Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4353/2025 03.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etdiyi «doğum haqqında akt qeydinin bərpa edilməsi»nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etdiyi «doğum haqqında akt qeydinin bərpa edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 2*.11.1966-cı ildə, Ermənistan Respublikası, Vardenis (əvvəlki Basarkeçər) rayonunun Qoşabulaq kəndində X3 (atası) ilə X8 (anası) arasındakı nikahdan doğulmağı qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 196*-cı ildə, Ermənistan Respublikası, Vardenis (əvvəlki Basarkeçər) rayonunun Qoşabulaq kəndində doğulmuşdur. X1, anası isə X5r (onlar vəfat ediblər). Naməlum şəraitdə doğum şəhadətnaməsini itirmişdir. Müxtəlif dövlət orqanlarına müraciət edən zaman həmin sənədə ehtiyac yaranır və əlverişsiz vəziyyətə düşür. Odur ki, doğum qeydini bərpa edib, həmin sənədi əldə etməlidir. Bununla bağlı 1 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, bunun məhkəmənin səlahiyyətində olduğu bildirilib. X2 və qardaşı X11 və X7 doğum şəhadətnamələri özlərindədir və onları da məhkəməyə təqdim etmişdir. Daha sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsində texniki səhv olaraq doğum tarixi 2* noyabr 1966-cı ildə qeyd edilmişdir, halbuki xx xxxxxx 196*-cı il olmalıdır. Bu cür düzəlişin nəzərə alınmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək və ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən etmişdir. İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirmişdir ki, Elşən bəylə qohumdur, əmisinin nəvəsidir. O, 196*-cı ilin noyabr ayında Vardenis rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. Uşaqlıqda bir yerdə böyümüş, bacısı ilə bir yerdə oxumuş, həmçinin mehriban qonşu olmuşlar. Ərizəçinin atası Nurəddin Şamilov, anası isə Səkinə xanım olmuşdur. Özləri 1974-cü ildən, Elşən isə təxminən 1977-ci ildə təhsil almaq üçün Bakıya gəlmişdir. Elşənin qardaşı Göygöl rayonunda 1992-ci il tarixdə minaya düşmüş, yas mərasimi zamanı oğurluq hadisəsi ilə əlaqədar Elşən şəhadətnaməsini də itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində bildirmişdir ki, Elşən bəylə həm qohum, həm qonşu, həm də sinif yoldaşı olmuşdur. Uşaqlıqdan onunla bir yerdə böyümüş, Vardenis rayonunun Qoşabulaq kəndində oxumuşlar. Doğum haqqında şəhadətnaməsini itirmişdir. X1, anası isə X8 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, Elşənlə qardaşdır. Ondan 6 yaş böyükdür. Müharibə vaxtı qardaşları minaya düşmüş və yolda getdiyi zaman digər sənədlərlə birlikdə qardaşı Elşənin doğum haqqında şəhadətnaməsi də oğurlanmışdır. Ermənistan Respublikasının, Basarkeçər rayonunun, Qoşabulaq kəndində yaşamış, orada oxumuşlar. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 196*-cı il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Qoşabulaq kəndində anadan olmuşdur. Ərizəçi, doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün 1 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən 29.*6.2*25-ci il tarixli, 3-16-5/8-2279/2*25 saylı cavab məktubu ilə ərizəçiyə məhkəməyə müraciət edilməsini tövsiyə edilmişdir. Ərizəçi də hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.196*-cı il tarixdə Ermənistanda anadan olmuşdur. 1 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan 29.*6.2*25-ci il tarixli, 3-16-5/8-2279/2*25 saylı cavab məktubuna əsasən “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin *1.*3.2**1-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bildirilir ki, müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyi üçün doğum haqqında akt qeydinin bərpası tərəflərindən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarının 14-cü bəndinə əsasən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrə əsasən X4 *5.11.1971-ci il tarixdə, X12 18.*4.1962-ci il tarixdə, X13 21.1*.198*-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, ata adları qrafasında X3, ana adları qrafasında isə X8 qeyd edilmişdir. ВЦ seriyalı, *57924 nömrəli hərbi biletə əsasən Ərizəçi 196*-cı il 2* noyabr tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Qoşabulaq kəndində anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X3 xx.xx.1936cı il tarixdə Ermənistanda anadan olmuşdur. 15 may 2*12-ci il tarixdə verilən AZ-İ seriyalı, 517**1 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X3 11.*5.2*12-ci il tarixdə ölmüşdür. 2* noyabr 2**2-ci il tarixdə verilən AZ seriyalı, **4962 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 2*.11.2**2-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 3*7.1 və 3*7.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 31*.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2**1-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Hazırki iş üzrə işin araşdırılan hallarından göründüyü kimi Ərizəçi xx.xx.196*-cı il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Qoşabulaq kəndində anadan olmuşdur. Daha sonra ərizəçi, doğum haqqında şəhadətnaməsini itirmişdir. Hazırda ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə də ərizə təmin edilməli, Ərizəçi xx.xx.196*-cı il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Qoşabulaq kəndində anadan olmasının qeyd edilməsi faktı müəyyən edilməklə onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Şamilov”, adı “Elşən”, ata adı “Nurəddin”, doğum tarixi “xx.xx.196*-cı il”, doğum yeri “Ermənistan Respublikası, Vardenis rayonu, Qoşabulaq kəndi”, ata qrafasında “X1, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X8, milliyyəti azərbaycanlı” kimi yazılmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*7-31*-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.196*-cı il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Qoşabulaq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Şamilov”, adı “Elşən”, ata adı “Nurəddin”, doğum tarixi “xx.xx.196*-cı il”, doğum yeri “Ermənistan Respublikası, Vardenis rayonu, Qoşabulaq kəndi”, ata qrafasında “X1, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X8, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4353/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4353/2025
03.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver