Məhkəmə qərarları › İş №2(006)-4351/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4351/2025

24.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4351/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı doğumun qeyd edilmə faktı tələbinə dair üzrə mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 2* avqust 1966-cı ildə, Ermənistan Respublikası, Vardenis (Basarkeçər) rayonunun Qoşabulaq kəndində X4 (atası) ilə X11 (anası) arasındakı nikahdan doğulmağı qeydinin bərpa qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi Nuroddin oğlu 2* avqust 1966-cı ildə, Ermənistan Respublikası, Vardenis (əvvəlki Basarkeçər) rayonunun Qoşabulaq kəndində doğulmuşdur. X1, anası isə X6r (Onlar vəfat ediblər). Naməlum şəraitdə doğum şəhadətnaməsini itirmişdir. Müxtəlif dövlət orqanlarına müraciət edən zaman həmin sənədə ehtiyac yaranır və o, əlverişsiz vəziyyətə düşür. Odur ki, doğum qeydini bərpa edib, həmin sənədi əldə etməlidir. Bununla bağlı 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT" X1* müraciət etsə də, bunun məhkəmənin səlahiyyətində olduğu bildirilib. X3 və qardaşı X12 və X8 doğum şəhadətnamələri özlərindədir və onları da məhkəməyə təqdim edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X16 ifadəsində bildirdi ki, o, ərizəçinin böyük qardaşıdır, Basarkeçər rayonunun Qoşabulaq kəndində doğulub. Qardaşı ondan 6 yaş kiçikdir. X2, anası isə X9r. Onlar 8 bacıqardaşdılar, hər biri Basarkeçər rayonunun Qoşabulaq kəndində doğulmuşlar. X17 ifadəsində bildirdi ki, ərizəçinin ikinci qardaşıdır. Basarkeçər rayonunun Qoşabulaq kəndində doğulub. Ailədə 5 qardaş, 3 bacıdırlar, hər biri Basarkeçər rayonunun Qoşabulaq kəndində doğulmuşlar. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *8.*7.2*25-ci il tarixli məktubuna əsasən "Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ- hüquqi aktların təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin *1.*3.2**1-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının Qeydiyyat Şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaş vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, məhkəməyə müraciət edilməsi tövsiyə olunur Qoşabulaq kənd sovetliyinin 18.*4.1962-ci il tarixli 5**771 nömrəli doğum haqqında şəhadətnaməsinin surətinə əsasən X17 (ərizəçinin qardaşı) 18.*4.1962-ci il tarixdə Basarkeçər rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. X2, anası isə X9r. Qoşabulaq kənd sovetliyinin *3.11.198*-cı il tarixli 313282 nömrəli doğum haqqında şəhadətnaməsinin surətinə əsasən X18 (ərizəçinin qardaşı) 21.1*.198*-cı il tarixdə Vardenis rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. X2, anası isə X9r. Qoşabulaq kənd sovetliyinin *7.12.1971-ci il tarixli 235138 nömrəli doğum haqqında şəhadətnaməsinin surətinə əsasən X7 (ərizəçinin bacısı) *5.11.1971-ci il tarixdə Vardenis rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. X2, anası isə X9r. X15 Gənclər İttifaqının 6461*779 nömrəli 2*.*2.1981-ci il tarixli komsomol biletinə əsasən Ərizəçi 1966-cı il avqust ayında Vardenis rayonunda anadan olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 3*7.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 31*.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2*19-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür; 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan SSR, Basarkeçər (Vardenis) rayonunun Qoşabulaq kəndində doğulmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. X28 tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası mümkün olmadığından, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi da məhkəməyə müraciət edərək, onun xx.xx.1966-cı il tarixdə Ermənistan SSR, Basarkeçər rayonunun Qoşabulaq kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin faktı təsdiq edən sənədin alınması ərizəçiyə vərəsəlik işi ilə əlaqədar lazımdır. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin bərpasını tələb etdiyi halı, yəni Ərizəçinın xx.xx.1966-cı il tarixdə Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Qoşabulaq kəndində doğulmasını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Bu halı təsdiq edən sənəd- yəni şəxsə məxsus doğum haqqında şəhadətnamə hazırda mövcud olmadığından, bu hal yalnız aparılmış icraat çərçivəsində toplanmış sübutlarla təsbit olunmalıdır. Beləliklə, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1966-cı il tarixdə Qoşabulaq kəndində doğulmasına dair doğum akt qeydi bərpa edilməli və doğum akt qeydində ata qrafasında “X4”, atanın milliyyəti “azərbaycanlı”, ana qrafasında “X13”, ananın milliyəti “azərbaycanlı” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*7-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Qoşabulaq kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Şamilov”, adı “Arzu”, ata adı “Nurəddin”, doğum tarixi “xx.xx.1966-cı il”, doğum yeri “Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Qoşabulaq kəndi”, ata adı qrafasında “X4”, atanın milliyyəti “azərbaycanlı”, ana adı qrafasında “X13”, ananın milliyəti “azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar