Məhkəmə qərarları › İş №2(006)-4314/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4314/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4314/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və həmin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və həmin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2016-cı il tarixli müqavilə üzrə 4.100 ABŞ dollarının günün məzənnəsinə uyğun olaraq və ödənilmiş 89 manat 70 qəpik dövlət rüsumunun cavabdehlər LPO Cavabdeh2 ASC-dən və həmin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC ilə aralarında olan 2016-cı il tarixli müqaviləyə əsasən onun tərəfindən 4.100 ABŞ dolları məbləğində pul vəsaiti illik 2 % olmaqla banka depozit hesaba qoyulmuşdur. Daha sonra Cavabdeh2 ASC-nin lisenziyası ləğv edildiyindən onun fəaliyyəti dayandırılmış, lakin ona məxsus pul vəsaiti geri qaytarılmamışdır. Bununla bağlı, Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi müraciətinə cavabdeh ƏSF tərəfindən 20 oktyabr 2023-cü il tarixdə «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən imtina verilmişdir. Belə olan halda, ona maddi zərər vurulmuş və illərlə əziyyət çəkib qazandığı məbləğin geri qaytarılmasında heç bir köməklik göstərilməmişdir. O, yaşlı insandır. Himayəsində ağır xəstəlikdən əziyyət çəkən 1 qız övladı var. Cavabdeh bütün bu halları bilir və depozit hesabına qoyduğu pulun övladının müalicə pulu olduğunu bildiyi halda məbləği geri qaytarmır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər LPO Cavabdeh2 ASC-nin və həmin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: 15 sentyabr 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdeh ƏSF-ya müraciət edərək, depozitə qoyduğu pul vəsaitinin ona geri qaytarılmasını tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 20 okytabr 2023-cü il tarixli **********394 saylı məktubundan görünür ki, kompensasiya məbləğinin ödənilməsinə dair İddiaçı müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. İddiaçıya «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.3 və 28.4-cü maddələrinin tələbi izah edilmiş, yuxarıda göstərilənləri nəzərə alaraq kompensasiya alınması üçün tələb olunan müddət ərzində müraciəti qeyri-mümkün etmiş halların mövcudluğunu təsdiq edən sənədləri müraciətə əlavə etməsi iddiaçıdan xahiş olunmuşdur. ƏSF-nın rəsmi internet resursunda (https://adif.gov.az/az/news/2020-xx-xx-1126-3) dərc edilmiş lisenziyası ləğv edilən "xxxx" asc və "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi barədə xx.xx.2020-ci il tarixli məlumatdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi X3 28 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC və "xxxx" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq "xxxx" ASC və "xxxx" ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, "xxxx" ASC və "xxxx" ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində "xxxx" ASC seçilmişdir. "xxxx" ASC və "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada "xxxx" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcəkdir. Əmanətlər "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. "xxxx" ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq: 1) 1 iyun 2020-ci il tarixindən başlayaraq "xxxx" ASC və "xxxx" ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə "xxxx" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi; 2) 1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə "xxxx" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi. Əmanətçilərdən kompensasiyaların alınması üçün "xxxx" ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur. Qorunan əmanətçilər ərizə formalarını 1 iyun 2020-ci il tarixindən etibarən "xxxx" ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı "xxxx" ASC-nin müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcəkdir. Qorunan əmanətçilər hesabdan çıxarışları 20 may 2020-ci il tarixindən ləğv prosesində olan "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan "xxxx" ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər. "Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. İddiaçı tərəfindən ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh2 ASC-də onun adına olan əmanət məbləğinin qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəyə xx.xx.2021-ci il tarixli, **********957 nömrəli məktubdan görünür ki, İddiaçı bildirilmişdir ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Eyni zamanda bildirilmişdir ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə xx.xx.2023-cü il tarixli, **********060 nömrəli məktubdan görünür ki, İddiaçı bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-130/2020 nömrəli qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğwedinisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Qeyd edilənlərin nəzərə alınaraq kompensasiya alınması üçün tələb olunan müddət ərzində ərizəçinin müraciətini qeyrimümkün etmiş halların mövcudluğunu təsdiq edən sənədləri müraciətə əlavə edilməsi ərizəçidən xahiş edilmişdir. "xxxx" MMC tərəfindən LPO Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1412/23 nömrəli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı aid olan məktubu "xxxx" MMC-nin kuryeri tərəfindən götürülüb, 375040 nömrəli qaimə ilə həmin ünvana aparılmışdır. Lakin, həmin ünvanda qeyd edilən şəxsi tanımadıqları üçün məktubu çatdırmaq mümkün olmamış və həmin səbəbdən məktub geri qaytarılmışdır. “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X4 39 Nömrəli Şəhər Poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 395 nömrəli məktubdan görünür ki, İİ Alatava ev 54 ünvanında yaşayan xx.xx.1981-ci il təvəllüdlü X1 “Qalxanvari vəzin Papilyar karsinoması limfa düyünlərinə MTS” diaqnozu ilə 2006-cı ildən xəstədir. Xəstəliyə görə Total Tireoid ektomiya cərrahi əməliyyatı və radiaktiv yod müalicəsi almışdır. Xəstəyə 2006-cı ildə ll-ci qrup əlillik təyin olunmuşdur. Xəstə 2015-ci ilə qədər 3 saylı şəhər poliklinikada qeydiyyatda olmuşdur. 2015-ci ildən 39 nömrəli şəhər poliklinikasında “Qalxanvari vəzin papilyar karsinoması cərrahi əməliyyat və radiaktiv yod müalicəsindən sonraki vəziyyət” diaqnozu ilə dispanser qeydiyyata götürülmüşdür. xx.xx.2021-ci ildə TSEK-nın qərarına əsasən xəstəyə İİİ qrup əlillik təyin edilmişdir Ödəniş qəbzlərindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən cəmi xx.xx.2023-cü il tarixdə 41 manat və xx.xx.2023-cü il tiarxəd isə 48 manat məbləğində dövlət rüsumu, ümumilikdə 80 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun: 28.1-ci maddəsinə əsasən Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqanından bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, LPO Cavabdeh2 ASC-nin kreditorlarının nəzərinə bildiriş ƏSF-nın rəsmi internet resursunda (https://adif.gov.az/az/news/2020-xx-xx-1126-1) dərc edilən tarixdən (09 may 2020-ci il) sonra, qanunla müəyyən edilmiş 5 illik müddət keçməmişdir və əmanət hesabında olan məbləğin qaytarılmasından imtina edilməsi üçün hər hansı əsas yoxdur. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə riayət edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilən hallar ondan ibarət olmuşdur ki, iddiaçı banka depozit yerləşdirməyə imkanı olan şəxs olsa da, onun depozit yerləşdirdiyi bankın ləğv proseduru çərçivəsində müvafiq elanın verilməsindən 1 il müddətində müraciət etməməsi üzrlü səbəblərdən irəli gəlmişdir. Belə ki, işin faktiki halları müəyyən edilir ki, iddiaçı ilk dəfə xx.xx.2020-ci il tarixli elanın dərcindən sonra xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi o, müəyyən edilmiş müddəti 5 ay həddində ötürmüşdür. Bu isə ona qanunvericiliklə verilmiş 5 illik müddətlə müqayisədə nəzərə alınması mümkün müddətdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının özünün və himayəsində olan ailə üzvünün də səhhətində problemlər vardır. Həmçinin məhkəmə iddiaçı tərəfindən cavabdehlər qismində LPO Cavabdeh2 ASC-ni və həmin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu göstərməsi ilə bağlı bildirir ki, hazırki iddia tələbi depozit üzrə kompensasiyanın ödənilməsi tələbi olduğundan iddia tələbi LPO Cavabdeh2 ASC-nə münasibətdə təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, 4.100 ABŞ dolları əmanətə görə kompensasiya ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 89 manat dövlət rüsumu, 70 qəpik bank xidməti haqqı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 4.100 (dörd min yüz) ABŞ dolları əmanətə görə kompensasiya ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 89 (səksən doqquz) manat dövlət rüsumu, 70 (yetmiş) qəpik bank xidməti haqqı İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar