Məhkəmə qərarları › İş №2(006)-4274/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4274/2021

07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4274/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun 14.12.1987-ci il tarixindən 23.09.2000-ci il tarixinədək keçmiş xxxx Dövlət Konserninin 2 saylı Tikinti quraşdırma idarəsində iş icraçısı vəzifəsində işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “xxxx” ASC-nin 25 may 2018-ci il tarixli arayışından görünür ki, Ərizəçi keçmiş xxxx Dövlət Konserninin 2 saylı tikinti quraşdırma idarəsində 14.12.1987-ci il tarixdən 23.09.2000-ci il tarixədək iş icraçısı vəzifəsində çalışıb. Onun iş icraçısı peşəsində iş stajı 12 il 09 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” ASC-nin 22 may 2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi keçmiş xxxx Dövlət Konserninin 2 saylı tikinti quraşdırma idarəsində 14.12.1987-ci il tarixdən (14.12.1987-ci il tarixli 821/k) nömrəli əmrlə 23.09.2000-ci il tarixədək iş icraçısı vəzifəsində işləmişdir. İş materiallarında olan Ərizəçi ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 14.12.1987-ci il tarixdə 821/k saylı əmrlə xxxx Dövlət Konserninin 2 saylı tikinti quraşdırma idarəsinə iş icraçısı vəzifəsinə qəbul edilmiş və 23.09.2000-ci il tarixədək həmin vəzifə üzrə çalışmışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Yuxarıda qeyd edilən Qərardan, habelə ərizəçinin ərizəyə əlavə etdiyi sənədlərdən (əmək kitabçası, müəssisənin arayışı) göründüyü kimi, ərizəçi 14.12.1987-ci il tarixdən 23.09.2000-ci il tarixədək xxxx Dövlət Konserninin 2 saylı tikinti quraşdırma idarəsində iş icraçısı vəzifəsində çalışması ilə bağlı arayışın verilməsi məqsədilə “xxxx” ASC-yə müraciət etmişdir. Müraciətinə əsasən ona 25 may 2018-ci il və 22 may 2020-ci il tarixli arayışlar təqdim edilmişdir. Habelə həmin faktlar öz əksini ərizəçinin əmək kitabçasında da, tapmışdır. Beləliklə də, iş materiallarında Ərizəçi əmək stajını təsdiq edən sənəd (əmək kitabçası, müəssisənin arayışı) mövcud olduğundan, ərizəçinin 14.12.1987-ci il tarixindən 23.09.2000-ci il tarixinədək keçmiş xxxx Dövlət Konserninin 2 saylı Tikinti quraşdırma idarəsində iş icraçısı vəzifəsində işləməyi faktının müəyyən edilməsinə dair ərizəsinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Məhkəmə hesab edir ki, ərizəçi əmək fəaliyyətinin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi tələbinə dair ərizə ilə Azərbaycan Respublikası Maraqlı şəxsna müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar