Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4160/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatına qarşı “iddia müddətinin tətbiqi ilə əlaqədar zaminlik müqaviləsinin ləğv edilməsi” iddia tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatına qarşı “iddia müddətinin tətbiqi ilə əlaqədar zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatı ilə borclu X3 arasında bağlanmış 29.12.2014-cü il tarixli **********1122 nömrəli kredit müqaviləsindən irəli gələn zaminlik öhdəliyi müddətinin keçməsi ilə əlaqədar zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-272/2021 saylı 06 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatına qarşı “iddia müddətinin tətbiqi ilə əlaqədar zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatı ilə X3 arasında bağlanmış 29.12.2014-cü il tarixli **********1122 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə 40000 (qırx min) manat kredit verilmiş, həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi ilə əlaqədar Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatı ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Hazırda kredit müqaviləsi üzrə borclu X3 ölmüşdür. Qeyd edilən kredit müqaviləsi üzrə qanunvericiliyin tələblərinə görə iddia müddəti keçməsi səbəbindən zaminlik müqaviləsinin ləğv edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh «xxxx» MMC Qeyri Bank Kredit Təşkilatı ilə onun arasında bağlanmış 29.12.2014-cü il tarixli **********1122 nömrəli kredit müqaviləsinə zaminliklə bağlı hissədə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatı nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatı nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan 29.12.2014-cü il tarixli **********1122 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatı tərəfindən X2 24 (iyirmi dörd) ay müddətinə illik 31 (otuz bir) % dərəcəsi ilə ödəmək şərti ilə 40000 (qırx min) manat kredit verilmiş, İddiaçı həmin müqavilə üzrə faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki işin materiallarında olan 29.12.2014-cü il tarixli ödəniş cədvəlindən görünür ki, X3 29.12.2014-cü il tarixli **********1122 nömrəli kredit müqaviləsi üzrə 29.01.2015-ci il tarixdən 29.12.2016-cı il tarixədək hər ay 227,00 manat (sonuncu ay üzrə isə 215,00 manat) Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatına ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan 29.12.2014-cü il tarixli **********1122 nömrəli kredit müqaviləsinin 7-ci bəndindən qeyd edilir ki, bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minərək, Kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır. Mülki işin materiallarında olan ödəniş qəbzlərindən görünür ki, X3 tərəfindən 29.01.2015-ci il tarixdə 177 manat, 29.04.2015-ci il tarixdə 227 manat, 29.05.2015-ci il tarixdə 227 manat, 29.06.2015-ci il tarixdə 227 manat, 29.07.2015-ci il tarixdə 227 manat, 29.10.2015-ci il tarixdə 227 manat Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatına ödəniş edilmişdir. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 30.06.2019-cu il tarixdə “sol ağ ciyər xərçəngi” xəstəliyi səbəbindən ölmüşdür. Mülki işin materiallarında olan Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatının 15.11.2019-cu il tarixli məktubundan görünür ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının (Fərman) əsasında Azərbaycan Respublikası Maliyyə Bazararlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş mexanizmin tələblərinə əsasən yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə X2 qarşı məhkəmə işlərinə, o cümlədən icra mərhələsində olan işlərə xitam verilmiş, barəsində olan ölkədən çıxışa qadağa, əmək haqqı və digər gəlirlərə tutulma, həmçinin digər məhkəmə və icra tədbirləri olduğu halda dərhal xitam verilməsi qeyd edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatının 07.10.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı zamin durduğu X1 vəfat etməsi səbəbindən onun zaminlikdən azad edilməsi və X1 borcunun silinməsi barədə müraciətə baxılmışdır. Cavab olaraq bağlanmış kredit müqaviləsinə və qanunvericliyin tələblərinə uyğun olaraq zamin (və ya zaminlər) və borcl kreditor qarşısında birgə məsuliyyət daşıması və borclunun ölümünün zaminliyin xitamına səbəb olmadığı, həmçinin kredit müqaviləsi üzrə 1205 manat borcun olması qeyd edilmişdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsinə görə 10 (on) manat rüsum ödənilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, 29.12.2014-cü il tarixli **********1122 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatı tərəfindən X2 24 (iyirmi dörd) ay müddətinə illik 31 (otuz bir) % dərəcəsi ilə ödəmək şərti ilə 40000 (qırx min) manat kredit verilmiş, İddiaçı həmin müqavilə üzrə faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Hazırda kredit müqaviləsi üzrə borc alan X3 ölmüş, iddiaçı kredit müqaviləsinə zaminliklə bağlı hissədə xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018ci il tarixli Qərarında qeyd edilmişdir ki, zaminliyin xitamı əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: - zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; - əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; - kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; - zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə tərəflər arasında bağlanmış 29.12.2014-cü il tarixli **********1122 saylı müqavilədə olan “Bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minərək, Kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır” ifadəsini müqavilənin zaminliklə bağlı hissəsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz. Belə ki, həmin müddəada öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddəti müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Odur ki, məhkəmə hesab edir ki, hazırki tərəflər arasında bağlanılmış 29.12.2014-cü il tarixli **********1122 saylı müqavilə üzrə zaminliyə konkret müddət təyin edilmədən verilmişdir. Bu səbəbdən Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad edərək, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsinə görə xitam edilir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış 29.12.2014-cü il tarixli **********1122 nömrəli kredit müqaviləsinə zaminliklə bağlı hissədə xitam verilmlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatından iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış 29.12.2014-cü il tarixli **********1122 nömrəli kredit müqaviləsinə zaminliklə bağlı hissədə xitam verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh MMC Qeyri Bank Kredit Təşkilatından alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4160/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4160/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver