Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4350/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrinin X3 Publik Hüquqi şəxs «Bakı Baş Səhiyyə Mərkəzi» X1rşı işlədiyi müəssisə və vəzifə, əmək müqaviləsi və ştat vakansiyası, əmək funksiyası və müqavilənin əsaslarına dair halların müəyyənləşdirilməsi və təsdiq olunması tələblərinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrinin X3 Publik Hüquqi şəxs «Bakı Baş Səhiyyə Mərkəzi» X1rşı işlədiyi müəssisə və vəzifə, əmək müqaviləsi və ştat vakansiyası, əmək funksiyası və müqavilənin əsaslarına dair halların müəyyənləşdirilməsi və təsdiq olunması tələblərinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək onun son iş yeri və vəzifəsi barədə aydın ifadə olunaraq hansı müəssisədə və hansı vəzifədə çalışmış olması, xx.xx.2018-ci il tarixli 11 nömrəli əmrin müəyyən edilməsi, onun əmək müqavilə nömrəsi, bağlanma tarixi və ştat vakansiyası barədə ətraflı məlumat verilməsi, əmək müqaviləsinin hansı əmrlə bağlanması və bu əmrin nömrəsi, həmçinin müqavilənin bağlanma tarixinin dəqiqləşdirilməsi, onun əmək funksiyalarını hansı əmək müqaviləsinə əsasən icra olunmuşdur və müqavilənin spesifik şərtlərinin nə olması, hansi əmrlə işlədiyi əmək funksiyasına birbaşa bağlanılan əmək müqaviləsinin nömrəsi neçə olması və əmək funksiyasının iş yeri hara olması, hansı əmrdə və hansı əmək müqaviləsində ştat vakansiya onun şəxsi ərizə və razılaşması qeyd olunması, əmək münasibətlərinə dair müvafiq sənədlər və dəlillərin incələnərək, onun əmək müqaviləsi, iş yeri və vəzifə ilə bağlı bütün vacib məqamların hüquqi cəhətdən dəqiqləşdirilərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə ərizənin icraata qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. İşdən görünür ki, iddiaçının tələbləri son iş yeri və vəzifəsi barədə aydın ifadə olunaraq hansı müəssisədə və hansı vəzifədə çalışmış olması, xx.xx.2018-ci il tarixli 11 nömrəli əmrin müəyyən edilməsi, onun əmək müqavilə nömrəsi, bağlanma tarixi və ştat vakansiyası barədə ətraflı məlumat verilməsi, əmək müqaviləsinin hansı əmrlə bağlanması və bu əmrin nömrəsi, həmçinin müqavilənin bağlanma tarixinin dəqiqləşdirilməsi, onun əmək funksiyalarını hansı əmək müqaviləsinə əsasən icra olunmuşdur və müqavilənin spesifik şərtlərinin nə olması, hansi əmrlə işlədiyi əmək funksiyasına birbaşa bağlanılan əmək müqaviləsinin nömrəsi neçə olması və əmək funksiyasının iş yeri hara olması, hansı əmrdə və hansı əmək müqaviləsində ştat vakansiya onun şəxsi ərizə və razılaşması qeyd olunması, əmək münasibətlərinə dair müvafiq sənədlər və dəlillərin incələnərək, onun əmək müqaviləsi, iş yeri və vəzifə ilə bağlı bütün vacib məqamların hüquqi cəhətdən dəqiqləşdirilməsi barədədir. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-3229/2024 nömrəli mülki işə mahiyyəti üzrə baxılması zəruri olduğu üçün və əsaslı qətnamə qəbul edilməsi və təmin olunması üçün hüquqi sənədlər toplanmalı, iş yeri müəyyənləşdirilməli, əmək müqaviləsinin birbaşa hansı əmək funksiyasına bağlanılması müəyyən edilməli, maneələr aradan qaldırıldqıdan sonra əsas tələbi üzrə məhkəməyə icraat yenilənərək tələb irəli sürməlidir. Bu əsaslarda işin mahiyyəti üzrə baxılması üçün hüquqi sənədlərin dəqiqləşdirilməsi zəruridir. Göründüyü kimi iddiaçı məhkəmənin icraatında olan başqa bir iş üzrə sübutların toplanmasını hazırki iddianı qaldırmaqla təmin etmək qərarına gəlmişdir. Halbuki tələbdə qeyd olunan məsələlərin müəyyən edilməsi və təsdiq olunması ayrıca məhkəmə icraatı çərçivəsində müəyyən edilməli olan hallar deyildir. Belə ki, müvafiq məsələlərə aydınlıq gətirilməsi ilə bağlı iddiaçının cavabdehlər qismində göstərdiyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrinin X3 Publik Hüquqi şəxs «Bakı Baş Səhiyyə Mərkəzi» X2 müraciət etmək və qoyulan suallara cavab almaq imkanına malik olduğu, müraciətinin təmin olunmasından imtina olunduğu və ya hərəkətsizlik göstərildiyi təqdirdə həmin məhkəmə icraatı çərçivəsində məhkəməyə cavabdehlərdən müvafiq məlumatların tələb edilməsinə dair vəsatət vermək imkanı nəzərdə tutulduğu halda bunu etməyərək, müvafiq vəsatət məzmunlu tələbini ayrıca müstəqil tələb kimi təqdim etməklə məhkəmə qaydasında baxılmalı olmayan məsələlərin müəyyənləşdirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddiaya məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə irəli sürülən tələblərə məhkəmə qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda iddiaçıya izah olunur ki, göstərilən tələblə müvafiq orqanlara – cavabdehlərə müraciət edə, müraciətlərinin təmin edilməsindən imtina olduğu və ya hərəkətsizlik göstərildiyi halda isə məhkəmədə baxılan müvafiq iş üzrə məhkəməyə cavabdehlərdən müvafiq məlumatların tələb edilməsinə dair vəsatət vermək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrinin X3 Publik Hüquqi şəxs «Bakı Baş Səhiyyə Mərkəzi» X1rşı işlədiyi müəssisə və vəzifə, əmək müqaviləsi və ştat vakansiyası, əmək funksiyası və müqavilənin əsaslarına dair halların müəyyənləşdirilməsi və təsdiq olunması tələblərinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun. İddiaçıya göstərilən tələblə müvafiq orqanlara –cavabdehlərə müraciət edə, müraciətlərinin təmin edilməsindən imtina olduğu və ya hərəkətsizlik göstərildiyi halda isə məhkəmədə baxılan müvafiq iş üzrə məhkəməyə cavabdehlərdən müvafiq məlumatların tələb edilməsinə dair vəsatət vermək hüququnun olması izah olunsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4350/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4350/2024
20.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver