Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4294/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Füzuli Rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının müəyyən olunmasına dair" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Füzuli Rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının müəyyən olunmasına dair" tələbinə dair ərizə və ona düzəliş ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, Ərizəçi xx.xx.1966-cı il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulması faktının müəyyən edilməsi, ata qrafasında X4, ana qrafasında isə X9 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1966-cı il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. Valideynləri tərəfindən ona məxsus doğum haqqında şəhadətnamə sənədi müvafiq dövlət orqanından alınmış və daha sonra həmin sənəd əsasında şəxsiyyət vəsiqəsi əldə etmişdir. Ona məlum olmayan səbəbdən doğum haqqında şəhadətnaməsi itmişdir. Həmin sənədi əvvəllər yaşadığı Füzuli Rayonunda və yaxud məcburi köçkün kimi Bakı şəhərinə gəlib yaşadıqdan sonra itirdiyini dəqiq xatırlamır. Özü ali təhsillidir və Nəsimi rayonunda 3* ildən artıqdır ki, müəllim kimi işləyir. X5 rəsmi nikaha daxil olmaq üçün Qeydiyyat orqanına müraciət edərkən ona bildirmişdilər ki, bu ilin iyul ayının 1-dən qanuna edilmiş dəyişikliyə uyğun olaraq nikaha daxil olan şəxslərin yaxın qohum olub-olmamasını müəyyən etmək üçün onların valideynlərinin doğum haqqında şəhadətnamələri də təqdim edilməlidir. Nəticədə ona məxsus olan doğum haqqında şəhadətnamə sənədi təqdim edilmədiyinə görə qızı rəsmi nikaha daxil ola bilməmişdir. Bu səbəbdən qızının nikaha daxil olmaq hüququ pozulmuş və yalnız onun doğum faktı məhkəmə qaydasında müəyyən edildikdən və doğum haqqında şəhadətnamə əldə etdikdən sonra onun hüququ bərpa ediləcəkdir. Qeyd edilən səbəbdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Füzuli Rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək ona doğum haqqında şəhadətnamə verilməsini xahiş etdi və ona verilmiş 17.*7.2*25-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Füzuli Rayon qeydiyyat şöbəsinin arxivində və elektron sistemində mənim doğumum barədə akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Füzuli Rayon Qeydiyyat şöbəsinə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirlənməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1* bildirir ki, Ərizəçi onun bacısıdır və xx.xx.1966-cı il tarixində Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulub. Onların anası X16, ataları isə X7r. Məhkəmə iclasında şahid qismində iştirak edən X17 bildirir ki, o, Ərizəçi həm xalası, həmdə yoldaşının anasıdır. Ərizəçi Aşağı Seyidəhmədli kəndində avqust ayında anadan olub. Onun anası X16, atası isə X7r. Məhkəmə iclasında şahid qismində iştirak edən X14 bildirir ki, o, Ərizəçi həm yoldaşı, həm xalası oğludur. Ərizəçi xx.xx.1966-cı il tarixində Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - V-ЖГ seriyalı 389972 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X14 1*.*8.199*-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 968 nömrə ilə qeyd edilmişdir. - Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan 17.*7.2*25-ci il tarixli məktubundan görünür ki, Füzuli rayon qeydiyyat şöbəsinin arxivinə və elektron informasiya sisteminə baxış zamanı Ərizəçi doğumu barədə akt qeydi tərəflərindən aşkar edilməmişdir. Bu səbəbdən vətəndaşa imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunur. - Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyidəhmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 24.1*.2*25-ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən Füzuli rayon Aşağı Seyidəhmədli kəndində doğulub və oradan məcburi köçkün düşübdür. Atası:- X1 rayon Aşağı Seyidəhmədli kənd sakini olub, orada yaşamış və məcburi köçkün düşmüşdür. 16 may 2*1*-cu il tarixində vəfat etmişdir. Anası:- X3 rayon Aşağı Seyidəhmədli kənd sakini olub , orada yaşamış və məcburi köçkün düşmüşdür. 28 yanvar 2*12-ci il tarixində vəfat etmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Arxivinin 1*.*9.2*25-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “vətəndaşlıq vəziyyəti aktları” avtımatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. - ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 1** manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.1*.2**3-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X2 X6 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.*4.2*19-cu il tarixli Qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-in 3*7.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmədə ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1966-cı il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Zeynalova”, adı “Lətafət”, ata adı “Hacıağa” doğum tarixi “1* avqust 1966-cı il”, doğum yeri “Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndi”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “X11, milliyyəti azərbaycanlı”, ana qrafasında “X16, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 22*, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1966-cı il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Zeynalova”, adı “Lətafət”, ata adı “Hacıağa” doğum tarixi “1* avqust 1966-cı il”, doğum yeri “Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndi”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “X11, milliyyəti azərbaycanlı”, ana qrafasında “X16, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4294/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4294/2025
07.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver