Məhkəmə qərarları › İş №2(006)-42/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-42/2025

07.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-42/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdehin) İddiaçı nümayəndəsi Nümayəndə3, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 qızının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 qızı, Cavabdeh5 və Cavabdeh6 qarşı (Bakı şəhəri İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair ilkin, Qarşılıqlı iddia üzrə iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı və Cavabdeh4 qızının qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçınə qarşı “gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdehə və digər şəxslərə qadağan edilməsi” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 qızı, Cavabdeh5 və Cavabdeh6 qarşı “yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin” Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyə əsasən, həmin binanın daxili həyət hissəsində yerləşən 3 ədəd kimi mərtəbəli yaşayış evinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki: 1) onların iki ədədi XX əsrin əvvəllərində (yəni, 100 ildən də əvvəl) inşa olunmuşdur, 2) yaşayış evinin girişində və fasad hissələrində suvaq və hörgü məhlulları aşınmışdır; 3) girişlərdə və mənzillərdə qalınlığı 2-3 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır; 4) yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşlardan hörülmüş divarlarda gücləndirilmə tədbirləri görülmədən müxtəlif ölçülərdə boşluqlar açılmışdır ki, bu da binanın yükdaşıma qabiliyyətinin azalmasına səbəb olmuşdur; 5) evlərin kommunikasiya sistemləri- elektrik, su və kanalizasiya sistemləri köhnəlmiş və yararsız vəziyyətdədir; 6) evlərin ön və arxa fasad hissələrində sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və faza sərtliyini xeyli zəiflətmişdir; 7) yaşayış evləri mövcud tikinti norma və qaydalara cavab vermir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1635 №-li 19 yanvar 2021-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyriyaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 dekabr 2020-ci il tarixli 274 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Hazırda Bakı şəhəri, Nəsimi rayonu. X2 küçəsi, ev 4 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin, sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, 113, 114 saylı mənzillərin mülkiyyətçisi olan Cavabdeh1 ilə xx.xx.2021-ci il də müvafiq olaraq 17 və 18 saylı müqavilələr imzalanmışdır. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, 115 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh4 qızı ilə xx.xx.2021-ci il də müvafiq olaraq 19 saylı müqavilə imzalanmışdır (etibarnamə ilə Cavabdeh1 imzalamışdır). Cavabdehlər hər üç müqqvilənin tələblərini (xüsusən 1.1, 2.1.3 bəndlərini) pozaraq müqavilədə nəzərdə tutulmuş mülkiyyətlərini MMC-yə təhvil verməmişdir. Baxmayaraq ki, müqavilə bağlanandan sonra Cavabdeh1 ümumilikdə 5000 (beş min) manat məbləğində kirayə haqqı ödənilmişdir. Müqaviləni pozaraq mənzilləri təhvil vermədiklərinə görə kirayə haqqı ödənişi dayandırılmışdır. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlə digər sakinlərlə olduğu kimi, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında yerləşən mənzillərin mülkiyyətçisi olan cavabdehlərlə müqavilə şərtlərinə riayət edərək mənzilləri təhvil verilmələrinə dair danışıqlar aparılsa da, mülkiyyətçilər onlara məxsus mənzillərin əvəzinə şirkətdən ağılasığmaz məbləğlər və ayrılıqda mənzillər verilməsi kimi absurd tələblər irəli sürərək müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edir, əsassız tələblərini sürdürməkdə davam edirlər. Həmçinin Cavabdeh1 mülkiyyətində olan sahəsi 75 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 90 m2 yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 500 (beş yüz) manat kirayə haqqı təklif olunaraq bu mənzillə də bağlı müqavilə bağlanması təklif olunsa da, mülkiyyətçi yuxarıda qeyd edilən əsassız tələblərini bu mənzilə də aid etmişdir. Halbuki İddiaçı MMC iddiaçının mənzilinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi binanın 110-a yaxın sakini ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə yəni 110-a yaxın sakin ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə aalınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Şirkətlə müqavilə bağlamış sakinlər öz mənzillərini tərk edən zaman onlara məxusus əşyaları, eyni zamanda mənzilin daxilində yerləşən tikinti materiallarını özləri ilə birlikdə aparmış və İddiaçı MMC tərəfindən həmin əşyaların daşınması üçün mənzil mülkiyyətçilərinə lazımi şərait yaradılmışdır. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi cavabdehlər öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti güdür ki, bu da həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədirlər. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılmasına, Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş cavabdehlərə məxsus olan 113, 114 və 115 saylı mənzillərlə bağlı bağlanmış 17,18,19 saylı müqavilələrin şərtlərini yerinə yetirməkdən imtina edərək öz üzərlərinə götürdükləri öhdəliklərin icrasından yayındıqları üçün onların qeydiyyatda olduqları şəxslərlə (ailə üzvləri ilə) birlikdə sözügdən mənzillərdən çıxarılması, mənzillərn boşaldılaraq sökülməsi üçün MMC-yə təhvil veriməsi, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 32 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş cavabdehə məxsus olan 21 saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 90 kv.m sahədən ibarət mənzilin tikilib təhvil verilməsi və aylıq 500 manat kirayə haqı verilməsi şərti ilə boşaldılaraq sökülməsi üçün MMC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Sonradan və son olaraq İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 79,2 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMC-nə təhvil verilməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 79,2 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın 1-ci bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.7 m2 olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh1 təhvil verilməsinə; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-nə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilməsinə; Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 57,7 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMC-nə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 57,7 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın 6-cı bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 70.10 m2 olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh1 təhvil verilməsinə; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-nə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsinə; Cavabdeh4 qızı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 53,3 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 53,3 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın 6-cı bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 64.40 m2 olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh4 qızına təhvil verilməsinə; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMCnə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh4 qızına hər ay 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı cavabdeh İddiaçı MMC-yə qarşı “gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdeh İddiaçı MMC və digər şəxslərə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 iyul 1992-ci il tarixində 108 №-li Reyestr kitabında, 16362-ci səhifədə qeydə alma 30/416 ilə qeydə alınmış və Azərbaycan Respublikası Bakı şəhəri X9 Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsi”nə əsasən Bakı şəhəri,Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən mənzil və 14 aprel 2021-ci il tarixində ********** qeydiyyat və **********226-05101-093047 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən mənzil Cavabdeh1 tam mülkiyyətindədir. Cavabdeh1ın mülkiyyətində olan Bakı şəhəri,Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən mənzilə ünvan 8 mart 1993-cü il tarixli sərəncamına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 001078 saylı lisenziya verilmiş və bundan sonra Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 aprel 1993-cü il tarixli xx/xx-2018 saylı icazəyə əsasən həmin mənzilə küçədən girişi təmin edən qapı qoyulmasına razılıq verilmişdir. Bununla da həmin tarixdən bu günə kimi Bakı şəhəri,Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən obyekt qeyriyaşayış sahəsi kimi fəaliyyət göstərir. İddiaçı MMC tərəfindən Bakı şəhəri,Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 və 114 ünvanında yerləşən mənzillərin köçürülərək təhvil verilməsi üçün kirayə haqqı kimi guya Cavabdeh1 ayda 500 manat olmaqla 10 ay üzrə 5000 mana həcmində pul ödəməsi yalandır. Həqiqətdə isə İddiaçı MMC “İcrarə müqaviləsi” bağlamadan ofis kimi istifadə etdiyi və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri,Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən qeyri-yaşayı sahəsini istifadə etdiyi üçün ona ayda 500 manat olmaqla 10 ay üzrə 5000 manat həcmində icarə haqqı ödəmişdir. Belə ki, 05 mart 2021-ci il tarixindən 06 yanvar 2022-ci il tarixinə kimi İddiaçı MMC onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərmişdir. Bunu bütün qonşular təsdiq edə bilər. Hətta İddiaçı MMC-nin hazırda hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21-də saxlanılır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Cavabdeh İddiaçı MMC dəyişdirilmə müqavilələrinə əsasən köçürdüyü mənzillərin bəzilərinin qapı pəncərələrini və döşəmələrini qanunsuz olaraq sökmüşdür. Halbuki, dəyişdirilmə müqavilələrinə əsasən köçürülmüş mənzillərin faktiki sahibliyi artıq cavabdeh İddiaçı MMC-yə keçdiyindən, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında yerləşən yaşayış binasında köçürülmüş mənzillərə dair hər hansı söküntü işlərinin aparılması onun məsuliyyət dairəsinə daxildir. Bu ilin aprel ayında cavabdeh İddiaçı MMC köçürülmüş mənzillərdən ibarət blokları qonşuluqda yaşayış olmasına baxmayaraq ağır texnika –ekskavatorlar vasitəsi sökməyə başladı. Hətta onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, 113 saylı mənzilin söküntüsü həyata keçirilmiş qonşu mənzillə ortaq divar dərin çatlar vermiş və şüşələri çınqıl qırıntıları ilə deşilmişdir. 112 “Qaynar xətt” etdikləri müraciətlərin nəticəsində Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin əməkdaşları əraziyə gələrək mövcud vəziyyət barədə akt tərtib etmişlər. Bundan sonra həmin Agentlik tərəfindən 20 aprel 2023-cü il tarixində “Tikinti işlərinin dayandırılması barədə 0312 nömrəli Qərar qəbul etmiş və İddiaçı MMC-yə həmin ərazidə söküntü işlərinin həyata keçirilməsii qadağan edilmişdirr. Bu qərara da məhəl qoymayan İddiaçı MMC-nin faktiki rəhbərləri Mahir Mirzəyev və Şahin Qasımovun rəhbərliyi altında həmin müəssisənin podratçıları tərəfindən heç bir qanuni əsas olmadan yenə də ərazidə ağır texnikalardan istifadə etməklə söküntü işləri davam etdirilir. Bunun nəticəsində onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 və 114 ünvanında yerləşən mənzillərə və Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı MMC və onun podratçıları tərəfindən zərər vurulması təhlükəsi yaranmışdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 qızı ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilərək, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 və 114 ünvanında yerləşən mənzillərə və Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdeh İddiaçı MMC-yə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qızı cavabdeh İddiaçı MMC-yə qarşı “gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdeh İddiaçı MMC və digər şəxslərə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2017-ci il tarixində, ********** qeydiyyat və **********59-0510-093094 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Bu ilin aprel ayında cavabdeh İddiaçı MMC köçürülmüş mənzillərdən ibarət blokları qonşuluqda yaşayış olmasına baxmayaraq ağır texnika –ekskavatorlar vasitəsi sökməyə başladı. Hətta qonşuluqda yerləşən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, 113 saylı mənzilin söküntüsü həyata keçirilmiş qonşu mənzillə ortaq divar dərin çatlar vermiş və şüşələri çınqıl qırıntıları ilə deşilmişdir. 112 “Qaynar xətt” etdikləri müraciətlərin nəticəsində Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin əməkdaşları əraziyə gələrək mövcud vəziyyət barədə akt tərtib etmişlər. Bundan sonra həmin Agentlik tərəfindən 20 aprel 2023-cü il tarixində “Tikinti işlərinin dayandırılması barədə 0312 nömrəli Qərar qəbul etmiş və İddiaçı MMC-yə həmin ərazidə söküntü işlərinin həyata keçirilməsii qadağan edilmişdirr. Bu qərara da məhəl qoymayan İddiaçı MMC-nin faktiki rəhbərləri Mahir Mirzəyev və Şahin Qasımovun rəhbərliyi altında həmin müəssisənin podratçıları tərəfindən heç bir qanuni əsas olmadan yenə də ərazidə ağır texnikalardan istifadə etməklə söküntü işləri davam etdirilir. Bunun nəticəsində onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən mənzilə İddiaçı MMC və onun podratçıları tərəfindən zərər vurulması təhlükəsi yaranmışdır. Göstərilənlərə əsasən ilk iddianın rədd olunması və mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən mənzilə gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdeh İddiaçı MMC-yə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə öz təşəbbüsü ilə Bakı Şəhəri İcra Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi Nümayəndə3 ilkin iddia tələbini müdafiə edərək və qarşılıqlı iddia tələbinə isə etiraz edərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda cavabdehlərə verilməsi nəzərdə tutulan mənzillərin ölçülərinin içdən-içə hesablandığını, həmçinin iş materiallarına əlavə olunmuş mütəxəssis rəyi üzrə mübahisəli mənzillərin yerləşdiyi ərazidə mənzillərin bir kv.m-nin qiymətinin 2420 manat müəyyən edildiyini nəzərə alaraq, həmin məbləği 20 % artırmaqla cavabdehlərə kompensasiya ödəməyə hazır olduqlarını bildirmiş və ilkin iddia üzrə cavabdehin onlara təklif etmiş olduğu pul məbləğini 1.200.000 (bir milyon iki yüz min) manat həcmində qəbul etmədiklərini bildirmişdir. 10.Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, ilkin iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mənzillərin təhvil verilməsi və onun əvəzinin ödənilməsi ilə bağlı əvvəl aralarında razılıq əldə etmişlər, bununla bağlı 04 may tarixində müqavilələr bağlanılmış, lakin daha sonra həmin müqavilələrin qarşı tərəfin nümayəndəsi tərəfindən bütün əsilləri cırılmışdır, əsilləri yoxdur və hazırda həmin müqaviləni mübahisələndirmirlər. Onlara 1.200.000 (bir milyon iki yüz min ) manat ilkin iddia üzrə iddiaçı tərəfindən verilsə mənzilin dəyişdirilməsinə razı olduğunu əks halda evinin bərpa edilməsini xahiş etmişdir. Həmçinin qarşı tərəfin mənzillərin ölçülərini yanlış hesabladıqlarını, həmin mənzillərini ölçülərinin qarşı tərəfin müəyyən etdiyindən dəfələrlə böyük olduğunu qeyd etmişdir.

11. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 qızının nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddia tələbinə etiraz edərək, ilkin iddianın rədd, qarşılıqlı iddia tələbini isə müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış ilkin iddia üzrə digər cavabdehlər, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir.

Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC- nin icarə əsasında istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1635 №-li, 19 yanvar 2021-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. İddiaçı MMC söküləcək evlərdə yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq kirayə haqları verilməklə Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Lakin, Nəsimi rayonu Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113, 114 və 115 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş mənzillərin mülkiyyətçiləri ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh4 qızı MMC qarşısında yüksək məbləğdə tələb irəli sürdüyündən nəticədə onlarla razılıq əldə olunması mümkün olmamışdır.

15. Hazırki iş üzrə cavabdehlərə məxsus qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 79,2 kv.m, 57,7 kv.m və 53,3 kv.m sahədən ibarət olan mənzillər mövcud tikinti norma və qaydalara cavab vermir. İlkin iddia üzrə cavabdehlər istifadələrində olan mənzilin sökülməsi barəsində İddiaçı MMC ilə razılığa gəlməyərək, müvafiq sərəncamın həyata keçirilməsinə mane olurlar. 16.Müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamı təşkil edir və Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC- nin icarə əsasında istifadəsinə verilməsi həmin sərəncamın 1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdehlər tərəfindən əsassız maneələr yaradıldığından, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. 17.Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 əvvəllər mənzillərin əvəzinə 600000 (altı yüz min) manat məbləğində kompensasiyanın ödənilməsinə razılığı olduğunu qeyd etsə də, hazırki vəziyyətdə mənzillərin bərpa edilməsini və tikinti-söküntü işlərinin aparılmasının "xxxx"MMC-yə və digər şəxslərə qadağan edilməsini tələb edir.

b)Mülki işin materialları: 18.Mülki işin materiallarında olan 14 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında mənzildə qeydiyyatdadır. 19.Mülki işin materiallarında olan 14 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Cavabdeh3, X5, X7 həmin mənzildə qeydiyyatdadırlar. 20.Mülki işin materiallarında olan 14 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən mənzil X6 xüsusi mülkiyyətindədir. X10, Cavabdeh6 və X8 həmin mənzildə qeydiyyatdadırlar. 21.Mülki işin materiallarında olan AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, M.Qasımov küçəsindəki 4 nömrəli yaşayış evinin 113 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır.

22. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, 115 saylı mənzil X6 xüsusi mülkiyyətindədir. 23.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyri- yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. 24.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 saylı ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasına baxış keçirilərək, müəyyən olunmuşdur ki: - binanın girişlərində və fasad hissələrində suvaq qatları və hörgü həhlulları aşınmışdır; -fasadlarda, ümumi sahələrdə və mənzillərdə qalınlığı 2-3 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır; -binanın dam hissəsi uzun müddət təmirsiz istismar edildiyindən atmosfer sularının təsirindən baxış keçirilən sonuncu mərtəbələrdəki mənzillərin tavan hissələrində və ümumi sahələrində rütubət izləri yaranmışdır; -yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmışdır ki, bu da binaların yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur; -binanın pilləkən qəfəsslərində sakinlər tərəfindən metal tirlər üzərində müxtəlif tutumlu su çənləri quraşdırılmışdır; -baxış keçirilən mənzillərin əksəriyyətində ağac materialından olan döşəmə hissələri deformasiyaya uğramışdır; -binanın kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir. -binanın daxili həyət hissəsində əksər açıq eyvanlar sakinlər tərəfindən əlavə dirəklərlə tikilərək bağlanmış, ön fasad hissəsində müxtəlif inşaat materiallarından olmaqla əlaqə yaşayış sahələri inşa edilmiş, bəzi mövcud eyvanlar inşaat materialları ilə tikilərək genişləndirilmişdir. Həmçinin, binanın 3-cü mərtəbəsi XX əsrin ortalarında sonradan inşa edilmişdir. İnşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir; -sonradan inşa edilən mərtəbənin və yaşayış sahələrinin dəmir-beton hissələrinin beton mühafizə qatları aşınmış, armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır; -yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir; -yaşayış binası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir; -yaşayış binasına baxış keçirilən zaman əksər mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 13 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binası texniki cəhətdən yolverilməz vəziyyətdədir. 25.Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxılində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. 26.Mülki işin materiallarında olan “Torpaq sahəsinin icarəyə veriməsi” haqqında 19 yanvar 2021-ci il tarixli, 1635 nömrəli müqavilənin sürətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti adından çıxış edən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizov ilə İddiaçı arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamını və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli yerquluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır.

27. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin 15 iyul 2024-cü il tarixli, 3-18-7/2-3098/24 nömrəli məktubundan görünür ki, “Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yaşayış və qeyri-yaşayış binaları” üzrə layihə sənədləri və rəyi xx.xx.2021-ci il tarixli, 32117 nömrəli ekspertiza rəyi ilə razılaşdırılmışdır.

28. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 iyul 2024-cü il 3-35/2-4525/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində inşa olunması nəzərdə tutulmuş binanın razılaşdırılmış memarlıq-planlaşdırma layihəsinin surəti məhkəməyə təqdim olunmuşdur.

29. Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9262 nömrəli məktuba əsasən ekspertizaya məlumat təqdim edilmədiyindən, 29 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7656-9/7967 nömrəli məktuba əsasən mülkiyyətçilər tərəfindən ekspertiza üçün şərait yaradılmadığından mənzilə baxış keçirilməsi mümkün olmamış, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

30. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən Daşınmaz əmlakın sahəsinin müəyyən edilməsi ilə bağlı 26 yanvar 2025-ci il tarixli, UNİ/Y 13-013/25 nömrəli Arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan çıxarışda ümumi sahəsi 51.1 kv.m olan mənzilin faktiki sahəsi (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) 79.2 kv.m (mənzilin ümumi sahəsi 75,24 kv.m, balkonun ümumi sahəsi 3,91 kv.m); Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan çıxarışda ümumi sahəsi 46.85 kv.m olan mənzilin faktiki sahəsi (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) 57.7 kv.m (mənzilin ümumi sahəsi 52,64 kv.m, balkonun ümumi sahəsi 5,06 kv.m); Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən Cavabdeh4 qızının mülkiyyətində olan çıxarışda ümumi sahəsi 49.9 kv.m olan mənzilin faktiki sahəsi (içdəniçə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) 53.3 kv.m(mənzilin ümumi sahəsi 49,50 kv.m, balkonun ümumi sahəsi 3,81 kv.m) təşkil edir.

31. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən Daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı 26 yanvar 2025-ci il tarixli, UNİ/Y 13-013/25 nömrəli Arayışdan görünür ki, kirayə dəyərini tapmaq üçün müəyyən edilən analoqlara düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla (beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq) Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən mənzilin 1 kv.m-nin dəyəri 2420 (mənzilin bazar dəyəri 182100) manat, ona uyğun mənzillərin aylıq kirayə dəyəri 600 (altı yüz) manat, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən mənzilin 1 kv.mnin dəyəri 2420 (mənzilin bazar dəyəri 127400) manat, ona uyğun mənzillərin aylıq kirayə dəyəri 550 (beş yüz əlli) manat, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən mənzilin 1 kv.m-nin dəyəri 2420 (mənzilin bazar dəyəri 119800) manat, ona uyğun mənzillərin aylıq kirayə dəyəri 550 (beş yüz əlli) manat təşkil müəyyən edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

32. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; -13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; -29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; -43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X4 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. 35.«İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz.

36. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar.

38. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri- mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır.

39. Cavabdehlərin hüquqlarına İddiaçı MMC tərəfindən müdaxilə edilməsini nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı).

40. Həmçinin, nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı).

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X4 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007- ci il 10 may tarixli Qərar).

42. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93).

43. Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

44. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı» xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.

46. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.

47. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır.

48. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.

49. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir.

50. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. -28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. -28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. 51.Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz.

52. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

54. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir.

55. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti- quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.

56. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial- iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.

57. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi).

58. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddia tələbində qeyd edilən mənzil faktiki yaşayış və istifadə üçün əlverişsizdir.

59. Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin İddiaçı MMC-nin təklifini qəbul edərək yaşayış sahələrindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlər yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, həmin şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, 113, 114 və 115 saylı mənzilləri boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir.

60. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, İddiaçı MMC tərəfindən cavabdehlərin hüquqlarının pozuntusu hallarına yol verilməmişdir, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin hazırki vəziyyətdə faktiki olaraq yerləşdiyi yerdə, hansı ki tikiləcək çoxmərtəbəli yaşayış binasının İ.Qasımov küçəsi istiqamətində üç ədəd hazırki faktiki sahəsindən təqribən 20 kv.m çox sahə əlavə edilməklə mənzillərlə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehlərə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehlərin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.

61. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir.

62. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.

63. Bundan başqa, məhkəmə qeyd edir ki, tərəflər arasında ilkin mərhələdə hazırki məhkəmə mübahisəsinin predmeti olan mənzillərlə bağlı müqavilə imzalansa da, həmin müqavilələrin əsillərinin olmaması, eyni zamanda, onların qarşılıqlı razılıq əsasında ləğv edilərək (məhv edilərək) hüquqi qüvvəsinin itirilməsi işin mübahisəsiz halıdır.

64. Eyni zamanda, məhkəməyə təqdim edilən mütəxəssis rəyləri əsasında müəyyən edilən cavabdehlərin istifadəsində olan mənzillərin ölçüsünə uyğun mənzillərin və həmçinin, aylıq kirayə haqqlarının iddiaçı tərəfindən cavabdehlərə təklif edilməsi, lakin buna baxmayaraq qarşılıqlı iddia tələbinə münasibətdə cavabdehlərin iddia tələbində göstərilənlərə, "xxxx" MMC-nin fəaliyyətinə münasibətdə yüksək məbləğdə kompensasiya tələb etməsi nəticə olaraq hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilərək, eyni zamanda ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda həmin sakinlərin də haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozmaqla, ictimai maraqlara ziddiyyət təşkil edir. Yəni mütəxəssis rəylərinə əsasən ilkin iddia üzrə cavabdehlərin faktiki istifadəsinə olan sahələr, 79,2, 57.7, və 53.3 kv.m təşkil etmiş və həmin sahəyə 20% artıq sahə təklif edilmiş ki, bu da ədalətli kompensasiya şərtlərinə uyğundur. Bundan əlavə isə kirayə haqqı məbləğləri mütəxəssis rəylərinə uyğun olaraq hesablanmaqla ədalətli hesab olunmalıdır.

65. Məhkəmə həmçinin qarışlıqlı iddia üzrə cavabdehlərin mənzillərinin ölçülərinin düzgün hesablanmaması ilə bağlı qeyd edir ki, məhkəmənin qərarı əsasında ekspertiza mərkəzi tərəfindən müxtəlif tarixlərdə bir neçə dəfə ekspertiza keçirilmiş, lakin buna özləri şərait yaratmamış və ekspertin əraziyə baxılmasına maneə yaradaraq bundan imtina etmişlər (məhkəmə iclası zamanı özünün vermiş olduğu ifadədə bunu təsdiq edir). Yəni bu halda artıq sübutetmə yükü ilkin iddia üzrə cavabdehin üzərinə düşməsinə baxmayaraq bunu etməmiş, lakin buna rəğmən ilkin iddia üzrə iddiaçı tərəfindən müstəqil ekspertiza mərkəzinə müraciət edilərək müvafiq rəy tərtib edildiyindən verilmiş sonuncu rəy sübut növü kimi qəbul edilərək əsas götürülməlidir.

66. Bundan əlavə məhkəmə tərəflər arasında mübahisəli mənzillərin pul əvəzi olaraq əvəzləşdirilməsi hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə cavabdehlər öz mənzillərinin əvəzinə 1.200.000 (bir milyon iki yüz min manat) pul vəsaitinin ilkin iddia üzrə iddiaçıya təklif edilməsinə baxmayaraq o bununla razışlaşmamış, qeyd edilən vəsaitin 600.000 manat hissəsi ilə razılaşa biləcəklərini qeyd etmişdir. Bu isə tərəflər arasında ixtilafın olması kimi qiymətləndirilməli və gələcəkdə 1.200.000 manat vəsaitin təmin olunacağı təqdirdə isə tikinti şirkətinin süni şəkildə borclanmasına, vəsait çatmazlığına və s kimi maddi çətinliklərə gətirə biləcəyindən qeyd edilən təklin məhkəmə tərəfindən qəbul edilə bilməz.

67. Həmçinin, məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdeh İddiaçı MMC və digər şəxslərə qadağan edilməsi tələbinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbinin əsaslı olması və təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini istisna edir. Eyni zamanda, nəzərə alınmalıdır ki, qarşılıqlı iddia tələblərinin təmin edilməsi, sözügedən ünvanda layihəyə uyğun olaraq binanın inşa olunmasının qarşısının alınması mənasına gəlir ki, bu da yüzlərlə sakinin hüquqlarının kobud surətdə pozulması və onların mənzil gözləntilərinin puç olması ilə nəticələnəcəyindən, qarşılıqlı iddia tələbləri təmin edilə bilməz.

68. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" MMC öz üzərinə götürdüyündən, ilkin iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan (müqavilə şərtlərinə riayət edilməklə əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. bəndlər üzrə tələblərə riayət olunduğundan) ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. 69.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 70.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 71.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 72.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 73.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 74.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən 79,2 m2 sahədən ibarət olan mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən faktiki olaraq 79,2 m2 sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada layihə üzrə Nəsimi rayonu, İmran Qasımov küçəsi istiqamətinə tərəf olan 1-ci blok, 4-cü mərtəbədə, 95.7 m2 ölçüdə, 2 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 təhvil verilsin. Boşaldılaraq təhvil verilməsi nəzərdə tutulan Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən faktiki olaraq 79,2 m2 sahədən ibarət olan mənzilin İddiaçı MMCyə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən 57,7 m2 sahədən ibarət olan mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən faktiki olaraq 57,7 m2 sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada layihə üzrə Nəsimi rayonu, İmran Qasımov küçəsi istiqamətinə tərəf olan 6-cı blok, 4-cü mərtəbədə, 70.10 m2 ölçüdə, 1 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 təhvil verilsin. Boşaldılaraq təhvil verilməsi nəzərdə tutulan Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən faktiki olaraq 57,7 m2 sahədən ibarət olan mənzilin İddiaçı MMCyə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilsin. Cavabdehlər Cavabdeh4 qızı, Cavabdeh5 və Cavabdeh6 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən 53,3 m2 sahədən ibarət olan mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən faktiki olaraq 53,3 m2 sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada layihə üzrə Nəsimi rayonu, İmran Qasımov küçəsi istiqamətinə tərəf olan 6-cı blok, 4-cü mərtəbədə, 64.40 m2 ölçüdə, 1 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh4 qızına təhvil verilsin. Boşaldılaraq təhvil verilməsi nəzərdə tutulan Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən faktiki olaraq 53,3 m2 sahədən ibarət olan mənzilin İddiaçı MMCyə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh4 qızına hər ay 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilsin. Məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 qızının qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçınə qarşı “gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdeh İddiaçı MMC və digər şəxslərə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar