Məhkəmə qərarları › İş №2(006)-4332/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4332/2024

28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4332/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ maraqlı şəxs qismində cəlb edilməklə) nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun əmələ gəlməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun rəsmi dövət reyestrində qeydiyyata alınması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi "BMW-320" minik markalı, sedan tipli, **-FS-*** dövlət qeydiyyat nişanlı (Buraxılış: 2004-cü il; mühərrik: 226S138173147; Ban: X4XEV18444RG09191) nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsi faktı müəyyən edilməsi, X1 məxsus "BMW-320" minik markalı, sedan tipli, 90-FS- 551 dövlət qeydiyyat nişanlı (Buraxılış: 2004-cü il; mühərrik: 226S138173147; Ban: X4XFV18444RG09191) nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarının müvafiq rəsmi dövlət reyestrində qeydiyyata alınması, qərarin icrasının Azərbaycan Respublikası DİN BDYPİ-nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2012-ci il tarixdə "BMW-320" minik markalı, sedan tipli, **-FS-*** dövlət qeydiyyat nişanlı (Buraxılış: 2004-cü il; mühərrik: 226S138173147; Ban: X4XFV18444RG09191) avtomobil əldə etmişdir. Uzun müddət mülkiyyətində və istifadəsində olduğu nəqliyyat vasitəsini təkrar qeydiyyata aldırmaq istəyərkən, yəni 27 iyul 2021-ci il tarixdə avtomobilin texniki müayinəsi keçirilən zaman müəyyən edilmişdir ki, avtomobilin şassi birkası qeyri-zavod üsulu ilə vurulmuşdur, mühərrikin nömrəsi Qeydiyyat Şəhadətnaməsindən fərqli olaraq "**********6S5"-dir və həmin avtomobil İnterpol xətti üzrə Rusiya Federasiyasında axtarışdadır. Faktla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində (rəis müavini: polis polkovnik-leytenantı X6) müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, həqiqətən Ərizəçi bu avtomobilə nisbətdə vicdanlı alıcıdır və onun əməlində oğurluq və digər cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilməlidir. Həmçinin avtomobil üzərində mülkiyyət hüququnun tanınması üçün mülki qaydada məhkəməyə müraciət etməsinə dair hüququ ona izah edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin rəis müavini polis polkovnik- leytenantı X3 03 sentyabr 2021-ci il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" Qərarına əsasən Ərizəçi qeyd edilən fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin Qərarla avtomobil mülkiyyətçi Ərizəçi qaytarılmış və ona avtomobillə bağlı digər hallar üzrə mülki qaydada məhkəmə orqanına müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra Ərizəçi tərəfindən "Nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatına alınması və Qeydiyyat Şəhadətnaməsi öhdəliyi qoyulması" tələbinə dair İddia Ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5506/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsəsən iddia təmin edilməmişdir. Qərardan Apellyasiya şikayəti verilmişdir və şikayət təmin edilməmişdir. İş üzrə mühüm hallar araşdırılmış və aşağıda qeyd olunanlar təsbit edilmişdir. Xaçmaz rayon Polis Şöbəsinin 22 avqust 2008-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Vət. X4 barəsində cinayət işi başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti BMW-320 İA markalı, ** BH *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN-in BDYPİnin «Avtonəqliyyat vasitələrinin axtarışı» mərkəzləşdirilmiş kompyüter bazasından çıxarılması üçün DİN-in BDYPİ-nə göndərilmiş və qəbul edilmiş qərarının surəti maraqlı şəxslərə göndərilməklə, onlara qərardan İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna və Xaçmaz rayon məhkəməsinə şikayət etmək hüququ izah edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Xaçmaz rayonunda yerləşən 2 saylı RQİB-dən daxil olmuş 05 iyun 2008-ci il tarixli, 2/283 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası DİNin BDYPİ-nin kompyuter bazasının məlumatına əsasən BMV-320 İA markalı, ** BH ***/Tranzit № RO 63 rus 4425/ qeydiyyat nişanlı minik avtomobili Rusiya Federasiyasının Moskva şəhərindən oğurlanmış və beynəlxalq - dövlətlərarası axtarışdadır. Həmin məlumat əsasında araşdırma aparılarkən müəyyən edilmişdir ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsi ev 72, mənzil 45-də yaşayan X10 cğlu 09 noyabr 2007-ci il tarixdə Rusiya Federasiyasının Samara vilayətinin Tolyatti şəhərində yerləşən “İNKOMSERVİS” avtomobil satışı mağazasına 320.000 rus rublu-manatı ödəyərək hesab- arayış əsasında BMW-320 İA markalı, ** BH *** / Tranzit № RO 63 rus 4425/ qeydiyyat nişanlı minik avtomobili almışdır. O, həmin nəqliyyat vasitəsini gömrük sərhəddindən keçirərək Azərbaycan Respublikasına gətirmiş və buna dair 13 fevral 2008-ci il tarixdə 242251 №li gömrük vəsiqəsi almışdır. Azərbaycan Respublikası DİN-in BDYPİnin Xaçmaz RQİB-2-dən 22 fevral 2008-ci il tarixdə nəqliyyat vasitəsinə AA № 697117 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Lakin sonradan "Avtonəqliyyat vasitələrinin axtarışı" mərkəzləşdirilmiş kompyuter sistemindən alınmış məlumatda, BMW-320 İA markalı, ** BH *** qeydiyyat nişanlı avtomobilin 03 dekabr 2007-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən oğurlanması və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən bununla əlaqədar 04 dekabr 2007-ci il tarixdə beynəlxalq-dövlətlərarası axtarış elan edilməsi göstərilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 72, mənzil 45-də yaşayan X7 09 noyabr 2007-ci il tarixdə Rusiya Federasiyasının Samara vilayətinin Tolyatti şəhərində yerləşən «İNKOMSERVİS» avtomobil satışı mağazasına 320.000 rus rublumanatı ödəyərək hesabarayış əsasında BMW-320 İA markalı, ** BH ***/ Tranzit № RO 63 rus 4425/ qeydiyyat nişanlı minik avtomobili almışdır. O, həmin nəqliyyat vasitəsini qanuni yollarla alıb mülkiyyət hüququ əldə etdikdən təxminən 1 ay sonra, yəni 03 dekabr 2007-ci il tarixdə nəqliyyat vasitəsinin Moskva şəhərindan oğurlanması göstərilmişdir. Ona görə də X7 nəqliyyat vasitəsini qanuni, vicdanlı əldə etdiyindən, avtomobilin pulunu tam olaraq ödədikdən sonra nəqliyyat vasitəsini əldə etdiyindən, onun oğurluq etməsi xüsusatı öz təsdiqini tapmadığından X4 barəsində cinayət işi başlanması rədd edilməli və qəbul edilmiş qərarın surəti BMW-320 İA markalı, ** BH *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN-in BDYPİ-nin «Avtonəqliyyat vasitələrinin axtarışı» mərkəzləşdirilmiş kompyuter bazasından- çıxarılması üçün Azərbaycan Respublikası DİN-in BDYPİ-nə göndərilməlidir." Sabunçu Rayon Məhkəməsinin 22 may 2009-cu il tarixli, 2(008)-1463/09 nömrəli qətnaməsi ilə X2 ərizəsi təmin edilmiş, BMW-320 İA markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılması və sair qaydada özgəninkiləşdirilməsi ilə bağlı məhdudiyyətlərin ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası DİN-in BDYPİ-nə həvalə edilmişdir. AB seriyalı 826702 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 90- FS-551 dövlət qeydiyyat nişanlı, "BMW 320" minik markalı, X4XFV18444RG09191 ban nömrəli 2004-cü il buraxılışlı minik avtomobili alqı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydə alınmış və bu barədə iddiaçıya xx.xx.2012-ci il tarixli şəhadətnamə verilmişdir. İnterpol Axtarış barədə məlumatdan görünür ki, BMW-320 ban: X4XEV18444RG09191 nömrəli nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdə baş vermiş hadisə ilə bağlı xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasında axtarışda olması ilə bağlı məlumat daxil edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi "İNTERPOL"un Milli Mərkəzi Bürosunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İNTERPOL-un Baş Katibliyindən alınan məlumata görə, VİN: X4XEV18444EG09191 olan, Y424M090 qeydiyyat nişanlı, "BMW 320", markalı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyasında oğurlanmış və xx.xx.2020 ci il tarixdə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Ərizəçi həmin nəqliyyat vasitəsinin mülkiyyətçisidir və o, tam mülkiyyət hüququ sahibi kimi avtomobil üzərində sərəncam vermək hüququ olan şəxsdir. Belə olan halda və nəqliyyat vasitəsinin təkrar qeydiyyata alınması özündə mülkiyyətçinin sərəncam vermə hüququ ilə bağlı olduğu üçün, hesab edirlər ki, Ərizəçi nəqliyyat vasitəsinin qeydiyyatının aparılması əsaslıdır və qanunidir. Buna görə də, qeyd olunan hüquqi əhəmiyyətli olan, əmlak hüquqlarının əmələ gəlməsi və dəyişməsindən asılı olan faktlar müəyyən edilməlidir. Ərizəçinin tələbi təmin edilməli və bu barədə müvafiq Məhkəmə Qərarı çıxarılmalıdır. Əhəmiyyətli olan hüquqi faktın müəyyən edilməsi barədə Məhkəmə Qərarı Maraqlı şəxs olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilməli və müvafiq qaydada hüquqlar dövlət qeydiyyatına alınmalı və müvafiq Şəhadətnamə verilməlidir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - Xaçmaz rayon Polis Şöbəsinin 22 avqust 2008-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Vət. X4 barəsində cinayət işi başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti BMW-320 İA markalı, ** BH *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN-in BDYPİ-nin «Avtonəqliyyat vasitələrinin axtarışı» mərkəzləşdirilmiş kompyüter bazasından çıxarılması üçün DİN-in BDYPİ-nə göndərilmiş və qəbul edilmiş qərarının surəti maraqlı şəxslərə göndərilməklə, onlara qərardan İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna və Xaçmaz rayon məhkəməsinə şikayət etmək hüququ izah edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası DİN-in BDYPİnin Xaçmaz rayonunda yerləşən 2 saylı RQİB-dən daxil olmuş 05 iyun 2008-ci il tarixli, 2/283 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası DİNin BDYPl-nin kompyuter bazasının məlumatına əsasən BMV-320 İA markalı, ** BH ***/Tranzit № RO 63 rus 4425/ qeydiyyat nişanlı minik avtomobili Rusiya Federasiyasının Moskva şəhərindən oğurlanmış və beynəlxalq - dövlətlərarası axtarışdadır. Həmin məlumat əsasında araşdırma aparılarkən müəyyən edilmişdir ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsi ev 72, mənzil 45-də yaşayan X7 09 noyabr 2007-ci il tarixdə Rusiya Federasiyasının Samara vilayətinin Tolyatti şəhərində yerləşən «İNKOMSERVİS» avtomobil satışı mağazasına 320.000 rus rublu-manatı ödəyərək hesab- arayış əsasında BMW-320 İA markalı, ** BH *** / Tranzit № RO 63 rus 4425/ qeydiyyat nişanlı minik avtomobili almışdır. O, həmin nəqliyyat vasitəsini gömrük sərhəddindən keçirərək Azərbaycan Respublikasına gətirmiş və buna dair 13 fevral 2008- ci il tarixdə 242251 №li gömrük vəsiqəsi almışdır. Azərbaycan Respublikası DİN-in BDYPİnin Xaçmaz RQİB-2-dən 22 fevral 2008-ci il tarixdə nəqliyyat vasitəsinə AA № 697117 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Lakin sonradan “Avtonəqliyyat vasitələrinin axtarışı” mərkəzləşdirilmiş kompyuter sistemindən alınmış məlumatda, BMW-320 İA markalı, ** BH *** qeydiyyat nişanlı avtomobilin 03 dekabr 2007ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən oğurlanması və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən bununla əlaqədar 04 dekabr 2007-ci il tarixdə beynəlxalq-dövlətlərarası axtarış elan edilməsi göstərilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 72, mənzil 45-də yaşayan X7 09 noyabr 2007- ci il tarixdə Rusiya Federasiyasının Samara vilayətinin Tolyatti şəhərində yerləşən «İNKOMSERVİS» avtomobil satışı mağazasına 320.000 rus rublumanatı ödəyərək hesab-arayış əsasında BMW-320 İA markalı, ** BH *** / Tranzit № RO 63 rus 4425/ qeydiyyat nişanlı minik avtomobili almışdır. O, həmin nəqliyyat vasitəsini qanuni yollarla alıb mülkiyyət hüququ əldə etdikdən təxminən 1 ay sonra, yəni 03 dekabr 2007-ci il tarixdə nəqliyyat vasitəsinin Moskva şəhərindən oğurlanması göstərilmişdir. Ona görə də X7 nəqliyyat vasitəsini qanuni, vicdanlı əldə etdiyindən, avtomobilin pulunu tam olaraq ödədikdən sonra nəqliyyat vasitəsini əldə etdiyindən, onun oğurluq etməsi xüsusatı öz təsdiqini tapmadığından X4 barəsində cinayət işi başlanması rədd edilməli və qəbul edilmiş qərarın surəti BMW-320 İA markalı, ** BH *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN-in BDYPl-nin «Avtonəqliyyat vasitələrinin axtarışı» mərkəzləşdirilmiş kompyuter bazasından çıxarılması üçün Azərbaycan Respublikası DİN-in BDYPl-nə göndərilməlidir.” - Sabunçu Rayon Məhkəməsinin 22 may 2009-cu il tarixli, 2(008)-1463/09 nömrəli qətnaməsi ilə X2 ərizəsi təmin edilmiş, BMW-320 İA markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılması və sair qaydada özgəninkiləşdirilməsi ilə bağlı məhdudiyyətlərin ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası DİN-in BDYPl-nə həvalə edilmişdir - AB seriyalı 826702 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-FS-*** dövlət qeydiyyat nişanlı, “BMW 320” minik markalı, X4XEV18444RG09191 ban nömrəli 2004-cü il buraxılışlı minik avtomobili alqısatqı müqaviləsi əsasında iddiaçının adına qeydə alınmış və bu barədə iddiaçıya xx.xx.2012-ci il tarixli şəhadətnamə verilmişdir. - Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Ərizəçi qeyd edilən fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, nəqliyyat vasitəsinin saxlanılması üçün iddiaçıya qaytarılması və avtomobillə bağlı digər hallar üzrə mülki qaydada məhkəmə orqanına müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarda göstərilmişdir ki, “BMW 320İA” minik markalı, hazırda üzərində **-FS- *** dövlət qeydiyyat nişanı olan, sedan tipli, 226S138173147 mühərrik nömrəli, X4XEV18444EG09191 ban nömrəli, gümüşü metallik rəngli, 2004-cü il buraxılışlı avtomobil ilk dəfə 22 fevral 2008-ci il tarixdə BDYPİ-si tərəfindən 13 fevral 2008-ci il tarixli 242251 ANGİ gömrük vəsiqəsi əsasında qeydiyyata alınaraq avtomobilə **-BH-*** dövlət qeydiyyat nişanları təhkim edilmiş və AA№- 697117 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Bundan sonra “BMW 320” minik markalı, sedan tipli, 226S138173147 mühərrik nömrəli, X4XEV18444EG09191 ban nömrəli, gümüşü metallik rəngli, 2004-cü il buraxılışlı avtomobil 16 iyun 2009-cu il tarixdə təkrar qeydiyyata alınmış və avtomobilə hazırda üzərində olan **-FS-*** dövlət qeydiyyat nişanı təhkim olunmaqla AB №318551 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Bundan sonra “BMW 320” minik markalı, sedan tipli, 226S138173147 mühərrik nömrəli, X4XEV18444EG09191 ban nömrəli, gümüşü metallik rəngli, 2004-cü il buraxılışlı avtomobil üzərində olan **-FS-*** dövlət qeydiyyat nişanı saxlanılmaqla 19 avqust 2009-cu il tarixdə qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi ilə bağlı olaraq təkrar qeydiyyata alınmaqla avtomobilə AB №505243 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Bundan sonra sonuncu dəfə “BMW 320” minik markalı, sedan tipli, 226S138173147 mühərrik nömrəli, X4XEV18444EG09191 ban nömrəli, gümüşü metallik rəngli, 2004-cü il buraxılışlı avtomobil üzərində olan **-FS-*** dövlət qeydiyyat nişanı saxlanılmaqla 03 dekabr 2012-ci il tarixdə təkrar qeydiyyata alınmaqla avtomobilə AB №826702 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Bundan sonra isə avtomobilə yalnız ayrı-ayrı vaxtlarda, ayrı-ayrı şəxslərin adına etibarnamə verilmişdir. 03 dekabr 2012ci il tarixdən sonra hazırkı vaxta qədər avtomobilin təkrar qeydiyyatı aparılmamışdır. Göründüyü kimi «BMW 320» minik markalı, sedan tipli, 226S138173147 mühərrik nömrəli, X4XEV18444EG09191 ban nömrəli, gümüşü metallik rəngli, 2004-cü il buraxılışlı avtomobil sonuncu dəfə BDYPİ-də 03 dekabr 2012-ci il tarixdə təkrar qeydiyyata alınmışdır. Avtomobilin inlerpol xətti üzrə axtarışda olması faktı isə 11 sentyabr 2020-ci il tarixdə «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Odur ki, avtomobil 2008-ci ildən etibarən Azərbaycan Respublikasında olduğu zamandan sonra təkrar qeydiyyatları aparılması zamanı faktiki olaraq avtomobilin axtarışda olması barədə sistemdə məlumat olmamışdır. Bu səbəbdən də avtomobilin təkrar qeydiyyatı aparılmışdır. Avtomobilin sonuncu mülkiyyətçisi olan Ərizəçi izahatında göstərmişdir ki, avtomobili alan zaman satan şəxslə birlikdə alqı-satqı keçirilməsində iştirak etmiş və avtomobilin axtarışda olması barədə məlumatı olmamışdır. Avtomobil 03 dekabr 2012-ci il tarixdən sonra ayrıayrı şəxslərə yalnız etibarnamə əsasında keçməklə idarə edilmişdir, bu səbəbdən də avtomobilin axtarışda olması məlum olmamışdır. Lakin avtomobil təkrar qeydiyyat üçün 27 iyul 2021-ci il tarixdə BDYPİ-nə təqdim edilərkən orada avtomobilə texniki baxış keçirilən zamanı avtomobilin interpol xətti üzrə Rusiya Federasiyasında axtarışda olması məlum olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, avtomobilə aid olan 03 dekabr 2012ci il tarixli AB № 826702 nömrəli qeydiyyat şəhadətnaməsində avtomobilin ban nömrəsi X4XEV18444RG09191 olaraq qeyd edilmişdir. Lakin sonradan qeydiyyat şəhadətnaməsinə düzəliş olunmaqla avtomobilin ban nömrəsi X4XEV18444EG09191 olaraq qeyd edilmişdir, qeydiyyat şəhadətnaməsində olan bu uyğunsuzluq texniki səhv olaraq qiymətləndirilməlidir. Belə ki, BDYPİ-nin baza sistemində «BMW 320» minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 226S138173147 mühərrik nömrəli, gümüşü metallik rəngli 2004-cü il buraxılışlı avtomobilin ban nömrəsi ilk qeydiyyat vaxtından yəni 22 fevral 2008-ci il tarixdən etibarən sistemdə X4XEV18444EG09191 olaraq qeyd edilmişdir. Odur ki, «BMW 320» minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 226S138173147 mühərrik nömrəli, X4XEV18444EG09191 ban nömrəli, gümüşü metallik rəngli 2004-cü il buraxılışlı avtomobilin Rusiya Federasiyası tərəfindən axtarışa verilməsi ilə mülkiyyətçi Ərizəçi, həmçinin avtomobilin istifadəçilərinin hərəkətləri arasında hər hansı bir əlaqə yoxdur. Yəni sözügedən halda Ərizəçi və qeyriləri qeyd olunan avtomobilə nisbətdə vicdanlı alıcı hesab edilməklə əməllərində oğurluq və digər cinayətin tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli və avtomobilin üzərində mülkiyyət hüququnun tanınması üçün mülki qaydada məhkəməyə müraciət etməsinə dair hüquqları onlara izah edilməlidir. Avtomobil saxlanılması üçün Ərizəçi qaytarılmalı, axtarışda olan «BMW 320» minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 226S138173147 mühərrik nömrəli, X4XEV18444EG09191 ban nömrəli, gümüşü met. rəngli 2004- cü il buraxılışlı avtomobilin Ərizəçi saxlanılması ilə bağlı Azərbaycan Pespublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosuna məlumat verilməlidir. Qeyd edilən «BMW 320» minik markalı, **- FS-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 226S138173147 mühərrik nömrəli, X4XEV18444EG09191 ban nömrəli, gümüşü metallik rəngli 2004-cü il buraxılışlı avtomobillə bağlı mübahisəli məsələlər həll olunana qədər nəqliyyat vasitəsinin qeydiyyatının aparılmaması, həmçinin Azərbaycan Respublikası ərazisindən çıxarılmaması barədə Ərizəçi məlumat verilməlidir.” - xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 2004-cü il buraxılışlı, "BMW 320” markalı, gümüşü etalik rəngli, **-FS-*** dövlət qeydiyyat nişanlı, mühərrik №-si 226S138173147 və ban №-si X4XEV18444RG09191 olan nəqliyyat vasitəsinin xx.xx.2007-ci il tarixdən Rusiya Federasiyasının Moskva şəhəri üzrə Dİİ-nin Qərb inzibati dairəsinin NovoPeredelkino bələdiyyə rayonu DİŞ tərəfindən dövlətlərarası axtarışda olan "BMW 320" markalı nəqliyyat vasitəsinin mühərrik №-si 226S138173147 ilə eynilik və VİN (ban) №-si X4XEV18444EG09191 ilə oxşarlıq təşkil edir. - İnterpol Axtarış barədə məlumatdan görünür ki, BMW-320 ban: X4XEV18444RG09191 nömrəli nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdə baş vermiş hadisə ilə bağlı xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasında axtarışda olması ilə bağlı məlumat daxil edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “İNTERPOL”un Milli Mərkəzi Bürosunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İNTERPOL-un Baş Katibliyindən alınan məlumata görə, VİN: X4XEV18444EG09191 olan, Y424M090 qeydiyyat nişanlı, “BMW 320”, markalı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyasında oğurlanmış və xx.xx.2020-ci il tarixdə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.3-cü ci bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.7-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olubolmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. İstinad olunan qanunvericilik normaları hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Halbuki hazırkı işdə tanınması tələb edilən fakt artıq mövcuddur. Yəni, həmin faktın yenidən məhkəmə qaydasında tanınmasına lüzum yoxdur. Hazırki iş üzrə "BMW-320" minik markalı, sedan tipli, 90-FS- 551 dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi mülkiyyətində olması işin mübahisəsiz hallarındandır. Beləliklə, hazırkı halda Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə bağlı məhkəmə qaydasında baxılmasına yol verilməyən iddia qaldırdığı üçün iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tələbin “mülkiyyət hüququnun rəsmi dövət reyestrində qeydiyyata alınması” hissəsinə münasibətdə qeyd edir ki, bu tələb nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun əmələ gəlməsi faktının müəyyən edilməsi tələbi ilə bağlıdır və məhkəmə həmin tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır, çünki mülkiyyət hüququnun əmələ gəlməsi faktının müəyyən edilməsi tələbinə münasibətdə icraata xitam verilməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi 14564, GPP qəbz nömrəsi **********6, tarix: xx.xx.2024-cü il, saat 16:46) Ərizəçi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2, 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ maraqlı şəxs qismində cəlb edilməklə) nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun əmələ gəlməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun rəsmi dövət reyestrində qeydiyyata alınması barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi 14564, GPP qəbz nömrəsi **********6, tarix: xx.xx.2024-cü il, saat 16:46) Ərizəçi geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar