Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4132/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh PHŞ-in nüməyəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehə qarşı “işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa tələbinə” dair iddia ərizəsi ilə bağlı Cavabdeh PHŞ-in nüməyəndəsi və vəkili Nümayəndə vəsatətinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı “işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə Cavabdehinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən ünvanlanmış vəsatətdə qeyd edilmişdir ki, hazırda məhkəmənin digər hakimi Cəmilə Musayevanın icraatında İddiaçı Cavabdehə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi vardır. Eyni zamanda Cavabdeh PHŞ-in nüməyəndəsi və vəkili Nümayəndə icraatın birləşdirilməsi barədə vəsatət təqdim etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili işə mahiyyəti üzrə baxılmasını və vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırda icraatda olan İddiaçı Cavabdehə qarşı “işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa tələbinə” dair mülki iş məhkəmənin digər hakiminin icraatında olan e-2(006)-3932/2020 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə vəsatəti təmin edilsin. Hazırda icraatda olan İddiaçı Cavabdehə qarşı “işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa tələbinə” dair 2(006)-4132/2020 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın icraatında olan İddiaçı Cavabdehə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair e-2(006)-3932/2020 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki işə e-2(006)-3932/2020 nömrəsi verilsin. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4132/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4132/2020
02.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver