdir. Beləliklə, Barışıq sazişi ilə təmiri nəzərdə tutulmayan ümumilikdə 110 kv.m qeyri-yaşayış sahəsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xahişi ilə əlavə olaraq tam təmir edilmişdir. 2-ci hissəyə aid olan 278,65 kv.m sahənin sənədinin hazırki tarixədək təqdim edilməməsinə baxmayaraq, 48 kv.m sahəni qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı təhvil vermək üçün ayırmış, hətta yuxarıda qeyd edildiyi kimi, təmir edilməsi nəzərdə tutulmayan sahəsini belə əlavə olaraq təmir etmişdir. Bütün bunlara baxmayaraq, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək sözügedən qərardadın icra olunmadığını bildirmiş və məcburi icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı məcburi icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Bundan sonra Cavabdeh MTK-nın ünvanına Binəqədi rayon İcra Şöbəsinin “icra sənədi üzrə icraata başlama haqqında” qərarı və “tələbin könüllü icrası barədə” bildirişi daxil olmuşdur. Binəqədi rayon İcra şöbəsinin icra məmuru məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin və həmin qərardada əsasən verilmiş icra sənədinin şərtlərinin Cavabdeh MTK tərəfindən icra olunub-olunmamasını yoxlamaq məqsədi ilə qeyri-yaşayış sahəsinə yerində baxış keçirmiş və buna müvafiq olaraq akt tərtib etmişdir. İcra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt və Cavabdeh MTK-ya verilən xx.xx.2022-ci il tarixli cavab məktubundan da göründüyü kimi, məhkəmə qərardadı təsdiq edilmiş barışıq sazişinin şərtləri Cavabdeh MTK tərəfindən tam icra olunmuşdur. Bundan əlavə, Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-193/2021 qərardadı ilə təsdiq edilmiş barışıq sazişində: Tərəflər təsdiq edirlər ki, 1. Məhkəmənin icraatında olan iş üzrə, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında əvvəllər mövcud olmuş sahəsi 557.30 kv.m olan 12 saylı mağazanın sökülərək yerində çoxmərtəbəli binanın tikilməsi ilə bağlı mülkiyyətçiyə kompensasiyanın ödənilməsi ilə əlaqədar onlar arasında razılıq əldə edilmişdir. 2. Tərəflərin qarşılıqlı razılığına əsasən Relt House MTK Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında əvvəllər mövcud olmuş sahəsi 557.30 kv.m olan mağazanın əvəzində İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 303 və 305 saylı binadan ümumilikdə 761,07 kv.m yaşayış sahəsini (557,30 kv.m əvəzi 560,0 kv.m qeyri-yaşayış sahəsi və birdəfəlik kompensasiya əvəzi 201,07 kv.m qeyri-yaşayış sahəsi) təhvil verir. Bundan əlavə həmin barışıq sazişində Tərəflər təsdiq edirlər ki, (2.4.) barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsindən sonra 3 iş günü ərzində Relt House MTK 21.500,00 məbləğində pulu İddiaçı bank hesabına köçürülməsini öhdəsinə götürür. (2.5.) 62.500,00 manat məbləğində pul Relt House MTK tərəfindən İddiaçı kompensasiya olaraq artıq ödənilmişdir və İddiaçı övladlarına verilməli olan yuxarıda qeyd olunan 21.500,00 manat məbləğində kompensasiyanı övladlarının əvəzindən alır. (2.6.) İddiaçı təsdiq edir ki, Bakı şəhəri, rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında əvvəllər mövcud sahəsi 557.30 kv.m olan 12 saylı mağaza ilə bağlı gələcəkdə hər hansı 3-cü şəxlərin iddia və tələbləri olarsa, onlara özü cavab verəcək, bu iddialarla bağlı özü məsuliyyət daşıyacaqdır. (2.7.) Kərimova X4 rayon Məhkəməsində gedən mülki mübahisə üzrə üzərinə düşən öhdəlikləri qəbul edir, özünə və övladlarına düşən paylara görə gələcəkdə iddiası və tələbi olmayacağını və iş üzrə icraata xitam verilməsini ərizə verməklə tam üzərinə götürür. (2.8.) Tərəflər təsdiq edirlər ki, bununla da onlar arasında olan məhkəmənin icraatında olan iş üzrə məhkəmə çəkişməsinin davam etdirilməsinə əsas verə biləcək mübahisəli məsələ qalmamışdır. (2.10.) Tərəflər bu sazişin icrası tələbi istisna olmaqla gələcəkdə barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı hər hansı bir formada yardım və kompensasiya xarakterli ödənişlər tələbi ilə bir-birinə qarşı iddia qaldırmayacaqlar. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2016-cı il tarixdən qeyri-yaşayış sahəsinin təhvil verilməsi tarixinədək, yəni 2019-cu ilin oktyabr ayınadək olan müddət ərzində Şirkət tərəfindən İddiaçı aylıq 2000 manat olmaqla ümumilikdə 84.000 manat vəsait ödənilməli idi. Tərəflər məhkəməyə müraciət edənədək İddiaçı Şirkət tərəfindən 62.500 manat kompensensasiya ödənilmiş, barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsindən sonra Relt House MTK tərəfindən 21.500,00 manat məbləğində pul İddiaçı bank hesabına köçürülmüşdür. Beləliklə, 84.000 manat kompensasiya İddiaçı tam şəkildə ödənilmişdir. (21500 manat kompensasiyanın ödənilməsini təsdiq edən sənəd əlavə edilib). Hazırda isə İddiaçı Məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişində və buna müvafiq olaraq verilmiş icra sənədində göstərilməyən tələblərini irəli sürməklə ona kompensasiyanın ödənilməsini, qapının üstündən aynanın açılmasını və sair işlərin görülməsini Cavabdeh MTK-dan tələb edir, bununla yanaşı Nəsimi rayon Məhkəməsinə : ərizəsi ilə müraciət edərək əlavə kompensasiyanın ödənilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Beləliklə, Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-193/2021 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən xx.xx.2016-cı il tarixli Razılaşma adlı 2-ci bəndində qeyd olunan kompensasiya məsələsinə münasibət bildirilmişdir. Qeyd olunan 21500 manat kompensasiya tam şəkildə ödənilmiş və əlavə olaraq kompensasiya əvəzi kimi 201,07 kv.m qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulur. Göründüyü kimi, sazişin şərtləri Cavabdeh MTK tərəfindən artıqlaması ilə icra edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə ilkin iddia tələbinə etiraz edərək onun rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(006)-4114/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “razılaşma üzrə götürülən öhdəliklərin tam yerinə yetirilməsi” tələbinə dair ilkin iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Qarşılıqlı iddia üzrə digər cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Bakı şəhəri 26 saylı Notariat Kontoru məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin iddiası təmin edilməməlidir. Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh MMC-nin direktoru X8 arasında 26 avqust 2016-cı il tarixdə razılaşma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Nazirlər Kabinetinin qərarının və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin müvafiq Aktının icrası məqsədilə, birinci tərəf Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən birinci tərəfin mərhum həyat yoldaşı X5 verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 203 ünvanında, ümumi sahəsi 278,65 kv.m olan qeyri-yaşayış sahəsini ikinci tərəfə 16 mərtəbəli binanın tikintisi üçün təhvil verməyi, ikinci tərəf isə həmin qeyri-yaşayış sahəsinin müqabilində mərhum X3 varisi kimi birinci tərəfin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında, ümumi sahəsi 278,65 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq hüquq təsdiqedici sənədləri təqdim etdiyi təqdirdə qeyd edilən ünvanda yeni tikəcəyi 16 mərtəbəli binanın 3-cü girişində, ümumi sahəsi 278,65 kv.m olan qeyri-yaşayış sahəsini (12 saylı təsərrüfat hesablı mağazaya aid 002580 nömrəli xx.xx.2001-ci il tarixli Texniki Pasport əsasında Azadlıq prospektinə düşən hissə nəzərə alınmaqla 1-ci mərtəbə-hündürlüyü 4,50 m, 2-ci mərtəbə hündürlüyü 3,20 m olan 278,65 kv.m olan sahənin içində inşa edilmiş 150 kv.m olan hissəni birinci tərəfin istəyinə uyğun bölgüyə uyğun tikili aparmaq şərti ilə ona verəcəkdir) qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə dair öhdəlik müqaviləsi bağlanmasını öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsində fəaliyyət göstərən ticarət obyektinə dair kompensasiyanın həcminin (2016-cı il aprel ayının 1-dən başlayaraq 2000 manat olmaqla qeyri-yaşayış sahəsi təhvil verilənədək veriləcək) öhdəlik müqaviləsi ilə tənzimlənəcəyi qeyd edilmişdir. Mülki işin materiallarında olan 12 noyabr 2021-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış barışıq razılaşması haqqında müqaviləyə (barışıq sazişinə) əsasən, Binəqədi rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “öhdəliyin məcburi icrası və ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması” tələbinə dair ilkin iddiası, qarşılıqlı İddiaçı Cavabdeh MTK-ya qarşı “razılaşma”ya xitam verilməklə, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı 2(001)-193/2021 saylı mülki iş üzrə və aralarında olan mülki mübahisəni bütövlükdə barışıqla qurtarmaq məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərinə müvafiq olaraq aralarında barışıq sazişi bağlamışlar. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərardadına əsasən, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı öhdəliyin icra edilməsinə və ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2016-cı il tarixli razılaşma protokolunun ləğv edilməsi, dəymiş maddi zərərə görə 2.652.900 manat, mənəvi zərərə görə 1.000.000 manat olmaqla cəmi 3.652.930 manat tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair 2(001)-193/2021 saylı mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Mülki işin materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanındakı ümumi sahəsi 278.65 kv.m olan qeyri-yaşayış sahəsininin 7/10 hissəsi İddiaçı, 1/10 hissəsi X1 adına, 2/10 hissəsi isə X3 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Mülki işin materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışların surətlərindən görünür ki, ünvan 7 ünvanındakı qeyri-yaşayış sahəsinin 55.40 kv.m hissəsi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 136.70 kv.m hissəsi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 20 kv.m hissəsi isə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 142.80 kv.m hissəsi xx.xx.2022ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 10.50 kv.m hissəsi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, hazırkı iş üzrə ilkin iddia üzrə İddiaçı ilə ilkin iddia üzrə Cavabdeh MMC arasında 26 avqust 2016-cı il tarixli razılaşma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, K.G.Ayaz qızının mərhum həyat yoldaşı X5 verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 203 ünvanında, ümumi sahəsi 278,65 kv.m olan qeyri-yaşayış sahəsini onun yerində tikiləcək 16 mərtəbəli binanın tikintisi üçün təhvil verməyi, əvəzində isə həmin qeyri-yaşayış sahəsinin müqabilində mərhum X3 varisi kimi K.G.Ayaz qızının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında, ümumi sahəsi 278,65 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq hüquq təsdiqedici sənədləri təqdim etdiyi təqdirdə qeyd edilən ünvanda yeni tikiləcək 16 mərtəbəli binanın 3-cü girişində, ümumi sahəsi 278,65 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı verilməsinə dair öhdəlik müqaviləsi bağlanmasını öz öhdələrinə götürmüşlər. Sonradan Cavabdeh MMC öhdəliyin icra edilməsi və ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması tələbinə dair ilk iddia ərizəsi ilə, İddiaçı isə Cavabdeh MMC-yə qarşı xx.xx.2016-cı il tarixli razılaşma protokolunun ləğv edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, sonradan tərəflər arasında barışıq sazişi bağlanmış və Binəqədi rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(001)-193/2021 saylı mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Hazırda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh direktoru X6 imzası və MMC-nin möhürü ilə təsdiqlənmiş Razılaşma adlanan sənəd üzrə razılaşdırılmış kompensasiya məbləğinin və ödənilmiş dövlət rüsumunun da cavabdehdən onun xeyrinə tutulmasını, Cavabdeh MMC isə öz növbəsində qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş Çıxarışların ləğv edilməsi və xx.xx.2016-cı il tarixli razılaşma sazişinin şərtlərinə qaytarılması, habelə ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(006)-4114/2022 saylı qərardadı ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “razılaşma üzrə götürülən öhdəliklərin tam yerinə yetirilməsi” tələbinə dair ilkin iddia ərizəsi üzrə mülki işin icraatına xitam verildiyindən məhkəmə hesab edir ki, ilkin iddia tələbi məhkəmə tərəfindən mübahisələndirilmir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Bakı şəhəri 26 saylı Notariat Kontoruna qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Bakı şəhəri 26 saylı Notariat Kontoruna qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Həmin Məcəllə) 881.1ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçı tərəflər arasında bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş Çıxarışların ləğv edilməsi və xx.xx.2016-cı il tarixli razılaşma sazişinin şərtlərinə qaytarılmasını məhkəmədən tələb etsə də, sazişin etibarsız hesab edilməsi və digərləri üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İş materialları əsasında müəyyən edildi ki, tərəflər arasında 12 noyabr 2021-ci il tarixli barışıq sazişi bağlanmış, həmin barışıq sazişi Binəqədi rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərardadına əsasən tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişi 06 dekabr 2021-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, 13 iyul 2022-ci il tarixdə Binəqədi rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında Qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin iradə ifadəsi əsasında bağlanılmış, məhkəmə qərardadı ilə təsdiq edilmiş və icraya yönəldilmişdir. Məhkəmə onu da qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının barışıq sazişinin etibarsız hesab olunmasına əsas kimi bu müqavilənin bağlanması ilə bağlı göstərdiyi hallar (aldadılma və s.) işə məhkəmədə baxılarkən öz təsdiqini tapmadığından iddiasının təmin olunması üçün əsaslar kimi qəbul oluna bilməz. Məhkəmə həmçinin, qarşılıqlı iddia tələbinin digər hissələri ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbinin “barışıq sazişinin etibarsız hesab edilməsi” hissəsi təmin edilmədiyindən, iddia tələbinin digər hissələri də ilk hissə ilə birbaşa əlaqəli olduğundan həmin hissələr də təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasları dispozisiya şərtləri ilə uzlaşmadığı üçün iddiası əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Bakı şəhəri 26 saylı Notariat Kontoruna qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4114/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4114/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver