Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4181/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «cavabdehin evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydiyyatının ləğvi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydiyyatının ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evin mülkiyyətçisidir və ailsi ilə birlikdə faktiki həmin ünvanda yaşayır. İddia ərizəsinə əlavə edilmiş arayışdan aydın olur ki, Cavabdeh hazırda onun mülkiyyətində olan ünvan 1 ünvanında pasport qeydiyyatında olsa da, həmin ünvanda faktiki olaraq yaşamır. Onun qeydiyyatı formal xarakter daşıyır. Dəfələrlə Cavabdeh müraciət etməsinə baxmayaraq müxtəlif bəhanələrlə pasport qeydiyyatından çıxmaqdan boyun qaçırmışdır. Cavabdeh 2012-ci ildə sözügedən mənzili həyat həyat yoldaşına satmış və aralarında bağlanmış alqı-satqı müqaviləsində göstərilmiş öhdəliyini yerinə yetirməyərək pasport qeydiyyatınlan çıxmamışdır. Sonradan həyat yoldaşı tərəfindən ev ona bağışlanmış və o, həmin evin mülkiyyətçisidir. O, hazırda Cavabdeh onun mülkiyyətində olan evdən istifadə hüquqlarına xitam verilməsinə və qeydiyyatının ləğvini istəyir. Bu məqsədlə Nəsimi rayon Polis İdarəsinə müraciət edərək cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evindən istifadə hüquqlarına xitam verilməsinə və qeydiyyatının ləğvini xahiş etmişdir. Lakin orada iddiaçıya mübahisənin həlli üçün Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 9cu maddəsinə əsasən Nəsimi rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. O, cavabdehlə razılıq əldə bilmədiyi üçün məhkəməyə müraciət etməsi məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh ünvan 2 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatının ləğvi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən Cavabdeh ərizə təqdim edərək və iddianı etiraf etdiyini bildirərək, iddia tələbi ilə razı olduğunu, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi idarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin informasiya sistemindən əldə olunmuş arayışa əsasən, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh ünvan 3 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh iddianı qəbul edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb etmək hüququ hazırki halda iddiaçının mülkiyyətçi kimi konstitusion hüquqlarından birbaşa irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Eyni Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Eyni Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsində isə deyilir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1-də yerləşən yaşayış sahəsinə istifadə hüququna xitam verilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1-də yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh yaşayış yeri üzrə pasport qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4181/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4181/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver