Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4250/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qıznın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 Abdülkərim qızının, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətini cəlb etməklə Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxılmaya görə əmək haqqının və son haqq-hesabın tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətini cəlb etməklə Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxılmaya görə əmək haqqının və son haqq-hesabın tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil məhkəməyə barışıq sazişini təqdim edərək, tərəflər aralarında yaranmış mübahisənin 12.08.2021-ci il tarixli barışıq razılaşması ilə həll edildiyini bildirərək, sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 Abdülkərim qızı məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizəni təqdim edərək, bildirdi ki, onun Cavabdeh direktoru Mahammad Aminə qarşı heç bir iddia tələbi və şikayəti yoxdur, gələcəkdə olmayacaqdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 barışıq sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış 12.08.2021-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı iddiası üzrə tərəflər aşağıdakıları öz üzərinə götürürlər: 1) Cavabdeh onun tərəfindən verilmiş 16.03.2021-ci il tarixli əmri ləğv etməyi və İddiaçı əvvəlki iş yerinə, yəni dizayner vəzifəsinə bərpa edilməsinə etiraz etmir. 2) İddiaçı Cavabdehndə dizayner vəzifəsinə bərpa edilməyi müqabilində məcburi iş buraxmaya görə əmək haqqının, istifadə edilməmiş məzuniyyət pulunun və son haqqı-hesabın tutulub ona ödənilməsindən imtina edir. 3) Tərəflər bu sazişi ilə üzərlərinə götürdükləri öhdəlikləri dəqiq, vaxtında və heç bir mübahisə etmədən icra etməlidirlər. 4) Tərəflər bu sazişin şərtlərini pozmağa, dəqiq, vaxtında icra etməməyə görə məsuliyyət daşıyırlar və sazişin şərtlərinin məcburi qyadada həyata keçirilməsini məhkəmə qaydasında tələb etmək, bunun nəticəsində vurulmuş zərərin ödənilməsini tərəfdən tələb etmək hüququ vardır. 5) Saziş üç nüsxədə tərtib olunur. Hər bir tərəfdə bir nüsxə saxlanılır. Ona görə də yuxarıdakı şərtlər daxilində onlar bu sazişi öz imzaları ilə təsdiqləyirlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətini cəlb etməklə Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxılmaya görə əmək haqqının və son haqq-hesabın tutulması" tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 12.08.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1) Cavabdeh onun tərəfindən verilmiş 16.03.2021-ci il tarixli əmri ləğv etməyi və İddiaçı əvvəlki iş yerinə, yəni dizayner vəzifəsinə bərpa edilsin. 2) İddiaçı Cavabdehndə dizayner vəzifəsinə bərpa edilməyi müqabilində məcburi iş buraxmaya görə əmək haqqının, istifadə edilməmiş məzuniyyət pulunun və son haqqı-hesabın tutulub ona ödənilməsindən imtina edir. 3) Tərəflər bu sazişi ilə üzərlərinə götürdükləri öhdəlikləri dəqiq, vaxtında və heç bir mübahisə etmədən icra etməlidirlər. 4) Tərəflər bu sazişin şərtlərini pozmağa, dəqiq, vaxtında icra etməməyə görə məsuliyyət daşıyırlar və sazişin şərtlərinin məcburi qyadada həyata keçirilməsini məhkəmə qaydasında tələb etmək, bunun nəticəsində vurulmuş zərərin ödənilməsini tərəfdən tələb etmək hüququ vardır. 5) Saziş üç nüsxədə tərtib olunur. Hər bir tərəfdə bir nüsxə saxlanılır. Ona görə də yuxarıdakı şərtlər daxilində onlar bu sazişi öz imzaları ilə təsdiqləyirlər. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətini cəlb etməklə Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxılmaya görə əmək haqqının və son haqq-hesabın tutulması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardadın icrası Cavabdehnə həvalə edilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4250/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4250/2021
12.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver