Məhkəmə qərarları › İş №2(006)-4226/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4226/2025

12.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4226/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İdarənin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə (ş/h)1461 saylı əmrinin ləğv edilməsi və işə bərpa edilməyi və cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı, ali təhsilli olmaqla, Moskva Dövlət Universitetinin Maliyyə-sənaye fakültəsinin məzunudur. xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Mühafizə İdarəsinə işləməyə dəvət olunmuş və cavabdehin xx.xx.2022-ci il tarixli BMİ-1872ş/h əmri əsasında aralarında əmək müqaviləsi bağlanaraq Yasamal Rayon Mühafizə İdarəsinin Mülki Mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. 2023-cü ilin sentyabr ayında səhhətində baş vermiş xəstəlik səbəbindən əmək qabiliyyətini müvəqqəti itirmişdir. Bununla Dağlı müvafiq sahə həkiminin təsdiq etdiyi, ilk dəfə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair sənədi cavabdehə təqdim etmişdir. Həmin sənədə əsasən o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir. Buna baxmayaraq, xəstəliyi ağırlaşaraq davam etmiş və o, üzrlü səbəbdən xx.xx.2023-cü il tarixdə işə başlaya bilməmişdir. Lakin bu üzrlü səbəblərə rəğmən cavabdeh tərəfindən əsassız şəkildə xx.xx.2023-cü il tarixli 3-13-17/Ə (ş/h)1461 saylı əmri ilə Azərbaycan Respublikasının ƏM-nin 70-cı maddəsinin “Ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad edilmişdir. Nəzərə çatdırır ki, işdən azad olunduğu tarixədək o, sınaq müddəti daxilində çalışmış və sınaq müddəti bu tarixədək tamamlanmamışdır. Əgər qeyd etdiyi hal üzrə o, əmək və icra intizamını pozmuş hesab olunursa, Əmək Məcəlləsinin 186-cı maddəsində sadalanan intizam tənbehləri sırasından ilk olaraq daha yüngül tənbeh tədbiri seçilə bilərdi. Lakin cavabdeh idarənin vəzifəli şəxsi tərəfindən barəsində daha yüngül tənbeh tədbiri (töhmət, şiddətli töhmət və s.) seçilməkdən imtina edilərək birbaşa olaraq ən sərt intizam tənbehi seçilmişdir, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri ilə verilir. İşçi həmin əmrlə tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İşdən azad edildikdən sonra cavabdeh ilə dəfələrlə əlaqə yaradılsa da vəzifəli şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək ödənilməyən əmək haqqı və son haqq-hesabını ödəməkdən boyun qaçırmış, nəhayət xx.xx.2024-cü il tarixdə gecikmə ilə əmək kitabçası ilə birgə ona poçt vasitəsilə təhvil verilmişdir. Cavabdeh tərəfindən işdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi" barədə əmrlə tanış olmamışdır və ona əmək qanunvericliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Beləliklə, uzun müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Gənc yaşında əmək fəaliyəti ilə məşğul olmaqdan məhrum edilmişdir. Belə ki, ƏM-nin müvafiq maddəsi əsasında əsassız olaraq işdən azad edildiyi üçün başqa müəssisələrdə də işə qəbul edilmir. Qeyd edir ki, hazırda çıxılmaz vəziyyətdədir. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, cavabdeh idarənin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə (ş/h)1461 saylı əmri ləğv edilməli və işə bərpa edilməlidir. Cavabdehin etirazı: Cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsinin nümayəndəsi iddia ərizənə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, Yasamal RMİ-nin sabiq mülki mühafizəçisi İddiaçı qüvvədə olan intizam tənbehlərindən müsbət nəticə çıxararaq xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək xx.xx.2023cü il tarixdə xidmətin aparılması vəziyyəti öyrənilərkən geyim formasının daşınma qaydalarını pozduğu, xidməti postu komandir heyətinə məlumat vermədən özbaşına tərk etdiyi müəyyən edilmiş, həmçinin İddiaçı xx.xx.2023-cü il tarixdə üzürlü səbəb olmadan xidmətə çıxmadığından onunla dəfələrlə telefona cavab vermədiyindən, valideyini ilə əlaqə saxlanılmış və sonuncu oğlunun harada olması barədə məlumatsız olduğunu bildirmişdir. Qeyd olunanlar müvafiq qaydada sənədləşdirilmişdir. Faktla bağlı, aparılan araşdırma zamanı təkrarən İddiaçı valideyini ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq Baş Mühafizə İdarəsinə dəvət edilsə də, müxtəlif bəhanələr gətirərək gəlməmişdir. Xidmətdə yol verdiyi nöqsanlarla bağlı mülki mühafizəçi İddiaçı qəbahətləri idarənin yerli Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilmiş və geyim formasını daşınma qaydalarını pozduğuna, xidməti postu komandir heyətinə məlumat vermədən özbaşına tərk etdiyinə, xx.xx.2023-cü il tarixdə üzürlü səbəb olmadan xidmətə çıxmadığına, bununla da Azerbaycan Respublikasi DİN-in xx.xx.2015-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş «Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat»ın 6.1.1-ci yarımbəndinin, 11.5-ci bəndinin tələblərini və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilərək BMİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-17/Ə208/2023 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmçinin İddiaçı işlədiyi dövr ərzində müxtəlif vaxtlarda Yasamal RMİ tərəfindən xx.xx.2023-cü il tarixdə 3-13-17-25/Ə161/2023 nömrəli əmrlə üzürsüz səbəbdən xidmətə çıxmadığına görə “töhmət” və xx.xx.2023-cü il tarixdə 3-13-17-25/Ə258/2023 nömrəli əmrlə xidməti postunu tərk etdiyinə, geyim formasının daşınma qaydalarını pozduğuna və üzürsüz səbəbdən xidmətə çıxmadığına görə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Göründüyü kimi İddiaçı Yasamal Rayon Mühafizə İdarəsində işləyərkən 2 dəfə intizam tənbehinə cəlb edilmiş, lakin heç bir nəticə çıxarmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizənin əsaslandırıldığı hallar: Cavabdehin nümayəndəsi ərizə təqdim edərək göstəmişdir ki, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia müddəti ötürüldüyündən həmin iddia tələbi təmin edilməməlidir. Yasamal RMİ-nin sabiq mülki mühafizəçisi İddiaçı xx.xx.2023-cü il tarixdə xidmətin aparılması vəziyyəti öyrənilərkən geyim formasının daşınma qaydalarını pozduğu, xidməti postu komandir heyətinə məlumat vermədən özbaşına tərk etdiyi müəyyən edilmiş, həmçinin İddiaçı xx.xx.2023-cü il tarixdə üzürlü səbəb olmadan xidmətə çıxmadığından onunla dəfələrlə telefona cavab vermədiyindən BMİ-nin xx.xx.2023-cü il tarixli, 3-13- 17/Ə208/2023 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Yasamal RMİ-nin əməkdaşları tərəfindən əmək kitabçasının verilməsi və əmək müqaviləsinə xitam olunması barədə əmrlə tanış edilməsi üçün dəfələrlə İddiaçı həmin idarəyə dəvət edilsədə gəlməmiş və bununla bağlı 15 sentyabr və 24 oktyabr 2023-cü il tarixlərdə aktlar tərtib edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə İddiaçı əmək kitabçasını Yasamal RMİ-nin inzibati binasında qəbzlə təhvil almışdır.xx.xx.2025-ci il tarixdə İddiaçı işə yenidən bərpa olunması məqsədilə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində göstərilən iddia müddətini ötürmüşdür. Şərh olunanlar və sadalanan qanunvericilik aktlarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa olunması” tələbinə dair iddiası üzrə müddət ötürüldüyü üçün iddiasının təmin edilməməsini xahiş etmişdir. İddiaçının müddətin bərpasına dair vəsatətinin əsaslandırıldığı hallar: İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh idarənin xx.xx.2023- cü il tarixli 3-13-17/Ə (ş/h)1461 saylı əmrinin ləğv edilməsi və işə bərpa edilməyimə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Buna səbəb iş üzrə cavabdeh tərəfin (Azərbaycan Respublikası Cavabdeh) dövlət orqanı olması idi. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6250/2025 saylı qərardadı ilə iddia ərizəm “düzgün məhkəmə aidiyyəti üzrə verilməməsi” fikri əsas gətirilməklə, irəli sürdüyü iddia mümkün sayılmamış, həmçinin qərardadda bu iddia ilə yenidən ümumi məhkəməyə müraciət etməyi izah olunmuşdur. Ali hüquq təhsilinin olmadığını nəzərə alaraq, bu iddianı məhkəmə aidiyyəti düzgün seçməməklə qaldırmış olmağı mümkün haldır. Bakı İnzibati Məhkəməsinin qərardadını xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzi imzalamaqla rəsmi əldə etmiş, daha sonra bu qərardaddan apellyasiya qaydasında şikayət vermiş və apellyasiya instansiyasında şikayəti təmin edilməmişdir. Hazırki tarixədək iddiası baxılmamış, hüquqları bərpa edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddiaçı 2023-cü ilin aprel və iyul ayında olmaqla 2 dəfə intizam tənbehi almışdır. Xidmətə çıxmamağı, xidməti postu tərk etməsi və nizam-intizam qaydalarını pozduğu üçün 3-cü dəfə intizam məsuliyyətinə cəlb olunaraq xx.xx.2023-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. Həmkarlar İttifaqının rəyi də mövcuddur. Özü telefonu açmadığı üçün valideyninə zəng edilmişdir. Atası bildirmişdir ki, oğlu xəstədir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı əmək kitabçasının surətindən görünür ki o, - xx.xx.2022-ci il tarixli əmrlə Əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə Yasamal RMİ-nin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi təyin edilmişdir. - xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifəsindən azad edilməsi əmr edilmişdir. Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsi ilə İddiaçı arasında imzalanan xx.xx.2022-ci il tarixli əmrlə Əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə Yasamal RMİnin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi təyin edilmişdir. Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsinin 3-13-17-25/Ə 161/2023 saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin, 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət elan edilmişdir. Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsinin xx.xx.2023-cü il tarixdə 3-13-17- 25/Ə258/2023 nömrəli əmrinə əsasən xidməti postunu tərk etdiyinə, geyim formasının daşınma qaydalarını pozduğuna və üzürsüz səbəbdən xidmətə çıxmadığına görə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Əmək qabiliyyətinin olmaması ******* saylı xx.xx.2023-cü il tarixli vəsqəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müalicə olunmuşdur. Yasamal Rayon Mühafizə İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin yığıncağının 1 saylı xx.xx.2023-cü il tarixli protokoluna əsasən Üzərində olan “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehindən nəticə çıxarmaqla xidmətində dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verməklə, komandir heyətinə məlumat vermədən xidməti postunu dəfələrlə tərk etdiyinə, üzürsüz səbəbdən xidmətə çıxmadığına, etdiyi qəbahətləri qeyri- səmimi qəbul etdiyinə, xidməti vəsiqəsini itirdiyinə və itirməsi barədə komandir heyətinə məlumat vermədiyinə, izahat verməkdən imtina etdiyinə, bununla da DİN-in “Mülki mühafizə xidmətinin fəaliyyətinin təşkilinə dair Təlimafının, DİN- in “Əməkdaşlara, hərbi qulluqçulara və mülki işçilərə xidməti vəsiqələrin verilməsi qaydaları haqqında” Təlimatının və DİN-in “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalan”nın təsdiq edilməsi barədə” qərarının tələblərini pozduğuna görə Yasamal RMl-nin mühafizəçisi İddiaçı hərəkətləri İdarənin Həmkarlar Komitəsinin yığıncağında müzakirəyə çıxarılması məqsədəmüvafiq hesab edilməsi əmr edilmişdir. Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən - Yasamal Rayon Mühafizə İdarəsinin Həmkarlar Təşkilatının yığıncağında mülki mühafizəçi İddiaçı barəsində qəbul etdiyi qərarın qüvvədə saxlanılması, DİN-in xx.xx.2015-ci il tarixli Q-10-001-15 nömrəli «Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dairTəlimat»ın tələblərini pozaraq geyim formasını daşıma qaydalarını pozduğuna, xidməti postu komandir heyətinə məlumat vermədən özbaşına tərk etdiyinə, həmçinin xx.xx.2023cü il tarixdə üzürlü səbəb olmadan xidmətə çıxmadığına görə, hissənin yerli Həmkarlar Təşkilatının yığıncağının qərarı da nəzərə alınmaqla Yasamal Rayon Mühafizə İdarəsinin MMX üzrə mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsi təklif edilmişdir. Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsinin 3-xx-xx/2208/2023 saylı xx.xx.2023cü il tarixli əmrinə əsasən Yasamal Rayon Mühafizə İdarəsinin Həmkarlar Təşkilatının yığıncağının mülki mühafizəçi İddiaçı barəsində qəbul etdiyi qərar qüvvədə saxlanılması, təyin olunduğu postu komandir heyətinə məlumat vermədən özbaşına tərk etməklə mühafizə olunan obyektin etibarlı mühafizəsini təmin etmədiyinə, geyim formasını daşıma qaydalarını pozduğuna, həmçinin üzürlü səbəb olmadan xidmətə çıxmadığına, bununla da «Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat»ın 6.1.1 -ci yarımbəndinin, 11.5-ci bəndinin tələblərini və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə idarənin yerli Həmkarlar Təşkilatının yığıncağının qərarı və qüvvədə olan intizam tənbehləri də nəzərə alınmaqla Yasamal Rayon Mühafizə İdarəsinin Mülki mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsinin 3-13-17/Ə(s/h) 1461/2023 saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən İddiaçı “ 07” sentyabr 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Bakı şəhəri Yasamal Rayon Mühafizə İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi (fəhlə) vəzifəsindən azad edilmişdir. Yasamal Rayon Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli aktına əsasən İdarənin MMX üzrə mühafizəçisi İddiaçı BMl-nin 01.09 2023-cu ıl tarixli 3-13-17/Ə208/2023 nömrəli əmri ilə "Yasamal RMl-nın mühafizəçisi İddiaçıla əmək müqaviləsinə xitam verilməsi barədə", eləcə də BMl-nin 07.09 2023-cü ıl tarixli 3-13-17/Ə(ş/h) 1461/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən mühafizəçi vəzifəsindən azad edilməsi barədə əmrləri ilə idarəyə gəlib aidiyyəti uzrə tanış olmaq üçün İdarəyə dəvət olunmuş, lakin, o, gəlməkdən imtina etmişdir Yasamal Rayon Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli aktına əsasən İdarənin MMX üzrə mühafizəçisi İddiaçı Baş Mühafizə idarəsindən göndərilmiş əmək kitabçasının ona təhvil verilməsi uçun məlumat göndərilmişdir. Lakin, Həsənov X2 gəlib əmək kitabçasının götürməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-6250/2025 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(103)-1944/2025 nömrəli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-6250/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli mediasiya arayışına əsasən, xx.xx.2025-ci il tarixdə saat 11:30da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsininin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür; 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işin hallarına istinadən vurğulayır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsində mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə ilk öncə Bakı İnzibati Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiası mümkün sayılmamış, qərardad yuxarı instansiya məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işə bərpa olunması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 3 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiasında da onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini iddia edir və barəsində qəbul edilmiş əmri ləğv etməklə, işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verildiyini qeyd edir, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürməklə verdiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələbinə (əmrin ləğv edilməsi, işə bərpa) ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, iddiaçı həmin tarixdə işdən azad edilməsini bilmiş (hətta məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmənin sualına cavab olaraq oğluna xx.xx.2023-cü il tarixdə işə gəlməməsi barədə məlumat verildiyini bildirmişdir), iddiaçı xx.xx.2025-ci il tarixdə hələ Bakı İnzibati Məhkəməsinə bərpa tələbinə dair iddia ilə müraciət edərkən 1 aylıq müddəti ötürmüşdür. Halbuki xx.xx.2023-cü il tarixdən iddiaçı hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir. İddiaçı məhkəməyə gec müraciət etməsinin səbəbi kimi, ümumi məhkəməyə müraciət etməzdən əvvəl Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini göstərməklə müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsini sübut etməyə çalışmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı həmin məhkəməyə müraciət edərkən də müddəti ötürmüşdür. Bundan başqa iddiaçı iddia ərizəsində əmək kitabçasının ona gec -xx.xx.2024-cü il tarixdə verildiyinə də istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən məhkəmə o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. Məhkəmə hesab edir ki, işin hallarından iddiaçı tərəfin əmrin ləğvi, işə bərpa tələbi ilə bağlı müddəti üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia həmin hissədə rədd edilməlidir. İddia üzrə irəli sürülmüş “məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələbinin işə bərpa tələbinə münasibətdə törəmə tələb olması və onun təmin edilibedilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsinə qarşı "əmrin ləğv edilməsi və işə bərpa" tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar