Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4187/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh rəhbərliyinin 21 may 2020-ci tarixli əmri ilə iddiaçı, Cavabdehndəki vəzifəsindən azad edilmişdir. İşdən azad edilməsinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, iddiaçı, adı qeyd edilən təşkilatla 01 avqust 2019-cu il tarixdə əmək müqaviləsi bağlamışdır. İşdən çıxarılması barədə əmrdə müəssisənin ləğv edildiyi qeyd edilsə də, lakin həmin müsəssisənin təsisçisi mövcuddur. İddiaçı işlədiyi müddətdə müəssisədaxili intizam qaydalarını heç bir zaman pozmamış, nizam-intizam qaydalarına daimi riayət etmiş, həmçinin 05 oktybar 2009-cu il tarixdən 31 avqust 2019-cu il tarixədək “X1 Ltd”-də qaldırıcı maşinist vəzifəsində işləmişdir. İddiaçı işə bərpa olunması barədə dəfələrlə yuxarı dövlət orqanlarına müraciət etmiş, lakin ona bildirilmişdir ki, bu barədə məhkəməyə müraciət etməlidir. İddiaçının işdən çıxarılması barədə əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən, Cavabdeh rəhbərliyinin 21 may 2020-ci tarixli əmrini ləğv edib, Cavabdehndəki işinə bərpa olunmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçı 02.09.2019-cu il tarixdən texnoloji nəqliyyat sexinin qaldırıcı qurğular bölməsində qaldırıcının maşinisti peşəsinə işə qəbul edilmiş, 21.05.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğvi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan SOCAR Sərmayələr İdarəsinin iddiaçıya ünvanlanmış 20 noyabr 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasındakı filialının ləğv edilməsinə qərar verilmiş, filialın ləğvi qərarı ilə əlaqədar işdən azad olunan (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən) işçilərə bir orta aylıq əmək haqqı miqdarında işdən çıxma ilə bağlı təzminat, istifadə edilməmiş məzuniyyət günləri üçün kompensasiya, faktiki işlənmiş günlər üçün ödənişlər daxil olmaqla son haqq-hesab ödənilmiş və məşğulluq xidmətində qeydiyyata alınmaq üçün zəruri sənədlər təqdim olunmuşdur. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçı 02.09.2019cu il tarixdən texnoloji nəqliyyat sexinin qaldırıcı qurğular bölməsində qaldırıcının maşinisti peşəsinə işə qəbul edilmiş, 21.05.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğvi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh Azərbaycan Respublikasındakı filialının ləğvi qərarı ilə əlaqədar işdən azad olunan (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən) işçilərə bir orta aylıq əmək haqqı miqdarında işdən çıxma ilə bağlı təzminat, istifadə edilməmiş məzuniyyət günləri üçün kompensasiya, faktiki işlənmiş günlər üçün ödənişlər daxil olmaqla son haqq-hesab ödənilmiş və məşğulluq xidmətində qeydiyyata alınmaq üçün zəruri sənədlər təqdim olunmuşdur. İddiaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş, işə bərpa olunmasını tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında işdənçıxarma müavinəti ödənilir. Məhkəmə tədqiqatı zamanı əmrin ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir. Belə ki, Cavabdeh Azərbaycan Respublikasındakı filialı ləğv edildiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə uyğun olaraq işçilər işdən azad olunmuşdur. Eyni zamanda əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərə bir orta aylıq əmək haqqı miqdarında işdən çıxma ilə bağlı təzminat, istifadə edilməmiş məzuniyyət günləri üçün kompensasiya, faktiki işlənmiş günlər üçün ödənişlər daxil olmaqla son haqq-hesab ödənilməsi ilə bağlı mübahisə mövcud deyildir. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı əmrin ləğv edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin işə bərpa hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissəsi 21 may 2020-ci tarixli əmrin ləğv olunmasına əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Yuxarıda qeyd olunan işin hallarını müzakirə edib, onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4187/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4187/2021
05.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver