Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4435/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3340 manat kirayə pulunun, 154 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi və Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev-22A, mənzil-34-dən (AZ1102 ünvan 2 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev-22A, mənzil-34 (AZ1102 ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. İddiaçının adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı həmin mənzilini Cavabdeh xx.xx.2013-cü il tarixdə müqavilə bağlamadan kirayə vermişdir. Kirayə müqaviləsini xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmişdir. Səbəb isə cavabdehin iddiaçıya “kirayə müqaviləsini bağla, pulu ödəyim” deməsi olmuşdur. İddiaçı cavabdehlə müqaviləni rəsmiləşdirmək istəmiş, lakin hər dəfə cavabdehə zəng vuranda “alacaqlarım var, alıb, verəcəm” demişdir. İddiaçı mənzilini kirayə verib ki, borclarını hər ay alıb, ödəsin. Cavabdehin iddiaçıya kirayə pulunu ödəməməsi iddiaçının vəziyyətini pisləşdirmişdir. İddiaçı aldığı borcu məcbur olub gecikdirdiyi üçün faizlə ödəyir. Cavabdeh iddiaçıya may ayından hazırki vaxta kimi kirayə pulunu vermir. İddiaçı cavabdehlə olan müqaviləsini pozmaq istəsə də və ona ödəmədiyi 2280 manat pulu tələb etsə də, cavabdeh mənzildən çıxmaq istəmir. Cavabdeh iki qızı ilə bir yerdə yaşayır. İddiaçı dəfələrlə onlara müraciət edərək mənzilini qızları ilə birlikdə tərk etmələrini desə də, onlar bu müraciətlərin heç birinə məhəl qoymayaraq evdən çıxmırlar. Ona görə də iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı mənzili tərk etməsi üçün cavabdehə təklif də göndərmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı ərizə təqdim edərək, iddia ərizəsinin həcminin artırılmasını istədiyini, cavabdehin sentyabr, oktyabr aylarının da kirayə pulunu ödəmədiyini, 570 manatdan iki ayın ödənişinin 1140 manat etdiyini bildirib, cavabdehdən ümumilikdə 3420 manat kirayə pulunu, 100 manat dövlət rüsumunu tələb etməklə özü, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev-22A, mənzil-34-dən (AZ1102 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü ildə İddiaçı iddia ərizəsinə texniki düzəliş edərək, Cavabdeh 3910 manat kirayə pulunun, 154 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi və Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev-22A, mənzil-34-dən (AZ1102 ünvan 2 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ilə notarial qaydada kirayə müqaviləsi bağlanana qədər ona 2200 manat kirayə borcu mövcud olmuşdur. Avqust, sentyabr, oktyabr aylarına görə 1710 manat borcu mövcuddur və iddianı həmin hissələrdə qəbul edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ilkin iddia ərizəsinə xx.xx.2023-cü ildə etdiyi texniki düzəlişin nəzərə alınmaqla, 3910 manat kirayə pulunun və 154 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi və cavabdehin ailə üzvləri ilə birlikdə ona məxsus mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02-05301-093067 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 4, mənzil 34 - yeni qaydalarla: AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 8, M9, m4 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsi) görünür ki, kirayəyə verən İddiaçı ünvan 4, mənzil 34 (yeni qaydalarla: AZ1102 ünvan 3 ünvanında yerləşən mənzili kirayəçi Cavabdeh kirayəyə vermiş, kirayə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Kirayəyə götürən Cavabdeh kirayəyə verən İddiaçı aylıq 570 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh müqaviləni pozmaq və ailə üzvləri ilə birlikdə evdən çıxmaqla əlaqədar vaxt verilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 154 manat məbləğində rüsum ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları və təqdim etdikləri sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 34 nömrəli mənzili (Yeni qaydalarla: AZ 1102, ünvan 3 şifahi razılaşma əsasında Cavabdeh kirayəyə vermişdir. Cavabdeh 2200 manat məbləğində olan kirayə borcunu yazılı müqavilə olmaması əsası ilə iddiaçıya ödəməmiş, xx.xx.2023-cü il tarixdə tərəflər arasında notarial qaydada təsdiq edilməklə yazılı kirayə müqaviləsi bağlanmış, kirayə müddəti xx.xx.2023-cü ilədək müəyyən edilmiş və cavabdeh aylıq 570 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini icra etməmiş, iddiaçıya borcu yaranmışdır. İddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq, cavabdeh müqavilədən əvvəl və müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməmiş, kirayə müddəti bitməsinə baxmayaraq, mənzildən çıxma barədə tələbə əməl etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edən zaman iddiaçıya məxsus mənzildə iki qızı ilə birlikdə yaşadığını bildirmiş və yazılı ərizə təqdim edərək, iddiaçıya 3910 manat məbləğində borcunun olmasını etiraf edərək, dekabr ayının sonuna qədər evdən çıxmaq üçün vaxt istəmiş, hazırki məhkəmə iclasında da iddianı qəbul etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əvvəlcə şifahi, sonra isə yazılı əmlak kirayəsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə öz öhdəliyini pozmuşdur. Hazırda müqavilədə kirayə üçün müəyyənləşdirilmiş müddət bitmişdir. Məhkəmə iddia tələbinə və cavabdehin etirafına münasibətdə qeyd edir ki, cavabdehin şifahi razılaşma müddətində iddiaçıya 2200 manat, müqavilə müddətində isə 3 aylıq haqq – 1710 manat olmaqla, cəmi 3910 manat məbləğində borcunun olmasını tərəflər mübahisələndirmir. Mülki qanunvericiliyə görə, cavabdeh müqavilə üzrə öhdəliyini pozduğundan, 2 aydan çox müddətdə kirayə haqqını ödəmədiyindən iddiaçının cavabdehdən ödənilməmiş kirayə haqqının ödənilməsini və hazırda müqavilədə kirayə üçün müəyyənləşdirilmiş müddət bitdiyindən cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxmasını tələb etmək hüququ vardır. Cavabdehin iddianı etiraf etməsi isə hər hansı şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə, həmçinin, qanuna zidd olmadığından, məhkəmə hesab edir ki, onun etirafı qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, Cavabdeh 3910 manat kirayə pulu alınaraq İddiaçı verilməli və Cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən 34 nömrəli mənzildən (Yeni qaydalarla: AZ 1102, ünvan 3 çıxarılmalıdır. Dövlət rüsumu ilə əlaqədar tələbə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı qiymətləndirilməyən iddia tələbinin də göstərildiyi ərizə ilə məhkəməyə müraciət etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq, 100 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, daha artıq – 154 manat məbləğdə rüsum ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi dövlət büdcəsinə artıq ödənilmiş 54 (əlli dörd) manat məbləğində pul isə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.4-cü maddəsinə görə, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir; 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 685.2, 685.2.1 və 685.2.2-ci maddələrinə əsasən, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. 697.1-ci maddəsinə görə, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 5.1, 5.1.1-ci maddəsinə görə, bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. 8.2-ci maddəsinə müvafiq olaraq, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Müki Prosessual Məcəlləsinin: 114.1, 114.1.1-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, artıq ödənilmiş dövlət rüsumu qaytarılır. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddia qismən təmin edilməli, Cavabdeh 3910 (üç min doqquz yüz on) manat kirayə pulu alınaraq İddiaçı verilməli və Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yerləşən 34 nömrəli mənzildən (Yeni qaydalarla: AZ 1102, ünvan 3 çıxarılmalı, dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu kimi dövlət büdcəsinə artıq ödənilmiş 54 (əlli dörd) manat məbləğində pul İddiaçı geri qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3910 (üç min doqquz yüz on) manat kirayə pulu alınaraq İddiaçı verilsin və Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yerləşən 34 nömrəli mənzildən (Yeni qaydalarla: AZ 1102, ünvan 3 çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu kimi dövlət büdcəsinə artıq ödənilmiş 54 (əlli dörd) manat məbləğində pul İddiaçı geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4435/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4435/2023
27.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver