Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4211/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi (vəkili)- X3, Cavabdehin nümayəndəsi - X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əmək müqaviəsinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli № 855/K saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmək müqaviəsinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli № 855/K saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı haqqında Əmək Müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli 855/K saylı əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Mingəçevir şəhər mağazasında inzibatçı vəzifəsinə xx.xx.2021-ci il tarixdə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh satış deparlamentinin müdiri Azər Əliyev ona mobil telefon vasitəsi ilə zəng vuraraq, şifahi surətdə işdən azad edildiyini bildirmişdir. Vəzifəsi inzibatçı, yəni mağaza müdiri idi və bu vəzifəni daşımışdır. Rəhbərliyin göstərişi ilə xx.xx.2022-ci il tarixdə rəhbərliyin məlumatı əsasında təftiş əməkdaşlarının yoxlaması ilə birgə öhdəliyində olan inventarı və mağazada olan məhsulları həmin mağazanın əməkdaşlarına təhvil vermişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh satış deparlamentinin müdiri Azər Əliyev mobil telefon vasitəsi ilə yenidən işə gəlməməsini bildirmiş və iki günə işdən azad edilməsi tamamilə yekunlaşacaq. Bu dövrə qədər işə gedib gəlmişdir. xx.xx.2022-ci ildə Azər Əliyevə zəng vuraraq, iki günə işinin yekunlaşdığını və işdən azad edilməsini xx.xx.2022-ci ildə bildirmiş, lakin indiyədək onu işdən azad etməmişlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə işdən azad edilməsi barədə ərizə ilə rəhbərliyə müraciət etmişdir. Bu sözləri ona satış departamenıinin müdiri Azər Əliyev demişdir. Elektron məktub vasitəsi ilə satış departamentinin müdiri Azər Əliyevə və İnsan Resurslarının direktoru Süleyman Şahverdiyevin elektron ünvanına ərizəni göndərmişdir. Bir ay gözləmiş, əmək müqaviləsinə xilam verməmişlər. xx.xx.2022-ci il tarixdə X7 Rabina Xəlilovaya zəng vurvurmuşdur. Rabina Xəlilova yazdığı ərizədən yenə də birini göndərməyini bildirmiş, yenidən təkrar ərizəni Rabina Xəlilovaya və sözügedən hər iki nümayəndənin elektron ünvanına göndərmişdir. xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı təkrar müraciəti olsa da, əmək müqaviləsinə xilam verilməsi icra olunmamışdır. xx.xx.2022-ci il tarixdə yenidən İnsan Resurslarının direktoru Süleyman Şahverdiyevə əmək müqaviləsinin xitam verilməsi ilə bağlı təkrar elektron ünvanına xatırlatma məktubu yenidən ünvanlamış, nəticə yenə də olmamışdır. xx.xx.2022ci ildə ona bildiriş göndərərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iş buraxmasını, onu iş buraxdığına görə əmək müqaviləsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin 4-cü bəndi ilə işinə xitam veriləcəkdir. xx.xx.2022-ci il tarixdə Rəhbərliklə bildiriş əsasında gorüşə getmişdir. İki gün çəkən görüşdə bildirişdə qeyd olunanlarla bağlı heç bir söhbət olmamışdır. xx.xx.2022-ci ildə Azərə, Sülyemana və direktor Əhəd Əsgərova təkrar işdən azad edilməsi üçün məktub ünvanlamışdır. İşə xitam verilməsi ilə bağlı təkrar müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi üçün X9 müraciət etmişdir. Ondan da cavab indiyədək yoxdur. xx.xx.2022-ci il tarixdə Optimal Elektroniks rəhbərliyi onu işdən azad edilməsi barədə məlumat vermişlər. Lakin, indiyədək işə girmə və işdən çıxma əmrinin surətini və eləcə də, əmək kitabçasını verməmişlər. Yalnız təzəlikcə uzun yazı pozudan sonra ona indi göndəriblər. İndi bilmişdir ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə, həmçinin 72-ci maddə ilə, yəni iki maddə ilə işdən azad etmişlər. Əmək Məcəlləsinin 69-cu maddəsində qeyd edilir ki, işçi bir təqvim ayı qabaqcadan yazılı ərizə ilə xəbərdar elməklə, əmək müqaviləsini ləğv edə bilər. Göründüyü kimi, uzun müddətdir işdən azad edilməsi barədə ərizə ilə müraciət etsə də, müdriyyət onu işdən azad etməməklə Əmək Qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Belə ki, iddiaçı 14 aprel 2022-ci il tarixindən, 19 iyul 2022-ci il tarixinə qədər üzrsüz iş buraxmışdır. Üzrsüz iş buraxma halı ilə bağlı işçiyə göndərilmiş, 7 iyun 2022-ci il tarixli, 1578/k saylı bildiriş məktubu, 14 iyun 2022-ci il tarixində İddiaçı tərəfindən qabul edilsə də, nəticəsiz qalmışdır, işçi iş buraxmanı əsaslandıran heç bir sənəd, izahat təqdim etməmiş, iş buraxma halına davam etmiş, işəgötürənin bütün konstruktiv cəhdləri nəticəsiz qalmışdır. Eyni zamanda, iddiaçı 19 aprel 2022-ci il tarixli işdən azad ərizəsini 14 iyun 2022-ci il tarixində Azərpoçt vasitəsi ilə müəssisəyə göndərmiş, xx.xx.2022-ci il tarixli işdən azad ərizəsi 21 iyun 2022-ci il tarixində müəssisəyə daxil olmuşdur. Beləliklə, üzrsüz iş buraxan əməkdaş xx.xx.2022-ci il tarixində işəgötürəni işdən çıxma ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsi təşəbbüsünü arxa tarixə olan işdən azad ərizəsi ilə bildirmişdir, əmək müqaviləsinə xitam verilmə təşəbbüsü barədə işəgötürəni xx.xx.2022-ci il tarixində məlumatlandırmışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi” Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması halı, Əmək Müqaviləsinə 70-ci maddəsnin “ç” bəndinə əsasən xitam verilməsinə əsasdır. Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. İşçinin son haqq hesabı son iş günü işçinin bank hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş 01/K saylı, 2 may 2022-ci il tarixli aktdan görünür ki, işçi İddiaçı 14 aprel 2022-ci il tarixindən, 30 aprel 2022-ci il tarixinə qədər işə götürənə məlumat vermədən üzrsüz iş buraxmışdır. Bunadan əlavə, 02/K saylı, 1 iyun 2022-ci il tarixli aktdan məlum olur ki, işçi İddiaçı 2 may 2022-ci il tarixindən, 31 may 2022-ci il tarinə qədər işəgötürən məlumat vermədən üzrsüz iş buraxmış, iş buraxmanı əsaslandıran heç bir sənəd təqdim etməmişdir. Bunadan əlavə, 03/K saylı, 1 iyul 2022-ci il tarixli aktdan məlum olur ki, işçi İddiaçı 1 iyun 2022-ci il tarixindən, 30 iyun 2022-ci il tarinə qədər işəgötürən məlumat vermədən üzrsüz iş buraxmış, iş buraxmanı əsaslandıran heç bir sənəd təqdim etməmişdir. Bunadan əlavə, 04/K saylı, 1 iyul 2022-ci il tarixli aktdan məlum olur ki, işçi İddiaçı 1 iyul 2022-ci il tarixindən, 19 iyul 2022-ci il tarinə qədər işəgötürən məlumat vermədən üzrsüz iş buraxmış, iş buraxmanı əsaslandıran heç bir sənəd təqdim etməmişdir. Cavabdeh MMC-nin X10 müdiri X17 Cavabdeh MMC-nin direktoru X12 yazdığı təqdimatda İddiaçı 14 aprel 2022-ci il tarixindən ona məlumat vermədən üzrsüz iş buraxaraq işin ahəngini pozduğunu qeyd etmiş və X5 əmək müqaviləsinə ARƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini xahiş etmişdir. Məktuba əlavə edilmiş, Cavabdeh MMC-nin X10 müdiri X15 MMC-nin direktoruna göndərdiyi 19 iyul 2022-ci il tarixli təqdimata baxdıqda aşağıda qeyd edilən hallar məlum olur ki, Mingəçevir şəhər mağazasında inzibatçı vəzifəsində işləyən İddiaçı işəgötürənə məlumat vermədən 14 aprel 2022-ci il tarixindən üzrsüz iş günü buraxaraq, işin ahəngini pozur. Onun barəsində müvafiq araşdırma aparılmış, üzrsüz iş buraxma halı davam etdiyindən, işçiyə 07 iyun 2022-ci il tarixli üzrsüz iş buraxmaya dair xəbərdarlıq bildirişi göndərilmişdir. İşçi göndərilmiş xəbərdarlıq bildirişinə əhəmiyyət verməmiş, üzrsüz iş buraxma halı davam etdirmişdir. Lakin göndərilmiş bildiriş məktublarına baxmayaraq, işçi İddiaçı üzrsüz iş buraxmağa davam edib və hələ də üzrsüz iş buraxmanı əsaslandıran hər hansı bir sənəd təqdim etməmişdir. İşçinin yol verdiyi pozuntu onunla Cavabdeh MMC arasında bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsas olduğundan, X10 müdiri də MMC-direktorundan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə müvafiq əmr verilməsini xahiş etmişdir. İş materiallarına təqdimat və İddiaçı üzrsüz iş buraxmaya dair aktlar əlavə edilmişdir. Göründüyü kimi, işin ahəngini pozmasına baxmayaraq, işəgötürən işçiyə münasibətdə kifayət qədər humanist mövqe tutmuş, ona xəbərdarlıq məktubu göndərməklə kifayətlənməmiş, şifahi qaydada əlaqə saxlanılmış, lakin rəsmi məktub və şifahi müraciətlərimiz nəticəsiz qalmış, üzrsüz işçi iş buraxmağa davam etmiş və üzrsüz iş buraxma halını əsaslandıran hər hansı bir sübut (sənəd) təqdim etməmişdir. Göndərilən məktbu İddiaçı çatırılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin a bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hal hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin əsasını “bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozdulması halları” təşkil edilir. Həmin Məcəllənin 11-ci maddəsinı əsasən, “bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək” işəgötürənin əsas hüquqlarından biridir. Yuxarıda qeyd edilənlərər və təsdiqləyici sənədlərə nəzər yetirərək müəyyən edə bilərsiniz ki, işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi tam əsaslıdır. Əlavə edilmiş təsdiqləyici sənədlərə və bank arayışına nzərə salaraq müəyyən olunur ki, işçinin son-haqq-hesabı Əmək Qanunvericiliyinə uyğun olaraq hesablanıb, son iş günü işçinin bank hesabına köçürülmüş, işçiyə Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş məktubu, əmrin surəti ilə birlikdə ev ünvanına göndərilmiş, əmək kitabçasını işəgötürəndən götürməsi təklif edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X6 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2007-ci il tarixli ******* saylı Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2021ci il tarixdə Cavabdehnə inzibatçı vəzifəsinə işə bul edilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 1678/K saylı bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 19 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2022-ci il tarixli Ərizədən görünür ki, iddiaçı, onu xx.xx.2022-ci il tarixindən etibarən öz xahişi ilə işdən azad olunmasını xahiş etmiş və sözügedən ərizə xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. E-mail yazışmalarından görünür ki, iddiaçı tərəfindən e-mail vasitəsi ilə öz xahişi ilə işdən azad olunması ilə bağlı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il tarixlərdə cavabdehin əməkdaşlarına məxsus e-mail ünvanlarına ərizələr göndərilmiş və ərizələrin nəticələri barədə məlumatların verilməsi xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli 01/K saylı,xx.xx.2022-ci il tarixli 02/K saylı, xx.xx.2022-ci il tarixli 03/K saylı və xx.xx.2022-ci il tarixli 04/K saylı “İşçinin üzrsüz iş günü buraxması ilə bağlı” aktlardan görünür ki, Cavabdeh Mingəçevir mağazasında inzibatçı vəzifəsində işləyən iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işəgötürənə heç bir məlumat vermədən Mingəçevir mağazasına işə gəlməyərək, üzrsüz iş buraxmış, iş buraxmanı əsaslandıran heç bir sənəd, izahat təqdim etməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli 855/K saylı əmrindən görünür ki, iddiaçının heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdehnə inzibatçı vəzifəsinə işə bul edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli 855/K saylı əmri ilə iddiaçının heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi əmək müqaviləsinə xitam verilməsinə dair əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, göstərilən əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olan hal, yəni iddiaçının bütün iş günü işə gəlməməsi kimi hallar öz təsdiqini tapmamış, bu halları təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, bununla da onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. İddiaçının bütün iş günü işə gəlməməsi kimi halları təsdiq edən sübut kimi məhkəməyə təqdim edilmiş aktlar isə birtərəfli qaydada tərtib edilməklə təsdiq edildiyindən mötəbər sübut hesab oluna bilməz. Əksinə işdə olan iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:13 radələrində cavabdehin İnsan Resursları Departamentinin direktor müavini vəzifəsində işləyən X1.saheldiyev@optimal.az, X10 müdiri vəzifəsində işləyən X13 mailto:azer.aliyev@optimal.azElektron ünvan 2 e-mail ünvanlarına işdən azad olunması ilə bağlı ərizə göndərmiş və əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı, cavabdeh tərəfindən bu barədə hər hansı məlumat verilmədiyindən həmin ərizəni poçt vasitəsilə cavabdehə göndərmiş və həmin ərizə xx.xx.2022-ci il tarixdə cavabdehə daxil olmuşdur. Lakin cavabdeh, iddiaçının işdən azad olunması ilə bağlı ərizəsi olduğu və həmin ərizəyə heç bir münasibət bildirmədiyi halda, qanunsuz olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, sadalanan normalarda əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edilməklə xitam verilməsi nəzərdə tutulmamışdır. Həmçinin də, mübahisələndirilən əmrlərdən görünür ki, iddiaçılar barəsində əmrlər iki əsasla, yəni, Əmək Məcəlləsinin həm 70-ci maddəsinin «ç» bəndinə, həm də 72ci maddəsinin «a» bəndinə (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) istinadən qəbul edilmişdir. Halbuki, 72-ci maddəsinin «a» bəndi müstəqil tətbiq edilə bilməz və onun məzmununda göstərilən hallar 70-ci maddəsinin «ç» bəndində ehtiva olunduğundan sonuncu normanın tətbiq edilməsi kifayət idi. Bu səbəbdən, məhkəmə hesab edir ki, əmrin ləğv edilməsi hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab etdir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçının iddia tələbinin işə bərpa hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq iddiaçı ilə əmək münasibətlərinə xitam verdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinin tələbinə əsasən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 855/K saylı əmri ləğv edilsin. xx.xx.2022-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı əvvəlki işinə - inzibatçı vəzifəsinə bərpa edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4211/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4211/2022
28.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver