Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4300/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxxxxxxxxx" MMC-yə qarşı "əmrin etibarsız hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək hüquqlarının pozduğuna görə “xxxxxxx” MMC-nin X7 Satış üzrə yarımbölmə rəhbəri üzrə ştat vahidinin ixtisar edilməsi barədə “xxxxxxx” MMC-nin müvafiq qərarın həmin hissədə etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxx” MMC-nin X7 Satış üzrə yarımbölmə rəhbəri üzrə ştat vahidinin ixtisar edilməsi barədə qəbul edilmiş “xxxxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli 001-S-20 saylı əmrinin etibarsız edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir “xxxxxxxxxxx” MMC-də işləyir. İşlədiyi dövr ərzində özünü nümunəvi işçi kimi göstərmiş, bir dəfə olsun belə nizam-intizam qaydalarının pozuntusuna yol verməmişdir, əksinə dəfələrlə rəhbərlik tərəfindən təltif edilmişdir, bir neçə il ilin işçisi seçilmişdir, bir sözlə daima çalışmışdır şirkətin ona göstərdiyi yüksək etimadı doğrulda və bütün işini bu prinsip əsasında qurmuşdur. Lakin görünür ki, onun bu prinsip əsasında qurduğu fəaliyyəti şirkət rəhbərliyi tərəfindən bəyənilsə də, bəzi şəxsləri nədənsə narahat etmişdir. Bu da öz növbəsində bəzi şəxsləri haqqında müəyyən, o cümlədən özbaşına və qanunsuz addımlar atmağa vadar etmişdir.Belə ki, xx xxxxxx 2020-ci il tarixdə Pərakəndə Satış Şöbəsinin rəhbəri Elnur Sultanovun adından ona istisna olmaqla şirkətin bir neçə əməkdaşına Ərazi üzrə Satış menecerlərinin rəhbəri İddiaçı apardığı fəliyyətində bəzi dəqiqləşdirmələr tələb olunduğuna görə Satış Direktorunun qərarı ilə onun müəyyən müddətə vəzifədən kənarlaşdırıldığı barədə mail göndərilmişdir. İşdən kənarlaşdırılmağının və bunun əsasları barədə Elnur Sultanovdan şifahi və yazılı məlumat tələb etməyinə, bu haqda qərarın surətinin verilməsini istəməyinə baxmayaraq, heç bir məlumat və bu haqda qərar ona təqdim edilməmişdir.Bildirir ki, “ xxxxxxxxxxx” MMC-nin Satış İdarəsinin bir neçə şəxsi xeyli müddətdir ki, onu istərsə “ xxxxxxxxxxx” MMC-dən, istərsə Satış İdarəsindən uşaqlaşdırmaq məqsədilə ona qarşı çirkin oyun aparır. xx xxx 2020-ci il tarixə qədər onlar öz məqsədlərinə nail ola bilməsələr də, axır ki, 15 illik stajında ilk dəfə olaraq haqqında xx xxx 2020-ci il tarixli “sonuncu xəbərdarlıqla şiddətli töhmət” əmrinin verilməsinə nail olmuşlar.Tərəfindən “ xxxxxxxxxxx” MMC-yə şikayət ərizəsi ilə müraciət edərək, “ xxxxxxxxxxx” MMC-nin 001-W-20 nömrəli xx xxx 2020-ci il tarixli əmrini ləğv edilərək, hazırkı məsələ ilə bağlı hərtərəfli, tam və obyektiv araşdırma aparılmasına, qanunsuzluqların aradan qaldırılması və təqsirli şəxslərin məsuliyyət məsələsinin həll olunması üçün müvafiq göstəriş verilməsini xahiş etsə də, şikayəti ilə əlaqədar hər hansı müsbət qərar qəbul olunmamışdır.Eləcə də sözügedən əmrin qəbul edilməsindən əvvəl də nümayəndəsi və vəkili tərəfindən barəsində aparılan “gizli kampaniya” ilə bağlı xx xxx 2020-ci il tarixdə rəsmi müraciət göndərilməsinə baxmayaraq, bu müraciətlərə də, cavabdeh tərəfindən əhəmiyyət verilməmişdir.Nəhayət, barəsində verilmiş xx xxx 2020-ci il tarixli əmr ona qarşı süni hazırlanmış kampaniyanın, saxtalaşdırılmış dəlillərin, birtərəfli aparılmış araşdırmanın nəticəsində qəbul edildiyindən, Nəsimi Rayon Məhkəməsində xxxxxxxxxxx” MMC-yə qarşı iddia qaldıraraq, “Sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi barədə haqqında qəbul edilmiş xxxxxxxxxxx” MMC-nin 001-W-20 nömrəli xx xxx 2020-ci il tarixli əmrinin ləğv barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona qarşı aparılan “oyunun” müəllifləri məhkəmədə iddia qaldırıldığından, iddianın təmin olunacağından çox narahat olduqları üçün, habelə ona qarşı şəxsi qərəzli mövqe tutan şəxslər onun haqlı olduğunu nəzərə alaraq istənilən halda qələbə çalacağını nəzərə almış və öz səlahiyətlərindən istifadə edərək bu vəziyyətdə nə ediləcəyini düşünərək onu istənilən halda işdən kənarlaşdırmaq üçün “tədbir” görmüşdür.Bu gedişlə xx xxxx 2020-ci il tarixində ona e-mail vasitəsi ilə hal-hazırda çalışdığı vəzifənin ixtisara düşməsi ilə əlaqədar bildiriş göndərmişlər ki, xxxxxxxxxxx” MMC Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərini nəzərəalaraq şirkətin daxili strukturlarında ştat vahidlərinin azaldılmasına dair qərar vermişdir. Bildirişə görə şirkətdə tutduğu xxxxxxxxxxx” MMC-nin X7 Satış üzrə yarımbölmə rəhbəri üzrə ştat vahidi xx xxxxxx 2020-ci il tarixdən etibarən ixtisara salmır və bununla əlaqədar olaraq onunla bağlanmış xx.xx.2014-cü il tarixli Əmək Müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. Əmək hüquqlarının məhdudlaşdırılması məqsədi ilə qəbul edilmiş “xxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli qərarı görüntü üçün çıxarıldığından, qanunsuz və əsassızdır. “xxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli qərarı tutduğu vəzifədən onu vadar edib uzaqlaşdırmaq məqsədi ilə görüntü üçün qəbul edilmişdir. Bir sözlə, bu addımın təməlini yuxarıda göstərdiyi kimi ona qarşı xüsusilə Satış idarəsinin bir neçə şəxsinin qərəzli münasibəti təşkil edir. Halbuki, Əmək Məcəlləsinin 16-cı maddəsində əmək münasibətlərində işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti şəkildə qadağan edilir. Qərəzlik bu şəxslərin gözünü o həddə bağlamışdır ki, qərarın qəbul edilməsi bir sıra qanun pozuntuları ilə müşayət olunmuşdur. Belə ki, onlar “xxxxxxx” MMCnin Satış İdarəsində nümunəvi rolu olduğundan, habelə şəffaf, təmiz və qüsursuz fəaliyyətimlə kollektivin etibarını qazandığı üçün ona qarşı qərəzli mövqeydə olan şəxslər açıqdan-açığa onu tutduğu vəzifədən kənarlaşdıra bilmirdilər. Planları baş tutmadığından bu dəfə onlar görüntü üçün ixtisar məsələsini həll etmək qərarına gəldilər ki, bir sıra qanunsuzluqla müşayət olundu. Belə ki, qərəzliyi təsdiq edən hal ondan ibarətdir ki, şirkət adından ixtisar aparılması barədə qərar qəbul edilsə də, ona rəhbər vəzifə tutan, uzun müddətdir qüsursuz işləyən bir işçiyə hər hansı vəzifə təklif olunmur. Eyni vaxtda bildirir ki, onun ixtisar edilməyi Satış İdarəsinin rəhbəri Zaur Bayramovun və X4 müdiri Elnur Sultanovun onu şirkətdən uzaqlaşdırmaqla törətdikləri cinayətləri ört-basdır etmək, habelə gələcəkdə şirkətin əmlakının mənimsənilməsi və darmadağın edilməsinin önünü açmaq üçün törədilmişdir. Məqsəd onun "xxxxxxx” MMC-nin Satış İdarəsindən uzaqlaşdırılmağı, onların qanunsuz işlərininönünə keçə bilməməyi, nəticə etibarı ilə şirkətin əmlakının rahat şəkildə talanmasıdır. Halbuki uzun müddətdir ki, o, bunun qarşısını almış, buna imkan verməmişdir. Göründüyü kimi tutduğu vəzifənin ixtisarı sırf arzuolunmaz şəxs kimi onu işdən çıxarmaq üçün bəzi vəzifəli şəxslərin istifadə etdiyi tam qanunsuz bir üsuldur. Bunun sübutu həmçinin onunla sübut olunur ki, xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş müsabiqənin sədri onunla qərəzli münasibətdə olan, haqqında şikayət etdiyi Pərakəndə Satış Şöbəsinin rəhbəri Elnur Sultanovdur, bu müsabiqənin nəticələrinin bu gündən mənfi olacağını güman etmək olar. Bu isə gələcəkdə yeni mübahisələrin yaranmasına gətirib çıxaracaqdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx xxxx 2020-ci il tarixində İddiaçı e-mail vasitəsi ilə hal-hazırda çalışdığı vəzifənin ixtisara düşməsi ilə əlaqədar bildiriş göndərmişlər ki, “xxxxxxxxxxx” MMC Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq şirkətin daxili strukturlarında ştat vahidlərinin azaldılmasına dair qərar vermişdir. Bildirişə görə şirkətdə İddiaçı tutduğu “xxxxxxxxxxx” MMC-nin X7 Satış üzrə yarımbölmə rəhbəri üzrə ştat vahidi xx xxxxxx 2020-ci il tarixdən etibarən ixtisara salmır və bununla əlaqədar olaraq onunla bağlanmış xx.xx.2014-cü il tarixli Əmək Müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir.İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılaraq, əmək hüquqlarını kobud surətdə pozduğuna görə “xxxxxxx” MMC-nin X7 Satış üzrə yarımbölmə rəhbəri üzrə ştat vahidinin ixtisar edilməsi barədə “xxxxxxx” MMC-nin müvafiq qərarının həmin hissədə etibarsız hesab olumnası haqda qətnamə çıxarılması xahiş olunmuşdur. İşin faktiki halları və müvafiq əmrin qanunsuzluğu ilə bağlı xahişin hüquqi əsasları haqda iddia ərizəsində qismən dəlilləri öz əksini tapmışdır. Bununla yanaşı iddia ərizəsində göstərilməyən hallar və İddiaçı tutduğu ştat vahidinin ixtisar edilməsi barədə “xxxxxxx” MMC-nin müvafiq qərarının qanunsuz olması ilə bağlı mövqelərini diqqətə diqqətə çatdırmaq istəyirlər. Əvvəla işə əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, 15 illik karyerasında heç bir zaman xəbərdarlıq almayan İddiaçı 2005-ci ildən xxxxxxx şirkətində işlədiyi müddət ərzində dəfələrlə yüksək nəticələr müqabilində şirkət tərəfindən mükafatlara və fəxri fərmanlara layiq görülmüş, bir neçə dəfə “İlin işçisi” fəxri ada layiq görülmüşdür. İlk növbədə ona qarşı aparılan bu işin qərəzli olması tam aydındır və bununla bağlı bütün faktlar və sübutlar aşkardır. Bu dəlillər İddiaçı iddia ərizəsində, məhkəmədə araşdırılan sübutlarla və hazırkı məhkəmə çıxışında öz əksini tapmışdır. Əmək hüquqlarının kobudcasına pozulması, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə halı elə bir həddə çatmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) xanım Şəbinə Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Anar Ələkbərova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi xanım Cəmilə Abbasova, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi cənab Altay Həsənova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri cənab Şahmar Mövsümova, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi cənab Elçin Bağırova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi cənab Nazim Rəcəbova şikayət ərizələri ilə müraciətlər edilmişdir. Lakin bunula yanaşı hüquq müdafiə sistemində ədalətli məhkəmə araşdırılması hüququ fundamental yer tutduğundan, hesab edirlər ki, bu məsələ mühakimə orqanın verəcəyi qərar əsasında öz həllini tapacaqdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X9 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “xxxxxxx” MMC-nin rəhbərliyi Azərbaycan Respublikası əmək qanunvericiliyində nəzərdə tutulan qaydada Şirkətin daxili strukturunda ştat vahidlərinin azaldılmasına dair qərar vermiş, bu dəyişiklik nəticəsində iddiaçının Şirkətdə tutduğu “Ərazilərdə satış üzrə yarımbölmə rəhbəri” vəzifəsi üzrə ştat vahidi xx xxxxxx 2020-ci il tarixindən etibarən ixtisara salınmış və bununla əlaqədar olaraq iddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 1370/1 saylı Əmək Müqaviləsinə xx xxxxxx 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi nəzərdə tutulmuşdur. İddiaçı “xxxxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli 001-S-20 saylı əmrinin etibarsız edilməsini tələb etsə də tələbi əsassızdır. Belə ki, Əmr qəbul edilərkən qanunvericiliyin hər hansı tələbi pozulmamışdır. İddiaçı işlədiyi şöbədə iki yarımbölmə olmuşdur. Onlar ləğv olunmuş, bir bölmə yaradılmışdır. Şirkət ədalət naminə yarımbölmələr üzrə çalışan hər iki nəfərə eyni vəzifəni təklif etmişdir. Bu zaman isə müsabiqə olmalı idi. İddiaçı isə müsabiqədən imtina edərək, birbaşa həmin vəzifəyə təyin olunmalı olduğunu bildirmişdir. Bundan öncə İddiaçı “xxxxxxx” MMC X1suz hərəkətlərə yol verdiyini və buna qarşı çıxmaq istədiyinə görə vəzifədən kənarlaşdırılmağa çalışıldığını bildirərək Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmiş, lakin toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı, ümumiyyətlə, şirkətin ona qarşı hansı pozuntuya yol verməsini sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2020-ci il tarixli, 001-W-20 №-li əmrinin surətindən görünür ki, “xxxxxxx” MMC-ninƏrazilərdə satış üzrə yarımbölmə rəhbəri İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi əmr edilmişdir. İş materiallarında olan “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxxxxx” MMC-ninƏrazilərdə satış üzrə yanmbölmə rəhbəri İddiaçı ünvanlanan ştat vahidlərinin ixtisarına dair xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, “xxxxxxx” MMC-nin rəhbərliyi Azərbaycan Respublikası əmək qanunvericiliyində nəzərdə tutulan qaydada Şirkətin daxili strukturunda ştat vahidlərinin azaldılmasına dair qərar vermişdir. Bu dəyişiklik nəticəsində Şirkətdə tutduğu Ərazilərdə satış üzrə yarımbölmə rəhbəri vəzifəsi üzrə ştat vahidi “13” avqust 2020-ci il tarixindən etibarən ixtisara salınacaq və bununla əlaqədar olaraq onunla bağlanmış xx.xx.2014-cü il tarixli, 1370/1 saylı Əmək Müqaviləsinəxx xxxxxx 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir.Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, altı həftəlik xəbərdarlıq müddəti ərzində iş axtarmasına imkan yaradılması məqsədi ilə əmək haqqı saxlanılmaqla, hər iş həftəsində bir iş günü Əmək funksiyasının icrasından azad edilir. Əlavə olaraq nəzərinə çatdırılır ki, onun razılığınıza əsasən, orta aylıq əmək haqqının 1.4 misli birdəfəlik ödənilməklə Müqaviləyə altı həftə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilə bilər. İş materiallarında olan “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, 001-S-20 №-li əmrinin təsdiq olunmuş surətindən görünür ki,“xxxxxxx” MMC-nin biznes strategiyasında dəyişiklik edilməsi qərara alınmışdır və bununla əlaqədar olaraq Cəmiyyətin İdarələrində əməyin təşkilinin optimallaşdırılması üçün həmin idarələrin strukturunda və ştatların sayında dəyişiklik edilməsi zərurəti yaranmışdır. Göstərilən halı nəzərə alaraq Ərazilərdə satış üzrə yanmbölmə rəhbəri vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilməsi əmr edilmişdir. (60-cı bənd) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 11-ci maddəsinin “ə” bəndinə əsasən əmək münasibətləri sahəsində işə götürənin digərləri ilə yanaşı bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatlar ıixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ərazilərdə satış üzrə yarımbölmə rəhbəri vəzifəsində işləmiş və işəgötürən şirkətin xx xxxx 2020-ci il tarixli, 001-S-20 saylı əmri ilə iddiaçının tutduğu vəzifə ixtisar olunduğu üçün tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən xitam verilməsi nəzərdə tutulmuşdur. İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyindən hələlik müqaviləyə xitam verilməsi mümkün olmamışdır. İlk olaraq məhkəmə qeyd edir ki, müəssisə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən edir. Yəni konkret müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ işəgötürənə məxsusdur. İşəgötürənin əmri ilə işçilərin sayının və ya ştatların ixtisar edilməsində qanunvericiliyin məqsədi ondan ibarətdir ki, müəssisədə istehsalın və idarəçiliyin təşkili təkmilləşdirilsin, təsərrüfat fəaliyyəti yaxşılaşdırılsın və artıq xərclərin qarşısı alınsın. Cavabdeh şirkətin rəhbərliyi məhz göstərilənləri əsas götürərək, bir sıra ştat vahidlərinin ləğv edilməsi və vəzifələrin ixtisar edilməsi barədə xx xxxx 2020-ci il tarixli əmri qəbul etmişdir. Əmrə əsasən iddiaçı ilə birlikdə bir sıra digər işçilərin də əmək müqavilələrinə xitam verilməsi, bəzi işçilərin isə vəzifələrinin dəyişdirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdeh şirkətin ona qarşı qərəzli mövqedə olduğunu və ayrı-seçkiliyə yol verdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxxxxxxxxx" MMC-yə qarşı "əmrin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxxxxxxxxx" MMC-yə qarşı "əmrin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-4300/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4300/2020
22.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver