Məhkəmə qərarları › İş №2(006)-437/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-437/2021

15.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-437/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "ləyaqətsiz vərəsə hesab edilmə və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mərhum X19 ləyaqətsiz vərəsəsi hesab edilməsi, Cavabdeh vərəsəlik yolu ilə məcburi pay kimi əldə etdiyi miras əmlakların və 3.000 manat gəlirin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun bacısıdır. Cavabdeh 84 yaşlı analarının ölümündən sonra ona miras əmlakdan pay düşməməsi üçün anaları X22 aldadaraq onun Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evdə yerləşən 3 otaqlı, 73 kv.m sahəsi olan 53 saylı mənzilini ömürlük analarının mənzil və maddi təminatının müqabilində və qayğısına qalacaqlarına söz verərək bağışlama yolu ilə əmlakı ələ keçirmiş və bununla da onu miras əmlakdan pay almaq hüququndan məhrum etmişdir. Lakin bağışlama başa çatdıqdan sonra cavabdeh ilkin olaraq anasına öz mənzilində yer versə də, bağışlanma qurtardıqdan sonra anasına qarşı münasibəti pis mənada kəskin dəyişmişdir. Anasına qarşı hörmətsizlik göstərmiş, ələ salmış, hər addımda təhqir etmiş, ona yük olmağını tez-tez üzünə vurmuş, onu ac saxlamış, xəstə vəziyyətində ona qayğı göstərməmiş və hətta ona qarşı fiziki zorakılıq da göstərmişdir. Təxminən bir ay sonra cavabdeh anasını öz evindən çıxararaq 2018-ci ilin may və iyun aylarında yaşaması üçün Bakı şəhərinin Əhmədli qəsəbəsində kirayəyə mənzil tutub onu oraya köçürmüşdür və kirayədə qaldığı mənzilin 2 aylıq kirayə haqqını da ödəmişdir. Lakin 2 ay sonra cavabdeh mənzilin kirayə haqqını ödəmədiyindən anası məcburiyyət qarşısında qalaraq 2018-ci ilin iyul ayında mənzildən çıxmış və yenidən kommunal xidməti olmayan otaqda yaşamağını davam etdirmişdir. Mərhumun evini cavabdeh ələ keçirdikdən sonra anasına heç bir qayğı göstərməmiş və xəstə halda günlərlə ac, dərmansız saxlamışdır. Bununla da cavabdehin əsas məqsədi bağışlama yolu ilə əmlakı ələ keçirmək və bu yolla bacısını miras əmlakdan pay almaq hüququndan məhrum etmək olmuşdur. Miras qoyan bir müddət kommunal xidməti olmayan otaqda yaşadıqdan sonra məcburiyyət qarşısında qalıb kömək üçün ona müraciət etmişdir. O, İsraildən Azərbaycana gələrək anasına maddi köməklik göstərmiş, anasına kirayəyə ev tutaraq kirayə haqqını belə ödəmişdir. İddia ərizəsinin bu dəlilləri tərəflərin mərhum analarının Cavabdeh qarşı məhkəmələrdə qaldırdığı iddia ərizələrinin, apelyasiya şikayətlərinin, polis, prokurorluq orqanlarına və Nəsimi rayon İcra Hakimiyyətinin başçısına yazdığı şikayət ərizələrinin mətnlərində öz əksini tapmışdır. Fakt odur ki, ananın hədiyyə verdiyi ev sökülmüş və yeni ev tikilənə kimi tikintini aparan “xxxx” MMC cavabdehə hər ay 500 manat kirayə haqqı ödəmişdir ki, mülkiyyətçi həmin mənzildə yaşasın. Lakin hədiyyə alanların Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, dalan 13-də 9 saylı mənzilləri olduğundan öz mənzillərində yaşamalarını davam etdirərək əldə etdikləri pulları özlərinə götürərək bu pulu hədiyyə verən və mənzilindən məhrum olan ananın mənzil kirayə haqqının ödənilməsinə yönəltməmişlər. Nəticədə cavabdeh və onun uşaqları hədiyyə verilən evin sökülməsi ilə əlaqədar aldıqları puldan ananın kirayə qaldığı mənzilin kirayə haqqını ödəməkdən və qayğısına qalmaqdan, yəni üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişlər. Ona görə də miras qoyan 2 ilə yaxın müddət ərzində pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəmələrdə iddia qaldırmış, cavabdeh tərəfindən oğurlanmış pullarının geri alınması məqsədilə polis və prokurorluq orqanlarına çoxsaylı şikayətlər yazmışdır. Ümumiyyətlə, cavabdehin məqsədi mərhumun digər vərəsəsi kimi onu gələcəkdə açılacaq miras əmlakdan pay almaq hüququndan məhrum etmək olmuşdur. Eyni zamanda mərhum iddia ərizəsində göstərmişdir ki, “sonradan mənə məlum olmuşdur ki, qızım Cavabdeh, nəvələrim X11 və X7 məni aldadıb əmlakımı bağışlama müqaviləsi ilə ələ keçirməkdə məqsədləri mənim son iradəmi həyata keçirərkən mənə mane olmaq, digər övladımın vərəsəliyə çağırılmasına və mirasdan pay almasına maneçilik törətmək olmuşdur”. Belə ki, miras qoyan X29 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən, 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilə dair Cavabdeh ilə hədiyyə verən X29 arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin, Cavabdeh ilə X21 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin, Cavabdeh ilə X24 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin, X7 adına X30 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı Çıxarışın, X11 adına X30 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı Çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən, 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilə dair mülkiyyət hüququnun ona qaytarılması barədə ərizə vermişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2254/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X19 iddia tələbi təmin edilmiş, əmlakın bağışlama müqaviləsi və Cavabdeh, X7 adına X30 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı Çıxarışın, X11 adına X30 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmışdır. X1 Lalə Novruz qızı və nəvələri X21 və X24 məhkəmənin həmin qətnaməsindən apelyasiya şikayəti vermişlər. Bundan başqa mərhum X29 cavabdehdən aliment alınmasına dair Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi mərhumun iddia tələbini təmin etməmişdir. Mərhum həmin məhkəmə qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi X19 apelyasiya şikayətini təmin etmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti də vermişdir. Daha sonra X29 Nəsimi rayon İcra Hakimiyyətinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ərizəsində Cavabdeh və X8 onun qızının və nəvəsinin ona qayğı göstərib onu saxlamaqdan, maddi yardım göstərməkdən imtina edilməsindən və küçəyə atılmasından şikayət edərək onların İXM-nin 190-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri üçün tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri cənab Hafiz Aberkarov özünün 6/A-97-075 saylı, xx xxxxxxx 2019-cu il tarixli məktubu ilə X5 və X15 İXM-nin 190-cı maddəsinin və Ailə Məcəlləsinin müddəalarını nəzərə alaraq, Rimma Alimovanı saxlamağa və ona qayğı göstərməyə borclu olduqları, əks halda onların məsuliyyətə cəlb olunmaları barədə rəsmi qaydada xəbərdar edilmişlər. Bundan başqa X29 Nəsimi rayon Polis Şöbəsinə, Nəsimi rayon prokuroruna, Bakı şəhər prokuroruna şikayət ərizəsi verərək Cavabdeh, nəvələri X7 və X11 onun yaşayış yerinə daxil olmaqla, evinin qapısının qıfılını sındırmaqla ora daxil olub ordan 3.000 manat pulunu gizlicə talamaqla oğurlamaları barədə məlumat vermişdir. Nəsimi rayon Polis Şöbəsinin müstəntiqi X3 xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Alimova Rimmanın ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan ibtidai istintaqa rəhbərlik edən prokurora şikayət verilmişdir. O isə öz anasının xahişi ilə İsrail dövlətindən Bakıya gələrək öz pulu ilə anasına yaşamaq üçün hər bir şəraiti olan kirayəyə mənzil tutaraq onu ora köçürmüşdür. İddiaçı anasının ölümünə bir həftə qalana qədər mənzilin kirayə haqqını və anasının bütün ehtiyaclarını ödəmişdir. Cavabdeh anasını evinə aparandan 5-6 gün sonra anası ölmüşdür. Analarının sirli ölümü iddiaçıda şübhələr yaratdığından o, bu barədə Nəsimi rayon prokurorluğuna şikayətlər vermişdir. Analarının ölümündən sonra cavabdeh vəsiyyətnamə ilə ona vəsiyyət edilmiş evi onun razılığı olmadan kirayə vermiş və əldə etdiyi pulu mənimsəmişdir. Eyni zamanda cavabdeh evə dair Çıxarışı da iddiaçıya verməkdən imtina etmiş, miras əmlakın iddiaçının mülkiyyətinə keçirilməsinə maneçilik törətmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri miras qoyanın son iradəsinin həyata keçirilməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlmişdir. Ləyaqətsiz vərəsənin miras qoyanın son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi nəticəsində onun yeganə vərəsə kimi vəsiyyət üzrə miras əmlakdan payı artır və cavabdeh miras əmlakdan məcburi pay almaq hüququndan məhrum olur. Daha sonra analarının ölümündən sonra cavabdeh anası tərəfindən ona vəsiyyət edilmiş miras əmlakı onun razılığı olmadan kirayəyə verib gəlir əldə və bu gəlirdən ona vermir. Hazırda mənzildə kirayəçilər yaşayırlar. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X16 yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 1137-ci maddəsinə görə “miras qoyanın son iradəsini həyata keçirilməsinə maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağrılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər törətmiş şəxs ləyaqətsiz vərəsə nə qanun üzrə, nə də vəsoyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin”. Bu maddənin şərhinə görə ləyaqətsiz vərəsə mənəvi keyfiyyətindən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, özünün qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu törətməyə hazır olan bir subyektdir. Maddənin məzmunundan göründüyü kimi ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir hala miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirilməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəldilir. Ləyaqətsiz vərəsənin miras qoyanın, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsddən törətdiyi maneə şəkilində özünü göstərir. Bu maneə cinayət şəkilində və ya digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir. Bu halda cavabdeh Fərəcullayeva Lala miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsddən maneçilik törədərək digər vərəsə olan İddiaçı mirasdan məhrum etmiş, özünün və uşaqlarının paylarının artırılmasına nail olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, bundan əvvəl qarşı tərəf 3-4 dəfə məhkəməyə müraciət edib və o işlərdən heç bir şey əldə edə bilməyib deyə yenidən belə bir iddia qaldırmışdır. Tərəflər bacıdırlar, anaları rəhmətə getmişdir. İddiaçı 1995-ci ildən İsrailə getmiş, anaları Lalə xanımla qalmışdır. 1995-ci ildən 2016-cı ilə kimi iddiaçı burda olmamışdır. Anası qoca qadın olmuş, anasına Lalə xanım baxmış, bütün müalicələrini aparmışdır. İddiaçı evin söküldüyünü eşidib ona da pay düşməsi üçün gəlmişdir. Gələndə görmüşdür ki, anası evi Lalə xanıma bağışlayıb. İddiaçı 2016-cı ildə gəlmiş, kirayə ev tutub, anasını o evə aparmış və yerini heç kimə deməmişdir. Sonra anaları nəvəsinə zəng etmişdir ki, mən ölürəm. Zəng vasitəsilə yerini müəyyən etmişlər. Bütün bunlardan bir ay sonra anaları vəfat etmişdir. Artıq vərəsəlik də yoxdur. Hansı ləyaqətsiz vərəsəlikdən söhbət gedir. Əmlaka dair artıq məhkəmə qiymət vermiş, çıxarış da alınmış, əmlak sahiblərinə keçmişdir. Mülki Məcəllədə şəxsin hansı hallarda ləyaqətsiz vərəsə sayılması göstərilmişdir. Cavabdeh bacısına qarşı hansı cinayəti törədib ki, ləyaqətsiz vərəsə hesab olunsun. İddiaçı çox yerə müraciət edə bilər, lakin nəticəsi nədir. Anaları 85 yaşında qadın olmuş, iddiaçı onun adından etibarnamə almış, bütün məhkəmə iclaslarında qızı iştirak etmişdir. O da vəkilə etibarnamə vermiş, bütün iddiaları da vəkil qaldırmışdır. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, vəkilinin dedikləri ilə razıdır. Anası həmişə onunla qalırdı. Anasının evini kirayə vermişlər. Bacısı əvvəllər gəlib gedəndə hər şey normal idi. Sonuncu dəfə gələndə onlara deməmişdir. Anası gəlib paltarlarını götürüb getmiş, ondan sonra anasını görməmişlər. Bir də məhkəmədə görmüşlər. Anası onlara hər şeyi deyirdi. Riana anasına deyirdi ki, sənə 25.000 manat pul xərcləmişəm, mənim pulumu qaytar. Anasının onda 15.000 manat pulu olmuş, o, anasının pulunu götürsəydi, anası ondan pulu istəyəndə verməzdi. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan X29 (hədiyyə verən) ilə Cavabdeh (hədiyyə alan) arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən, 3 otaqlı, 73 kv.m ümumi sahəsi olan 53 saylı mənzili Cavabdeh bağışlamışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2254/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X19 cavabdehlər Cavabdeh, X12, X18 və “xxxx” MMC-yə qarşı “daşınmaz əmlakın bağışlanması müqavilələrinin ləğvi və sair” tələbinə dair iddiasının qismən təmin edilməsi, X29 (hədiyyə verən) ilə X9 (hədiyyə alan) arasında imzalanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş xx xxxxx 2016-cı il tarixli (reyestrdə 4Ə-740 nömrə ilə qeyd edilmiş) daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilməsi, Cavabdeh (hədiyyə verən) ilə X21 (hədiyyə alan) arasında imzalanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli (reyestrdə 4Ə-1376 nömrə ilə qeyd edilmiş) daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş, reyesterdə 4Ə-1376 nömrə ilə qeyd edilmiş, xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Azərbaycan Respublikası X30 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X12 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın ləğv edilməsi, Cavabdeh (hədiyyə verən) ilə cavabdeh X25 (hədiyyə alan) arasında imzalanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli (reyestrdə 4Ə-1377 nömrə ilə qeyd edilmiş) daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş, reyesterdə 4Ə-1377 nömrə ilə qeyd edilmiş, xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Azərbaycan Respublikası X30 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X18 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilə dair mülkiyyət hüququnun X23 geri qaytarılması, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilə dair xx xxx 2018-ci il tarixdə “xxxx” MMC ilə X25 arasında bağlanmış müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilin söküntüsü ilə əlaqədar “xxxx” MMC ilə X29 arasında yeni müqavilə bağlanması və X18 verilməsi nəzərdə tutulmuş mənzilin (mənzillər) X23 verilməsi, cavabdeh “xxxx” MMC tərəfindən mənzil kirayə haqqı kimi hər ay ödənilən 500 manat məbləğində pulun X23 ödənilməsi, cavabdeh X10 6.000 manat məbləğində pulun alınaraq X23 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2(103)-14019/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh, X21 və X25 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar X19 cavabdehlər Cavabdeh, X12, X18 və “xxxx” MMC-yə qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilə dair Cavabdeh ilə hədiyyə verən - X29 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh ilə X21 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Cavabdeh ilə X25 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, X7 adına X30 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışın və X13 adına X30 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilə dair mülkiyyət hüququnun X14ytarılması, X25 və X21 ilə cavabdeh “xxxx” MMC arasında sonuncunun eyni ünvanda inşa etdiyi binada 87,21 kv.metr təmirli mənzilin həmin şəxslərin mülkiyyətinə verilməsinə dair xx xxx 2018-ci il tarixli müqavilənin ləğv edilməsi, X19 mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilin söküntüsü ilə əlaqədar tikintini aparan cavabdeh “xxxx” MMC ilə X29 arasında yeni müqavilə bağlanması və cavabdehlərə verilməsi nəzərdə tutulmuş mənzilin X23 verilməsi, X18 və X12 ödənilmiş cəmi 6.000 manat məbləğində pulun həmin şəxslərdən alınıb X23 verilməsi və cavabdeh “xxxx” MMC tərəfindən mənzil kirayə haqqı kimi hər ay cavabdehlər X18 və X12 ödənilən 500 manat pulun X23 ödənilməsi” barədə iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci tarixli, 2(102)-2986/2020 saylı qərarından görünür ki, iddiaçı X20 prosessual hüquq varisi Mıchaelov Riana tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14019/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1134.2.-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər; 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir; 1140-cı maddəsinə əsasən, əgər miras qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətdiyinin üstü açılmış şəxsi bağışlayarsa və bu qərarını vəsiyyətnamədə aydın şəkildə ifadə edərsə, həmin şəxs bu hərəkətlərinə baxmayaraq vərəsəliyə buraxılır. Bağışlamanın geri götürülməsinə yol verilmir; 1143-cü maddəsinə əsasən, şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarından görünür ki, hazırda cavabdehin “ləyaqətsiz vərəsə hesab edilməsi” üçün faktiki halların mövcud olub-olmaması yoxlanılmalı və buna dair sübutlara hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu həmçinin də cavabdehin konstitusion hüququnun müdafiəsi baxımından vacibdir. Məhkəmə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddianın əsasını Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi təşkil edir. Belə olan halda ilk növbədə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün faktiki halların mövcudluğuna hüquqi qiymət verilməli, daha sonra əsaslar mövcuddursa “məcburi pay kimi əldə edilən miras əmlakın və 3000 manat gəlirin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə münasibət bildirilməlidir. Belə yanaşma mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Bu baxımdan məhkəmə qeyd edir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Hazırkı işdə Cavabdeh miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İddiaçı qeyd edilənləri təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «X6» qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "qanuni vərəsənin ləyaqətsiz vərəsə hesab edilməsi və s." tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Müki-Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı "ləyaqətsiz vərəsə hesab edilmə və s." tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar