Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4389/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında olan qeydə düzəliş edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında olan qeydə düzəliş edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Maraqlı şəxsndə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında doğum haqqında akt qeydində düzəliş edilərək həmin akt qeydinin uşaq haqqında məlumat qrafasında soyadının «Abdullayeva»dan «Qasımova»ya dəyişiklik edilməsi və ata qrafasında isə «X4» sözlərinin əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1947-ci il tarixdə Ağdam şəhərində doğulmuşdur. Hal-hazırda ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, şəxsi işlərini həll etmək üçün özünə məxsus sənədləri də özü ilə götürmüş və getmək istədiyi yerə çatmaq üçün avtobus dayanacağına gələn zaman orada halı pisləşmişdir. O, bundan sonra olduğu yeri tərk edib oradan uzaqlaşmış və bir müddət sonra üzərində olan sənədlərin yerində olmadığını anlayıb geri qayıdanda sənədlərinin orada olmadığını görmüşdür. Həmin sənədlərin itirilməsi barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə məlumat vermişdir. Həmin sənədlərin içində doğum haqqında şəhadətnaməsini də itirmişdir. Hazırda həmin şəhadətnamənin surəti özündədir. Həmin şəhadətnamədə ata qrafasında X4, ana qrafasında X1 göstərilmişdir. O, doğum haqqında şəhadətnamənin surətini Bakı şəhəri Maraqlı şəxsnə təqdim edərək, doğumu haqqında akt qeydində düzəliş edilərək, uşaq haqqında məlumat qrafasında soyadının «Abdullayeva»dan «Qasımovaya» dəyişiklik və ata haqqında məlumatların əlavə edilməsini xahiş etdikdə, ona doğum haqqında şəhadətnamənin surətində soyadının «Qasımova», ata haqqında məlumat qrafasında X4, xx.xx.1947-ci ildə tərtib edilmiş 274 saylı doğum akt qeydində isə uşaq haqqında məlumat qrafasında soyadının «Abdullayev» göstərildiyi halda, ata haqqında məlumat qrafasında məlumatların yazılmadığının müəyyən edildiyini, ona görə də təqdim edilmiş sənədlər arasında ziddiyyət olduğundan qeydiyyat şöbəsi tərəfindən müvafiq düzəlişin edilməsinin mümkün olmadığını bildirmişlər. O, doğularkən atası ilə anası faktiki nikah münasibətlərində olmuş, sonradan rəsmi nikaha daxil olmuşlar. Atasının müraciətinə əsasən ona yeni doğum haqqında şəhadətnamə verilmiş, lakin bu barədə müvafiq qeyd ona aid doğum akt qeydinə əlavə edilməmişdir. Ata-anasının nikah haqqında şəhadətnaməsi isə yaşadıqları Ağdam şəhəri işğal olunduğu zaman orada qalmışdır. Həmçinin ailə qurarkən isə soyadı «Qasımova» olmuş, nikahdan sonra soyadı dəyişdirilərək «Nəbiyeva» olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamə ondan asılı olmayan səbəblərdən itirilmişdir. Bu səbəbdən, hesab edir ki, ona məxsus doğum akt qeydində düzəliş edilməli və həmin akt qeydinin ata qrafasında atası «X4» sözləri əlavə edilməlidir. Ona məxsus doğum haqqında şəhadətnamənin olmaması qardaşı X2 vərəsəlik işi ilə bağlı olan lazımi sənədləri əldə etməkdə çətinlik törədir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-268/68 saylı məktubundan görünür ki, Ərizəçi ərizəsinə baxılmışdır. Sənədlər nəzərdən keçirilərkən Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1963-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətində ərizəçinin soyadının «Qasımova», ata haqqında məlumat qrafasında «X4» yazıldığı halda, həmin qeydiyyat şöbəsi tərəfindən xx.xx.1947-ci il tarixdə tərtib edilmiş 274 saylı doğum haqqında akt qeydində isə uşaq haqqında məlumat qrafasında soyadının «Abdullayeva» göstərildiyi, ata haqqında məlumatların yazılmadığı müəyyən edilmişdir. Ailə Məcəlləsinin 45 və 161-ci maddələrinə istinadən ərizəçinin nəzərinə çatdırılmışdır ki, təqdim edilən sənədlər arasında ziddiyyət olduğundan qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün olmamışdır. İşin faktiki hallarından görünür ki, Arxivdə saxlanılan doğum haqqında akt qeydləri kitabında ərizəçinin soyadı «Abdullayeva» kimi qeyd olunmuş və ata haqqında hər hansı məlumat yazılmamışdır. Arxivdə saxlanılan akt qeydləri kitabında xx.xx.1963-cü il tarixdə verilməsi qeyd olunan doğum haqqında şəhadətnamədə göstərilən məlumatlar aşkar edilməmişdir. Bu səbəbdən, Ailə Məcəlləsinin 45-ci, 161-ci maddələrinə istinadən hazırkı ərizənin təmin edilməsi hüquqi baxımdan mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında olan qeydə düzəliş edilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında olan qeydə düzəliş edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4389/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4389/2020
07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver