Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4417/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oglunun cavabdehlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Sabunçu rayonu 108 nömrəli tam orta məktəbinə qarşı «Azərbaycan Respublikası Təhsil Naziliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadraların işə qəbulu və yerdəyişməsi» Qaydalarının 4.8-ci bəndinə əsasən onun ixtisası üzrə işlədiyi 108 nömrəli tam orta məktəbdə müəllim kimi işlə təmin edilməsinin cavabdehlərə vəzifə tələbi kimi qoyulması, işə təyin (bərpa) olundugu günə qədər işləmədiyi günlərə (aylara) görə əmək haqqının cavabdehlərin hesabına ödənilməsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi müddətli əmək müqaviləsinə xitam verərək onu Təhsil nazirliyinin mövcüd Qaydaların 4.8-ci bəndinə əsasən müəllim kimi işlə təmin etmədikləri üçün Bakı şəhəri Təhsil İdarəsinin K-682 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oglu cavabdehlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Sabunçu rayonu 108 nömrəli tam orta məktəbinə qarşı «Azərbaycan Respublikası Təhsil Naziliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi» Qaydalarının 4.8-ci bəndinə əsasən onun ixtisası üzrə işlədiyi 108 nömrəli tam orta məktəbdə müəllim kimi işlə təmin edilməsinin cavabdehlərə vəzifə tələbi kimi qoyulması, işə təyin (bərpa) olundugu günə qədər işləmədiyi günlərə (aylara) görə əmək haqqının cavabdehlərin hesabına ödənilməsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi müddətli əmək müqaviləsinə xitam verərək onu Təhsil nazirliyinin mövcüd Qaydaların 4.8-ci bəndinə əsasən müəllim kimi işlə təmin etmədikləri üçün Bakı şəhəri Təhsil İdarəsinin K-682 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin ləgv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi» Qaydalarının 4.8-ci bəndinə əsasən direktor müavini vəzifəsində işlədiyi məktəbdə dərs yükü olduğu üçün onun Sabunçu rayonu 108 nömrəli məktəbdə ixtisası üzrə riyaziyyat müəllimi kimi işlə təmin olunmasının cavabdehlərə vəzifə tələbi kimi qoyulması, işə təyin olunduğu (bərpa olunduğu) günə kimi onun əmək haqqının cavabdehlərin hesabına ödənilməsi, qərəzçilik edərək onunla direktor müavini kimi əmək müqaviləsini uzatmadıqlarına gorə, direktor müavini kimi işdən azad olunarkən mövcud Qaydaların 4.8-ci bəndinə əməl etməyərək işlədiyi məktəbdə müəllim vəzifəsinə işə təyin ounmadıgı üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin K-682 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin ləgv olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oglu iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri xanım Mehriban Vəliyeva K-682 nömrəli əmri ilə onunla bağlanmış müddətli əmək müqaviləsini uzatmayaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam vermişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 fevral 2014-cü il tarixli 205 nömrəli əmri ilə əlavə edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş mövcud Qaydaların 4.8-ci bəndinə əsasən ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilmiş direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanması və ya həmin müəssisədə vakant yer olmadığı halda rayonun (şəhərin) müvafiq fənn üzrə müəllimə tələbatı olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir. Bakı şəhəri üzrə Təhsil İdarəsi onunla bağlanmış müddətli əmək müqaviləsini uzatmayaraq xitam verərkən mövcud Qaydaların 4.8-ci bəndinin tələblərinə əməl etmədiyi üçün və direktor müavini vəzifəsində işlədiyi Sabunçu rayonu 108 nömrəli məktəbdə ixtisası üzrə dərs yükü olduğu halda onu müəllim vəzifəsinə təyin etmədiklərinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-346 nömrəli əmrini əsassız və qanunsuz sayır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Riyaziyyat» fakültəsini bitirmişdir. 1997-ci il tarixdə Lerik rayonu Orand kənd tam orta məktəbinə riyaziyyat müəllimi, 2002-ci ilin sentyabrın 13-dən həmin məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. 5 il müəllim, 19 il fasiləsiz olaraq direktor vəzifəsində çalışmışdır. Çalışdığı müddətdə heç bir intizam tənbehi almamışdır. Dəfələrlə Lerik rayon təhsil şobəsi, həmkarlar təşkilatı, YAP tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. İşlədiyi təhsil müəssisəsində həm nizam-intizamı ilə, həm də nəticələri ilə fərqlənən məktəblərdən biri olub. Ailə vəziyyəti ilə və səhəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmək məcburiyyətində olduğundan və Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin imtahan müsabiqəsində uğurlu nəticə göstərdiyindən öz ərizəsi əsasında Lerik rayonu Orand kənd tam orta məktəbin direktoru vəzifəsindən 28 sentyabr 2022-ci il tarixdə işdən azad olunmuşdur. 01 oktyabr 2021-ci il tarixdə Sabunçu rayonu 108 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda, həmin məktəbdə ixtisası üzrə riyaziyyatdan 10 saat dərs yükü vardır. Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi baglayır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasinin yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabagcadan bəlli olduğu hallarda bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İşəgötürən onun 19 il fasiləsiz və nöqsansız məktəb direktoru vəzifəsində işləməsini, direktor vəzifəsindən direktor müavini vəzifəsinə təyin olunmasını nəzərə alaraq onunla müddətsiz əmək müqaviləsi bağlamalı idi. Həm də o, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elanlarındakı təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vakansiyalarının daimi xarakterli olduğunu, özünün də direktor vəzifəsindən direktor müavini vəzifəsinə gəldiyindən onunla müddətsız əmək müqaviləsi bağlanacağını düşündüyündən, əvvəlki işindən, Lerik rayonu Orand kənd tam orta məktəbin direktoru vəzifəsindən işdən azad olunması ilə bağlı Təhsiİ Nazirliyinə ərizə vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən işəgötürənlə işçi arasında əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsində 01 oktyabr 2021-ci il tarixdə imzaladığı işəgötürənin imzası və möhürü ilə təsdiq olunmuş əmək müqaviləsinin surəti də ona nə məqsədləsə təsdiq olunmuş şəkildə verilməmişdir. Direktor müavini işlədiyi 108 nömrəli məktəbdə dərs yükü olduğu üçün və mövcüd Qaydaların 4.8-ci bəndinə əsasən onu işlədiyi məktəbdə ixtisası üzrə müəllim kimi işlə təmin etmələri barədə aidiyyəti üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Sabunçu rayonu 108 nömrəli məktəbin direktoruna, Təhsil Nazirliyinə yazılı şəkildə müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. Təbsil Nazirliyinin portalı olan edu.az saytına bununla bağlı etdiyi müraciətlərinə cavab olaraq bildirilir ki, Qaydalara əsasən ümumi təhsil müəssisəsinin ixtisası üzrə dərs yükü ilə təmin edilmış direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanması və ya digər məktəbdə müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsı (idarəsi) ilə razılaşdırmaqla həyata keçirilir. Digər bir cavabda isə birmənalı şəkildə müəllim kimi işlə təmin edilməsinin qaydalara uyğun həyata keçirilməli olduğu halda həyata keçirilə bilər kimi müraciətini cavablandırırlar. «Həyata keçirilir» və «Həyata keçirilə bilər» kimi sözlər müxtəlif məna bildirir. Təhsil Nazirliyinin mövcud Qaydalarının 4.8-ci bəndinə əsasən konkret həyata keçirilməli olan işi həyata keçirilməli işi «keçirilə bilər» kimi cavablandırmaqda hansı niyyətdə olduqları və nə məqsədlə deyildiyi ona aydındır. Çünki o, şəffaf şəkildə öz biliyi ilə işə təyin olunmuşdur və kiməsə rüşvət vermək niyyətındə də deyil. O, mövcud Qaydalara uyğun müəllim kimi işlə təmin olunması üçün kimlə və necə razılaşmalıdır? Və cavabdehləri necə razılaşdırmalıdır ki, mövcud Qaydaların 4.8-ci bəndinə əməl etsinlər? O, öz biliyi ilə şəffaf şəkildə işə təyin olunmuşdur. Şəffaf gəldiyi üçün heç bir qanunsuzluqlara getməyərək və heç bu qanunsuzluqlara göz yummadığı üçün onunla eyni vaxtda imtahan verən və müqavilə bağlayanların hamısı ilə direktor müavini kimi müqavilələrini uzatsalar da, onun əmək müqaviləsini direktor müavini kimi uzatmamışlar. Ona qarşı qərəzli davranaraq mövcud Qaydaların tələblərinə də əməl etməyərək direktor müavini kimi işdən azad olunarkən onu işlədiyi təhsil müəsissəsində müəllim saxlamadıqları üçün o, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin K-682 nömrəli əmrini qanunsuz və əsassız sayır. Ona olan təzyiqlər, qanunsuzluqlar səhhətində də ciddi problemlər yaratmış və buna görə uzun müddət müalicə almışdır. O, şəffaf şəkildə öz biliyi ilə işə təyin olunduğu ilk gündən məktəbin direktoru Esmira Məmmədova ondan işindən imtina etməsini tələb edərək vəzifə funksiyalarını yerinə yetirməsinə maneçilik törədərək vəzifə səlahiyyətlərinə aid olan heç bir sənədi ona verməmiş və onu heç bir sənədlə tanış etməmişdir. O, məcbur qalaraq 20 oktyabr 2021-ci il tarixdə bir surəti Təhsil Nazirliyinə, digər surəti Bakı Şəhəri üzrə Təhsil İdarəsinə olmaqla yazılı müraciət ünvanlamışdır. Ona çatan xəbərnaməyə əsasən 25 oktyabr 2021-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan məktubu məqsədli şəkildə daxıl olduğu gündə qeydiyyata alınmayaraq gizlədilmişdir. Məktəbin direktoru Esmira Məmmədova çoxsaylı müraciətlərindən sonra təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə funksiyasına aid olan «Buraxılan və əvəz edilən dərslərin uçotu kitabını» ona işə təyin olunduğu vaxtdan 3 ay sonra 07 yanvar 2022-ci il tarixdə vermişdir. Məktəbin direktorunun vəzifə səlahiyyətlərinə aid olan sənədlərin ona verməməsində məqsədi adı məktəbdə texniki isdə olan Əli adlı həyat yoldasının vasitəsi ilə gizli sövdələşdiyi müəllimlərin dərslərinə, hətta texniki işçiləri katibəni, laborantı, psixoloqu və digərlərini salaraq uşaqları «yola» verib, büdcə vəsaitlərini mənimsəmək olmusdur. Buna görə də, onun vəzifə funksiyasına aid olan «Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı» ona verilməmişdir ki, o, sonuncunun dövlətin büdcə vəsaitlərini gizli sövdələşməylə kimlərin vasitəsi ilə mənimsədiyini və korrupsiya əməllərini bilməsin. Məktəbin direktoru Esmira Məmmədovanın 13 yanvar 2022-ci il tarixli aktında isə qeyd olunur ki, guya məktəbin keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini Umuxanım Qasımova tərəfindən onun vəzifə funksiyalarına aid olan «Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı» və digər sənədlər o, işə təyin olunduğu gündə ona verilmişdir. O, həmin məktəbdə heç kimi ora işə təyin olunduğu günə kimi tanımamışdır. Bildiyinə görə keçmiş direktor müavini Umuxanım Qasımova yaşıyla əlaqədar təqaüdə çıxdığına görə işdən azad olunmuş və həmin vəzifə vakanta verilmişdir. X3 işdən azad olunanda həmin vəzifəyə təyinat olmadığından təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə funksiyalarına aid olan sənədlər ya məktəbin direktoruna, ya da direktorun səlahiyyət verdiyi şəxsə verilməlidir. Keçmiş direktor müavini Umuxanım Qasımova nə vaxt işdən azad olunub? O, işə təyin olunan vaxtdan 3-4 ay əvvəl işdən azad olunan, heç bir səlahiyyəti olmayan məktəbin keçmiş direktor müavini olan Umuxanım Qasımovada məktəbin sənədləri niyə saxlanılıb və səlahiyyəti olmayan bir şəxs həmin sənədləri ona necə verə bilərdi? Əgər hec bir səlahiyyəti olmayan Umuxanım Qasımova təlim-tərbiyə isləri üzrə direktor müavininin vəzifə funksiyalarına aid olan sənədləri o işə təyin olunduğu gündə ona veribsə, onun təhvil-təslim aktı hardadır? Əgər həmin sənədlər ona işə təyin olunduğu gündə verilmişdirsə, məktəbin direktoru Esmira Məmmədova o işə təyin olunduğu gündən 3 ay sonra xx.xx.2022-ci il tarixdə məktəbin «Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı»nı yenidən ona niyə verirdi? Ona dərs bölgüsü çoxsaylı müraciətlərindən sonra 30 noyabr 2021-ci il tarixdə Təhsil İdarəsinin məsul şəxsinin yanında direktorun öz imzası ilə təsdiq olunmaqla yarımçıq formada verilmişdir. Həmin dərs bölgüsündə direktorun gizli sövdələşməylə mənimsədiyi dərnək saatları və digər saatlar yazılmamışdır. Məqsədləri də həmin dərslərin keçirilmədən pullarını mənimsəməsi olmuşdur. Ona dərs bölgüsü verildiyi gündə 30 noyabr tarixdə direktorun öz adında olan 12 saat musiqi dərslərinin olduğunu bilmiş, Esmira Məmmədova öhdəsində olan musiqi dərslərini tədris etmədən pulunu mənimsəmişdir. O, dərs bölgüsünə əsasən dərs cədvəli ilə tanış olanda 02 dekabr 2021-ci il tarixdə Esmira Məmmədovanın öhdəsində olan 2 (a) və 3 (c) siniflərdə musiqi dərslərinin eyni gündə eyni saatda başlamasını aşkar etmişdir. Esmira Məmmədova 02 dekabr 2021-ci il tarixə kimi öhdəsində olan 12 saat musiqi dərslərini tədris etmədiyi üçün 2 (a) və 3 (c) siniflərində dərslərinin eyni gündə və eyni saatda başlandığını bilməmişdir. Bu qanunsuzluq dərs cədvəllərində, şagird gündəliklərində, sinif jurnallarında öz əksini tapmışdır. O, aidiyyəti qurumlara bütün subutları göndərməklə müraciət elsə də, müraciətləri Bakı şəhəri üzrə təhsil İdarəsinə göndərilmişdir. Təhsil İdarəsi də dövlət büdcə vəsaitlərini gizli və əyri yollarla mənimsəyən Esmira Məmmədovanı cinayət məsuliyyətindən yayındırmaq üçün bu qənusuzluğu tədris pedaqoji sənədlərin yazılşındakı nöqsan kimi qiymətləndirərək ona yazılı xəbərdarlıq etmişdir. Çoxsaylı müraciətlərdən sonra gizlədilməsinin mümükünsüz olduğunu görərək yenə də şəffaf araşdırma aparılmasa da, direktorun büdcə vəsaitlərinin mənimsəməsinin bir qismini «aşkar» edərək 24 may 2022-ci il tarixli F-194 nömrəli əmrlə Esmira Məmmədovaya töhmət verilmişdir. Eyni qanun pozuntularına görə vaxtında məqsədli şəkildə düzgün araşdırma aparmadıqlarına görə Esmira Məmmədovaya sadəcə yazılı xəbərdarlıq, sonra isə olunan müraciətlərin gizlədilməsinin mümükünsüzlüyünü görərək ona töhmət verməklə dövlətin vəsaitlərini əyri və gizli yollarla mənimsəyən Esmira Məmmədovanı cinayət məsuliyyətindən yayındırmışlar. Təlimata əsasən ibtidai siniflərdə musiqi dərslərini ibtidai sinif müəllimləri tədris etməlidir. Esmira Məmmədova qeyri-qanuni olaraq dövlət büdcəsini əyri yollarla mənimsəmək məqsədi ilə öz dərs yükünü ibtidai siniflərdən götürmüş və etdiyi müraciətlərdən sonra vəzifə səlahiyyətlərindən istifadə edərək sonradan sentyabr və ya oktyabr ayında ibtidai sinif müəllimlərindən musiqi dərslərindən imtına ilə bağlı ərizələr alınmışdır ki, guya 12 ibtidai sinif müəllimi öz musiqi dərslərindən imtina etdikləri üçün dərsləri özünə götürmüşdür. Esmira Məmmədova özünə qeyri-qanuni təlimata zidd olaraq ibtidai siniflərdən dərs saatı götürmüş və həmin dərsləri tədris etmədən pulunu mənimsəmişdır. Nəyə görə Esmira Məmmədova özünə dərs yükünü təlimata uyğun yuxarı siniflərdən yox, təlimata zidd olaraq ancaq aşağı siniflərdən götürür? Esmira Məmmədova hətta dərnək saatlarını da əsasən ibtidai siniflərə vermiş, yuxarı siniflərə əsas ixtisaslara bir saat da olsun dərnək saatı verməmişdir. Məqsədi həmin saatların pulunu gizli və əyri yollarla mənimsəmək olmuşdur. Esmira Məmmədova vəzifə səlahiyyətlərindən istifadə edərək öz şəxsi maraqlarına görə tabeliyindəki şəxsləri də qanunsuzluqlara vadar etmişdir. O isə şəffaf işə təyin olunduğu uçün və məktəbin direktorunun qanunsuzluqlarına və dövlətin büdcə vəsaitlərini gizli sövdələşmə ilə mənimsəməsinə göz yummadığı üçün onunla direktor müavini kimi müqaviləsini uzatmayaraq xitam vermişlər. Mövcud qaydaların 4.8-ci bəndinə də əməl etməyərək onu ixtisası üzrə müəllim kimi də işlə təmin etməmişlər. «Mediasiya haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq Bakı 5 saylı Mediasiya Təşkilatına müraciət etsə də, cavabdehlərlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticəsiz qalmışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, dərs saatı dərs yükü ilə bağlıdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə bağlı deyil. İddiaçı dərs yükü bölündükdən sonra məktəbə gəldiyi üçün dərs saatı az verilmişdir. İddiaçı ilə direktor müavini kimi 1 illik müddətli müqavilə bağlanmışdır. Müddət bitdikdən sonra isə məqsədəmüvafiq hesab olunmadığı üçün müqavilənin müddəti uzadılmamışdır. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Sabunçu rayonu 108 nömrəli tam orta məktəbinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Sabunçu rayonu 108 nömrəli tam orta məktəbin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 10 sentyabr 1997-ci ildə doldurulmağa başlanmış İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti barədə bütün qeydlər həmin kitabçaya işlənmişdir. Bakı şəhəri C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbi üzrə 08 oktyabr 2021-ci il tarixli 205 saylı əmrdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətli müqavilə əsasında 2021-2022-ci dərs ilinin sonunadək xx.xx.2022-ci il tarixə kimi müvəqqəti olaraq məktəbdə 1 ştat vahidi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 04 iyul 2022-ci il tarixli K-682 saylı əmrindən görünür ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə müddəti başa çatdığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı tərəfindən məhkəməyə məktəb müdiri barədə çıxarılmış intizam tənbehi barədə 24 may 2022-ci il tarixli F-194 saylı əmr və digər sənədlər təqdim edilmişdir. Məhkəmə həmin sənədlərin sadalanmasına zərurət görmür. Bakı 6 saylı Mediasiya Təşkilatının 31 avqust 2022-ci il tarixli MŞB/6-5106 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, əmək hüquqlarının pozulması tələbinə dair mübahisə üzrə 31 avqust 2022-ci il tarixdə saat 12:00-12.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Bakı şəhəri C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak etməmişdir. Halbuki, onlar mediasiya sessiyasının vaxtı və yeri barədə öncədən məlumatlandırılmışlar. İddiaçı oglu ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xidmətinin göstərilməsi ilə bağlı xərc ödənilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 4.8-ci bəndinə əsasən mövcud qaydalara əsasən ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilmiş direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və yə həmin müəssisədə vakant yer olmadığı halda, rayonun (şəhərin) müvafiq fənn üzrə müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir. İşin faktiki hallarından görünür ki, iddiaçı direktor müavini işlədiyi məktəbdə dərs yükü ilə təmin olunmuşdur. Göründüyü kimi, iddiaçının iddia tələbi işdən azad olunduğu tarixdən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilməsinin cavabdehlərə həvalə edilməsinə dair hissədə əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bundan başqa, iddiaçıya işdən azad olunduğu gündən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilən günədək buraxılmış müddət üçün əmək haqqının ödənilməsinə dair hissədə də iddia təmin edilməlidir. Qalan hissədə iddia təmin edilə bilməz. Çünki, Bakı şəhəri Təhsil İdarəsinin K-682 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi üçün əsas yoxdur. Həmin əmr iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından verilmiş qanuni əmrdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı oglu işdən azad olunduğu tarixdən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilməli, İddiaçı oglunun işdən azad olunduğu tarixdən dərs yükü verilən fənn üzrə müəllim kimi Bakı şəhəri C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbində işlə təmin edilməsi cavabdehlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbinə həvalə edilməli, İddiaçı ogluna işdən azad olunduğu gündən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilən günədək buraxılmış müddət üçün əmək haqqı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı oglu işdən azad olunduğu tarixdən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilsin. İddiaçı oglunun işdən azad olunduğu tarixdən dərs yükü verilən fənn üzrə müəllim kimi Bakı şəhəri C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbində işlə təmin edilməsi cavabdehlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbinə həvalə edilsin. İddiaçı işdən azad olunduğu gündən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilən günədək buraxılmış müddət üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4417/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4417/2022
30.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver