Məhkəmə qərarları › İş №2(006)-4256/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4256/2024

18.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4256/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 (Nəsimi Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X2 (Nəsimi Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən X6 xx.xx.2014-cü ildə Qobustan Rayon Qurbançı kəndində doğulması faktının müəyyən edilməsi, uşağın doğum haqqında şəhaətnaməsində ana qrafasında X3 yazılmasını Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1989-cu ildə X7 ilə rəsmi nikahda olmuşdur. xx.xx.2014-cü ildə Qobustan rayonu Qurbançı kəndində doğulmuş oğlunun şəhadətnaməsini almamışr və hər hansı tibbi yardımdan və tibbi məntəqədən arayış əldə etmimişdir. Əri Baba xəstə olduğuna görə və sonra 2016-cı ildə vəfat etdiyinə görə oğlu Nihan üçün sənədlərin alması üçün Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Başqa cür oğlu üçün sənəd ala bilmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, məhkəmə işi iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. 305-ci maddəsi məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin siyahısını müəyyən etmiş və həmin maddəyə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələrə xüsusi icraat qaydasında baxılır. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış ərizəçinin şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, ərizəçi X2 ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işə aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, ərizəçi X1 (Nəsimi Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğum faktının müəyyən edilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi X1 (Nəsimi Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğum faktının müəyyən edilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar