Məhkəmə qərarları › İş №2(006)-4390/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4390/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4390/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2(006)-7413/2014 saylı, 12.12.2014-cü il tarixli icra vərəqəsinin yenidən Binəqədi rayon İcra və Probasiya şöbəsinə Azərbaycan Respublikasında yaşayış minimum haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimum ölkə üzrə adambaşına uşaqlar üçün təsdiq edilmiş 175 (bir yüz yetmiş beş) manat məbləğində Cavabdeh tutularaq ona verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, iddiaçı (Quliyeva) Əliyeva X7 Aqşin Mirağa oğlu ilə 12 Dekabr 2014-cü il tarixli qərarı ilə nikahları pozulmuşdur. Birgə nikahdan 17.10.2011-ci il təvəllüdlü Mirağa adlı oğlu var. Məhkəmənin qərarı ilə azyaşlı övladı X8 onun yanında saxlanılması və 11 Noyabr 2014-cü il tarixindən başlayaraq hər ay 17.10.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment 103 (bir yüz üç) manat sabit pul məbləğində tutulub ona X4 verilməsi qət edilmişdir. Bakı şəhər Nəsimi rayon məhkəməsinin hakimi Şahin Zülfüqar oğlu Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclasının qətnaməsi əsasında Cavabdeh məhkəməyə ünvanladığı məktubda Rusiya Federasiyasına gedəcəyi barədə məlumat vermişdir. Beləliklə 14.11.2015-ci il tarixinədək Cavabdeh məhkəmə qərarını icra etməmiş və hər ay 103 (bir yüz üç) manat alimenti ödəməkdən yayınmışdır. İş 27.01.2015-ci il tarixdə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 icraatına daxil olmuşdur. İcra məmuru İsmayılov Bəxtiyar bütün zəruri tədbirləri görmüşdür. Cavabdeh Azərbaycan Respublikasının sərhədlərini tərk etmək istəyən zaman həbs edilərək Binəqədi rayon İcra və Probasiya şöbəsinə aparılmışdır. Cavabdeh mənə müraciət edərək Rusiya Federasiyasına işləmək məqsədi ilə getdiyini bildirir və məndən müvəqqəti olaraq alimentdən imtina etməyimi aşağıda qeyd olunan “İcra Haqqında “Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə uyğun olaraq həll edilməsinə dair ərizə yazmağını xahiş etmişdir. Həmin vaxt söz vermişdir ki, işləyərək hər ay alimentin təyin olunduğu məbləğdə ödəniş edəcəyini vəd etmişdir. Lakin verdiyi yalnız yalan vədlər oldu. Bugünkü tarixədək heç bir ödəniş etməmişdir və etməkdən də boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.12.2014-cü il tarixli 2(006)-7413/2014 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddianın qismən təmin edilməsi, X5 ilə X6 arasında Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 25 sentyabr 2010-cu il tarixli 613 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 17 oktyabr 2011-ci il təvəllüdlü X3 anası X2 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 11 noyabr 2014-cü il tarixdən başlayaraq hər ay 17.10.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment 103 manat sabit pul məbləğində tutulub X4 verilməsi qət edilmişdir. Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılovun 16.11.2015-ci il tarixli qərarının surətindən görünür ki, tələbkar-X6 14.11.2015-ci il tarixli ərizə ilə Binəqədi rayon İcra şöbəsinə müraciət edərək icra sənədini icra edilmədən Nəsimi rayon Məhkəməsinə qaytarılmasını xahiş etdiyindən Nəsimi rayon məhkəməsinin 2(006)-7413/2014 saylı, 12.12.2014-cü il tarixli icra vərəqəsi Nəsimi rayon məhkəməsinə qaytarılmışdır. AA1165706 nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, X8 17.10.2011-ci il tarixdə doğulmuşdur. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-nin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. AM-nin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-ci il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla hesab edir ki, 17.10.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 01.06.2021-ci il tarixdən başlamaqla hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 17.10.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 01.06.2021-ci il tarixdən başlamaqla hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar