Məhkəmə qərarları › İş №2(006)-4462/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-4462/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4462/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC (KATV1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 161 manat 40 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində məbləğində bank xidmət haqqının, ümumilikdə 331 manat 80 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx xxxxxx 2005-ci il tarixli, TR 057 saylı və xx xxxxxx 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə «Ədalət-A» hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 83 saylı MKİS arayışına əsasən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, mənzil 48 ünvanında yerləşən mənzil cavabdehə məxsusdur. Belə ki xx.xx.2007-ci il tarixdə həmin ünvanda yaşayan Abdullayeva Nərminəilə İddiaçı MMC arasında “KATV1” xidmətlərinin göstərilməsinə dair bağlanmış müqaviləyə əsasən həmin ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və abonent son ödəməsini xx.xx.2010-cu il tarixinədək etmiş və həmin mənzil xx.xx.2014-cü il tarixdə 4 manat 80 qəpik borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2010-cu il tarixdə “Ədalət-A” hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0652 B saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana xx.xx.2011-ci il tarixdə keçirilən nəzarət baxışı zaman cavabdehin yenidən kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0660D akt tərtib olunmuşdur. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı tarixdə həmin ünvana kabel şəbəkəsinə baxış keçirən zaman MMC-yə maddi ziyan vurulmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx xxxxxx 2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı xx.xx.2010-cu il tarixdən qanunsuz qoşulma faktının aşkar edildiyi xx.xx.2011-ci il tarixə qədər olan müddət 538 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablanmaqla, cavabdehin iddiaçıya kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurduğu zərər 161 manat 40 qəpik təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Bundan əlavə, İddiaçı MMC və “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya təqdim edilmiş, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi X2 işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx xxxx 2010-cu il tarixli, 0652 B saylı aktın təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 2010-cu il tarixində “Ədalət-A” hüquq firması, “KATV1” kabel televiziyasının və RYTN-nin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 48 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, mənzil sakini özünü təqdim etməkdən və akta qol çəkməkdən imtina etmişdir. İş materiallarında olan xx xxxxxxx 2011-ci il tarixli, 0660 D saylı aktın təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxx 2011-ci il tarixində “Ədalət-A” hüquq firması, “KATV1” kabel televiziyasının və RYTN-nin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 48 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, mənzil sakini özünü təqdim etməkdən və akta qol çəkməkdən imtina etmişdir. İş materiallarında olan MKTB-nin 83 saylı MKİS-nin xx.xx.2010-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, mənzil 48 Cavabdeh məxsusdur. İş materiallarında olan İddiaçı KATV1 kabel televiziyasının xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri, Nizami Rayonu, Əli Vəliyev küçəsi ev 14, mənzil 48 yaşayan Abdullayeva Nərminə arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixində bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2010-cu il tarixinədək isə son ödəmə etmiş, xx.xx.2010-cu il tarixində 4 manat 80 qəpik borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan ödəniş barədə məlumatdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılmasına görə “xxxxxxxx” MMC-yə 150 manat ödəniş edilmişdir. İş materiallarında olan ********* №-li qəbzin surətindən görünürki, İddiaçı MMC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 20 manat dövlət rüsumu və 40 qəpik bankın xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, mənzil 48 arasında bağlanmış müqavilə əsasında həmin mənzilə “KATV1” tərəfindən kabel xətti çəkilmiş, xx.xx.2010-cu il tarixində son ödəniş edilmiş, xx.xx.2010-cu il tarixində 4 manat 80 qəpik borc ilə şəbəkədən ayrılmışdır. xx xxxx 2010-cu il tarixində “Ədalət-A” hüquq firması, “KATV1” kabel televiziyasının və RYTN-nin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 48 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. xx xxxxxxx 2011-ci il tarixdə həmin ünvana nəzarət baxışı keçirilən zaman cavabdehin yenidən kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə akt tərtib olunmuşdur. Mənzilin sakini akta qol çəkməkdən və özünü təqdim etməkdən imtina etmişdir. Sözügüdən ünvanın kabel şəbəkəsindən ayrıldığı xx.xx.2010-cu il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib edildiyi xx.xx.2011-ci il tarixinədək olan müddət 538 gün üçün iddiaçı tərəfindən cavabdehə 161 manat 40 qəpik maddizərərhesablanmışdır (hər gün üçün 0,30 manat hesablanmaqla). Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar vəçıxışüçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnaməçıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılmasına (nümayəndənin göstərdiyi yardım) görə 150 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən “xxxxxxxxxx” MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu və bank xidmət haqqı kimi ödədiyi 20,40 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 161 manat 40 qəpik, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, dövlət rüsumu və bank xidmət haqqı olaraq ödənilmiş 20,40 manat olmaqla, ümumilikdə 331,80 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər olaraq 161 manat 40 qəpik (yüz altmış bir manat, qırx qəpik), hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, dövlət rüsumu və bank xidmət haqqı olaraq ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat olmaqla, ümumilikdə 331,80 (üç yüz otuz bir manat, səksən qəpik) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar