Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4377/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı-X8 doğumu haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X15 01 fevral 1961-ci ildə Ermənistan Respublikasının Kalinino rayonunun Mixaylovka kəndində anadan olmuş və 1979-cu ildə oradan Sovet Ordusuna xidmətə çağırılmışdır. Hərbi xidmətdən Səmərqənd Ali Hərbi Məktəbə oxumağa göndərilmiş və oranı bitirdikdən sonra peşəkar zabit kimi Sovet Ordusunda xidmətə başlamış və 1992-ci ilin avqust ayınadək orada xidmət etmişdir. Peşəkar hərbçi olan, həyat yoldaşı Əfqanıstanda xidmətdə olarkən onun doğulub boya başa çatdığı Ermənistan Respublikasının Kalinino rayonunda yaşayanlar öz doğma yurdlarından qovulduğundan onun bütün əmlakı o, cümlədən də bütün sənədləri Ermənistanda qalmışdır. Həyat yoldaşı 1987-1989-cu illərdə Əfqanıstanda (beynəlmiləl döyüşçüdür) və 1992-1998-ci illərdə Azərbaycanda ən qaynar döyüş nöqtələrində (Zəngilan-Murovdağ-Kəibəcər) döyüş nöqtələrində onunla çiyin-çiyinə ermənilərə qarşı döyüşmüş və Azərbaycan millətinə örmək olan bir ailə olmuşlar. Həyat yoldaşının atası X12 və anası X3 da 1988-ci ilədək orada yaşamış və məlum hadisələrə görə oradan qaçqın düşmüşlər. Həyat yoldaşı mərhum X13 2012-ci ildə dünyasını dəyişməsi səbəbindən onun arvadı kimi onun doğum haqqında şəhadətnaməsinin məhkəmə qaydasında bərpa olunması üçün iddia ərizəsi yazamalı olur. Əlavə olaraq bildirir ki, onun atası mərhum X12 2002-ci ildə Abşeron rayonu Ceyranbatan qəsəbəsində dünyasını dəyişib, orada dəfn olunub və anası mərhum X3 2017-ci ilin fevral ayında İsmayıllı rayonunun İvanovka kəndində dünyasını dəyişib və orada dəfn olunub. Həyat yoldaşı 12 il öncə vəfat etməsinə baxmayaraq ona ölüm haqqında şəhadətnamə almamışdır. Yaxın zamanda Nəsimi Məhkəməsi tərəfindən onun ölüm faktının tanınması ilə bağlı qətnamə çıxarıldı və ona əsasən onun ölüm sənədini aldı. Lakin onun doğum haqqında şəhadətnamə sənədi 1988-ci ildə Ermənistanda qaldığından o, vərəsəlik hüquqi ala bilmirə. Ona görə də həyat yoldaşı mərhum X8 doğum haqqında şəhadətnaməsinin alınmasında ona köməklik göstərilməsini xahiş edir. Sonradan Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək X15 01 fevral 1961ci ildə Ermənistan Respublikasının Kalinino rayonunun Mixaylovka kəndində anadan olması faktının tanınması və atası X4 və anası X1 qohumluq faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, həyat yoldaşı X8 xx.xx.1961-ci ildə Ermənistanın Kalinino rayonunun Mixaylovka kəndində anadan olması və bu barədə doğumun qeyd olunma faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı "Bayramov" adı "Vəli" ata adı "Kazım" doğum tarixi "01 fevral 1961-ci il, milliyyəti "azərbaycanlı", doğum yeri "Ermənistan, Kalinino rayonu", ata qrafasında "atası X10, milliyyəti azərbaycanlı", ana qrafasında "anası X3, milliyyəti azərbaycanlı" kimi qeydiyyat aparılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 4377/2024 saylı qərardadı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "doğum və qohumluq faktının müəyyən edilməsi barədə" ərizəsi ilə bağlı 2(006)- 4377/2024 saylı mülki işdən Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən edilməsi” tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda qeyd edilən məzmunda izahat verərək, X8 xx.xx.1961-ci ildə Ermənistanın Kalinino rayonunun Mixaylovka kəndində anadan olması və bu barədə doğumun qeyd olunma faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı "Bayramov" adı "Vəli" ata adı "Kazım" doğum tarixi "01 fevral 1961-ci il, milliyyəti "azərbaycanlı", doğum yeri "Ermənistan, Kalinino rayonu", ata qrafasında "atası X10, milliyyəti azərbaycanlı", ana qrafasında "anası X3, milliyyəti azərbaycanlı" kimi qeydiyyat aparılmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayənədəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosüssual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. Əsaslandırıcı hissə: Ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.3-cü, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X8 doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ərizəyə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında əizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadııqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı bildirilmişdir ki, doğum haqqında akt qeydinin bərpası barədə məhkəməyə müraciət etməyi məqsədə uyğundur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmçinin Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyən edici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. Məmmədbəyli icra nümayəndəliyi tərəfindən 25 iyul 1993-cü il tarixdə verilmiş V-ЖГ 430778 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X9 arasında 25 iyul 1993-cü il tarixdə Məmmədbəyli icra nümayəndəliyində nikah bağlanmış və 07 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Bayramova soyadı verilmişdir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 413789 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 896 nömrə ilə qeyd edilmişdir. ZE № ******* saylı hərbi biletin surətindən görünür ki, 01 fevral 1961-ci ildə Ermənistan Respublikasının Kalinino rayonunun Mixaylovka kəndində anadan olmuş X15 hərbiçi olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Bölməsinin xx.xx.2024-cü il tarixli, 110 saylı Arayışından görünür ki, Bayramova (Həmzəyeva) Zərifə Əhməd qızı Azərbaycan Respublikasının müharibə veteranıdır. Müharibə veteranı vəsiqəsinin nömrəsi 024188-dir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, X21 onun atasının dayısı oğlu olmuşdur. Mərhumun anasının adı Xeyransa, ata adı Kazım idi. 1993-cü ildə xalası ilə evləniblər. Mərhumun milliyyəti azərbaycanlıdır. Mərhumun doğum haqqında şəhadətnaməsi olmadığı üçün lazımi sənədlərin hazırlanması mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, X21 Ermənistanın Kalinino rayonunun Mixaylovka kəndində anadan olmuşdur. Mərhumun anasının adı Xeyransa, ata adı Kazım idi. Vəli Bayramov milliyətcə azərbaycanlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. X21 1961-ci ildə Ermənistanın Kalinino rayonunda anadan olmuşdur. Mərhum hərbiçi olmuşdur. Naxçıvanda sonra isə Zəngilanda xidmət edib. Mərhumun anasının adı Xeyransa, ata adı Kazım idi. Kazım 2002-ci ildə, Vəli Bayramov 2012-ci ildə rəhmətə gedib. Mərhum vəfat etdikdə onun yas mərasimində iştirak etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, ərizəçinin əri X15 xx.xx.1961-ci il tarixdə Ermənistanın Kalinino rayonunun Mixaylovka kəndində anadan olmuş, atası X10, anası isə X2r. Doğum haqqında akt qeydi kitabları Ermənistanda qaldığı üçün X8 doğumu haqqında arayışın verilməsi mümkün olmamışdır. Ərizəçi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Nəsimi Rayon Qeydiyyat Şöbəsi bundan imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Beləliklə işdə olan materiallara əsasən X8 xx.xx.1961-ci il tarixdə Ermənistanın Kalinino rayonunun Mixaylovka kəndində anadan olması və Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən X8 doğum haqqında akt qeydi aşkar edilməməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Yuxarıda qeyd edilən səbəblərdən onun doğum faktı ilə bağlı qeydlərin dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 xx.xx.1961-ci il tarixdə Ermənistanın Kalinino rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı "Bayramov", adı "Vəli", ata adı "Kazım", doğum tarixi "01 fevral 1961-ci il, milliyyəti "azərbaycanlı", doğum yeri "Ermənistanın Kalinino rayonu", ata qrafasında "atası X10, milliyyəti azərbaycanlı", ana qrafasında "anası X3, milliyyəti azərbaycanlı" kimi qeydiyyat aparılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4377/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4377/2024
08.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver