Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4408/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi İsmayılova Jalə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında istifadə hüququna yaradılan maneələrin aradan qaldırılaraq həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 1999-cu ildən cavabdehlə bir evdə bir ailə kimi yaşamışlar. 2000-ci ildə isə cavabdehlə notarial müqavilə bağlayaraq daimi və əvəzsiz surətdə bir evdə yaşamış və təsərüfat aparmışlar. Bir müddət sonra cavabdeh Rusiya dövlətinə yaxın qohumlarının evinə getmiş və oradan onunla sıx əlaqə saxlamışdır. Evi əsaslı təmir etmiş və istifadəsində olan mənzilin bütün komunal xərclərini ödəyərək təsərüfat aparmışdır. Hətta cavabdehin Rusiyadan gələn qohumları belə həmin evə gəlmiş, qonaq kimi müəyyən müddət qalmış və getmişlər. 2019-cu il təxminən oktyabr ayında əvvəllər tanıdığı cavabdehin nəvəsi Rusiyadan Bakıya qonaq gəlmiş, mənzildən istifadəyə görə və bir sıra problemlərin olmasını bildirib cavabdehin adından 5000 manat miqdarında pul istəmişdir. Cavabdehin nəvəsi olan Yana adlı xanıma düzəldə biləcəyi məbləğin 3000 manat olmasını bildirmişdir. O isə bununla razılaşmamışdır. Sonradan 3000 manat ondan alaraq geri qalan məbləği isə qabaqcadan ona xəbər verəcəyi adamla ona göndərməyini tələb etmişdir. O da bundan başqa pulunun olmadığını bildirdikdə aralarında narazılıq baş vermişdir. O, səhər işə getmiş axşam evə döndükdə qapının dəyişilməsini və bağlanmasını görmüşdür. Əlaqə saxlamağa çalışsa da bu günə qədər heç bir nəticə verməmişdir. Bu qanunsuz hərəkətlər isə faktiki olaraq küçədə qalmama səbəb olmuşdur. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə qiyabi icraat qaydasında baxıb qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 241-cimaddənin 1-4-cü bəndlərinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəməişdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2000-ci il tarixli mənzilin əvəzsiz istifadəyə verilməsi haqqında müqavildən görünür ki, İddiaçı Cavabdeh yaşadığı mənzili, yəni ünvan 3 ünvanını Cavabdeh 35 müddətinə əvəzsiz istifadəyə verir. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermə faktının təsdiq edilməsi zamanı daşmmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb-alınmaması müəyyən olunmalıdır. Mülki Məcəlləsinin 178-ci maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» xx xxxx 2004-cü il tarixli Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Azərbaycan Respublikası MM-nın 178.1 və 178.2-ci maddələrinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Adı çəkilən Qanunun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının yaranması və başqasına keçməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası AM-nin 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Beləliklə, işin yuxarıda qeyd olunan hallarını müəyyən edərək məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2000-ci il tarixli mənzilin əvəzsiz istifadəyə verilməsi haqqında müqavildən görünürdüyü kimi İddiaçı Cavabdeh yaşadığı mənzili, yəni ünvan 3 ünvanını Cavabdeh 35 müddətinə əvəzsiz istifadəyə vermişdir. Deməli, qeyd olunan əmlak iddiaçının mülkiyyət hüququnun tanınmalı olan əmlak kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının İİİ-cü fəsli əsas insan və vətəndaş hüquqları və azadlıqlarına təminat verir. Azərbaycan Respublikası Ali Qanununun 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Nəhayət Konstitusiyasının 71-ci maddəsi qeyd edir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır (Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz (Maddə
43. Mənzil hüququ). Bundan başqa, Azərbaycan Respublikası MM-nın 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Azərbaycan Respublikası MPM-nin14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, İddiaçı iddiası təmin edilməli, İddiaçı ünvan 1 ünvanında istifadə hüququna yaradılan maneələrin aradan qaldırılaraq həmin mənzilə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı iddiası təmin edilsin. İddiaçı ünvan 1 ünvanında istifadə hüququna yaradılan maneələrin aradan qaldırılaraq həmin mənzilə köçürülsün. Cavabdehə izah olunsun ki, qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə qiyabi qətnamənin ləğvi üçün ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Natavan Tağıyeva