Məhkəmə qərarları › İş №2(006)-4401/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4401/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4401/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqress qaydada pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “reqress qaydada pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış ümumilikdə 3058,41 (üç min əlli səkkiz manat qırx bir qəpik) manat məbləğində borcun zamin kimi 2273 (iki min iki yüz yetmiş üç) manatı tərəfindən ödənildiyi üçün reqres qaydada həmin məbləğin və 30 (otuz) manat dövlət rüsumunun, 2303 (iki min üç yüz üç) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxxx” ASC arasında xx.xx.2013cü il tarixdə istehlak krediti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh olan Cavabdeh 25% ilə 30 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən zamin kimi öhdəliyinin icra edilməsinə görə Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticə olaraq əsas kredit borcu 2739,08 (iki min yeddi yüz otuz doqquz manat səkkiz qəpik) olmaqla 899,36 (səkkiz yüz doxsan doqquz manat otuz altı qəpik) manat isə faiz borcu yaranmışdır. Qazax rayon məhkəməsinin 2(023)-213/2015 saylı, xx.xx.2015-ci il tarixli əmrinə əsasən, Cavabdeh və zamin kimi ondan kreditor olan “xxxxxxxxxxxx” ASC-nin xeyrinə 3638,44 (üç min altı yüz otuz səkkiz qırx dörd qəpik) manat və dövlət rüsumu hesabına 20 (iyirmi) manat tutulması qət olunmuşdur. Bundan sonra icra vərəqəsi icra olunması üçün onun iş yeri üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə göndərilmişdir. Belə ki, Cavabdeh öhdəliyini tam icra etmədiyinə görə zamin kimi “xxxxxxxxxxxx” qarşısında eyni həcmdə məsuliyyət daşıdığı üçün ümumilikdə 3058,41 (üç min əlli səkkiz manat qırx bir qəpik) manat məbləğində borcun 2273 (iki min iki yüz yetmiş üç) manatı onun əmək haqqından tutularaq banka ödənilmişdir. Göründüyü kimi “xxxxxxxxxxxx”dan kredit götürən şəxs Cavabdeh olmuş o isə zamin kimi çıxış etmişdir. “xxxxxxxxxxxx”nun Qazax rayonu İcra və Probasiya şöbəsinə xx.xx.2020-ci il tarixli müraciətinə əsasən vaxtaşırı tutulmalar həyata keçirilməklə aylıq gəlirimin 50%-i Cavabdeh kredit borcunun ödənilməsinə cəlb edilmişdir. Hər ay müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 2273 (iki mim iki yüz yetmiş üç) manat gəlirindən tutulmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan aylıq tutulmaların haqq-hesab vərəqələri iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh əvəzinə ödədiyi 2273 (iki min iki yüz yetmiş üç) manat məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq ondan tələb etsə də, bu heç bir nəticə verməmişdir. Buna görə də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əlavə olaraq bildirmək istəyir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və hal-hazırda iş məhkəmənin icraatındadır. Bəhs edilən mülki işlə bağlı məhkəmə qətnaməsi hələ də qəbul edilməmişdir. xx.xx.2020-ci il tarixdə yenidən maaşından 305.41 (üç yüz beş manat qırx bir qəpik) manat məbləğində pul tutulmuşdur. Buna görə də ən azından məhkəmə qətnaməsi çıxarılana kimi maaşından tutulmaların dayandırılamsı barədə tədbir görülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış ümumilikdə 3058,41 (üç min əlli səkkiz manat qırx bir qəpik) manat məbləğində borcun zamin kimi 2273 (iki min iki yüz yetmiş üç) manatı tərəfindən ödənildiyi üçün reqres qaydada həmin məbləğin və 30 (otuz) manat dövlət rüsumunun, 2303 (iki min üç yüz üç) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ünvanlayaraq, Cavabdeh ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış ümumilikdə 3058,41 (üç min əlli səkkiz manat qırx bir qəpik) manat məbləğində borcun zamin kimi 2273 (iki min iki yüz yetmiş üç) manatı tərəfindən ödənildiyi üçün reqres qaydada həmin məbləğin və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 2303 (iki min üç yüz üç) manat məbləğində pulun, xx.xx.2020-ci il tarixdə maaşından tutulmuş 470 (dörd yüz yetmiş) manat pulun və xx.xx.2020-ci il tarixdə maaşından tutulmuş 305.41 (üç yüz beş manat qırx bir qəpik) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. “xxxxxxxxxxxx” ASC ilə “borcalan” Cavabdeh və “zamin” İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, CC0341221U/1JA saylı müqavilənin surətindən görünür ki, borc verən borc alana 30 ay müddətinə, illik 25 % hesablanmaqla 4000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında kredit məbləğini və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin müqaviləyə əsasən cavabdeh – zamin İddiaçı borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(023)-213/2015 saylı məhkəmə əmrindən görünür ki, borclu Cavabdeh və zamin İddiaçı kreditor “xxxxxxxxxxxx” ASC-nin xeyrinə əsas borc hesabına 2739,08 manat, faiz borcu hesabına 899,36 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rusumu hesabına 20 (iyirmi) manat pulun tutulması əmr edilmişdir. Qazax rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinə ünvanlanmış məktubdan görünür ki, borclu İddiaçı hər ay əmək haqqının 50% (əlli faiz) tutulub tələbkar “xxxxxxxxxxxx” ASC-nin xeyrinə olan 3028.41 manat və 20 manat) dövlət rüsunuı, 254,69 manat icra ödənişinin icra məmurlarının xüsusi fonduna ödənilməsi üçün müvafiq işçiyə göstəriş verilməsi xahiş olunmuşdur. “xxxxxxxxxxxx” ASC tərəfindən Qazax rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, borc üzrə tutulacaq məbləğ 3058,41 manat təşkil edir. İddiaçı əmək haqqından tutulmalara dair haqq-hesab vərəqələrindən görünür ki, İddiaçı əmək haqqından 3048,41 manat pul tutulmuşdur. “xxxxxxxxxxxx” ASC tərəfindən Qazax rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, borclular Cavabdeh və İddiaçı banka olan borcu tam olaraq ödəmişlər. İddiaçı adına tərtib edilmiş əmək haqqı dövrü xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən haqq-hesab vərəqələrindən görünür ki, məhkəmə qərarına əsasən tutulmuş məbləğ 3048,41 manat təşkil edir. Ödəniş qəbzindən (№ 20984) görünür ki, iddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, «xxxxxxxxxxxx» ASC ilə borcalan Cavabdeh və zamin İddiaçı arasında bağlanmış xx.xx.2013cü il tarixli istehlak kredit müqaviləsinə əsasən zamin İddiaçı borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.“xxxxxxxxxxxx” ASC tərəfindən Qazax rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əsasən borc üzrə tutulacaq məbləğin 3058,41 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin icra sənədi hesab edilən Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(023)-213/2015 saylı məhkəmə əmrinə əsasən İddiaçı xx.xx.2020 tarixdən xx.xx.2020-ci il tarixə qədər aldığı əmək haqqından cəmi 3048,41 manat məbləğində pulun tutulduğu müəyyən edilmişdir. Borcun tam olaraq ödənildiyi üçün «xxxxxxxxxxxx» ASC tərəfində icra icraatı üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İddiaçının reqress qaydasında ödənilməsini xahiş etdiyi məbləğ 3048,41 manat təşkil edir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 475.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin maddənin tələblərinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı zamin kimi Cavabdeh «xxxxxxxxxxxx» ASC qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini 3048,41 manat məbləğindəicra etmişdir. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən, iddiaçının müvafiq iddia tələbi irəli sürmək hüququ vardır və bu tələb təmin olunmalıdır. Beləliklə məhkəməiş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən qeyd olunan öhdəlik üzrə ödənilmiş 3048,41 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 3078,41 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3048,41 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 3078,41 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar