Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-43/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin verilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC («İcarəyə götürən») ilə aralarında xx.xx.2020-ci il tarixində notariat qaydada «İcarə Müqaviləsi» bağlanmış və Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 251 ünvanında yerləşən, ümumi sahəsi 111,8 kv.m olan qeyri-yaşayış sahəsi həmin müqavilə üzrə iddiaçı tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmişdir. X3 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş və onun bitməsində 1 ay qalmış tərəflər həmin müqaviləsinin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab ediləcəyi qeyd edilmişdir. Həmin müqavilənin 4-cü maddəsinə əsasən «İcarəyə götürən» Cavabdeh MMC tərəfindən «İcarəyə verən» kimi iddiaçıya aylıq 2000 manat icarə haqqının ödənilməsi razılaşdırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə təklif (xəbərdarlıq) göndərərək xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə uyğun hazırkı təklifi (xəbərdarlığı) irəli sürərək icarə müddətinin uzadılmayacağı və aralarındakı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam veriləcəyi cavabdehin diqqətinə çatdırmışdır. Beləliklə, cavabdehlə aralarındakı icarə müqaviləsinə X3 şərtlərinə uyğun olaraq xitam vcrilmişdir. Lakin, cavabdeh qanunsuz olaraq icarə obyektini boşaltmaqdan və iddiaçıya təhvil verməkdən imtina edir. Etdiyi güzəştlərə (müqavilədə icarə haqqı məbləğini 2000 manat razılaşdırsalar da, pandemiya şəraitini nəzərə alaraq, humanist yanaşma ilə icarə müddətində icarə haqqından aylıq 250 manat güzəşt edərək, aylıq icarə haqqı məbləğin 1750 manat müəyyən etmişdir) baxmayaraq, icarə müqaviləsi üzrə iyun, iyul, avqust və sentyabr ayları ödəniş öhdəliklərinin cavabdeh tərəfindən icra olunmaması nəticəsində bu günə ona 7000 manat borcu yaranmışdır. Dəfələrlə müraciət etməsinə, lazımı qaydada xəbərdar etməsinə baxmayaraq, cavabdeh həm icarə obyektini təhvil verməkdən, həm də borcun ödənilməsindən boyun qaçırmış və onu qeyri-yaşayış sahəsindən heç kimin çıxara bilməyəcəyini bildirmişdir. Ona görə də iddiaçı hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 2021-ci ilin iyul ayından oktyabr ayının sonunadək 4 aydır ki, hər ay ödəməli olduğu güzəştli icarə haqqını ödəməməklə 7000 manat icarə haqqı borcu vardır ki, həmin 7000 manat icarə haqqı borcu, həmçinin icarə sahəsi iddiaçıya təhvil verilənədək hər ay üçün 2000 manat icarə haqqı cavabdehdən tutulub ona verilməlidir. Göstərilənləri nəzərə alaraq İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 251 ünvanında yerləşən, ümumi sahəsi 111,8 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin qeyri-qanuni sahibliyindən götürülməsi və həmin qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq təhvil alındığı vəziyyətə uyğun (təbii köhnəlmə nəzərə alınmaqla) iddiaçıya təhvil verilməsi, müqavilə üzrə ödənilməmiş 7000 manat icarə haqqı borcunun, həmçinin xx.xx.2021-ci il tarixdən etibarən icarə sahəsi iddiaçıya təhvil verilənədək hər ay üçün 2000 manat icarə haqqının və ödənilmiş 190 manat dövlət rüsumunun Cavabdeh MMCdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra İddiaçı iddia iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş üzrə barışıq sazişi təsdiqlənsə də, cavabdeh tərəfindən onun şərtlərinə əməl edilməmiş, obyektin boşaldılması zamanı gəldikdə barışıq sazişinin təsdiq edildiyi qərardadın ləğv edilməsinə nail olmuşdur və iş yenidən məhkəmə baxışına təyin edilmişdir. Keçən müddət ərzində cavabdeh tərəfindən heç bir odəniş edilmədiyindən onun borcu əsaslı dərəcədə artmışdır. Cavabdeh icarə sahəsini yalnız 2023-cü ilin yanvar ayının əvvəli iddiaçıya təhvil vermışdir, lakin borc məbləğindən hər hansı ödəniş etməmişdir. Beləliklə cavabdehin iddiaçıya olan borcu vergilər xaric 29.310 manata çatmışdır. Göstərilənlərə əsasən Cavabdehndən İddiaçı xeyrinə vergi xaric 29.310 manat borcunun və ödənilmiş 190 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə notariat qayadada icarə müqaviləsi bağlanmış və Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 251 ünvanında yerləşən, ümumi sahəsi 111,8 kv.m olan qeyri-yaşayış sahəsi həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. Həmin müqavilənin 3-ü bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab ediləcəyə qeyd olunmuşdur. Həmin müqavilənin 4-cü bəndinə əsasən icarə haqqı kimi cavabdeh iddiaçıya aylıq 2000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. 2021-ci ilin iyun ayından etibarən cavabdeh tərəfindən icarə haqqı ödənilmədiyindən iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində xəbərdarlıq göndərilərək xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılmayacağı və aralarında bağlanmış icarə müqaviləsinin xx.xx.2021-ci il tarixdə xitam veriləcəyi cavabdehin diqqətinə çatdırılmışıdır. Lakin cavabdeh qeyd olunan tarixdə icarə müqaviləsinə xitam verilməsinə baxmayaraq, obyekti boşalmaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır 5 aydan artıq bır müddətdə məhkəmə prosesi davam etmiş və bu müddətdə cavabdeh tərəfindən icarə obyektinin boşaldılacağı və yaranmış icarə borcunun qaytarılacağı bildirilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində barışıq sazişi bağlanmış icarə obyektinin boşaldılması və yaranmış bütün borcun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Bununla əlaqədar məhkəmədə iş üzrə icraata xitam verilmişdir. Ancaq bununla belə cavabdeh tərəfındn barışıq sazişinin şərtləri icra olunmamışdır. Bundan sonra ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar və iş üzrə icraat təzələnmişdir. Bütün bu mübahisələrin sonunda 2023-cü ilin yanvar ayında cavabdeh tərəfindən qeyd olunan obyekt boşaldılaraq onlara təhvil verilmişdir. İddiaçı tərəf iyun, iyul, avqust, sentyabr , oktyabr, noyabr , dekabr aylarını 1750 manat hesablamaqla güzəşt etmişdir. Məhkəməyə onlar tərəfindən təqdim edilən qəbzlərə əsasən ümumilikdə 2644 manat ödəniş edilmişdir. 4000 manat və 296 manat isə ayrıca ödəniş edilmişdir. Hamısının cəmi isə 6940 manat. Ancaq yaranmış borc ödənilməmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçıya yüksək məbləğdə maddi ziyan vurulmuşdur. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsində yerləşən 251 nömrəli, 111,8 kv.m. ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyəti hüququ üzrə İddiaçı adına xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır.
8. İş materiallarında olan «İcarəyə verən» qismində İddiaçı ilə «İcarəçi» qismində Cavabdeh MMC-nin adından X1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən «İcarəyə verən» İddiaçı özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsində yerləşən 251 saylı evin, ümumi sahəsi 111,8 kv.m. olan qeyri-yaşayış sahəsi «İcarəçi»yə xx.xx.2021-ci il tarixədək icarəyə vermiş, aylıq icarə haqqı 2000 manat təşkil etmişdir. 9.Həmin müqavilənin 3-cü bəndinə əsasən, icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqaviləsinin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. 10.İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli təklifin (xəbərdarlığın) surətindən görünür ki, Cavabdeh MMC ilə aralarında xx.xx.2020-ci il tarixdə notariat qaydada İcarə Müqaviləsi bağlanmış və Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 251 ünvanında yerləşən, ümumi sahəsi 111,8 kv.m. olan qeyriyaşayış sahəsi həmin müqavilə üzrə tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmişdir. X3 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab ediləcəyi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə uyğun hazırki təklifi (xəbərdarlığı) irəli sürərək bildirir ki, icarə müddəti uzadılmayacaq və aralarındakı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam veriləcəkdir. Eyni zamanda bildirir ki, etdiyi güzəştlərə baxmayaraq icarə müqaviləsi üzrə iyun, iyul, avqust ayları ödəniş öhdəliklərinin Cavabdeh MMC tərəfindən icra olunmaması nəticəsində bu günə ona olan borcu 5250 manat təşkil edir. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam veriləcəyini nəzərə alaraq, qeyd edilən tarixdə/tarixədək icarə obyektini təhvil aldığı şəkildə (təbii köhnəlmə nəzərə alınmaqla) ona geri təhvil verməsini və həmin tarixədək 5250 manat borcun və sentyabr ayı üçün 1750 manat icarə haqqının ödənilməsini təmin etməsini xahiş etmişdir.
11. İş materiallarında olan "xxxx" MMC-nin nümayəndəsi Natiq Məmmədhəsənov tərəfindən məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, icarəyə götürdükləri «mübahisələndirilən obyektin» sahibi iddia ərizəsi ilə 7000 manat borcun ödənilməsi ilə bağlı məhkəmədə mübahisə yaratmışdır. Həmin mübahisə üzrə hər ay «mübahisələndirilən obyektə» ödəniləcək 1750 manat aylıq icarə haqqının əlavə dəyər vergisi ilə birgə hər ay üzrə gecikdirilmiş borcu hesabına ödənilməyən cəmi icarə haqqının ödənilməsi (7000:1750)=4,2 ay xx.xx.2021-ci il tarixədək ödəniləcək məbləğin ödənilməsini mübahisələndirmişlər. "xxxx" MMC tərəfindən hazırda iddiaçı tərəfin bank hesabı açılan gündən 7000 manat iddia tələbinə qarşı 4000 manat vəsaitini, 57%-ni tam ödənilmişdir. İddiaçı tərəflə barışıq sazişi imzalamaq üçün razılığa gələrək, barışıq sazişinin iddiaçı tərəfindən vəkili hazırlayıb cavabdeh tərəfə göndərmişdir. Barışıq sazişi oxuyarkən iddiaçı tərəf əvvəlki müqavilə qiymətindən və hazırda karantinlə (Covid-19) bağlı yaranmış krizis vəziffətin törətdiyi iqtisadi fəsadlara görə ölkə Rəhbərliyinin icarədə olan obyektlərdən icarə haqlarının minimuma hətta müvəqqəti güzəştlərin edilməsi barədə məlum sərəncamına əsasən cavabdeh tərəfə güzəşt olunacağı bir şəraitdə (hansı ki, həmin obyektdə hal-hazırda cavabdeh tərəf ziyanla işləyir) iddiaçı tərəf barışıq sazişində aylıq ödəniş məbləğini 1750 manatdən 2000 manat icarə haqqını qaldırdıqdan sonra ondan yaranan əlavə dəyər vergisinin də cavabdeh tərəfindən ödənilməsini öhdəlik kimi qoymuşdur. Bu isə barışıq sazişinə deyil, əksinə mübahisənin sonsuz davamına gətirib çıxaracaqdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinn 9-cu bəndində göstərilmişdir ki, icarəçi hər ay icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. Bu gün isə qanunla müəyyən edilmiş formada vergi ödənilməsi iddia tərəfə aiddir. Göstərilənlərə əsasən iddia İddiaçı mülkiyyətində olan mübahisələndirilən icarə obyektindən cavabdehin Azadlıq prospekti 42 ünvanında yerləşən, pilot tikinti layihəsi ilə tikilən obyektinin tikilib istifadəyə verilənədək 9 ay müddətinə qədər vaxtın verilməsini, iddiaçının 9 ay müddətində hər ay ödəyəcəyi 1750 manata qarşı ona verilən əlavə müddətlərdəki aylarda 2000 manat icarə haqqının hər ay ödənilməsini, ƏDV-ni iddiaçı tərəfindən əldə etdiyi gəlirdən özlərinin tərəfindən hesablayıb vergi orqanlarına ödənilməsi şərti ilə, iddiaçı tərəfin iddia məbləğindən 7000 manatı icarə haqqından ödənilməmiş qalan 3000 manat icarə haqqının 3 ay müddətində hər aya ödəniləcək 2000 manat icarə haqqı ilə yanaşı əlavə 1000 manat ödənilməsi üçün qətnamə çıxarılmasını, tərəflər arasında yaranmış mübahisənin uğurla nəticələnməsi məqsədi ilə iddiaçı tərəfin özünə məxsus əldə etdiyi gəlirlərindən Dövlət vergi orqanlarına ödəyəcəyi gəlir vergisini ödəmək üçün şəxsi VÖEN-nin təcili açılmasını (hansı ki, iddiaçı tərəfin bank hesabları yox idi, onların təkliflərindən sonra bank hesabı iddiaçı tərəfindən açıldı, dərhal da ödəniş icra edildi) məhkəmədən xahiş etmişdir.
12. İş materiallarında olan "xxxx" ASC-nin Baş filialının xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı kart hesabına 4000 manat mədaxil edilmişdir.
13. İş materiallarında olan İddiaçı və Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görnür ki, İddiaçı etdiyi güzəştlərlə xx.xx.2022-ci il tarixə cavabdehə hesablanan borc məbləğinin vergi xaric cəmi 14250 manat (vergi daxil bu məbləğ 16750 manat təşkil edir) olmasını təsdiq edir. Borcun hesablanması aşağıdakı kimidir: - 2021-ci ilin iyun-sentyabr ayları üçün aylıq vergi xaric 1750 manat olmaqla cəmi vergi xaric 7000 manat (4 ay x 1750 manat = vergi xaric 7000 manat), - 2021-ci ilin oktyabr-dekabr ayları üçün aylıq vergi xaric 1750 manat olmaqla cəmi vergi xaric 5250 manat (3 ay x 1750 manat = vergi xaric 5250 manat), - 2022-ci il yanvar ayı aylıq vergi xaric 2000 manat olmaqla cəmi 2000 manat.
14. Cavabdeh tərəfindən mövcud vergi xaric kimi cəmi 14250 manat (vergi daxil bu məbləğ 16570 manat təşkil edir) borcdan hazırki saziş imzalanan tarixə vergi xaric 4000 manat ödəniş edildiyini (həmin məbləğin vergisi ödənilməmişdir) nəzərə alaraq iddiaçı təsdiq edir ki, cavabdehin hazırki müqavilə imzalanan tarixə borcu vergi xaric 10250 manat (vergi daxil bu məbləğ 12570 manat təşkil edir) təşkil edir.
15. Cavabdeh MMC icarə sahəsindən istifadəyə görə hazırki barışıq sazişinin imzalandığı tarixədək iddiaçıya vergi xaric cəmi 10250 manat (vergi daxil bu məbləğ 12570 manat təşkil edir) borcunun olmasını etiraf edir. Və onun hazırki barışıq sazişində göstərilən qaydada və müddətdə ödənilməsini təmin edir.
16. İddiaçı mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin (icarə sahəsinin) boşaldılıb təhvil verilməsi üçün cavabdeh tərəfindən vergi xaric aylıq 2000 manat (vergi daxil bu məbləğ 2326 manat təşkil edir) ödəniş olunması şərti ilə cavabdehə 6 ay möhlət verir. Qeyri yaşayış sahəsinin təhvil verilməsi vaxtı xx.xx.2022-ci il müəyyən edilir.
17. Cavabdeh verilmiş 6 aylıq möhlət müddətində iddiaçıya hər ay vergi xaric aylıq 2000 manat (vergi daxil bu məbləğ 2326 manat təşkil edir) ödəniş edir, həmçinin sözügedən qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı yaranmış bütün kommunal xidmətləri, vergiləri və s.ödənişlərin ödənilməsini və qeyri-yaşayış sahəsinin xx.xx.2022-ci il tarixdə iddiaçıya təhvil verilməsini təmin edir.
18. Barışıq sazişinin 3.1-ci bəndinə əsasən İddiaçı barışıq sazişinin preambulasında qeyd olunan iddia tələbindən imtina edir. Mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin (icarə obyektinin) boşaldılıb təhvil verilməsi üçün cavabdeh tərəfindən vergi xaric aylıq 2000 manat (vergi daxil bu məbləğ 2326 manat təşkil edir) ödəniş olunması şərti ilə cavabdehə 6 ay möhlət verir. Qeyri-yaşayış sahəsinin təhvil verilməsi vaxtı xx.xx.2022-ci il müəyyən edilir.
19. Barışıq sazişinin 3.2-ci bəndinə əsasən Cavabdeh MMC hazırki barışıq sazişinin imzalandığı tarixədək iddiaçıya borcu vergi xaric 10250 manat (vergi daxil bu məbləğ 12570 manat təşkil edir) borcunun olmasını etiraf edir və borcun və 190 manat dövlət rüsumunun əvəzinin ödənişini aşağıdakı qaydada həyata keçirir: xx.xx.2022-ci il tarixədək 651 manat vergi məbləğini dövlət büdcəsinə ödəyir, xx.xx.2022-ci il tarixədək vergi xaric 4000 manat (vergilər daxil bu məbləğ 4651 manat təşkil edir və bu məbləğdən 4000 manatını iddiaçıya, 651 manat vergi məbləğini dövlət büdcəsinə ödəyir), xx.xx.2022-ci il tarixədək vergi xaric 4000 manat (vergilər daxil bu məbləğ 4651 manat təşkil edir və bu məbləğdən 4000 manatını iddiaçıya, 651 manat vergi məbləğini dövlət büdcəsinə ödəyir), xx.xx.2022-ci il tarixədək vergi xaric 2250 manat (vergilər daxil bu məbləğ 2616 manat təşkil edir və bu məbləğdən 2250 manatını iddiaçıya, 366 manat vergi məbləğini dövlət büdcəsinə ödəyir) və 190 manat ödəyir.
20. Barışıq müddətinin 3.2.2-ci bəndinə əsasən barışıq sazişinin 3.2.1-ci bəndində göstərilən borc məbləği ilə yanaşı, müəyyən edilmiş 6 aylıq möhlət müddətində iddiaçıya hər ay vergi xaric aylıq 2000 manat (vergi daxil bu məbləğ 2326 manat təşkil edir) ödəniş edir, həmçinin sözügedən qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı yaranmış bütün kommunal xidmətləri, vergiləri və s.ödənişlərin ödənilməsini təmin edir. Ödənişlərin ödənilmə müddəti və qaydası aşağıdakı kimidir: xx.xx.2022-ci il tarixədək vergi xaric aylıq 2000 manat (vergi daxil bu məbləğ 2326 manat təşkil edir və bu məbləğdən 2000 manatını iddiaçıya, 326 manat vergi məbləğini dövlət büdcəsinə) ödəyir, xx.xx.2022-ci il tarixədək vergi xaric aylıq 2000 manat (vergi daxil bu məbləğ 2326 manat təşkil edir və bu məbləğdən 2000 manatını iddiaçıya, 326 manat vergi məbləğini dövlət büdcəsinə) ödəyir, xx.xx.2022-ci il tarixədək vergi xaric aylıq 2000 manat (vergi daxil bu məbləğ 2326 manat təşkil edir və bu məbləğdən 2000 manatını iddiaçıya, 326 manat vergi məbləğini dövlət büdcəsinə) ödəyir, xx.xx.2022-ci il tarixədək vergi xaric aylıq 2000 manat (vergi daxil bu məbləğ 2326 manat təşkil edir və bu məbləğdən 2000 manatını iddiaçıya, 326 manat vergi məbləğini dövlət büdcəsinə) ödəyir, xx.xx.2022-ci il tarixədək vergi xaric aylıq 2000 manat (vergi daxil bu məbləğ 2326 manat təşkil edir və bu məbləğdən 2000 manatını iddiaçıya, 326 manat vergi məbləğini dövlət büdcəsinə) ödəyir, xx.xx.2022-ci il tariəxədək vergi xaric aylıq 2000 manat (vergi daxil bu məbləğ 2326 manat təşkil edir və bu məbləğdən 2000 manatını iddiaçıya, 326 manat vergi məbləğini dövlət büdcəsinə) ödəyir.
21. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 575/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı qeyriyaşayış sahəsinin verilməsi və s.tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilmiş və mülki işin icraatına xitam verilmişdir.
22. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7423/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, cavabdehin adından barışıq sazişini imzalanmış X2 hüquqi şəxsin işçisi olmadığından onun ümumiyyətlə cavabdehə məhkəmədən təmsil etmək üçün səlahiyyəti olmadığına görə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-575/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş materialları Nəsimi rayon Məhkəməsinə göndərilmişdir.
23. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərin surətlərindən görünür ki, İddiaçı plastik kart hesabına xx.xx.2022-ci il tarixdə – 160 manat, xx.xx.2022-ci il tarixdə – 150 manat, xx.xx.2022-ci il tarixdə -200 manat, xx.xx.2022-ci il tarixdə – 160 manat, xx.xx.2022-ci il tarixdə – 353 manat, xx.xx.2022-ci il tarixdə – 374 manat, xx.xx.2022-ci il tarixdə – 300 manat, xx.xx.2022-ci il tarixdə – 227 manat, xx.xx.2022-ci il tarixdə – 234 manat, dekabr 2022-ci il tarixdə – 243 manat, xx.xx.2022-ci il tarixdə – 243 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
24. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 251 ünvanında yerləşən ümumi sahəsi 111,8 kv.m. olan qeyriyaşayış sahəsi cavabdehə aylıq icarə haqqı 2000 manat olmaqla, bir il müddətinə icarəyə vermişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab ediləcəyi qeyd edilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş, lakin cavabdeh tərəfindən icarə haqqı tam şəkildə güzəştli formada da olsa ödənilməmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən iddiaçıya bəzi ödənişlər edilmiş və yanvar 2023-cü il tarixdə isə qeyri yaşayış sahəsini iddiaçıya təhvil vermişdir. Hazırda iddiaçı cavabdehdən vergi xaric 29310 manat borcunun və ödənilmiş 190 manat dövlət rüsumunun tutulmasını xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
25. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra orada nəzərdə tutulmuş şərtlər hər iki tərəf üçün məcburi olduğundan, lakin cavabdeh həmin müqavilə üzrə yerinə yetirməli olduğu öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı haqlı olaraq mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
26. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir.
27. Həmin Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsasən sənəd icarə müqaviləsidir.
28. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
31. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
32. Məhkəmə qeyd edir ki, icarə müqaviləsi əmlak kirayə müqaviləsinin bir növüdür. Həmin müqaviləyə görə icarəyə verən icarəçiyə icarə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəyir. İcarə müqaviləsi elə bir hüquqi formadır ki, bunun əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. İcarə müqaviləsinin bağlanması ilə əmlakın istifadəyə verilməsi üzrə öhdəlik yaranır. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi icarəçiyə əmlakı müqavilə şərtinə uyğun vəziyyətdə, icarəçinin istifadəsi üçün yararlı vəziyyətdə verməkdən ibarət olduğu kimi, icarəyə götürənin də əsas vəzifəsi icarəyə götürdüyü əşyadan müqavilə şərtinə uyğun surətdə istifadə etməsindən, icarə haqqının vaxtında ödəməkdən ibarətdir.
33. Məhkəmə qeyd edir ki, qanunvericilik icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin hüquqi əsaslarla müəyyən edir. Bu cür əsaslar icarəyə götürən şəxsin üzərinə götürdüyü öhdəliklərin icra etmədiyi və ya lazımi qaydada icra etməməsi ilə əlaqədar olur ki, belə halda icarəyə verən həmin qanunsuzluqların aradan qaldırılması haqqında ona xəbərdar edir və bunun üçün ağlabatan müddət təyin edir. Lakin qanunda elə hallar da mövcuddur ki, bir sıra pozuntuya görə icarəyə verən xəbərdarlıq müddəti gözləmədən icarə müqaviləsinin ləğv edə bilər. Belə hallardan biri icarədarın iki ardıcıl müddət üçün icarə haqqının gecikdirilməsidir (MM-nin 185-ci maddə).
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
35. Göstərilən Məcəllənin 398.1-ci maddəsindən görünür ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
36. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
37. Qeyd edilən Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
38. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020–ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə güzəştli formada 1750 manat (müqavilədə 2000 manat icarə haqqı qeyd olunmasına baxmayaraq) icarə haqqı müəyyən edilmiş və cavabdeh tərəf bu müqavilə üzrə 5 ay ödəniş etməmişdir. (icarə müqavilənin son müddətinin bitməsini yəni xx.xx.2021-ci il tarixi nəzərə alaraq) . Daha sonradan iddiaçı tərəf yalnız həmin ilin sonuna kimi yenə güzəşt edərək ( icarə sahəsi təhvil verilməmişdir) 1750 manatdan olmaqla əlavə 2 ayda hesbalamaqda haqlı olmuşdur (1750 manat x7 ay= 12250 manat) .
39. Məhkəmə həmçinin qeyd edir ki, icarə sahəsi iddiaçının özünə yalnız 2023-cü ilin yanvar ayının əvvəlində təhvil verildiyindən iddiaçının həmin bu müddətə qədər də icarə haqqının istəməkdə haqlı olmuşdur (12 ay x 2000 manat=24000 manat) . Belə ki, həmin icarə sahəsi iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq ona təhvil verilməmiş və icarə münasibətləri qeyri –rəsmi davam etmişdir. Qeyd olunan bütün məbləği cəm şəklində topladıqda bu rəqəm 36250 manat etmiş, lakin cavabdeh tərəfindən qəbzlər əsasında 2644 manat, 4000 manat əvvəl, 296 manat isə iddiaçının etirafına əsasən ödənişlər etmişdir. Yəni hazırda cavabdehin iddiaçıya vergi xaric 36250 manat ümumi - 6940manat ödəniş = 29310 manat borcu yaranmışdır.
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMCdən İddiaçı xeyrinə vergi xaric 29310 (iyirmi doqquz min üç yüz on) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 190 (yüz doxsan) manat məbləğində pul tutulmalıdır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə vergi xaric 29310 (iyirmi doqquz min üç yüz on) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 190 (yüz doxsan) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov