Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4302/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X21 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X4, cavabdehin nümayəndəsi (vəkili) X3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 044 saylı əmri ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2018-ci il tarixində əmək müqaviləsi bağlanılmış, həmin tarixdə əmək müqaviləsinin bağlanılması ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmış və əmək müqaviləsi hüquqi qüvvəyə minmişdir. İddiaçı cavabdeh müəssisədə proqramçı vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsi bağlandığı dövrdən həmin əmək müqaviləsinə xitam verildiyi xx xxxx 2020-ci il tarixinədək əmək müqaviləsinə bir neçə dəfə dəyişiklik edilmiş və bütün bu dəyişikliklər elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı xx xxxx 2020-ci il tarixində cavabdeh müəssisə tərəfindən heç bir əsas göstərilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsi ilə 044 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı cavabdeh müəssisədə işləyən zaman xx xxxx 2020-ci il tarixində onun adı cavabdeh müəssisə tərəfindən mv.gov.az sisteminə daxil edilərək iddiaçıya icazələrin alınması və monitorinqi sistemindən arayış əldə edilmiş və xx xxxx 2020-ci il tarixinə qədər bu arayışın qüvvədə olduğu qeyd edilmişdir. Yəni COVİD-19 pandemiyası ilə bağlı olaraq işçilərin elektron sistemində qeydiyyata alınaraq onların portal vasitəsilə icazə alınaraq işə gəlməsinin təmin edilməsi prosedurlarına riayət edilərək iddiaçıya da bu şəkildə izin alınmışdır. Daha sonradan iddiaçı xx xxxx 2020-ci il tarixində cavabdeh müəssisəyə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini və öz təşəbbüsü ilə işdən ayrılmaq istədiyini bildirmiş, bunun qarşılığında cavabdeh müəssisənin rəhbəri X8 təhqirləri və hədələri ilə üz-üzə qalmış, nahar fasiləsinə çox az qalmış - saat 12:54:57 dəqiqədə cavabdeh müəssisə tərəfindən my.gov.az sisteminə daxil olunaraq iddiaçının adına icazələrin alınması və monitorinqi sistemindən verilmiş arayış ləğv edilmişdir. Həmin dövrdə xüsusi karantin rejimi sərtləşdirildiyi üçün portalda xüsusi icazəsi olmayan bir şəxsin evdən çıxması xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilə və yekunda inzibati xəta kimi tövsif edilərək cəriməiənə bilərdi. Ancaq iddiaçı öz evindən xüsusi proqramlar vasitəsi ilə əmək müqaviləsi üzrə funksiyalarını davam etdirmiş, cavabdehin və cavabdehin digər törəmə cəmiyyətlərinin əməkdaşları ilə işlərin görüməsi və təhvil verilməsi ilə bağlı daim ünsiyyətdə olmuşdur. xx xxxx 2020-ci il tarixində elektron sistemə daxil olub nəzər yetirildiyində iddiaçı X11 xx xxxx 2020-ci il tarixində AR Əmək Məcəlləsinin 70/ç maddəsi ilə işdən azad edildiyi görülmüşdür. xx xxxx 2020-ci il tarixindən etibarən dəfələrcə şifahi qaydada müraciət edib işdən azad edilməyi barədə əmrin surətini, əmək kitabçanı və son haqq-hesabın ödənilməsini istəsə də buna cavabdeh müəssisə tərəfindən məhəl qoyulmamışdır. Bundan sonra xx xxxx 2020-ci il tarixində cavabdeh müəssisəyə yazılı şəkildə müraciət edərək yazılı ərizənin müəssisəyə təqdim olunduğu gündən etibarən 2 təqvim günü müddətində əmək kitabçasının və işdən azad edilmək barədə əmrin surətinin verilməsi, o cümlədən son haqq-hesabın ödənilməsi tələb edilmiş, əks təqdirdə cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması səbəbindən müvafiq dövlət və məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdi. İddiaçı tərəfindən edilən müraciətə cavabdeh müəssisə tərəfindən heç bir münasibət bildirilməmişdir. Daha sonradan iddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixində yuxarıda qeyd edilən məzmunda yeni ərizə ilə yenidən müraciət edilərək yuxarıda qeyd edilən sənədlərin təqdim edilməsi istənilmişdi. Yəni iki dəfə cavabdeh müəssisəyə işdən azad edilmə barədə əmrin surətinin və əmək kitabçasının verilməsi, son haqq-hesabın da iddiaçının hesablaşma hesabına köçürülməsi istənilsə də cavabdeh tərəfindən əmək qanunvericliyinin elementar tələbləri bu dərəcədə kobud şəkildə pozulmuşdur. xx xxxx 2020-ci il tarixindən iddiaçı tərəfindən qeyd edilən problemlərlə bağlı Dövlət Əmək Müfəttişliyinə və əlaqədar orqanlara müraciət edilmiş, Dövlət Əmək Mefəttişliyi tərəfindən də həmin sənədlərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Sadəcə iddiaçının ünvanlanan müraciətinə xx xxxx 2020-ci il tarixində **********8 saylı cavab məktubu ilə cavab verilərək xx xxxxxx 2020-ci il tarixinədək Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinə gəlməli olduğu bildirilmiş, iddiaçı tərəfindən şikayətin araşdırılması ilə bağlı dəfələrcə Dövlət Əmək Müfəttişliyinə gedildiyi halda, cavabdeh müəssisə tərəfindən bir dəfə də olsun Dövlət Əmək Müfəttişliyinə gəlinməmiş, sənədlərin verilməməsi və son haqq-hesabın ödənilməməsi ilə bağlı heç bir izahat verilməmişdir. Yəni hal-hazırdakı dövrə qədər iddiaçının işdən azad edilməsi ilə bağlı əmrinin surəti, əmək kitabçası və işçisinin son haqq-hesabı cavabdeh müəssisədə qalmaqdadır. Bu gün Dövlət Əmək Müfəttişliyi belə cavabdeh müəssisədən əmək kitabçasının, işdən azad edilmək barədə əmrinin surətinin alınıb hüquqları pozulmuş işçiyə verilməsi ilə bağlı tədbir görə bilməməkdədir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X9 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X6 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X12 öz izahatında bildirmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən və son haqq hesabı hesablama ödənilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Nəticədə Şirkətin rəhbəri X13 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla bağlı xx xxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1900 tənbeh növü tətbiq edilmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək, işdə iştirak edən şəxsləri dinləyərək və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı izahatından görünür ki, xx xxxx 2020-ci il tarixində yazılı şəkildə müraciət edilərək müraciətin rəsmi qaydada təqdim olunduğu gündən 2 təqvim günü müddətində ona əmək kitabçasının, işdən çıxmağı barədə əmrin surətinin təqdim edilməsi, son haqq-hesabın bank hesabına köçürülməsi istənilmiş, əks təqdirdə onun rəhbərlik etdiyi Cəmiyyətin əmək qanunvericiliyinin pozulması səbəbindən AR Dövlət Əmək Müfəttişliyinə, AR İqtisadiyyat Nazirliyinə və məhkəmə orqanlarına müraciət edəcəyini bildirmişdir. Həmin müddətdən 5 təqvim günü müddəti keçməyinə baxmayaraq hal-hazırdakı dövrə qədər əmək kitabçanın, işdən çıxmağı barədə əmrin surətinin ona verilməsi, son haqq-hesabın kart hesabına köçürülməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cəmiyyət tərəfindən AR Əmək Məcəlləsinin tələblərinin pozulması ilə bağlı tərəfindən AR Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət məktubu ilə müraciət edilmişdir. Qeyd edilənləri nəzərə alaraq yuxarıda qeyd edilən sənədlərin əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin müraciətinin sizə çatdırıldığı gündən etibarən 1 təqvim günü müddətində ona təqdim edilməsini və son haqq-hesabın kart hesabına köçürülməsi üçün lazımi tədbir görməyinizi sizdən xahiş edir. Hesab edir ki, qarşılıqlı razılıq şəklində sizinlə olan əməkdaşlığa son verilməsi hər iki tərəfin maraqlarına uyğun olacaqdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyinə ünvanlanmış müraciətiniz Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində araşdırılır. Bununla bağlı xx xxxxxx 2020-ci il tarixinədək aşağıda qeyd olunan sənədləri elektron qaydada (DEMX mailto:Z6@mlspp.gov.azElektron ünvan Elektron ünvan ünvanına) və ya şəxsən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Əcəmi Naxçıvani, 6) gəlməyiniz xahiş olunur. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, “xxxxxxxxxxx” MMC-də proqramçı vəzifəsində işləyən İddiaçı ən son işə gəldiyi xx.xx.2020-ci il tarixdən bu gün xx.xx.2020-ci il tarixədək işə gəlməmişdir. İşə gəlməməyinin səbəbləri barədə isə işəgötürənə heç bir məlumat verməmişdir. Bu akt xx.xx.2020-ci il saat 17:50 tarixində Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Ağasadıq Gəraybəyli 5 A ünvanda tərtib və təsdiq edilir. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, “xxxxxxxxxxx” MMC-də proqramçı vəzifəsində işləyən İddiaçı ən son işə gəldiyi xx.xx.2020-ci il tarixdən bu gün xx.xx.2020-ci il tarixədək işə gəlməmişdir. İşə gəlməməyinin səbəbləri barədə isə işəgötürənə heç bir məlumat verməmişdir. Bu akt xx.xx.2020-ci il saat 17:50 tarixində Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Ağasadıq Gəraybəyli 5 A ünvanda tərtib və təsdiq edilir. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, “xxxxxxxxxxx” MMC-də proqramçı vəzifəsində işləyən İddiaçı ən son işə gəldiyi xx.xx.2020-ci il tarixdən bu gün xx.xx.2020-ci il tarixədək işə gəlməmişdir. İşə gəlməməyinin səbəbləri barədə isə işəgötürənə heç bir məlumat verməmişdir. Bu akt xx.xx.2020-ci il saat 17:50 tarixində Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Ağasadıq Gəraybəyli 5 A ünvanda tərtib və təsdiq edilir. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, “xxxxxxxxxxx” MMC-də proqramçı vəzifəsində işləyən İddiaçı ən son işə gəldiyi xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində üzürsüz səbəbdən heç bir məlumat vermədən iş vaxtı iş yerindən özbaşına çıxıb getmiş və bu barədə heç kimə heç bir məlumat verməmişdir. Bu akt xx.xx.2020-ci il saat 10:30 tarixində “xxxxxxxxxxx” MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Ağasadıq Gəraybəyli 5A ünvanda tərtib və təsdiq edilir. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, “xxxxxxxxxxx” MMC-də proqramçı vəzifəsində işləyən İddiaçı ən son işə gəldiyi xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində üzürsüz səbəbdən heç bir məlumat vermədən iş vaxtı iş yerindən özbaşına çıxıb getmiş və bu barədə heç kimə heç bir məlumat verməmişdir. Bu akt xx.xx.2020-ci il saat 10:30 tarixində “xxxxxxxxxxx” MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Ağasadıq Gəraybəyli 5A ünvanda tərtib və təsdiq edilir. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, “xxxxxxxxxxx” MMC-də proqramçı vəzifəsində işləyən İddiaçı ən son işə gəldiyi xx.xx.2020-ci il tarixdən bu gün xx.xx.2020-ci il tarixədək işə gəlməmişdir. İşə gəlməməyinin səbəbləri barədə isə işəgötürənə heç bir məlumat verməmişdir. Bu akt xx.xx.2020-ci il saat 17:30 tarixində “xxxxxxxxxxx” MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Ağasadıq Gəraybayli 5A ünvanda tərtib və təsdiq edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, № 044 işdən azad olunma barədə əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək Məcəlləsinin 70 ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsasən onunla xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində xitam verilsin. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən və son haqq hesabı hesablama ödənilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı əmək müqaviləsinə düzgün xitam verilməmişdir. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1900 tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı cavabdeh müəssisədə işləyən zaman xx xxxx 2020-ci il tarixində onun adı cavabdeh müəssisə tərəfindən mv.gov.az sisteminə daxil edilərək iddiaçıya icazələrin alınması və monitorinqi sistemindən arayış əldə edilmiş və xx xxxx 2020-ci il tarixinə qədər bu arayışın qüvvədə olduğu qeyd edilmişdir. COVİD-19 pandemiyası ilə bağlı olaraq işçilərin elektron sistemində qeydiyyata alınaraq onların portal vasitəsilə icazə alınaraq işə gəlməsinin təmin edilməsi prosedurlarına riayət edilərək iddiaçıya da bu şəkildə izin alınmışdır. Daha sonradan iddiaçı xx xxxx 2020-ci il tarixində cavabdeh müəssisəyə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini və öz təşəbbüsü ilə işdən ayrılmaq istədiyini bildirmiş, bunun qarşılığında cavabdeh iddiaçının adına icazələrin alınması və monitorinqi sistemindən verilmiş arayış ləğv edilmişdir. İddiaçı öz evindən xüsusi proqramlar vasitəsi ilə əmək müqaviləsi üzrə funksiyalarını davam etdirmiş, cavabdehin və cavabdehin digər törəmə cəmiyyətlərinin əməkdaşları ilə işlərin görüməsi və təhvil verilməsi ilə bağlı daim ünsiyyətdə olmuşdur. X7 xx xxxx 2020-ci il tarixində AR Əmək Məcəlləsinin 70/ç maddəsi ilə işdən azad edilmişdir. xx xxxx 2020-ci il tarixindən İddiaçı şifahi qaydada müraciət edib işdən azad edilməyi barədə əmrin surətini, əmək kitabçanı və son haqq-hesabın ödənilməsini tələb etmiş, lakin cavabdeh sənədləri verməmişdir. xx xxxx 2020-ci il tarixində cavabdeh müəssisəyə yazılı şəkildə müraciət edilmiş, lakin iddiaçı tərəfindən edilən müraciətə cavabdeh müəssisə tərəfindən heç bir münasibət bildirilməmişdir. Daha sonra iddiaçı Dövlət Əmək Müfəttişliyinə müraciət etmiş, nəticədə İddiaçı əmək müqaviləsinə düzgün xitam verilmədiyinə görə, Cavabdeh MMC-nin rəhbəri X15 barəsində 1900 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Hal-hazırda iddiaçının işdən azad edilməsi ilə bağlı əmrinin surəti, əmək kitabçası və işçisinin son haqq-hesabı cavabdeh müəssisədə qalmaqdadır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə görə, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; “ç” bəndinə görə, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı öz hərəkətləri ilə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından heç birinə yol verməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Azərbaycan Respublikasının əmək Məcəlləsinin 70 ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsasən onunla xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli əmri qanunsuz qəbul edilmişdir. Belə olan halda Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 044 saylı əmri ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia tələbi əsaslıdir və təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 044 saylı əmri ləğv edilsin, İddiaçı proqramçı vəzifəsinə işə bərpa edilsin, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4302/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4302/2020
14.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver