Məhkəmə qərarları › İş №2(006)-4434/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4434/2020

13.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4434/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, istifadə hüququnun itirilmiş hesab edilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh1 xx.xx.2020-ci ildə Bakı şəhəri 14 saylı notariat kontorunda 4Ə/121 reyestrİ üzrə alqı-satqı müqaviləsi bağlayaraq 80.000 manata almışdır. Həmin əmlaka mülkiyyət hüquqlarını xx.xx.2020-ci ildə ********** nömrə üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə aldırmışdır. Alqısatqı həyata keçirildikdən sonra xx xxxxxx 2020-ci il tarixdə cavabdehlər mənzili faktiki sahibliyinə vermiş və həmin ünvanda yaşamır. Həmin müqavilənin 13-cü bəndinə əsasən cavabdehlər xx.xx.2020-ci il tarixədək qeyd edilən ünvandan qeydiyyatdan çıxmaqlarını öhdələrinə götürmüşlər. Lakin cavabdehlər bu günədək həmin evdə qeydiyyatdadırlar. Cavabdehlərə dəfələrlə xəbərdarlıq etmiş olsa da onlar mülkiyyətində olan yuxarıda göstərilən mənzildən qeydiyyatından çıxmırlar, bununla da, cavabdehlər onun mülkiyyətində olan mənzilinə dair öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını pozurlar, mənzilinə dair hər hansı hərəkətlərini məhdudlaşdırırlar, onların əvəzinə əsassız olaraq ödənişlər etmək məcburiyyətində qalır, cavabdehlərin adlarına gələn korrespondensiyalar ona verilir, onların seçki və s. hüquqları pozulmuş olur. Onların münasibətlərin məhkəmə qaydasında həllini tapması zəruridir. Ona görə də iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri Xidmətindən çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 37 saylı ev, 15 saylı mənzili xüsusi mülkiyyətidir. İş materiallarına əlavə edilmişxx.xx.2020-ci il tarixli, AN-İ №0839908 saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 37 saylı ev, 15 saylı mənzili ünvanı alıcı İddiaçı satılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarınmüdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,ünvan 1 İddiaçı xüsusi mülkiyyətidir və o, həmin mənzili 2020-ci ildə alqı-satqı yolu ilə almışdır. Mənzilə hüquqları qeydə alınarkən həmin mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qeydiyyatda olduğu ona məlum olmuşdur. Cavabdehlər hazırda ona məxsus olan mənzilin əvvəlki sahibləridir. Qeydiyyatda olmalarına baxmayaraq, cavabdehlər ona məxsus mənzildə bir gün də olsun yaşamamışlar. daşınmaz əmlakın dövlət reyestri Xidmətindən çıxarışdan göründüyü kimiİddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 37 saylı ev, 15 saylı mənzili xüsusi mülkiyyətidir. Mənzilin keçmiş sakinləri olan cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzilin pasport qeydiyyatında qalsada, faktiki olaraq həmin mənzildə yaşamırlar və mənzildə onların pasport qeydiyyatı hazırki dövrə kimi formal olaraq saxlanılmışdır. Cavabdehin uşaqlarının iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. İşin faktiki hallarından aydın olur ki, cavabdehlər iddiaçının mənzilində yaşamır və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi mənzil mülkiyyətçisinin hüquqlarının qorunması baxımından əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdehlər qeyd edilən mənzilə istifadə hüququna xitam verilməsi onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına əsas verir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilsin. İstifadə hüququnun itirilmiş hesab edilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar