Məhkəmə qərarları › İş №2(006)-4335/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4335/2020

06.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4335/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə» dairərizəsiüzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ona Köçəri Mərdəkan bağlar sahəsinin 204 nömrəli bağın ayrılması haqqında Bakı şəhəri XDS İK-nin 3/318 saylı xx xxxx 1991-ci il tarixli qərarın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, xx xxxx 1991-ci ildə ona Köçəri Mərdəkan bağlar sahəsinin 204 nömrəli kooperativində 15a nömrəli bağın ayrılması haqqında Azərbaycan Respublikasının Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən 46 nömrəli order verilmişdir. Həmin sənədə uyğun onun adı, soyadı və atasının adı təqdim edilən müvafiq sənədlər üzrə düzgün, yəni Ərizəçi kimi yazılmışdır və verilən orderdə də eyni qaydada qeydiyyata alınmışdır. Hətta xx xxxxx 2011-ci ildə Bakı şəhəri Mərdəkan bələdiyyəsi tərəfindən ona verilən yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün qəbzdə də Ərizəçi kimi yazılmışdır. Lakin dövlət reyestrindən çıxarışın alınması məqsədilə xx xxxx 2020-ci il tarixdə 2 saylı Asan Xidmət Mərkəzinə müraciətinə əsasən Bakı şəhəri XDS arxiv fondu üzrə 3/318 saylı xx xxxx 1991-ci il tarixli qərarından təsdiq edilmiş arxiv çıxarışında onun atasının adı səhv qeyd edilərək Mirəli yox Fifali kimi yazılmışdır. Arxivdən daxil olan sənədə Azərbaycan Respublikası Bakı şəhər İcraHakimiyyəti tərəfindən düzəliş edilməsinə dair ərizəsinə cavab olaraq xx xxxx 2020-ci il tarixli məktubunda məsələnin məhkəmə qaydasında həll edilməsi tövsiyyə edilmişdir. Həmin düzəlişi başqa yolla əldə edə bilmədiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda, ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsədə maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arxiv çıxarışından görünür ki, Bakı şəhəri XDS arxiv fondu üzrə 3/318 saylı xx xxxx 1991-ci il tarixli qərarında Ərizəçi Mirzəli qızının atasının adı səhv qeyd edilərək Mirəli yox Fifali kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və istismarı Birliyi Köçəri X1 204 nömrəli kooperativinin 46 saylı orderindən görünür ki, Ərizəçi Bakı şəhər İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli 3/318 nömrəli qərarına əsasən ona Köçəri Mərdəkan bağlar sahəsində 204 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 15a nömrəli bağ ayrılıb. Azərbyacan Respublikası MPM-nin 25.3-cü maddəsinə əsasən Ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Azərbyacan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən “məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir” .Azərbyacan MPM-nin 307.2.5-ci maddəsinə əsasən “məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktlarını müəyyən edir”. Azərbyacan Respublikası MPM-nin 308-ci maddəsinə görə “məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Beləliklə, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Köçəri Mərdəkan bağlar sahəsinin 204 nömrəli bağın ayrılması haqqında bakı şəhəri XDS İK-nin 3/318 nömrəli xx xxxx 1991-ci il tarixli qərarında ata adı düzgün olmaması, yəni adının “Mirəli” əvəzinə “Fifali” kimi səhvən yazılması müəyyən edilir. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti həmin düzəlişlərin edilməsindən ərizəçiyə imtina etmiş və məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Odurki, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin ərizəsi həmin düzəlişlərin edilməsi hissədə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Fifali qızına Köçəri Mərdəkan bağlar sahəsinin 204 nömrəli bağın ayrılması haqqında bakı şəhəri XDS İK-nin 3/318 nömrəli xx xxxx 1991-ci il tarixli qərarın Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar